Məhkəmə qərarları › İş №2(040)-930/2023

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-930/2023

24.08.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-930/2023 24.08.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman оğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı ərazi vergilər baş idarəsinin maraqlı şəxs (borclu hüquqi şəxsin rəhbəri) Maraqlı şəxs barəsində "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı ərazi vergilər baş idarəsi (bundan sonra - “ərizəçi”) ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs Kəlbəcər Rayon Təhsil Şöbəsinin (VÖEN: **********) ümumilikdə 5267,29 manat (beş min iki yüz altmış yeddi manat 29 qəpik) borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanın rəhbəri olan- xx xxxxx 1980-ci il tarixdə Azərbaycan Respublikasının Kəlbəcər rayonunda doğulmuş Maraqlı şəxs (bundan sonra -“maraqlı şəxs”) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini müəyyən edilmiş müddətdə yerinə yetirmədiyindən, vergi ödəyicisi olan Kəlbəcər Rayon Təhsil Şöbəsinin (VÖEN: **********) 2023-cü il 22 iyun tarixinə dövlət büdcəsinə ümumilikdə 5267,29 manat (beş min iki yüz altmış yeddi manat 29 qəpik), o cümlədən vergilər üzrə 3555,44 manat; faizlər üzrə 1083,32 manat, maliyyə sanksiyası üzrə 220,37 manat, İcbari Tibbi Sığorta Fonduna Fonduna 408,16 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən, yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanın rəhbəri olan Rəcəbov X1 rayonunun Çıraq kəndi ünvanında yaşayır (əslində həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır, faktiki olaraq həmin ünvanda yaşamır-hakimin qeydi). Kəlbəcər Rayon Məhkəməsi tərəfindən mülki iş icraata qəbul edilmiş və işin baxılması 14 avqust 2023-cü il tarixə təyin edilmiş, prosessual zərurətlə bağlı 24 avqust 2023-cü il tarixə təxirə salınmışdır. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı ərazi vergilər baş idarəsinin nümayəndəsi Pərviz İsmayılov məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs (vergi ödəyicisi olan hüquqi şəxsin rəhbəri) Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: “Hüquqi şəxs haqqında məlumat” cədvəlindən görünür ki, vergi ödəyicinin tam adı- Kəlbəcər Rayon Təhsil Şöbəsi, tabeçiliyi- Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi; mülkiyyət növü-dövlət mülkiyyəti; əsas fəaliyyət növüümumi xarakterli dövlət idarəetməsi; VÖEN-**********; VÖEN-in verilmə tarixi-xx.xx.2005; ünvanı- Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU-nun 6 sayli yataqxanası; rəhbəri- Maraqlı şəxs, rəhbərin yaşadığı ünvan-Gəncə şəhəri, ünvan 4rında olan: Vergi borcunun ödənilməsinin tələb edilməsinə dair 12 yanvar 2023-cü il tarixli **********7 nömrəli bildirişdən görünür ki, Kəlbəcər Rayon Təhsil Şöbəsinin 12 yanvar 2023-cü il tarixinə dövlət büdcəsinə ümumilikdə 4802,05 manat, o cümlədən: vergilər üzrə-3555,44 manat, maliyyə sanksiyaları üzrə-220,37 manat, faizlər üzrə 1026,24 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə- 0,00 manat) vergi borcu vardır. İş materiallarında olan: İcbari tibbi sığorta haqları üzrə borcun ödənilməsinin tələb edilməsinə dair 29 iyul 2022-i il tarixli **********6 nömrəli bildirişdən görünür ki, Kəlbəcər Rayon Təhsil Şöbəsinin 29 iyun 2022-ci il tarixə ümumilikdə-523,63 manat, o cümlədən: icbari tibbi sığortalar üzrə-488,01 manat; faizlər üzrə-35,62 manat borcu vardır. İş materiallarında olan: Vergi ödəyicisinin şəxsi hesab vərəqəsinin surətindən görünür ki, Kəlbəcər Rayon Təhsil Şöbəsinin 24 iyun 2023-cu il tarixinə vergilər üzrə cəmi ödənilməli borcu 5073,54 manat olmuşdur. İş materiallarında olan: “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin elektron bazadan çıxarışının surətindən görünür ki, Maraqlı şəxs (FİN nömrəsi: xxxxxxx) xx xxxxx 1980-ci il tarixdə Azərbaycan Respublikasının Kəlbəcər rayonunda doğulmuş, Kəlbəcər rayonunun Çıraq kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-510/2022 saylı mülki iş üzrə 14 iyun 2022-ci il tarixli “Mülki işin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” qərardadından görünür ki, Azərbaycan Respublikasının təhsil nazirinin 25 fevral 2022-ci il tarixli F-99 nömrəli “Təhsil Nazirliyi sistemində idarəetmənin təkmilləşdirilməsi barədə” əmri ilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” 2010-cu il 27 dekabr tarixli 1251 nömrəli və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında 2014-cü il 24 iyul tarixli 664 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə” 2021-ci il 20 dekabr tarixli 3059 nömrəli sərəncamları rəhbərlik və icra üçün qəbul edilmiş (1-ci bənd), həmçinin Azərbaycan Respublikasının Təhsil Nazirliyinin rayon və şəhər təhsil şöbələrinin (idarələrinin) əsasında regional təhsil idarələri yaradılmış, o cümlədən Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayon təhsil şöbələrinin əsasında X2 Təhsil İdarəsi (İdarə müvəqqəti olaraq Bakı şəhərində yerləşməklə) yaradılmış (2 və 2.11-ci bəndlər) və müəyyən edilmişdir ki, regional təhsil idarələri rayon və şəhər təhsil şöbələrinin (idarələrinin) və ərazi maliyyə hesablaşma mərkəzlərinin hüquqi varisidir, həmin qurumların hüquq və öhdəlikləri, habelə əmlakı müvafiq qaydada idarələrə keçir (6-cı bənd). Azərbaycan Respublikasının Konstitusiyasının (bundan sonrakı mətndə: “Konstitusiya”) 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonrakı mətndə: “Vergi Məcəlləsi”) 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi Məcəlləsinin 77.3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Vergi Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsinə əsasən, vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə əsasən, məhkəmə vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. . Mülki Prosessual Məcəllənin 355-5.2-ci maddəsinə əsasən, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Mülki Prosessual Məcəllənin 355-6-cı maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir. Mülki Prosessual Məcəllənin 355-7.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Mülki Prosessual Məcəllənin 355-7.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. Mülki Prosessual Məcəllənin 355-7.3-cü maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Mülki Prosessual Məcəllənin 355-7.4-cü maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi olmuş hüquqi şəxs Kəlbəcər Rayon Təhsil Şöbəsi (VÖEN: **********) artıq mövcud deyildir və həmin qurumun hüquqi varisi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin X2 təhsil idarəsidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” 2010-cu il 27 dekabr tarixli 1251 nömrəli və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 2014-cü il 24 iyul tarixli 664 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2021-ci il tarixli 3059 saylı sərəncamı ilə Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayon təhsil şöbələrinin əsasında X2 Təhsil İdarəsinin yaradılması müəyyənləşdirilmiş, həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının təhsil nazirinin 25 fevral 2022-ci il tarixli F-99 nömrəli “Təhsil Nazirliyi sistemində idarəetmənin təkmilləşdirilməsi barədə” əmri ilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” 2010-cu il 27 dekabr tarixli 1251 nömrəli və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında 2014-cü il 24 iyul tarixli 664 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə” 2021-ci il 20 dekabr tarixli 3059 nömrəli sərəncamları rəhbərlik və icra üçün qəbul edilmiş (1-ci bənd), həmçinin Azərbaycan Respublikasının Təhsil Nazirliyinin rayon və şəhər təhsil şöbələrinin (idarələrinin) əsasında regional təhsil idarələri yaradılmış, o cümlədən Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayon təhsil şöbələrinin əsasında X2 Təhsil İdarəsi (İdarə müvəqqəti olaraq Bakı şəhərində yerləşməklə) yaradılmış (2 və 2.11-ci bəndlər) və müəyyən edilmişdir ki, regional təhsil idarələri rayon və şəhər təhsil şöbələrinin (idarələrinin) və ərazi maliyyə hesablaşma mərkəzlərinin hüquqi varisidir, həmin qurumların hüquq və öhdəlikləri, habelə əmlakı müvafiq qaydada idarələrə keçir (6-cı bənd). Məhkəmə hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməli, ləğv edilmiş Kəlbəcər Rayon Təhsil Şöbbəsinin müdiri olmuş, ləğv edilmiş həmin hüquqi şəxsin hüquqi varisi X2 Təhsil İdarəsinin hal-hazırda rəhbəri olmayan Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılmasından imtina edilməlidir. Məhkəmə proses iştirakçılarına izah edir ki, ləğv edilmiş Kəlbəcər Rayon Təhsil Şöbəsinin bütün öhdəliklərinə görə hüquqi varisi X2 Təhsil İdarəsi cavabdehdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilməsin. Ləğv edilmiş Kəlbəcər Rayon Təhsil Şöbbəsinin müdiri olmuş, hal-hazırda X2 Təhsil İdarəsinin Kəlbəcər rayon təhsil sektorunun müdiri olan Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılmasından imtina edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar