Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(040)-1073/2024 25.09.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Mən, Kəlbəcər Rayon Məhkəməsinin hakimi Qəniyev Həsən Salman oğlu, Ərizəçi–İddiaçı “xx xxxx 1992-ci il təvəllüdlü Cavabdeh2 onun patronajı (köməkçisi) təyin edilməsi barədə” ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri Kəlbəcər Rayon Məhkəməsinin binasında məhkəmə iclasından kənar nəzərdən keçirib, müəyyənetdim: Ərizəçi Yusibova X1 Rayon Məhkəməsinə müraciət edərək, xx xxxx 1992-ci il təvəllüdlü Cavabdeh2 onun patronajı (köməkçisi) təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 1972-ci ildə Kəlbəcər rayonunda doğulmuş, məcburi köçkün kimi Göygöl rayonunun Murovdağ qəsəbəsində məskunlaşmışdır. Həyat yoldaşı 17 sentyabr 2020-ci ildə vəfat etmişdir. Birgə nikahlarından xx xxxx 1992-ci ildə oğlu Cavabdeh2 doğulmuş, qızı isə bir neçə il bundan əvvəl ailə qurub başqa ünvanda yaşayır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TSEK tərəfindən 01 oktyabr 2002-ci ildə ikinci qrup müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. Bundan əlavə əlillik dövründə böyrəklərində problemlər yaranmış və eyni zamanda, 2021ci ildə müayinə olunarkən onun bədənində “qırmızı qurd eşənəyi” müəyyən edilmişdir. Xəstəlikləri ona hədsiz dərəcədə əziyyət verir və kənar köməklik olmadan özünü idarə etməyə çətinlik çəkir. Oğlu Babək “Vətən Müharibəsi” veteranıdır və hal-hazırda da Naxçıvan şəhərində yerləşən N saylı hərbi hissədə müddətdən artıq xidmət edir. Belə qərara gəlmişdir ki, oğlunun xidmət etdiyi Naxçıvan şəhərinə gedib onunla birlikdə tutduğu kirayə evdə yaşasın. Belə olan halda, oğlunun ona köməklik etməsi mümkün olacaqdır. Ərizə və ərizəyə əlavə edilmiş sənədlərlə tanış olduqdan sonra hesab edirəm ki, ərizəçi İddiaçı “xx xxxx 1992-ci il təvəllüdlü Cavabdeh2 onun patronajı (köməkçisi) təyin edilməsi barədə” ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər, iddianın yolverilməzliyinə görə (həmin ərizə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə), Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləssinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 153.2.1-ci maddəsinə əsasən, geri qaytarılmalıdır. Belə ki, ərizədən və iş materiallarından görünür ki, hazırki iddianın predmeti fiziki şəxs olan ərizəçi ilə inzibati orqan olan Kəlbəcər Rayon İcra Hakimiyyəti arasındakı inzibati mübahisədir: Ərizəyə görə, xx xxxx 1992-ci il təvəllüdlü Cavabdeh2 İddiaçı patronajı (köməkçisi) təyin edilməsi ilə bağlı inzibati akt qəbul etmək səlahiyyətində olan Kəlbəcər Rayon İcra Hakimiyyəti ərizəçi üçün əlverişli inzibati aktı qəbul etməkdən imtina edir və ya hərəkətsizlik edir. İş materiallarında olan: Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatının Qəyyumluq və himayəçilik komissiyasının sədri F.Əhmədova tərəfindən ərizəçiyə göndərilmiş 18 sentyabr 2024-cü il tarixli 3/1046 nömrəli məktubunda göstərilmişdir ki, “Sizin Kəlbəcər Rayon İcra Hakimiyyətinin ünvanına yazmış olduğunuz ərizəyə cavab olaraq bildiririk ki, ananız İddiaçı üzərində patronaj (köməkçi) təyin edilməniz üçün müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, tələb olunan sənədləri təqdim edə bilmədiyiniz əsas gətirilərək, Rayon İcra Hakimiyyəti baçşısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən məqsədəmüvafiq hesab edilməmişdir. Odur ki, aidiyyəti üzrə məhkəməyə müraciət etməniz məqsədəmüvafiq hesab edilir”. İnzibati orqandan ərizəçiyə göndərilmiş həmin 18 sentyabr 2024-cü il tarixli 3/1046 nömrəli məktubdan görünür ki, imtina hər hansı mülki mübahisənin mövcudluğu ilə bağlı deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -39.1-ci maddəsinin tələbinə əsasən, sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə, öz vəzifələrini icra etməyə qadir olmayan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin xahişi ilə onun üzərində patronaj təyin edilə bilər. Patronaj təyin edilməsi fiziki şəxsin hüquqlarının məhdudlaşdırılmasına səbəb olmur. -39.2-ci maddəsinin tələbinə əsasən, yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin patronu (köməkçisi) həmin fiziki şəxsin razılığı ilə qəyyumluq və himayəçilik orqanı tərəfindən təyin edilir. -39.3-cü maddəsinin tələbinə əsasən, patron (köməkçi) fiziki şəxslə bağlanmış tapşırıq və ya etibarnamə ilə idarəetmə müqaviləsinə əsasən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsə mənsub əmlak barəsində sərəncam verir. Məişət tələbatının saxlanmasına və ödənilməsinə yönəldilən məişət əqdlərini və başqa əqdləri patron (köməkçi) fiziki şəxsin razılığı ilə bağlayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nın üçüncü (İİİ) bölməsinin 1-ci bəndindən görünür ki, yerli icra hakimiyyəti orqanları inzibati orqan hesab edilirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.2-ci maddələrinin müddəalarından görünür ki, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 04 nömrəli qərarının nəticə hissəsində göstərilmişdir: “1. Məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə “MPM”) 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə “İPM”) 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. 2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir...3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. 4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır...”. Qanunvericiliyin yuxarıda sadalanan müddəaları bu qənaətə gəlməyə əsas verir ki, inzibati orqan tərəfindən şəxs üzərində patronaj təyin edilməsi maraqlı şəxslər arasında olan mübahisədən asılı ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Mülki Prosessual Məcəllə) 153.2.1-cü maddəsinə görə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Mülki Prosessual Məcəllənin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Beləliklə, 2(040)-1073/2024 saylı mülki iş üzrə ərizə və ərizəyə əlavə edilmiş sənədlər, iddianın yolverilməzliyinə görə (işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından), Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır. İddiaçıya izah edilməlidir ki, inzibati orqan olan Kəlbəcər Rayon İcra Hakimiyyətinin şəxsin üzərində patronaj təyin edilməsindən imtinası ilə bağlı inzibati orqanın yerləşdiyi yer üzrə inzibati məhkəməyə-Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263- 264-cü maddələrini rəhbər tutaraq, qəraraaldım: Ərizəçi İddiaçı “xx xxxx 1992-ci ildə doğulmuş oğlu Cavabdeh2 onun (İddiaçı) patronajı (köməkçisi) təyin edilməsi barədə” ərizəsi və ona əlavə edilmiş sənədlər iddianin yolverilməzliyinə görə (işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından), Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, geri qaytarılsın. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-1073/2024
Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №2(040)-1073/2024
25.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver