Məhkəmə qərarları › İş №2(041)-1022/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1022/2025

06.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1022/2025 06.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi İddiaçının nümayəndəsi X1 Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Dövlət X2 tabeliyində X3 Xidməti publik hüquqi şəxsiin X4 Sistemlərinin İstismarı İdarəsinin rəisi Nümayəndə Cavabdeh qarşı qeyri yaşayış obyektinin inşasının dayandırılaraq kanalın mühafizə zolağından kənarlaşdırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Dövlət X2 tabeliyində X3 Xidməti publik hüquqi şəxsiin X4 Sistemlərinin İstismarı İdarəsinin rəisi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus Kürdəmir rayonu Xırdapay kəndi ərazisində yerləşən 0.0099 ha torpaq sahəsinin yanından keçən X4 Sistemlərinin İstismarı İdarəsinin balansindakı 6.8 km uzunluqlu, dib eni 1.0 m, üst eni 4.0 m, dərinliyi 1.2 m, suburaxma qabiliyyəti 1.0 m3/san xidmət etdiyi suvarılan sahə 1829 ha olan beton kanalının mühafizə zolağında inşa edilən qeyri yaşayış obyektinin Cavabdeh öz vəsaiti hesdabına sökülərək kanalın mühafizə zolağından kənarlaşdırılması və ödənilmiş 100 manat dövlət rüsumunun ondan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında Cavabdeh vəsatətlə çıxış edərək bildirdi ki, Kürdəmir rayonu Xırdapay kəndində inşa edilən qeyri-yaşayış obyekti Kürdəmir rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2024-cü il tarixli 5 nömrəli obyektin tikintisinə icazə sənədi əsasında inşa edilmişdir. Obyektin yerləşdiyi 0.0099 ha torpaq sahəsi isə onun mülkiyyətindədir. Çıxarış və icra sənədi iddiaçı tərəfindən mübahisələndirilməmiş və ləğv edilməmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus, Kürdəmir rayonu Xırdapay kəndində inşa edilən qeyri-yaşayış obyektinə dair Kürdəmir rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2024-cü il tarixli 5 nömrəli obyektin tikintisinə icazə sənədinin ləğv edilməsi barədə Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edəcəklərini nəzərə alaraq, hazırki vəziyyətdə iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərin və məhkəməyə ödənilmiş dövlət rüsumunun qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Azərbaycan Dövlət X2 tabeliyində X3 Xidməti publik hüquqi şəxsiin X4 Sistemlərinin İstismarı İdarəsinin rəisi Nümayəndə Cavabdeh qarşı qeyri-yaşayış obyektinin inşasının dayandırılaraq kanalın mühafizə zolağından kənarlaşdırılması tələbinə dair iddiası baxılmamış saxlanılsın. İddia ərizəsinə əlavə edilmiş sənədlər və ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM XALİQ İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar