Məhkəmə qərarları › İş №2(040)-101/2024

Kəlbəcər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(040)-101/2024

29.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-101/2024 29.02.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3800 (üç min səkkiz yüz) manat məbləğində pulun və ödənilmiş 58 (əlli səkkiz) manat dövlət rüsumunun, ümumilikdə 3858 (üç min səkkiz yüz əlli səkkiz) manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, yaxın tanışı vasitəsilə tanış olduğu və vaxtilə Qazax rayonunda hərbi qulluqçu işləmiş cavabdeh Göyçay rayonunun İkinci Ərəb kənd sakini Cavabdeh ailə vəziyyəti ilə əlaqədar ehtiyacı olduğuna görə ayrı-ayrı vaxtlarda 4000 (dörd min) manat borc pul vermişdir. Cavabdeh 28 avqust 2022-ci il tarixdə 1000 (min) manat, 25 sentyabr 2022-ci il tarixdə yenidən 1000 (min) manat, 25 oktyabr 2022-ci il tarixdə isə 2000 (iki min) manat olmaqla, cəmi 4000 (dörd min) manat borca pul vermişdir. Cavabdeh bu pulları hər dəfə özünün səhhəti ilə bağlı əməliyyat və zəruri tibbi xərclərə sərf edəcəyini bildirmiş və ona bu çətin vəziyyətdə əl tutaraq borc pul verməsini istəmişdir. Hər dəfə bu pulları qısa zamanda hamısını birlikdə (1 ay müddətində) geri qaytaracağına vəd vermiş, o isə cavabdehə inanaraq borca pul vermişdir. Cavabdeh hər dəfə ondan borca pul götürərkən bu barədə özünün imzası və xətti ilə ondan ayrı-ayrı vaxtlarda pulun götürülməsinə dair yazılı qəbzlər vermişdir (qəbzlərin surəti ərizəyə əlavə olunur). Cavabdeh aldığı pulları qısa müddət ərzində qaytaracağına söz versə də indiyədək ona həmin pullardan cəmi 200 (iki yüz) manat qaytarmış, 3800 (üç min səkkiz yüz) manat qalıq borcu isə qaytarmamışdır. Cavabdeh pulu qaytarmaqdan müxtəlif bəhanələrlə boyun qaçırır. Cavabdehdən pulunu geri tələb edir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göyçay Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli 2(046)-1733/2023 saylı qərardadı ilə mülki işin aidiyyəti üzrə baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki iş 15 noyabr 2023-cü il tarixdə Kəlbəcər Rayon Məhkəməsinə daxil olmuş, iş üzrə hazırlıq iclası 27 dekabr 2023-cü il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 24 yanvar 2024-cü il tarixə təyin edilmiş, prosessual zərurətlə əlaqədar 29 fevral 2024-cü il tarixə təxirə salınmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə 29 fevral 2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, cavabdeh məhkəmə iclasından qəsdən yayındığına görə mülki işə qiyabi icraat qaydasında baxıb, qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 238-ci maddəsinin tələblərini rəhbər tutaraq və iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab еtmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə baxışı iclasında iddianı müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh iddiaçıdan 4000 (dörd min) manat məbləğində pul almış və indiyədək aldığı puldan cəmi 200 (iki yüz) manat qaytarmışdır. Cavabdeh hər dəfə iddiaçıdan borca pul götürərkən bu barədə özünün imzası və xətti ilə ayrı-ayrı vaxtlarda pulun götürülməsinə dair yazılı qəbzlər vermişdir. Cavabdehin hazırda iddiaçıya 3800 (üç min səkkiz yüz) manat məbləğində borcu vardır. İddianın təmin edilməsini xahiş edir. İş materiallarında olan: Cavabdeh adından verilmiş 28 avqust 2022-ci il tarixli qəbzdən görünür ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh Qazax rayonunun Yuxarı Salahlı kənd sakini İddiaçı 28 avqust 2022-ci il tarixdə 1000 (min) manat borc pul almış, həmin borc pul məbləğini 1 ay müddətinə - 28 sentyabr 2022-ci il tarixədək tam olaraq geri qaytaracağına təminat verdiyini, 1000 (min) manat borc pulu qəbul etdiyini, şərtlərin ona tam məlum olduğunu qeyd etmişdir. İş materiallarında olan: Cavabdeh adından verilmiş 25 sentyabr 2022-ci il tarixli qəbzdən görünür ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh Qazax rayonunun Yuxarı Salahlı kənd sakini İddiaçı 25 sentyabr 2022-ci il tarixdə 1000 (min) manat borc pul almış, həmin borc pul məbləğini 1 ay müddətinə - 25 oktyabr 2022-ci il tarixədək tam olaraq geri qaytaracağına təminat verdiyini, 1000 (min) manat borc pulu qəbul etdiyini, şərtlərin ona tam məlum olduğunu qeyd etmişdir. İş materiallarında olan: Cavabdeh adından verilmiş 25 oktyabr 2022-ci il tarixli qəbzdən görünür ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh Qazax rayonunun Yuxarı Salahlı kənd sakini İddiaçı 25 oktyabr 2022-ci il tarixdə 2000 (iki min) manat borc pul almış, həmin borc pul məbləğini 1 ay müddətinə - 25 noyabr 2022-ci il tarixədək tam olaraq geri qaytaracağına təminat verdiyini, 2000 (iki min) manat borc pulu aldığını, şərtlərin ona tam məlum olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasının): -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -739.1-ci maddəsinə (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasına) əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borcalana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasına) əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. -740.1-ci maddəsinə (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasına) əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. -740.2-ci maddəsinə (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasına) əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Mülki Prosessual Məcəllə): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci madəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin: -238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. -241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. -241.2-ci maddəsinə əsasən, qətnaməni tərtib edərkən hakim bu Məcəllənin 16-cı fəslinin müddəalarını rəhbər tutur. -241.4-cü maddəsinə əsasən, iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. -244-cü maddəsinə əsasən, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. -252-ci maddəsinə əsasən, qiyabi qətnamə bu Məcəllənin 233-cü maddəsində nəzərdə tutulmuş qaydalar əsasında qüvvəyə minir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində cavabdehin iddiaçıya 3800 (üç min səkkiz yüz) manat borcunun olduğu təsdiq olunmuşdur. Ona görə də, Cavabdeh 3800 (üç min səkkiz yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyinə görə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilən 58 (əlli səkkiz) manat dövlət rüsumunun pul əvəzi də cavabdehdən alınıb iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220, 238, 242, 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 3800 (üç min səkkiz yüz) manat məbləğində pul və iddiaçı tərəfindən ödənilmiş 58 (əlli səkkiz) manat dövlət rüsumunun pul əvəzi, cəmi 3858 (üç min səkkiz yüz əlli səkkiz) manat pul vəsaiti alınaraq İddiaçı verilsin. Cavabdeh, qiyabi qətnamənin surətinin оnа rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Kəlbəcər Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1(bir) ay müddətində Kəlbəcər Rаyоn Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar