Məhkəmə qərarları › İş №2(041)-1020/2025

Kürdəmir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(041)-1020/2025

05.06.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1020/2025 05.06.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismarı Departamentinin Cavabdeh qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismarı Departamenti (bundan sonra Departament) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müvəqqəti istifadəsinə verilmiş, Kurdəmir rayonu, 564 ailəlik qəsəbə, 3 saylı binanın 23 nömrəli mənzilinə dair 22 yanvar 2020-ci il tarixli 3/23 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməsi və Cavabdeh Movluş oğlunu "3/23" nömrəli mənzildən çıxarılmaqla, həmin mənzilin boşaldılaraq Komitəni Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə "Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası" təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edi Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsı fondunun yaşayış sahələn qismində məcburi köçkunlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçının dövlət vəsaiti hesabına məcbun köçkunların muvəqqəti yaşaması uçun alınaraq xususi təyinatlı mənzil fonduna daxil edılmış yaşayış sahələn istifadə edilir Həmın yaşayış sahalarının venlməsi Azərbaycan Respublikası Qaçqınların və X11 uzrə Dövlət Komitəsinin (bundan sonra Komitə) qərarı ilə həyata keçirilir Komitə Nazirlər Kabinetinin 65 saylı Qarani ila təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan ağır, qazalı şəraitdə məskunlaşmış məcburi köçkunlərə yaşayış sahələrının muvəqqəti verilməsini həyata keçırır Əlavə olaraq bildiririk ki, Komitə məcburi köçkunların muvəqqəti istifadəsinə verılmış qəsəbələrdəkı yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdır ki, bəzi məcburi köçkunlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verirlər, yaxud ümumiyyətlə həmin mənzillərdən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentının 22 yanvar 2020-ci il tarixli 3/23 nömrəli xususi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkun X1 tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Kürdəmir rayonu ərazisində məcbur koçkunlər üçün inşa edilmiş 564 ailəlık yeni yaşayış kompleksində 3 saylı binada 23 nomre 1 otaqlı mənzillə təmin edilmışdır Daha sonra Kurdəmir rayon Mənzil Kommunal İstismar sahəsinin rəisi ila birlikdə aparılan araşdırma zamanı Cavabdeh Movluş oğlunun 23 nömrəli mənzildə yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir (bu barədə 23 nömrəlı mənzilə dair abonentin Azərsu, Azərişıq və Azəriqaza aid sayğac göstəriciləri və aktlar əlavə olunur) Sahə rəisi tərəfindən Cavabdeh 23 nömrəli mənzildə yaşamadığı uçun mənzildə yaşayışını bərpa etməyəcəyi halda onunla bağlanılmış kırayə müqaviləsının ləğvı barədə məhkəməyə müraciət ediləcəkləri barədə xəbərdar edilsələrdə nəticəsi olmamışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianınn təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçı yazılı ərizə verərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Xüsusi təyinatlı yaşayış sahəsinin xx.xx.2020-ci il tarixli, 3/23 nömrəli kirayə müqaviləsinin surətindən görünür ki, Departament tərəfindən Cavabdeh müvəqqəti yaşamaq üçün Kürdəmir 564 ailəlik qəsəbədə bina 3-də 1 otaqlı 23 nömrəli mənzil verilmişdir. - xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli aktların surətindən görünür ki, Kürdəmir rayonu Xırdapay kəndi ərazisində yerləşən məcburi köçkünlər üçün inşa edilmiş 564 mənzilli yaşayış kompleksində olan 3 nömrəli binanın 23 nömrəli mənzilinə Kürdəmir MKİS-in mühəndisi X2, Kürdəmir MKİS-nin sahə nəzarətçisi X4, Kürdəmir, Ucar və Göyçay MKİS-in sahə nəzarətçisi: X3, Kürdəmir, Ucar və Göyçay MKİS-in rəisi Nümayəndə oğliu və Kürdəmir, Ucar və Göyçay MKİS-nin komp operatoru X5 iştirakı ilə Cavabdeh Mövluş oğlunun müvəqqəti istifadəsinə verilmiş Kürdəmir rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 564 mənzilli yaşayış kompleksində bina 3də yerləşən 23 nömrəli mənzildə baxış keçirilərkən həmin mənzildə yaşayşın olmadığı müəyyən edilmişdir. - xx.xx.2024-ci il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli bildirişlərdən görünür ki, bina 3, mənzil 23-də yaşayan sakinə mənzildə yaşayışı təmin etməyəcəyi halda mənzilin kirayə müqaviləsinin şərtlərinə uyğun olaraq Dövlətqaçqınkom tərəfindən məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. - “Azərsu“ ASC Kürdəmir rayon Sukanal İdarəsinin ödənişlərin siyhısından görünür ki, Cavabdeh Mövluş oğlu sudan istifadəyə görə sonuncu dəfə 2024-ci il ərzində ödəniş etməmişdir. - “Azərişıq“ ASC-nin abunə haqqından görünür ki, Cavabdeh Mövluş oğlu elektrik enerjisindən istifadəyə görə 2024-ci il üzrə karta pul yükləməmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na uyğun olaraq Departamentin xx.xx.2021-ci il tarixli, 3/23 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün Yadigarov X9 rayonunda yerləşən məcburi köçkünlər üçün inşa edilmiş 564 mənzilli yaşayış kompleksində 3 nömrəli binada 23 nömrəli 1 otaqlı mənzil ilə təmin edilmişdir. Departamentin Kürdəmir-Ucar-Göyçay Mənzil Kommunal İstismar Sahəsimnin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh Mövluş oğlunun həmin mənzildə yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3.1-ci bəndinə əsasən məcburi köçkün 5 (beş) gün ərzində ona ayrılmış müvəqqəti yaşayış sahəsinə köçməkdən imtina etdikdə, həmin yaşayış sahəsi başqa məcburi köçkün ailəsinə verilir. 3.2. Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. 3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 100.3-cü maddəsinin tələbinə görə kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. 91.2-ci maddə Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir.91.3-cu maddə Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz.99.1-ci maddə Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsı (kırayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə -vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir.99.2-ci maddə. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır.99.3-cu maddə. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xususi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir.99.4cü maddə. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz.100.3-cü maddə. Kirayəçi və onunla birgə yaşayan ailə uzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Mövluş oğlu ilə Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismarı Departamenti arasında bağlanmış Kürdəmir rayonu, 564 ailəlik qəsəbə, 3 saylı binada yerləşən 23 nömrəli 1 otaqlı mənzilə dair 22 yanvar 2020-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməli və mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismarı Departamentinə təhvil verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Mövluş oğlu ilə Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismarı Departamenti arasında bağlanmış Kürdəmir rayonu, 564 ailəlik qəsəbə, 3 saylı binada yerləşən 23 nömrəli 1 otaqlı mənzilə dair 22 yanvar 2020-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin və həmin mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismarı Departamentinə təhvil verilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış Kürdəmir rayon məhkəməsinə ərizə verməyə haqlıdır. Həmin müddət bitdikdən sonra qiyabi qətnamədən 1 ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar