Məhkəmə qərarları › İş №2(041)-1021/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1021/2025

05.06.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1021/2025 05.06.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə Cavabdeh2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin Mənzil İstismarı Departamentinin cavabdehlər X6, Cavabdeh2 və Cavabdeh3 qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin Mənzil İstismarı Departamenti (bundan sonra Departament) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X6, Cavabdeh2 və Cavabdeh3 müvəqqəti istifadələrinə verilmiş, Kürdəmir rayonu, 564 ailəlik qəsəbə 3 saylı binanın 24 nömrəli mənzilinə dair 23 yanvar 2020-ci il tarixli "3/24" nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməsi, cavabdehlərin həmin mənzildən çıxarılmaqla, "3/24 nömrəli mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə "Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası" təsdiq edilmişdir. Bu Qayda məcburi köçkunların muvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin muvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcbur köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək həmçinin dövlət vəsaiti hesabına məcburi köçkunlərin müvəqqəti yaşaması uçun alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin (bundan sonra Komitə) qərarı ilə həyata keçırılır Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ila təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır qəzalı şəraitdə məskunlaşmış məcburi köçkunlərə yaşayış sahələrinin muvəqqəti verilməsını həyata keçınır Olava olaraq bildiririk ki, Komitə məcburi köçkünlərın muvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xususi diqqət yetirməklə, daim nəzarətdə saxlayır Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində muəyyən edilmişdir ki, bəzi məcburi köçkunlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verirlər, yaxud ümumiyyətlə həmin mənzillərdən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X17 uzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 23 yanvar 2020-ci il tarixlı "3/24" nömrəli xususi təyinatlı yaşayış sahəsinin kirayə muqaviləsinə əsasən, məcburi köçkünlər X1 Abbas Zahid oğlu və Abbaslı X13 tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Kürdəmir rayonu ərazisində məcburi köçkünlər üçün inşa edılmış 564 ailəlik yeni yaşayış kompleksində 3 saylı binada 24 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Daha sonra Kürdəmir rayon Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı X2, Cavabdeh2 və Cavabdeh3 24 nömrəli mənzildə yaşamadığı və mənzilin istifadəsız qaldığı muəyyən edilmışdır (bu barədə 24 nömrəli mənzilə dair abonentin Azərsu, Azərişıq və Azəriqaza aid sayğac göstəriciləri və aktlar əlavə olunur). Sahə rəisi tərəfindən X3 24 nömrəli mənzildə yaşamadığları uçün mənzildə yaşayışlarını bərpa etməyəcəkləri halda onlarla bağlanılmış kırayə muqaviləsının ləğvi barədə məhkəməyə müraciət ediləcəkləri barədə xəbərdar edilsələrdə nəticəsi olmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahatında iddia ərizəsində göstərilən halları təsdiq edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələblərini qəbul etməyərək izahatında göstərdi ki, Cəbrayıl rayonundan məcburi köçkün olmaqla Kürdəmir rayon ərazsində məskunlaşmışdır. 2020-ci ildə Kürdəmir rayon ərazsində məcburi köçkünlər üçün salınmış qəsəbədə onlara ev verilmişdir. Həmin evə dair Komitə ilə onlar arasında kirayə müqaviləsi bağlanmışdır. Evə köçdükdən sonra özünə məxsus ev əşyalarını da həmin evə aparmışdır. Bundan sonra qeyd edilən mübahisəli evdə yaşamağa başlamış, faktiki olaraq təsərrüfat işləri ilə əlaqədar Kürdəmir rayonu Qaraqocalı kəndində yaşayır. Təsərrüfatla məşğul olduğuna görə dövlət tərəfindən verilmiş mənzilədə mütəmadi olaraq gedib gəlir. Komitə kommunal istismar sahəsi ilə araşdırma zamanı həmin mənzildə yaşamadığımızı əsas gətirərək onlara qarşı hazirki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Cəbrayıl rayonundakı evi təmir ediləndən sonra mənzili təhvil verəcəklər. Hazırda onlara məxsus ev və geyim əşyaları həmin mənzildə yerləşir və həmin mənzildən başqa yaşayış yerləri yoxdur. Cavabdeh sonda göstərilənləri nəzərə alaraq iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Xüsusi təyinatlı yaşayış sahəsinin xx.xx.2020-ci il tarixli, 3/24 nömrəli kirayə müqaviləsinin surətindən görünür ki, Departament tərəfindən X6, Cavabdeh2 və Cavabdeh3 müvəqqəti yaşamaq üçün Kürdəmir 564 ailəlik qəsəbədə bina 3-daə 2 otaqlı 24 nömrəli mənzil verilmişdir. - xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2025-ci il tarixli aktların surətindən görünür ki, Kürdəmir rayonu Xırdapay kəndi ərazisində yerləşən məcburi köçkünlər üçün inşa edilmiş 564 mənzilli yaşayış kompleksində olan 3 nömrəli binanın 24 nömrəli mənzilinə Kürdəmir MKİS-in mühəndisi X4, Kürdəmir MKİS-nin sahə nəzarətçisi X8, Kürdəmir, Ucar və Göyçay MKİS-in sahə nəzarətçisi: X5, Kürdəmir, Ucar və Göyçay MKİS-in rəisi Nümayəndə oğliu və Kürdəmir, Ucar və Göyçay MKİS-nin komp operatoru X9 iştirakı ilə Cavabdeh1 müvəqqəti istifadəsinə verilmiş Kürdəmir rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 564 mənzilli yaşayış kompleksində bina 3-də yerləşən 24 nömrəli mənzildə baxış keçirilərkən həmin mənzildə yaşayşın olmadığı müəyyən edilmişdir. - xx.xx.2024-ci il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli bildirişlərdən görünür ki, bina 3, mənzil 24-də yaşayan sakinə mənzildə yaşayışı təmin etməyəcəyi halda mənzilin kirayə müqaviləsinin şərtlərinə uyğun olaraq Dövlətqaçqınkom tərəfindən məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. - “Azərsu“ ASC Kürdəmir rayon Sukanal İdarəsinin ödənişlərin siyhısından görünür ki, Cavabdeh1 sudan istifadəyə görə sonuncu dəfə 2024-ci il üzrə cəmi 10 manat ödəniş etmişdir. - “Azərişıq“ ASC-nin abunə haqqından görünür ki, Cavabdeh1 elektrik enerjisindən istifadəyə görə 2024-ci il üzrə cəmi 0.16 manat karta pul yükləmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na uyğun olaraq Departamentin xx.xx.2020-ci il tarixli, 3/24 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavimləsinə əsasən, məcburi köçkün Cavabdeh1 Kürdəmir rayonunda yerləşən məcburi köçkünlər üçün inşa edilmiş 564 mənzilli yaşayış kompleksində 3 nömrəli binada 24 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Departamentin Kürdəmir-Ucar-Göyçay Mənzil Kommunal İstismar Sahəsimnin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1 həmin mənzildə yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir. Cavabdeh isə iddia tələblərini qəbul etmədiyini, hazırda onlara verilmiş evdə mütəmadi olaraq yaşadıqlarını, müvəqqəti olaraq təsərrüfat işləri ilə əlaqədar Kürdəmir rayonu Qaraqocalı kəndində qaldığını bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3.2-ci bəndinə əsasən məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. 3.3. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. 3.4. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər. 3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Tərəflər arasında bağlanmış, Xüsusi təyinatlı yaşayış sahəsinin xx.xx.2020-ci il tarixli, 3/24 nömrəli kirayə müqaviləsinin 5.7.1-bəndinə əsasən kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmış və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzürlü səbəb olmadan yaşamadıqda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi Kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Məhkəmə qaydasında müəyyən edildi ki, cavabdehlər üzrlü səbəblərdən müvəqqəti olaraq mənzildə yaşamamış, hazırda onlar həmin mənzilə qayıtmış və orada yaşamaqda davam edirlər. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar