Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-771/2023 07.08.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman оğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Maraqlı şəxs– Maraqlı şəxs nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri lokal gəlirlər baş idarəsinin Maraqlı şəxs barəsində "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" haqqında ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri lokal gəlirlər baş idarəsi (bundan sonra - “ərizəçi”) ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin dövlət büdcəsinə 1050359,82 manat (bir milyon əlli min üç yüz əlli doqquz manat 82 qəpik), Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna 1366323,78 manat (bir milyon üç yüz altmış altı min üç yüz iyirmi üç manat 78 qəpik) məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanın rəhbəri olan- 1977-ci ilin 9 fevral il tarixində Azərbaycan Respublikasının ünvan 1ində doğulmuş Maraqlı şəxs (bundan sonra -“maraqlı şəxs”) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini müəyyən edilmiş müddətdə yerinə yetirmədiyindən 2023-cü il 18 may tarixinə vergi ödəyicisi olan Bakı şəhəri Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 1366323,78 manat (bir milyon üç yüz altmı altı min üç yüz iyirmi üç manat 78 qəpik), dövlət büdcəsinə 1050359,82 manat (bir milyon əlli min üç yüz əlli doqquz manat 82 qəpik) məbləğində, o cümlədən vergilər üzrə 601621,64 manat (altı yüz bir min altı yüz iyirmi bir manat 64 qəpik), faizlər üzrə 448698,18 manat (dörd yüz qırx səkkiz min altı yüz doxsan səkkiz manat 18 qəpik), maliyyə sanksiyası üzrə 40 (qırx) manat olmaqla, ümumilikdə 2416683,60 manat (iki milyon dörd yüz on altı min altı yüz səksən üç manat 60 qəpik) borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən, yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanın rəhbəri olan Mayılov X2 rayonunun Milli kəndi ünvanında yaşayır. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri lokal gəlirlər baş idarəsinin nümayəndəsi Ayşən Ağamoğlanova məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Maraqlı şəxs nümayəndəsi X3 məhkəmə iclasında ərizəni qəbul etməyərək göstərmişdir ki, nümayəndəsi olduğu rəhbər vəzifəli şəxs həmin vəzifəni 04 dekabr 2020-ci il tarixdən icra edir, müəssisənin müvafiq borcu isə həmin tarixdən əvvəl yaranmış, hazırki rəhbərliyin dövründə azalaraq bu həddə çatmışdır. Buna görə də ərizə əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinə ünvanlanmış, Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Maraqlı şəxs adından 04 avqust 2023-cü il tarixdə tərtib edilmiş 1/208 saylı məktubda göstərilir ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil kommunal təsərrüfatı departamentinin 133/6 saylı 04 dekabr 2020-ci il tarixli əmri ilə Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi vəzifəsinin icrası 04 dekabr 2020-ci il tarixdən müvəqqəti olaraq ona həvalə olunmuş, Bakı Şəhər İcra Hakimiyyəti MKTD-nin 25 saylı 17 mart 2021-ci il tarixli əmri ilə, o, Nəsimi Rayon MKTB-nin rəisi vəzifəsinə təyin olunmuşdur. O, Birliyin rəisi vəzifəsinin icrasına başladıqdan sonra Birliyin maliyyə-təsərrüfat vəziyyətini analiz edərkən məlum olmuşdur ki, Birliyin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları üzrə, vergi ödəyicisi kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirləri Baş İdarəsinə 01 yanvar 2021-ci il tarixə 1929335,07 manat (bir milyon doqquz yüz iyirmi doqquz min üç yüz otuz beş manat 07 qəpik) borcu olmuşdur. Onun Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə rəhbərlik etdiyi 01 yanvar 2021-ci il tarixdən — 01 iyul 2023-cü il tarixədək, demək olar ki, borc yaranmamışdır; həmin müddət üzrə hesabat: vergi üzrə-339885 manat hesablanmış, 1871137,76 manat ödənilmiş, qalıq borc 152747,24 manat, DSMF üzrə-553307,61 manat hesablanmış, 389693,73 manat ödənilmiş, qalıq borc 163613,88 manat təşkil edir. Uzun illər ərzində yaranmış borcla bağlı onun tərəfindən həmin təşkilatların rəhbərlikləri ilə şifahi olaraq danışıqlar aparılmış və söz verilmişdir ki, rəhbərlik etdiyi dövr ərzində cari borc yaranmayacaq və əlavə olaraq keçmiş borcun hissə-hissə ödənilməsi üçün tədbirlər görüləcəkdir. İş materiallarında olan: Muzdlu və qeyri muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinin tələb edilməsinə dair **********8 nömrəli bildirişdən görünür ki, Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 17 yanvar 2023-cü il tarixə 1686333,87 manat məbləğində (o cümlədən muzdlu və qeyri muzdlu işdən əldə edilən gəlirlər üzrə 1015692,34 manat, faizlər üzrə 670641,53 manat) borcu vardır. İş materiallarında olan: Vergi borcunun ödənilməsinin tələb edilməsinə dair **********1 nömrəli bildirişdən görünür ki, Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 03 aprel 2023-cü il tarixinə dövlət büdcəsinə 1167628,57,87 manat məbləğində (o cümlədən vergilər üzrə 649439,82 manat, faizlər üzrə 488048,75 manat, maliyyə sanksiyası üzrə 30140 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat) vergi borcu vardır. İş materiallarında olan: Vergi ödəyicisinin şəxsi hesab vərəqəsinin surətindən görünür ki, Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 08 iyun 2023-cu il tarixinə vergilər üzrə cəmi ödənilməli borcu 1265972,66 manat olmuşdur. İş materiallarında olan: “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin (seriya AZE, № 0*******,) elektron bazadan çıxarışının surətindən görünür ki, Maraqlı şəxs (FİN nömrəsi: xxxxxxx) xx xxxxxx 1977-ci il tarixdə Azərbaycan Respublikasının ünvan 1ində doğulmuş, ünvan 1ində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan: “Hüquqi şəxs haqqında məlumat cədvəli”ndən görünür ki, vergi ödəyicinin tam adı: Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, əsas fəaliyyət növü: təhlükəsiz tullantıları yığılması; rəhbəri: Maraqlı şəxs, ünvanı: ünvan 5ası nəticəsində Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi və borclu hüquqi şəxsin rəhbərinin Maraqlı şəxs müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının (bundan sonrakı mətndə: “Konstitusiya”) 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonrakı mətndə: “Vergi Məcəlləsi”) 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi Məcəlləsinin 77.3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Vergi Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsinə əsasən, vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə əsasən, məhkəmə vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. . Mülki Prosessual Məcəllənin 355-5.2-ci maddəsinə əsasən, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Mülki Prosessual Məcəllənin 355-6-cı maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir. Mülki Prosessual Məcəllənin 355-7.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Mülki Prosessual Məcəllənin 355-7.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. Mülki Prosessual Məcəllənin 355-7.3-cü maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Mülki Prosessual Məcəllənin 355-7.4-cü maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi olan hüquqi şəxs Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi (VÖEN:**********) vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə, ərizənin verildiyi tarixə dövlət büdcəsinə vergilər üzrə 1050359,82 manat, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna 1366323,78 manat məbləğində sosial səğorta borcu vardır. Hüquqi şəxsin icra orqanın rəhbəri Azərbaycan Respublikasının ünvan 1ində qeydiyyatda olan Maraqlı şəxsdur. Həmin borcların əsas hissəsinin hal-hazırda da mövcud olduğu rəhbər vəzifəli şəxsin özü tərəfindən yazılı olaraq etiraf edilir. Məhkəmə sadalanan sübutları tədqiq edib, həmin sübutlara tam halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla ərizəçinin tələbinin əsaslı olmasını təsdiq edir. Ona görə də, borclu Maraqlı şəxs ölkədən getmək hüququ, həmin hüququn məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxanadək müvəqqəti məhdudlaşdırılmalıdır. Proses iştirakçılarının nəzərinə çatdırılmalıdır ki, şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda, vergi orqanı dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Borclu-xx xxxxxx 1977-ci il tarixdə Azərbaycan Respublikasının ünvan 1ində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1ində yaşayış yeri üzrə qeydiyyatda olan Maraqlı şəxs (Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi: AZE № 0*******; FİN nömrəsi: xxxxxxx) ölkədən getmək hüququ, həmin hüququn məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxanadək müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-771/2023
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-771/2023
07.08.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver