Məhkəmə qərarları › İş №2(041)-106/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-106/2023

09.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-106/2023 09.03.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” istehsalat birliyinə (bundan sonra “Azəriqaz” İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 304 manat ödəniş qəbzlərinin hesabına bərpa edilməsi və əsassız hesablanmış 304 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırmışdır ki, iddiaçı Kürdəmir rayon Yenikənd kəndində ailəsi ilə birlikdə yaşayır. İstifadə etdiyi qazın dəyərini vaxtında ödədiyi üçün borcu olmamışdır. Bu yaxınlarda qaz idarəsində olarkən qaza görə 322.17 manat borcu olduğunui görüb, ödəniş qəbzlərini təqdim etmişdir. Onun 988286 nömrəli qəbzlə 66 manat, 135406 nömrəli qəbzlə 40 manat, 549899 nömrəli qəbzlə 8 manat, 983374 nömrəli qəbzlə 60 manat, 223526 nömrəli qəbzlə 30 manat, 720089 nömrəli qəbzlə 30 manat, 401859 nömrəli qəbzlə 70 manat, cəmi 304 manat onun **********03900 nömrəli hesabına işlənməmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsiniməhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.S.Xəlilov iddianı qismən qəbul edərək izahatında göstərdi ki, Kürdəmir rayonu Yenikənd kəndində yaşayan İddiaçı 323.17 manat borcu 2010-2022-ci illər ərzində yaranmışdır. İddiaçı ödəniş qəbzlərini idarəyə təqdim etmiş, araşdırma nəticəsində iddiaçı tərəfindən qaz pulunun ödənilməsi barədə qəbzlər olsa da həmin qəbzlər üzrə ödənilmiş 294 manat qaz pulunun abonentin saldosunda öz əksini tapmaması müəyyən edilmişdir. Nümayəndə izahatının sonunda iddianın 294 manat həcmində təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş, Kürdəmir rayonu, Yenikənd kəndində yaşayan İddiaçı abonentin saldosundan görünür ki, iddiaçının 2022-ci ilin noyabr ayına kimi 322.17 manat borcu olmuşdur. İşdə olan iddiaçı tərəfindən təqdim olunmuş qəbzlərin surətindən görünür ki, iddiaçı 2010-2011-cu illər ərzində ümumilikdə 294 manat qaz pulunu cavabdehin hesabına ödəmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə görə öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 2010-cu ilə kimi mövcud olmuş və iddiaçı tərəfindən ödənilmiş, lakin cavabdehin hesabına ödənilməmiş 294 manat debitor borcun İddiaçı hesabından silinməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” istehsalat birliyinin üzərinə qoyulmalı, qalan hissədə iddia təmin edilməməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilsə də, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edildiyindən, 30 manat dövlət rüsumu cavabdehdən tutularq dövlət büdcəsinə öpdənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 294 (iki yüz doxsan dörd) manat debitor borcun İddiaçı hesabından silinməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” istehsalat birliyinin üzərinə qoyulsun. Qalan hissədə iddia təmin edilməsin. 30 (otuz) manat dövlət rüsumu “Azəriqaz” istehsalat birliyindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar