Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-508/2024 21.05.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh nümayəndəsi (vəkil) X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cinayət nəticəsində vurulmuş mənəvi ziyanın əvəzi olaraq 30000 (otuz min) manat məbləğdə pul vəsaitinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən cinayət nəticəsində ona vurulmuş mənəvi ziyanın əvəzi olaraq 30000 (otuz min) manat məbləğdə pul vəsaitinin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh onun şəxsi həyatının sirri olan məlumatları əks etdirən fotoçəkiliş materiallarını yayaraq onun şəxsi həyatın toxunulmazlığını pozmuşdur. Belə ki, Cavabdeh 1999-cu ildən tanıyır: qohum olaraq tanımış, universitetdə oxuması ilə əlaqədar yanına getmiş, onun imtahan kəsiri olub, Firuz da ona köməklik göstərib. Lakin sonradan onun köməksiz vəziyyətindən istifadə edərək onun iradəsinə zorən onunla cinsi əlaqədə olmuşdur. Həmin vaxt onun iyirmi yaşı olmuş və qorxudan bu barədə kiməsə danışa bilməmiş, cavabdeh hər zaman onu öldürəcəyi ilə hədələmişdir. Dəfələrlə cavabdehlə ayrılmaq istəsə də, cavabdeh onun ailəsinə, qohumlarına aralarındakı münasibəti yayacağı ilə hədələdiyindən, bu xəbərin ahıl yaşda olan anasının xəbər tutacağından qorxub ayrıla bilməmişdir. Sonuncu dəfə 2021-ci ildə cavabdehdən ayrılmaq qərarına gəldiyini özünə bildirmişdir (2021-ci ilin avqust ayının 22-də anası Ofelya Tağıyevanın vəfatından sonra). Bundan hiddətlənən cavabdeh 2021-ci ilin sentyabr ayında onu özü ilə birgə yaşamağa məcbur etmək məqsədilə birlikdə yaşadıqları dövrdə çəkdiyi onun yarıçılpaq və çılpaq fotoşəkillərini 2021-ci ilin noyabr və dekabr aylarında şəxsi istifadəsində olan “+994-55-222-49-79” nömrəli mobil telefonunda istifadə etdiyi “WhatsApp” mobil tətbiqi vasitəsilə onun bibisi oğlu X6 “+994-51-982-82-02” mobil nömrəsində istifadə olunan “WhatsApp” mobil tətbiqinə və onun da direktor müavini kimi işlədiyi Goranboy Şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziyada xadimə işləyən X2 “+994-50-720-35-54” mobil nömrəsində istifadə olunan “WhatsApp” mobil tətbiqinə göndərmiş, bundan başqa, birlikdə olduqları müddətdə ona istifadə etmək üçün verdiyi, cavabdehin öz adına olan “+994-77-444-49-79” mobil telefon nömrəsini cavabdehdən ayrılandan sonra onun istifadə etmədiyini bilərək həmin mobil nömrənin dublikatını çıxarıb özünün istifadə etdiyi mobil telefona daxil edib qeyd edilən mobil nömrə ilə “WhatsApp” mobil tətbiqi açıb həmin tətbiqin “hekayə” hissəsində onunla çəkdirdiyi qeyri-etik fotoşəkillərini 2021-ci ilin noyabr-dekabr aylarında paylaşmış, həmçinin həmin fotoşəkilləri 2021-ci ilin noyabr-dekabr aylarında Goranboy rayonu ərazisində olduğu vaxt “+994-77- 444-49-79” nömrə altında İstifadə olunan “WhatsApp” mobil tətbiqi vasitəsilə onun direktor müavini kimi çalışdığı Goranboy şəhəri İnteqrasiya təlimli İnternat tipli Gimnaziyanın müəllimi X5 tərəfindən “+994-50-724-84-44” mobil nömrə altında istifadə olunan “WhatsApp” mobil tətbiqinə göndərmiş, həmçinin bununla kifayətlənməyərək, özü ilə birgə yaşamağa razılıq verməməsi səbəbindən onu rüsvay etmək məqsədi ilə onun əxlaqsız həyat tərzi keçirməsi məzmununda olan məktubu və onun çılpaq və yarıçılpaq fotoşəkillərini zərfə qoyaraq 09 mart 2022-ci il tarixdə Goranboy rayonu Xanqərvənd kəndinin ərazisində X13 Xanqərvənd kənd poçt şöbəsində poçtalyon işləyən həmkəndlisi X14 vasitəsi ilə onun həmin kənddə yaşayan qardaşı X8 göndərərək onun şəxsi həyatının toxunulmazlığını pozmuşdur. Bundan sonra, o, həm məktəbdə, həm yaşadığı kənddə, həm d qohum-əqrəba arasında biabır olub nüfuzdan düşmüşdür. Cavabdehin əməli nəticəsində, o, insanlar arasına çıxa bilmir; hər kəs ondan danışır. Bu azmış kimi, yenidən həmin yarıçılpaq şəkilləri ona təkrar-təkrar göndərməklə onu mənəvi iztiraba sürükləmişdir. Bundan sonra, o, Goranboy Rayon Prokurorluğuna şikayət vermiş, Göranboy Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli 1(045)-84/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-cı maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancının on beş faizi dövlət nəfinə tutulmaqla altı ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2023-cü il tarixli 1(***)******* saylı qərarı ilə Cavabdeh apeliyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 05 sentyabr 2023-cü il tarixli 1(102)- 1447/2023 saylı qərarı ilə məhkum Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2ci maddəyə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu İstisna etmir. Qərarın 8ci bəndində isə Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Cavabdeh iddiaya qarşı yazılı müraciətlə (“ərizə”) Göygöl Rayon Məhkəməsinə müraciət edərək (12 dekabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur), İddiaçı onunla olan yaxın münasibətlərindən sui-istifadə edərək şəxsi niyyətləri üçün ondan maddi yararlandığını, hal-hazırki iddiada da iddiaçının gerçək niyyətinin ondan maddi yararlanmaq olduğunu qeyd etmişdir (ərizədə iddiaçının özü və yaxın qohumları haqqında qeyri-etik ifadələr işlədildiyindən və ərizədə göstərilənlər hazırki məhkəmə icraatı üzrə sübut əhəmiyyəti daşımadığından, məhkəmə həmin ərizəni dəlil kimi qiymətləndirmirhakimin qeydi). İş üzrə Cavabdeh Göygöl Rayon Məhkəməsi hakimlərinə qarşı sonradan verdiyi etiraz ərizəsi Göygöl Rayon Məhkəməsinin həmin iş üzrə 07 mart 2024-cü il tarixdə keçirilən iclasında icraata qəbul edilərək baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 mart 2024-cü il tarixli 2(104)-948/2024 saylı qərardadı ilə etiraz təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi sədrinin 14 mart 2024-cü il tarixli 2(104)-948/2024 saylı qərardadı ilə mülki işin baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki iş 18 mart 2024-cü il tarixdə Kəlbəcər Rayon Məhkəməsinə daxil olmuş, iş üzrə məhkəmənin hazırlıq iclası 29 aprel 2024-cü il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 21 may 2024-cü il tarixə təyin edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, məhkəmədə nümayəndə vasitəsi ilə təmsil olunmuşdur. Məhkəmə cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bidirmişdir ki, Cavabdeh onun şəxsi həyatının sirri olan məlumatları əks etdirən fotoçəkilliş materiallarını yayaraq onun şəxsi həyatın toxunulmazlığını pozmuşdur. Belə ki, Cavabdeh 1999-cu ildən tanıyır: qohum olaraq tanımış, universitetdə oxuması ilə əlaqədar yanına getmiş, onun imtahan kəsiri olub, Firuz ona koməklik göstərib. Lakin sonradan onun köməksiz vəziyyətindən istifadə edərək onunla intim münasibətlər qurmuşdur. Həmin vaxt onun iyirmi yaşı olmuş və qorxudan bu barədə kiməsə danışa bilməmiş, cavabdeh hər zaman onu qorxu altında saxlamışdır. Dəfələrlə cavabdehlə ayrılmaq istəsə də, cavabdeh onun ailəsinə, qohumlarına aralarındakı münasibəti yayacağı ilə hədələdiyindən, bu məsələdən ahıl yaşda olan anasının xəbər tutacağından qorxub ayrıla bilməmişdir. Sonuncu dəfə 2021-ci ildə, daha doğrusu 2021-ci ilin avqust ayının 22-də anası Ofelya Tağıyevanın vəfatından sonra cavabdehdən ayrılmaq qərarına gəldiyini cavabdehin özünə bildirmiş, bundan hiddətlənən cavabdeh 2021-ci ilin sentyabr ayında onu özü ilə birgə yaşamağa məcbur etmək məqsədilə birlikdə yaşadıqları dövrdə çəkdiyi onun yarıçılpaq və çılpaq fotoşəkillərini 2021-ci ilin noyabr və dekabr aylarında şəxsi istifadəsində olan “+994-55- 222-49-79” nömrəli mobil telefonunda istifadə etdiyi “WhatsApp” mobil tətbiqi vasitəsilə onun bibisi oğlu X6 “+994-51-982-82-02” mobil nömrəsində istifadə olunan “WhatsApp” mobil tətbiqinə və onun da direktor müavini kimi işlədiyi Goranboy Şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziyada xadimə işləyən X2 “+994-50-720-35-54” mobil nömrəsində istifadə olunan “WhatsApp” mobil tətbiqinə göndərmiş, bundan başqa, birlikdə olduqları müddətdə ona istifadə etmək üçün verdiyi, cavabdehin öz adına olan “+994-77-444-49-79” mobil telefon nömrəsini cavabdehdən ayrılandan sonra onun artıq istifadə etmədiyini bilərək həmin mobil nömrənin dublikatını çıxarıb özünün istifadə etdiyi mobil telefona daxil edib qeyd edilən mobil nömrə ilə “WhatsApp” mobil tətbiqi açıb həmin tətbiqin “hekayə” hissəsində onunla çəkdirdiyi qeyri-etik fotoşəkillərini 2021-ci ilin noyabr-dekabr aylarında paylaşmış, həmçinin həmin fotoşəkilləri 2021-ci ilin noyabr-dekabr aylarında Goranboy rayonu ərazisində olduğu vaxt “+994-77-444-49-79” nömrə altında İstifadə olunan “WhatsApp” mobil tətbiqi vasitəsilə onun direktor müavini kimi çalışdığı Goranboy şəhəri İnteqrasiya təlimli İnternat tipli Gimnaziyanın müəllimi X3 istifadəsində olan “+994-50-724- 84-44” mobil nömrəli “WhatsApp” mobil tətbiqinə göndərmiş, həmçinin bununla kifayətlənməyərək, özü ilə birgə yaşamağa razılıq verməməsi səbəbindən onu rüsvay etmək məqsədi ilə onun əxlaqsız həyat tərzi keçirməsi məzmununda olan məktubu və onun çılpaq və yarıçılpaq fotoşəkillərini zərfə qoyaraq 09 mart 2022-ci il tarixdə Goranboy rayonu Xanqərvənd kəndinin ərazisində X13 Xanqərvənd kənd poçt şöbəsində poçtalyon işləyən həmkəndlisi X14 vasitəsi ilə onun həmin kənddə yaşayan qardaşı X8 göndərərək onun şəxsi həyatının toxunulmazlığını pozmuşdur. Bundan sonra, o, həm məktəbdə, həm yaşadığı kənddə, həm də qohum-əqrəba arasında biabır olub nüfuzdan düşmüşdür. Cavabdehin əməli nəticəsində, o, insanlar arasına çıxa bilmir; hər kəs ondan danışır. Bu azmış kimi, yenidən həmin yarıçılpaq şəkilləri ona təkrar-təkrar göndərməklə onu mənəvi iztiraba sürükləmişdir. Bundan sonra, o, Goranboy Rayon Prokurorluğuna şikayət vermiş, cavabdeh barəsində cinayət işi başlanmışdır. Göranboy Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli 1(045)-84/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-cı maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancının on beş faizi dövlət nəfinə tutulmaqla altı ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2023-cü il tarixli 1(104)-141/2023 saylı qərarı ilə Cavabdeh apeliyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 05 sentyabr 2023-cü il tarixli 1(102)-1447/2023 saylı qərarı ilə məhkum Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Cavabdehin ona qarşı tərətdiyi qanunsuz hərəkətlər məhkəmə hökmündə öz əksini tapmışdır. Cavabdehin ona qarşı aşağılayıcı hərəkətləri hal-hazırda davam etməkdədir. Cavabdehin hazırki mülki iş üzrə məhkəməyə ünvanlandığı yazılı müraciəti də məhkəmədə elan olunarkən göründü ki, cavabdeh həmin yazısında da onun, həmçinin onun bacı və qardaşının ünvanına aşağılayıcı və təhqirli ifadələr işlədir. Cavabdehin nümayəndəsi (vəkil) X4 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddia tamamilə əsassız olduğundan, rədd edilməlidir. Belə ki, tərəflər iyirmi üç il müddətində qeyri-rəsmi olaraq ər-arvad münasibətlərində yaşamış, Cavabdeh iddiaçı ilə birgə yaşadıqları müddətdə iddiaçının bütün maddi təminatını həyata keçirmiş, cavabdehi heç nədən korluq çəkməyə qoymamışdır. Son illərdə münasibətləri pozulsa da, cavabdeh iddiaçını hal-hazırda da sevir, indi də barışmağa razıdır. Cavabdeh hal-hazırda pensiyaçıdır, keçmiş polis zabiti olaraq hal-hazırda səkkiz yüz manat pensiya alır, digər gəliri yoxdur, iddia olunan 30000 (otuz min) manat mənəvi ziyan tələbi heç cür reallığa uyğun deyildir. Bundan başqa, iddiaçı iddia tələbinin əsasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan: Goranboy Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 17 noyabr 2022-ci il tarixli 1(045)-84/2022 saylı hökmündən görünür ki, Cavabdeh 1999-cu ildən qeyri-rəsmi olaraq ər-arvad kimi yaşadığı həmkəndlisi İddiaçı 2021-ci ilin sentyabr ayında onunla olan münasibətlərinə son qoymasından sonra Məhnurə Abbbasovanı özü ilə birgə yaşamağa məcbur etmək məqsədi ilə birlikdə yaşadıqları müddətdə İddiaçı yarıçılpaq və çılpaq olaraq onunla çəkdirdiyi fotoşəkilləri 2021-ci ilin noyabr və dekabr aylarında, istintaqa dəqiq məlum olmayan gündə Goranboy rayonu ərazisində olduğu vaxt şəxsi istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonunda istifadə etdiyi “WhatsApp” mobil tətbiqi vasitəsilə İddiaçı bibisi oğlu X6 ***-***-**-** mobil nömrəsində istifadə olunan “WhatsApp” mobil tətbiqınə və İddiaçı direktor müavini kimi işlədiyi Goranboy şəhəri İnteqral təlimli İnternat tipli Gimnaziyada xadimə işləyən X2 ***-***-**-** mobil nömrəsində istifadə olunan “WhatsApp” mobil tətbiqınə göndərmiş, bundan başqa, birlikdə olduqları müddətdə Məhnurə Abbasovnın istifadə etməsi üçün sonuncuya verdiyi, öz adına olan ***- ***-**-** mobil nömrəsini İddiaçı onunla ayrılandan sonra istifadə etmədiyini bilərək həmin mobil nömrənin dublikatını çıxarıb özünün istifadə etdiyi mobil telefona daxıl edib qeyd edilən mobil nömrə ilə “WhatsApp” mobil tətbiqı açıb nəmin tətbiqin “hekayə” hissəsində onun İddiaçı ilə çəkdirdiyi bir-birləri ilə sarılmış vəziyyətdə olan fotoşəkillərini 2021-ci ilin noyabr-dekabr aylarında, istintaqa: dəqiq məlum olmayan günlərdə Goranboy rayonu ərazısındə olduğu vaxt paylaşmış, həmçinin İddiaçı ilə çəkdirdiyi yuxarıda qeyd olunan fotoşəkiləri 2021-ci ilin noyabr-dekabr aylarında Goranboy rayonu ərazisındə olduğu vaxt “***-***-**-**” nömrə altında istifadə olunan “WhatsApp” mobil tətbiqi vasitəsilə İddiaçı dırektor müavini kimi çalışdığı Goranboy şəhəri İnteqrasiya təlimli İnternat tipli Gimnaziyanın muəllimi X3 istifadəsində “***-***-**-**” mobil nömrə altında istifadə olunan “WhatsApp” mobil tətbiqinə göndərmiş, həmçinin bününla kifayətlənməyərək onunla birgə yaşamağa razılıq verməməsi səbəbindən İddiaçı rusvay etmək məqsədilə sonuncunun əxlaqsız həyat tərzi keçirməsi məzmununda olan məktubu və İddiaçı ilə çəkdirdiyi çılpaq və yarıçılpaq fotoşəkilləri zərfə qoyaraq 09 mart 2022-ci il tarixdə Goranboy rayonu Xanqərvənd kəndinin ərazisində X13 Xanqərvənd kənd poçt şöbəsində poçtalyon işləyən həmkəndlisi X9 vasitəsilə İddiaçı həmin kənddə yaşayan qardaşı X8 göndərərək İddiaçı şəxsi həyatının toxunulmazlığını pozmuş, bununla da Cinayət Məcəlləsinin 156.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir (Həmin hökmlə o da müəyyən olunur ki, Cavabdeh 1991-ci ildən 2016-cı ilədək Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmişdir). Hüquq normalarının tətbiqi: Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra-Konstitusiya): -32-ci maddəsinin üçüncü hissəsinə əsasən, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. -60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. -125-ci maddəsinin 7-ci hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: Mülki Məcəllə): -21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinəəsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -21.3-cü maddəsinə əsaəsən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. -23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. -81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. -82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” qərarının nəticə hissəsinin: -1-ci bəndində qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür”; -3-cü bəndində qeyd edilir ki, “mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddələrinin şərh edilməsinə dair” qərarının nəticə hissəsinin 4-cü bəndində qeyd edilir ki, “məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır”. Həmin Qərarda həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarına istinad edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) “İnsan hüquqlarının və X7 haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (“Luluyev və digərləri Rusiyaya qarşı” iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, “Şiborş və Kuzmina Rusiyaya qarşı” iş üzrə 2014-cü il 16 yanvar tarixli qərarlar). Avropa Məhkəməsi “Varnava və digərləri Türkiyəyə qarşı” iş üzrə 2009-cu il 18 sentyabr tarixli qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Avropa Məhkəməsinin yuxarıda qeyd olunan Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə qərarında, həmçinin göstərilmişdir ki, şəxslərin mənəvi iztirablarının dərəcəsinin müəyyən edilməsi üçün qohumluq əlaqələrinin yaxınlıq dərəcəsi, qohumluq münasibətlərinin spesifikası, qohumun hadisənin şahidi olub-olmaması və s. faktorların müəyyən edilməsi əhəmiyyət kəsb edir. Avropa Məhkəməsi “Maksimov Rusiyaya qarşı” iş üzrə 2010-cu il 18 mart tarixli qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının nəticə hissəsinin: -1-ci bəndində İzah edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. -2-ci bəndində İzah edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. -3-cü bəndində izah edilir ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir... -4-cü bəndində izah edilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. -7-ci bənddə izah edilir ki, ... mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir... -8-ci bənddə izah edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. -10-cu bənddə izah edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.),habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. -11-ci bənddə izah edilir ki, mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır... -12-ci bənddə izah edilir ki, mənəvi zərərin ödənilməsi barədə müstəqil tələb kimi irəli sürülən iddia ərizələrindən dövlət rüsumu “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsində müəyyən olunmuş məbləğlərdə tələb olunan mənəvi zərərin məbləğindən asılı olaraq zərərin ödənilməsi üsulu əmlak xarakterli tələblə əlaqədar olmadıqda isə qeyri-əmlak xarakterli iddialar üçün müəyyən edilmiş məbləğdə ödənilməlidir. -15-ci bənddə izah edilir ki, Azərbaycan Respublikasının məhkəmələrinə tövsiyə edilsin ki, mənəvi zərərlə əlaqədar işlərə baxdıqda “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərindən geniş istifadə etsinlər. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X7 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası "İnsan hüquqlarının və X7 haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensıya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Məhkəmə hesab edir ki, iddia qismən- cavabdehin iddiaçıya qarşı törətmiş olduğu cinayət əməli nəticəsində iddiaçıya həqiqətən mənəvi zərər vurulması və vurulmuş mənəvi zərərin əvəzi olaraq 10000 (on min) manat pul vəsaitinin tələbinə dair hissədə əsaslı olduğundan, həmin hissədə təmin edilməlidir. Belə ki, iddianın həmin hissədə əsaslılığı Goranboy Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 17 noyabr 2022-ci il tarixli 1(045)-84/2022 saylı hökmü və digər iş materialları ilə təsdiq edilir: məhkəmə hökmü ilə təsdiq edilir ki, hazırki mülki iş üzrə Cavabdeh hazırki mülki iş üzrə iddiaçı- Goranboy şəhəri İnteqrasiya təlimli İnternat tipli Gimnaziyanın direktor müavini vəzifəsində işləyən, ali təhsilli İddiaçı şəxsi həyatının toxunulmazlığını pozmuş, bununla da Cinayət Məcəlləsinin 156.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş, iddiaçının özünün düşüncəsinə görə isə, cavabdeh yuxarıda qeyd olunan cinayət əməli nəticəsində həm də iddiaçının ətraf insanlar, o cümlədən qohumlar arasında və işlədiyi təhsil müəssisəsinin əmək kollektivi arasında şərəfinə və işgüzar nüfuzuna xələl gətirmişdir. Məhkəmə araşdırması zamanı “Elektron-məhkəmə” informasiya sistemindən o da müəyyən edilmişdir ki, cavabdeh maddi təminatı aşağı hesab edilən şəxslər sırasına aid deyildir: hal-hazırda yaşa görə pensiyaçı olmaqla aylıq 1405,63 manat (min dörd yüz beş manat-63 qəpik) pensiya alır, eyni zamanda fərdi sahibkarlıqla məşğuldur- 20 iyun 2016-cı il tarixdə verilmiş ********** nömrəli VÖEN hal-hazırda aktivdir, həmçinin mülkiyyətində bir ədəd “Azsamand” markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili, bir mənzil (qeydiyyat nömrəsi: **********; reyestr nömrəsi: **********27-05101-093002) və bir qeyriyaşayış binası (qeydiyyat nömrəsi:**********; reyestr nömrəsi: **********85-06301) vardır. Məhkəmə işin faktiki hallarını, iddiaçının şəxsiyyətini və ictimai çəkisini nəzərə alaraq, cavabdeh tərəfindən iddiaçıya qarşı törədilmiş yuxarıda qeyd olunan cinayət əməli nəticəsində iddiaçıya dəymiş mənəvi ziyanın əvəzi olaraq 10000 (on min) manatdan az məbləği mütənasib hesab etmir. Eyni zamanda, cavabdehin müharibə veteranı olmasını cavabdehin xeyrinə nəzərə alır. Bu səbəbdən, məhkəmə, iddia olunan mənəvi zərərin pul əvəzinin təmin ediləcək hissəsinin 10000 (on min) manat hissədə qanuni və əsaslı hesab edir. İddia qalan hissədə-20000 (iyirmi min) manat manat pul vəsaitinin tələbinə dair hissədə əsassız olduğundan, həmin hissədə rədd edilməlidir; məhkəmə həmin hissədə iddianı ona görə əsassız hesab edir ki, iddia tələbinin həmin 20000 (iyirmi min) manat hissədə əsaslılığı məhkəmə araşdırması nəticəsində öz təsdiqini tapmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq 10000 (on min) manat pul vəsaiti alınıb İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə elektron qaydada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-508/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-508/2024
21.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver