Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-111/2024 11.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə ilə İddiaçı Cavabdehnə qarşı qanunsuz hesablanmış pul vəsatinin silinməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət Cavabdeh tərəfindən ona qanunsuz yazılmış və hazırda hesabında 205 manat pul vəsaitinin (debitor borcunun) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Atakişili kəndində yaşayır. Hər ay istifadə etdiyi qazın dəyərini poçt və terminal vasitəsi ilə Qaz İdarəsinin hesabına ödəyir. Heç vaxt qaza borcu olmayıb. Qaz İdarəsinin işçiləri bir müddət əvvəl ona istifadə etdiyi qaz borcuna görə bildiriş təqdim etdikdə əlavə 205 manat borcunun olduğunu bildirmişlər. Həmin borcun nədən yaranması ilə maraqlandıqda debitor borcu olduğunu və bu borcun hamıya yazıldığını, həmçinin işlətdiyi qazın pulunu ödəməsini, əlavə yazılan pulu ondan tələb etmədiklərini bildirmişlər. Özü araşdırma aparmış və 30 manat borcunun olduğu halda həmin borcdan 160 manat ödəsə də, "xxxx" MMC-yə məxsus qəbzlərlə ödədiyi 120 manat məbləğində onun hesabından silinmədiyini müəyyən etmişdir. Bundan əlavə "xxxx" MMC-yə məxsus qəbzlərlə Cavabdeh İB-nin hesabına ödədiyi 40 manat məbləğində qaz pulu da onun abonent hesabından silinməmişdir. Cavabdeh təşkilatın əməkdaşları 205 manat məbləğində borcu onun hesabından siləcəklərini bildirsələr də, bu günə kimi həmin məbləğ onun hesabından silinməmişdir. Ona görə də Cavabdeh tərəfindən ona qanunsuz yazılmış və hazırda hesabında olan 205 manat pul vəsaitinin (debitor borcunun) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh nümayəndəsi Nümayəndə lazımi qaydada məlumat verilmiş, o, istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla məlumat verərək xidməti işi ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini bildirib işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə mülki işə Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh Ağsu RQİİ Kürdəmir Xidmət Sahəsi tərəfindən İddiaçı verilmiş xx.xx.2015-ci il tarixli, 235 nömrəli arayışdan görünür ki, onun 205 manat debitor borcundan 120,00 manat "xxxx" MMC-nə məxsus ödəniş qəbzlərində abonentin hesab koduna düşməyib, 40,00 manat "xxxx" Kürdəmir filialına məxsus qəbzlərdədir. Hal-hazırda abonentin 30,00 manat borcu vardır. İş materiallarına əlavə edilmiş İddiaçı adına qeyd edilmiş **********00250 nömrəli Abonentin saldosundan görünür ki, 10.20xx-xx.2022-ci illər ərzində İddiaçı təbii qazdan istifadəyə görə borcunun 476,75 manat olduğu göstərilmişdir. İş materiallarına əlavə edilmiş və İddiaçı məhkəməyə təqdim etdiyi "xxxx" MMC-nin xx.xx.2009-cu il tarixli, DUİ 454437 nömrəli ödəniş qəbzinə əsasən 15 manat, xx.xx.2010-cu il tarixli, seriya CJO/30 726826 nömrəli ödəniş qəbzinə əsasən 20 manat, xx.xx.2010-cu il tarixli, seriya CJO/30 732140 nömrəli ödəniş qəbzinə əsasən 20 manat, "xxxx" MMC-nin xx.xx.2012-ci il tarixli, ÇCU/1 175472 nömrəli ödəniş qəbzinə əsasən 20 manat, xx.xx.2013-cü il tarixli, ÇCU/1 513580 nömrəli ödəniş qəbzinə əsasən 60 manat, xx.xx.2013-cü il tarixli, ÇCU/1 873581 nömrəli ödəniş qəbzinə əsasən 40 manat ödəniş etmiş və həmin ödənişlərdən xx.xx.2013-cü il tarixli, ÇCU/1 513580 nömrəli ödəniş qəbzinə əsasən 60 manat və xx.xx.2013-cü il tarixli, ÇCU/1 873581 nömrəli ödəniş qəbzinə əsasən 40 manat ödənişdən 20 manat Abonent saldosunda qeydə alınmamışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, habelə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Atakişili kəndində yaşayır. Hər ay istifadə etdiyi qazın dəyərini poçt və terminal vasitəsi ilə Qaz İdarəsinin hesabına ödəyir. İddiaçı hazırda Cavabdehnə borcu olmadığını bildirib, cavabdeh tərəfindən qanunsuz hesablanmış 205 manat debitor borcun onun hesabından silinməsini xahiş etsə də, onun məhkəməyə təqdim etdiyi "xxxx" MMC-nin xx.xx.2013-cü il tarixli, ÇCU/1 513580 nömrəli ödəniş qəbzinə əsasən 60 manat və xx.xx.2013-cü il tarixli, ÇCU/1 873581 nömrəli ödəniş qəbzinə əsasən 40 manat ödənişdən 20 manat, ümumilikdə 80 manat ödəniş iddiaçı M.S.Nəbiyevin adına qeydə alınmış Abonent saldosunda qeydə alınmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş və Cavabdeh Ağsu RQİİ Kürdəmir Xidmət Sahəsi tərəfindən İddiaçı verilmiş xx.xx.2015-ci il tarixli, 235 nömrəli arayışda İddiaçı 205 manat debitor borcundan 120,00 manat "xxxx" MMC-yə məxsus ödəniş ödəniş qəbzlərində abonentin hesab koduna düşmədiyi, "xxxx" Kürdəmir filialına məxsus ödəniş qəbzləri ilə ödənilən 40,00 manatın ödənildiyi göstərilsə də həmin ödənişin hansı illəri əhatə etdiy məktubda qeyd edilməmişdir. Belə ki, İddiaçı adına qeydə alınmış Abonent saldosunda iddiaçının 2015-ci ilin iyul ayının sonuna təbii qazdan istifadəyə görə 205,69 manat borcunun olduğu qeyd edilmişdir. Bundan sonrakı aylar üzrə iddiaçının təbii qazdan istifadəyə görə aylar üzrə ödənişi mütəmadi ödədiyi qeyd edilmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi "xxxx" MMC-nin xx.xx.2013-cü il tarixli, ÇCU/1 513580 nömrəli ödəniş qəbzinə əsasən 60 manat və xx.xx.2013-cü il tarixli, ÇCU/1 873581 nömrəli ödəniş qəbzinə əsasən 40 manat ödənişdən 20 manat, ümumilikdə 80 manat ödəniş iddiaçının 2015-ci ilin iyul ayının sonuna yaranmış borc olmaqla Abonent saldosunda qeydə alınmadığına görə ümümilikdə 80 manat borc iddiaçının hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Qanun qaz və maye halında enerji daşıyıcısı kimi işlədilən bütün (təbii qazlar da daxil olmaqla) qaz növlərinin istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyətləri tənzimləyir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamı qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra “Qaydalar”ın) 3.1-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı, istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli; qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. ”Qavazov Bolqarıstana” qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsinin mövqeyi belə olmuşdur ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göstərilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən, məhkəmə hesab edir ki, iddiaçı iddia tələbini qismən sübut edə bilmişdir. Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia tələbinin təmin edilmiş hissəsinə münasib olaraq 20 manat döıvlət rüsumu Cavabdehndən, iddia tələbi qismən təmin edildiyinə görə 10 manat dövlət rüsumu İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə Cavabdeh İB-nin nümayəndələri tərəfindən İddiaçı hesablanmış 80 manat məbləğində borc iddiaçının hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh nümayəndələri tərəfindən İddiaçı hesablanmış 80 manat məbləğində borc onun hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı 10 (on) manat, cavabdeh “Azərqaz” İstehsalat Birliyindən 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-111/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-111/2024
11.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver