Məhkəmə qərarları › İş №2(041)-1016/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1016/2023

22.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1016/2023 22.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X10 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçılar İddiaçı1, İddiaçı2 iştirakları ilə, İddiaçı1, İddiaçı2 Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan torpaq sahəsində payların naturada bölünməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayon Aqrar İslahat komissiyasının 1998-ci il 14 avqust tarixli 08 nömrəli qərarına əsasən ümumi mülkiyyətlərinə verilmiş, Kürdəmir rayonu Xırdapay kəndində yerləşən paylı mülkiyyətdə olan 1.41 ha torpaq sahəsində paylarının naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Kürdəmir rayonu Qağacılı kənd sakini Kamran Qədirovla evlənmiş, birgə nikahlarından xx.xx.1993-cü tarixdə Ceyhun adlı uşaqları anadan olmuşdur. Onlar ər-arvad kimi birgə yaşadıqları müddətdə ailənin ümumi birgə mülkiyyətinə Kürdəmir rayon Aqrar islahat komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə 1.41 ha torpaq sahəsi verilmişdir. Dövlət aktı ailə başçısı kimi mərhum qaynatası Sərdar Qədirovun adına sənədləşdirilmiş, qaynatası Sərdar və qaynanası Mansura vəfat etmiş, əri Kamranın isə uzun müddətdir ki, olduğu yer haqqında məlumatı yoxdur. Qeyd olunan torpaq sahəsində onların da payı var. Lakin cavabdehlər həmin torpaq sahəsindən onları istifadə etməsinə imkan vermir. Cavabdehlər həmin torpaq sahəsinə görə dövlət tərəfindən verilmiş subsidiyanı belə istifadə edirlər. Bununla bağlı dəfələrlə cavabdehlərə müraciət edərək torpaq sahəsinin ayrılıb verilməsini xahiş etsə də lakin heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında iddiaçılar iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçılar yazılı ərizə verərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının (JN 258, KOD ********) surətindən görünür ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə Kürdəmir rayonu Xırdapay kəndində yerləşən 1.41 ha torpaq sahəsi X5, X2, X6, Cavabdeh1, Cavabdeh2, İddiaçı1 və İddiaçı2 verilmiş, bu barədə JN 258, KOD90616028 nömrə ilə qeydiyyat aparılmışdır. Məhkəmə hesab edir ki, ümumi mülkiyyətdə olan 1.41 ha torpaq sahəsi üzərindəki paylar müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Hazırki iş üzrə də, Kürdəmir rayonu Xırdapay kəndində yerləşən 1.41 ha torpaq sahəsi Kürdəmir rayon Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 saylı qərarı və Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı əsasında 1/7 hissəyə bölünməklə paylar müəyyən edilməlidir. Beləliklə, işin sadalanan xüsusatlarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən 1.41 ha torpaq sahəsi üzərində X3 (1/7 hissədə, 0,20 ha), X1 (1/7 hissədə, 0,20 ha), X4 (1/7 hissədə, 0,20 ha), Cavabdeh1 (1/7 hissədə, 0,20 ha), Cavabdeh2 (1/7 hissədə, 0,20 ha), İddiaçı1 (1/7 hissədə, 0,20 ha) və İddiaçı2 (1/7 hissədə, 0,20 ha) olmaqla payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-244-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən 1.41 ha torpaq sahəsi üzərində X3 (1/7 hissədə, 0,20 ha), X1 (1/7 hissədə, 0,20 ha), X4 (1/7 hissədə, 0,20 ha), Cavabdeh1 (1/7 hissədə, 0,20 ha), Cavabdeh2 (1/7 hissədə, 0,20 ha), İddiaçı1 (1/7 hissədə, 0,20 ha) və İddiaçı2 (1/7 hissədə, 0,20 ha) olmaqla payları müəyyən edilsin. Cavabdehlər qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış Kürdəmir rayon məhkəməsinə ərizə verməyə haqlıdır. Həmin müddət bitdikdən sonra qiyabi qətnamədən 1 ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar