Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-902/2021 04.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdehlər X6 və X1 iştirakı ilə, İddiaçı cavabdehlər X9, X2 və maraqlı şəxs Yevlx rayon 1 saylı notariat ofisinə qarşı «miras əmlakın qəbulu üzrə buraxılmış müddətin üzrlü hesab edərək uzadılması, mərhum X5 Yevlax rayonunun Salahlı kəndində miras qalmış 0.65 ha torpaq payının müəyyən edilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X9, X2 və maraqlı şəxs Yevlx rayon 1 saylı notariat ofisinə qarşı «miras əmlakın qəbulu üzrə buraxılmış müddətin üzrlü hesab edərək uzadılması, mərhum X5 Yevlax rayonunun Salahlı kəndində miras qalmış 0.65 ha torpaq payının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras əmlakın qəbulu üzrə buraxılmış müddətin üzrlü hesab edərək uzadılması, mərhum X5 Yevlax rayonunun Salahlı kəndində miras qalmış 0.65 ha torpaqda payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər X11 və X7 İddiaçı iddia əriəsinə etirazla məhkəməyə mürciət edərək, mübahisə predmeti olan 0.65 hektar torpaq sahəsinə onların hər ikisinin bərabər pay hüquqlarının olması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, X12 ilə 05 avqust 2016-cı il tarixdə toy edərək evlənmişlər. Toydan sonra birgə yaşayaraq təsərrüfat idarə etmişlər. Həyat yoldaşı X12 18 oktyabr 2019-cu il tarixdə iş vaxtı elektrin cəryanının vurması nəticəsində vəfat etmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra qaynanası ilə münasibətləri pisləşdiyindən Gəncə şəhərində yerləşən atası evində yaşayır. Həyat yoldaşından qalmış bəzi xırda əşyaları xatirə olaraq özü ilə aparmışdır. Hazırda həyat yoldaşından Yevlax rayonu, Salahlı kəndində 0.65 ha torpaq sahəsi vardır. Həmin tporpaq sahəsindən payının müəyyən edilməsini istəyir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X11 məhkəmə iclasında iddia tələbini qəbul edərək izah etdi ki, İddiaçı onun mərhum oğlunun həyat yoldaşı idi. Hazırda oğlundan Yevlax rayonu, Salahlı kəndində olan torpağa hər üçünün bərabər payının müəyyən edilməsinə razıdır. Cavabdeh X7 məhkəmə iclasında iddia tələbini qəbul edərək izah etdi ki, İddiaçı onun gəlinidir. X4 18 oktyabr 2019-cu il tarixdə iş vaxtı elektrin cəryanının vurması nəticəsində vəfat etmişdir. Hazırda oğlundan Yevlax rayonu, Salahlı kəndində miras qalmış torpağa hər üçünün bərabər payının müəyyən edilməsinə razıdır. Cavabdehlər X11 və X7 məhkəməyə ərizə təqdim edərək, X5 Yevlax rayonu, Salahlı kəndində miras qalmış 0.65 ha torpaq sahəsində hər üçünün bərabər, yəni 1/3 hissədə paylarının müəyyən edilməsinə razıılar. Maraqlı şəxs Yevlx rayon 1 saylı notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən AA0458667 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X12 12 aprel 1994-cü il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı 10 sentybr 1995-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 16 sentyabr 2020-ci il tarixli 1604 saylı arayışından məlum olur ki, X12 12 aprel 1994-cü il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 05 avqust 2016cı il tarixli AZ-ll 128631 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, X12 ilə X3 arasında 05 avqust 2016-cı il tarixdə nikah qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 13 mart 2020-ci il tarixli AZ-ll 065978 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X12 18 oktyabr 2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinin 1833 saylı 19 iyun 2020-ci il tarixli arayışından məlum olur ki, X8 7 nəfərlə ümumi birgə mükiyyətində Yevlax rayonu, Salahlı kəndində 4.56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. (hər birinin 0.65 ha) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon 1 saylı Notariat ofisinin 29 yanvar 2021-ci il tarixli 64 saylı məktubundan məlum olur ki, İddiaçı mirasın qəbulu ilə bağlı məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Salahlı kənd inzibati dairəsi üzrə nümayəndəliyinin 27 yanvar 2021-ci il tarixli 78 saylı arayışından məlum olur ki, X12 vəfat edən günədək Yevlax rayonu, Salahlı kəndində yaşamış və 18 oktyabr 2019-cu il tarixdə ölmüşdür. Mərhumun ölümündən sonra həmin ünvanda aşağdakı vərəsələri yaşamışdır: atası X11 1964, anası X7 1969, arvadı İddiaçı 1995. Beləliklə məhkəmədə müəyyən edildi ki, X12 və İddiaçı 05 avqust 2016-ci il tarixdə evlənərək ailə qurmuşlar. Birgə nikahlarından övladları olmamışdır. X12 18 oktyabr 2019cu il tarixdə vəfat etmişdir. X5 4.56 ha (0.65 ha) ümumi birgə mülkiyyətdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. Miras qoyanın 3 nəfər birinci növbə vərəsələri vardır və hər biri miras əmlakı qəbul edərək yiyələnmişlər. İddiaçı həyat yoldaşından miras qalmış müəyyən əşyaları miras olaraq qəul etdiyindən mirasın qəbul edilməsi üçün müddətin uzadılmasına ehtiyac yodur. Caabdehlər ərizə verərək mirasda paylların 1/3 hissədə müəyyən edilməsinə razı olduqlarını bildirmişlər. Məhkəmə toplanmış sübutlara qərəzsiz, obyektiv hüququ qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X5 miras qalmış Yevlax rayonu, Salahlı kəndində yerləşən 0.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində İddiaçı, X6 və X1 1/3 hissədə payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsindən məlum olur ki, Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsindən məlum olur ki, Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsindən məlum olur ki, Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsindən məlum olur ki, ölənin uşaqları birinci növbə vərəsədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras vərəsəlik açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 213, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. X5 miras qalmış Yevlax rayonu, Salahlı kəndində yerləşən 0.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində İddiaçı, X6 və X1 1/3 hissədə payları müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-902/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-902/2021
04.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver