Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(040)-230/2025 17.02.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi (anası) Nümayəndə və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “Bərdə rayonunun Mircəfərli kəndində yerləşməklə onun mülkiyyətində olan 0,2 hektar torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz quraşdırılmış betonqarışdıran avadanlığın sökülməsi və cavabdeh tərəfindən həmin torpaq sahəsində saxlanılnan digər maşın və texnikalarla birlikdə həmin torpaq sahəsindən çıxarılması, cavabdeh tərəfindən ona məxsus torpaq sahəsindən qanunsuz istifadə etməyə görə dəymiş 90000 manat ziyanın ödənilməsi, həmçinin məhkəmə icraatı ilə bağlı ödənilmiş 360 manat dövlət rüsumunun və 320 manat vəkil xərcinin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında Kəlbəcər Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Bərdə rayonunun Mircəfərli kəndində yerləşməklə onun xüsusi mülkiyyətinə daxil olan, mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən 22 aprel 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********29 reyestr nömrəli çıxarışa əsasən təsbit edilmiş, Bərdə rayonunun Mircəfərli kəndi ərazisində 0,2 ha (sıfır tam onda iki hektar) torpaq sahəsində Cavabdeh tərəfindən quraşdırılmış betonqarışdıran qurğunun sökülməsi və həmin ərazidə cavabdeh tərəfindən saxlanılan texnikaların və maşınların çıxarılması, həmin torpaq sahəsindən Cavabdeh qanunsuz istifadəsi nəticəsində ona ödəməli olduğu, o cümlədən ona vurduğu ziyana görə ondan 90000 (doxsan min) manat pul vəsaitinin alınıb ona verilməsi, məhkəmə məsrəflərini təşkil edən 360 (üç yüz altmış) manat dövlət rüsumu məbləğinin və 320 (üç yüz iyirmi) manat vəkilə ödənilən haqqın əvəzinin cavabdehdən alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə hazırlıq iclası 22 yanvar 2025-ci il tarixə təyin edilmiş və prosessual zərurətlə bağlı 17 fevral 2025-ci il tarixə təxirə salınmışdır. İddiaçı nümayəndəsi (anası) Nümayəndə və iddiaçının vəkili Vəkil məhkəmə hazırlıq iclasında mülki işin ərazi aidiyyəti məsələsi müzakirə edilərkən iddia tələbinə Kəlbəcər Rayon Məhkəməsində baxılmalı olduğunu bildirərək, işin ərazi aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilməsinə razı olmadıqlarını bildirmişlər. Cavabdeh məhkəmə iclasında mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında mübahisə predmeti olan daşınmaz əmlakın Bərdə rayonunun Mircəfərli kəndində yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- “Mülki Prosessual Məcəllə”) 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən, iddia ərazi aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsində baxılmalı olduğundan, mülki iş ərazi aidiyyəti üzrə həmin məhkəməyə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Mülki Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar sözügedən iddia ərizəsinin aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 31.1-ci, 32.3-cü, 44.2.2-ci, 45.4cü və 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı “Bərdə rayonunun Mircəfərli kəndində yerləşməklə onun mülkiyyətində olan 0,2 hektar torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz quraşdırılmış betonqarışdıran avadanlığın sökülməsi və cavabdeh tərəfindən həmin torpaq sahəsində saxlanılnan digər maşın və texnikalarla birlikdə həmin torpaq sahəsindən çıxarılması, cavabdeh tərəfindən ona məxsus torpaq sahəsindən qanunsuz istifadə etməyə görə dəymiş 90000 manat ziyanın ödənilməsi, həmçinin məhkəmə icraatı ilə bağlı ödənilmiş 360 manat dövlət rüsumunun və 320 manat vəkil xərcinin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-230/2025
Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №2(040)-230/2025
17.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver