Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-102/2023 29.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X12 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı 5530 manat dəymiş ziyan tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5530 manat ona dəymiş ziyana görə pulun və ödənilmiş 75 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, lizinqə götürdüyü MTZ 89.2 markalı 54K457 nömrəli traktor onun qanuni sahibliyində və istifadəsində olmuş, lizinq ödəmələri onun tərəfindən həyata keçrilmiş, lakin sonradan ödəməyə imkanı olmadığı üçün cavabdehlə razılığa gələrək 7000 manata traktoru ona vermişdir. Cavabdeh qabaqcadan ona 2000 manat vermiş, traktoru götürüb aparandan sonra 2000 manat vermiş, qalan 3000 manat hissəsini işləyib verəcəyini, lizinqə qalmış borcunu isə 1 il ərzində bağlayacağına söz vermişdir. Lakin cavabdeh bir müddət sonra borcundan 600 manat vermiş, bundan sonra qalan borcunu verməmişdir. Cavabdeh cəmi borcundan 4600 manat ödəmiş, 2400 manat borcu qalmış, lizinqə olan borcunu da ödəməmiş, onun telefonlarına cavab verməmişdir. 1 il 8 ay sonra traktoru öz həyətinə gətirmiş, traktor demək olar ki işlək vəziyyətdə olmamışdır. Cavabdeh arqolizinqə olan borcu ödəmədiyi üçün məhkəmənin qərarı ilə həmin pul ondan tutulmuşdur. Traktoru nasaz vəziyyətdə görüb mütəxəssis dəvət etmiş, traktora dəyən ziyanı hesablatmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, dəymiş ziyanın hesablanması məqsədilə mütəxəssis dəvət etmiş, xx.xx.2021-ci il tarixdə akt tərtib olunmuş həmin aktda Aqrolizinq ASC-yə məxsus lizinqə götürdüyü MTZ-892 markalı 54K-457 dövlət qeydiyyat nömrə nişanlı traktora 5530 manat məbləğində xərc lazım olduğu müəyyən edilmişdir. Aktda göstərilən qüsurları öz vəsaiti hesabına bərpa etmişdir. Sonradan Cavabdeh atası X5 qarşı Sabirabad rayon məhkəməsində iddia qaldıraraq, traktora görə verdiyi 4600 manat pulun geri qaytarılmasını tələb etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin edilmişdir. Mübahisələndirilən traktor onun adına sənədləşdirildiyindən və Səmidov X7 rayonu, Ərəbqubalı kəndində yaşadığı üçün hazırki iddia tələbi ilə Kürdəmir rayon məhkəməsinə müraciət etmişdir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, 2019cu ildə ailə təsərrüfatını artırmaq üçün traktor almaq qərarına gəlmiş, bu məqsədlə yaxın qohumlarına, dost və tanışlarına müraciət edərək ona traktor tapılmasını xahiş etmişdir. Az müddət sonra kənd sakini Xalid Kərimov adlı şəxs ona axtardığı texnikanın Sabirabad rayonu Əsgərbəyli kənd sakini İddiaçı adlı şəxsdə olduğunu bildirmiş, dərhal həmin şəxslə əlaqə saxlamış və onda traktorun olub-olmamasını soruşmuşdur. İddiaçı onda traktor olduğunu və həmin traktoru satmaq istədiyini bildirmişdir. Söhbət əsnasında bilmişdir ki, iddiaçının atası Aqrolizinq ASC-dən güzəştli kredit əsasında Belarus 892 markalı traktor almış və həmin traktoru satmaq istəyir. Həmin traktoru 8000 manata razılaşmışlar. Bundan sonra iddiaçının atasına 2000 manat və əlavə olaraq 5200 manat pul vermişdir. Bundan sonra traktoru götürüb evinə aparmışdır. İddiaçının atası bir müddət sonra ona zəng edərək traktorun sənədləşməsi üçün daha 300 manata ehtiyac olduğunu bildirmişdir. O iddiaçıya yenidən 300 manat pul vermişdir. Ümumilikdə iddiaçı və atasına 7500 manat pul vermişdir. Sonradan ona məlum olmuşdur ki, ona verilən sənədlər həmin traktora aid deyil. Məhz bu səbəbə görə traktorun kredit ödənişindən imtina etmişdir. Bundan sonra iddiaçının atası onun evinə gələrək traktoru götürüb aparmışdır. O, traktoru alarkən nasaz vəziyyətdə olmuş, traktoru işlək vəziyyətə gətirmək üçün xeyli miqdarda pul xərcləmişdir. Sabirabad rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə traktora görə verdiyi 4600 manat pulun ona geri qaytarılması qət edilmiş, X4 ona qarşı 5530 manat dəymiş ziyana görə pulun ödənilməsinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Hazırki iş üzrə də, iddiaçının istinad etdiyi xx.xx.2021-ci il tarixli aktda göstərilən məbləğ və görülən işlər inandırıcı görünmür, çünki traktoru işlək vəziyyətdə X5 təhvil vermişdir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - 80-0000010 nömrəli pasportda “Gəncə Avtomobil zavodu” İb-nin istehsal etdiyi, 892 “BELARUS” traktorunun buraxılış ili 2012, zavod nömrəsi 0003017, dizelin zavod nömrəsi D-2455 669227, kabinanın zavod nömrəsi 253787 göstərilmişdir. - xx.xx.2019-cu il tarixdə BDTNX Şirvan RB tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, buraxılış ili 2012-ci il olan, 54K457 qeydiyyat nömrəli MTZ 89.2 markalı, ban nömrəsi 0003017, mühərrik nömrəsi 669227 olan göy rəngli traktor "xxxx"ASC-yə məxsusdur, İddiaçı lizinqə verilmişdir. - "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikalarının lizingə verilməsi barədə xx.xx.2019-cu il tarixli 798-GL/19 saylı müqavilənin surətindən görünür ki, Belarus-892 markalı, şassi zavod nömrəsi 24114357, mühərrik nömrəsi 051935 olan traktor aşağıdakı şərtlərlə İddiaçı lizinqə verilmişdir: ilkin qiymət-28500 manat, ödənilmiş məbləğ-6000 manat, güzəştdən sonra qalıq məbləğ-11100 manat. -xx.xx.2019-cu il tarixdə verilmiş elektron texniki baxış talonunda qeydiyyat nömrəsi 54K457, “TRAKTOR MTZ89.2” markalı "xxxx" ASC-yə məxsus nəqliyyat vasitəsinin texniki vəziyyətinin SAZ olduğu qeydedilmişdir. - xx.xx.2019-cu il tarixdə bağlanmış icbari sığorta müqaviləsinə dair məlumatda MTZ 89.2 markalı nəqliyyat vasitəsinin buraxılış ili 2012-ci il, qeydiyyat nömrəsi 54K457, ban nömrəsi 0003017, mühərrik nömrəsi 669227 göstərilmişdir. - Sabirabad rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(056)-248/2021 saylı üətnaməsinin surətindən görünür ki, Cavabdeh X6 qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, X3 Cavabdeh xeyrinə 4600 manat, məhkəmə xərci kimi 50 manat, cəmi 4650 manat pul tutulmuşdur. - Saatlı “Avtoservis” xidmətinin müdiri M.A.Ağayevin, xidmətin çilingəri Ə.A.Ağayevin, Sabirabad rayonu Əsgərbəyli kənd sakini P.T.Hüseynovun iştirakı ilə tərtib edilmiş, "xxxx" ASC-yə məxsus, İddiaçı lizinqə verilmiş MTZ-892 markalı 54K-457 dövlət qeydiyyat nömrəli traktora baxış keçirilməsi barədə xx.xx.2021-ci il tarixli aktda əsaslı təmir edilməsi üçün traktorun aşağıda göstərilən hissələrinin dəyişib yenisi ilə əvəz edilməsi məqsədə uyğun hesab edilmişdir: 1) arxa şinlər 16x38, 2 ədədx750=1500 manat, 2) qabaq şinlər 13x20 ,2 ədəd x330 man=660 manat, 3) dirsəkli val 1 ədədx520man=520 manat, 4) mühərrikin təmir dəsti 1 kom.x380 man=380 manat, 5) yanacaq nasosu= 200 manat, 6) turbokompressor 1 ədədx480 man=480 manat, 7) akkumlyator 6STx100 2 ədəd x160 man=320 manat, 8) arxa körpünün güc ayıran valı 1 ədədx250 mana=250 manat, 9) radiator 1 ədədx500 man=500 manat, 10) starter 1 ədədx220= 220 manat, 11) araqatı (proklatka) 5 ədəd =100 manat, 12) maqnito pusqater 1 ədəd=100 manat, 13) sükan 50 manat, 14) qabaq körpünün qoşan reduktoru 250 manat. Mütəxəssislər tərəfindən traktora dəymiş ziyanın ümumi məbləği 5530 manat müəyyən olunmuşdur. - Kürdəmir rayonu Ərəbqubalı kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışında Cavabdeh Kürdəmir rayonu Ərəbqubalı kəndində qeydiyyatda olmaqla yaşadığı qeyd edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(041)-102/2023 saylı qərardadı ilə iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə ekspertiza mərkəzinin ekspertlərinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Sabirabad rayonu Əsgərbəyli kənd sakini, İddiaçı istifadəsində olan, MTZ-892 markalı 54K- 457 dövlət qeydiyyat nömrəli traktora yerində baxış keçirilməklə, traktora baxış keçirilməsi barədə xx.xx.2021-ci il tarixli aktda göstərilən aşağıda hissələrinin həqiqətən də, həmin tarixdə yenisi ilə əvəz edilib-edilməməsi müəyyən edilsin; - 1) arxa şinlər 16x38, 2 ədəd, 2) qabaq şinlər 13x20 ,2 ədəd, 3) dirsəkli val 1 ədəd, 4) mühərrikin təmir dəsti 1 komplekt, 5) yanacaq nasosu, 6) turbokompressor, 7) akkumlyator 6STx100 2 ədəd, 8) arxa körpünün güc ayıran valı 1 ədəd, 9) radiator 1 ədəd, 10) starter 1 ədəd, 11) araqatı (proklatka) 5 ədəd, 12) maqnito pusqater 1 ədəd, 13) sükan, 14) qabaq körpünün qoşan reduktoru. - əgər göstərilən hissələr yenisi ilə əvəz edilmişdirsə, xx.xx.2021-ci il tarixli aktda göstərilən məbləğlər aktın tərtib edildiyi vaxt mövcud olan pərakəndə satış qiymətlərinə uyğundurmu? Əks təqdirdə göstərilən hissələrin həmin dövrə uyğun qiymətləri müəyyən edilsin. 25 iyul 2023-cü il tarixli 9/3231 nömrəli ekspert rəyində göstərilmişdir ki, təhqiqatın nəticələri 1-ci sual üzrə-əmtəşünaslıq ekspertizasının predmetinə aid olmadığından təhqiqat aparmaq mümkün olmadı, 2-ci sual üzrə nəzəri hesablama yolu ilə “MTZ-892” markalı,54K-457 dövlət qeydiyyat nömrəli traktorun təmir-bərpa xərci təxminən 7235 manat müəyyən olunur. O cümlədən, dəyişilməli hissələrin qiyməti 6635 manat, təmirbərpa işlərinin qiyməti-600 manat. Məhkəmə tərəflərin izahatını və işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia təmin edilməlidir . Belə ki, işin müəyyən edilən hallarından məlum olur ki, "xxxx" ASC-yə məxsus MTZ-892 markalı 54K-457 dövlət qeydiyyat nömrəli traktor İddiaçı lizinqə verilmişdir. Sonradan iddiaçının atası X8 həmin traktoru Cavabdeh satmış və ondan 4600 manat pul almışdır. X2 traktoru geri almış və Cavabdeh iddiası əsasında Sabirabad rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə 4600 manat pul ona qaytarılmış, X4 traktora xərclədiyi 5530 manat pulun ödənilməsinə dair qarşılıqlı iddiası təmin edilməmiş, əsas kimi həmin traktor üzərində X1 hüququnun olmaması göstərilmişdir. Traktoru sənəd üzrə lizinqə götürmüş İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddianın əsası kimi məhkəməyə təqdim etdiyi MTZ-892 markalı 54K-457 dövlət qeydiyyat nömrə nişanlı həmin traktora baxış keçirilməsi barədə xx.xx.2021-ci il tarixli aktda göstərilən qiymətlərə istinad etmişdir. Cavabdeh iddianı qəbul etməmiş və fikrini onunla əsaslandırmışdır ki, əvvələn traktoru işlək vəziyyətdə sahibinə qaytarmış, sonradan dəyişdirilmiş ehtiyat hissələrinin bir hissəsini traktor onun istifadəsində olduğu müddətdə dəyişdirmişdir. Bundan əlavə, ona verilən traktora görə lizinq haqqını sənəddə gedən səhvlərə görə ödəyə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Saatlı “Avtoservis” xidmətinin müdiri M.A.Ağayevin, xidmətin çilingəri Ə.A.Ağayevin, Sabirabad rayonu Əsgərbəyli kənd sakini P.T.Hüseynovun iştirakı ilə tərtib edilmiş, "xxxx" ASC-yə məxsus, İddiaçı lizinqə verilmiş MTZ-892 markalı 54K-457 dövlət qeydiyyat nömrəli traktora baxış keçirilməsi barədə xx.xx.2021-ci il tarixli aktda traktorun əsaslı təmir edilməsi və işlək vəziyyətə gətirilməsi üçün 5530 manat dəyərində vəsaitin tələb olunduğu (ekspert rəyində traktorun təmir-bərpa xərci təxminən 7235 manat müəyyən olunmuşdur) həmin məbləğ tərəflər arasında mübahisə yaratmasa da, cavabdeh həmin xərcin onun təqsiri ucbatından deyil, traktorun aşınması xərcləri kimi qiymətləndirmişdir. Məhkəmə cavabdehin bununla bağlı dəlillərini əsaslı hesab etmir ona görə ki, "xxxx" ASC-yə məxsus, İddiaçı lizinqə verilmiş MTZ-892 markalı 54K-457 dövlət qeydiyyat nömrəli traktor 2019-cu ilin iyun ayından 2020ci ilin oktyabr ayına kimi cavabdehin istifadəsində olmuş, həmin müddətdə traktor işlək vəziyyətdə olmuşdur. Belə ki, xx.xx.2019-cu il tarixdə verilmiş elektron texniki baxış talonunda qeydiyyat nömrəsi 54K457, “TRAKTOR MTZ89.2” markalı "xxxx" ASC-yə məxsus nəqliyyat vasitəsinin texniki vəziyyətinin SAZ olduğu qeyd edilmişdir. Traktorun sənədlərində uyğunsuzluqların olması işdə olan sənədlərdən də göründüyü üçün bununla bağlı cavabdehin dəlilləri əsaslı hesab olunur. Lakin traktorun alqı-satqısı baş tutmadığına görə və traktor sahibinə geri qaytarıldığı üçün bu halın dəymiş ziyanla bağlı heç bir əlaqəsi olmadığından mübahisənin işdə olan sənədlər əsasında həll edilməsinə heç bir təsir göstərmir. Bundan əlavə, təyin edilmiş ekspert rəyi işdə olan sənədlərlə təsdiq edilməklə iş üzrə mötəbər sübut kimi qəbul edilsə də, orada göstərilən məbləğ iddia tələbindən kənara çıxdığı üçün əsas kimi qəbul edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə müvafiq olaraq məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5530 manat pul tutularaq İddiaçı ödənilməlidir. İşə əlavə edilmiş, ödəniş qəbzindən görünür ki, iddiaçı hazırki iddia ərizəsinə görə 75 manat dövlət rüsumu ödəmişdir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 5530 (beş min beş yüz otuz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 75 (yetmiş beş) manat pul tutularaq İddiaçı verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-102/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-102/2023
29.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver