Məhkəmə qərarları › İş №2(041)-1126/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1126/2023

02.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1126/2023 02.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respubliaksı Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilməsi, qanunsuz hesablanmış cərimənin silinməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən barəsində qanunsuz tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 172,80 manat məbləğində cərimənin hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Qarabucaq qəsəbəsində yaşayır. Yaşadığı ünvanda qanuni şəkildə təbii qazdan istifadə edir. İstifadə etdiyi təbii qazın dəyərini hər ay bildirişə əsasən “Azəriqaz” İstehsalat Birliyinin hesabına ödəyir. xx.xx.2023-cü il tarixdə X1 yaşadığı evə gələrək istifadə etdiyi qaz sayğacının istismar müddətinin bitdiyini bildirib dəyişərək əvəzində yeni qaz sayğacı quraşdırmışlar. Həmin vaxt dəyişdirilən qaz sayğacında hər hansı bir müdaxilənin olması müəyyən edilməmişdir. Aradan bir neçə ay keçəndən sonra o, istifadə etdiyi təbii qaza görə artıq qaz pulu hesablandığını görüb bununla bağlı X8 Sahəsinə müraciət etmsişdir. Qaz İdarəsində ona əvvəl istifadə etdiyi qaz sayğacının qüsurlu olduğuna görə barəsində akt tərtib edildiyini və həmin akta əsasən cərimə yazıldığını bildirmişlər. Bundan sonra barəsində tərtib edilsmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktı almış və istifadə etdiyi qaz sayğacına müdaxilə edildiyinə görə həmin akta əsasən ona 172,80 manat məbləğində borc yazıldığını görmüşdür. İstifadə etdiyi qaz sayğacı küçədə quraşdırılmaqla heç bir qoruyucu vasitə ilə təmin edilməmiş və həmin qaz sayğacı açılarkən sayğacda hər hansı bir müdaxilənin olması müəyyən edilməmiş və sayğacın labaratoriyaya göndəriləcəyi barədə ona heç bir məlumat verilməmişdir. Barəsində tərtib edilən xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktı qanunsuz tərtib edilməklə hal şahidlərinin iştirakı təmin edilməmiş və akt imza edilməsi üçün ona təqdim edilməmişdir. Ona görə də iddia tələbinin təmin edilməklə cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən barəsində qanunsuz tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 172,80 manat məbləğində cərimənin hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək göstərdi ki, İddiaçı məxsus olan mənzilin qaz xətti üzərinə quraşdırılmış qaz sayğacına Kürdəmir Xidmət Sahəsinin işçiləri tərəfindən baxış keçirilmişdir. Bununla bağlı iddiaçının özünün iştirakı ilə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilmiş və qaz sayğacı yenisi ilə əvəz edilmişdir. Açılmış qaz sayğacına labaratoriyada baxış zamanı qaz sayğacına müdaxilə edilməsi müəyyən edilmişdir. Qaz sayğacında müdaxilə halı müəyyən edildiyi üçün Kürdəmir XS-nin işçiləri tərəfindən təbii X6nın pozulması barədə akt tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli, ******* saylı təbii X6nın pozulması haqqında akta əsasən 172,80 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Bu hesabat abonentin mənzilində olan qaz cihazlarının işləddicilərinin parametrlərinə əsasən aparılmış və iddiaçının Kürdəmir XS-dəki **********01450 nömrəli abonent hesabına işlənmişdir. İddiaçı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “X6” haqqında Qərarın 6.5 bəndinə əsasən təbii qazdan qanunsuz istifadə halları aşkar edildikdə, qaz paylayıcısı abonentə qazın verilimşini dərhal dayandırmalı və dəymiş zərərin ödənilməsini şəxsdən tələb etməlidir. Ona görə də İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən barəsində qanunsuz tərtib olunmuş xx.xx.2023cü il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 172,80 manat məbləğində cərimənin hesabından silinməsi tələbinin əsassız hesab eldilərək təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 689484 nömrəli aktdan görünür ki, İddiaçı istifadə etdiyi Zenner tipli, G-4 markalı qaz sayğacı dəyişdirilib, əvəzində Elster tipli, G-4 markalı qaz sayğacı quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş “Təbii qazdan istifadə qay dalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli təsdiq edilmiş aktdan görünür ki, istehlakçı İddiaçı yaşadığı yaşayış evində “Azəriqaz” X5 RQİİ-nin Kürdəmir XS-nin işçiləri tərəfindən xx.xx.2023-cü il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyddə “sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini deyd etmir. Sayğac istismara yararsızdır” göstərilmişdir. Qeyd edilən akt “Azəriqaz” X5 RQİİ-nin Kürdəmir XS-nin əməkdaşları tərəfindən imzalanmışdır. İstehlakçı İddiaçı adı aktda qeyd olunsada imza edilməsi üçün ona təqdim edilməmişdir. İş materiallarında olan “Azəriqaz” İB-nin X10 İstismarı İdarəsinin rəisinin təsdiq etdiyi xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surəti ilə müəyyən edilir ki, İddiaçı fərdi yaşayış evində Kürdəmir Xidmət Sahəsinin görəcəyi işlər barədə tələblərdə itirilmiş qazın bərpası üzrə qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 4 kub/metr saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və cəmi 1440 kub.metr üzrə hesablanmışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, habelə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Qarabucaq qəsəbəsində yaşayır. Yaşadığı ünvanda qanuni şəkildə təbii qazdan istifadə edir. İstifadə etdiyi təbii qazın dəyərini hər ay bildirişə əsasən “Azəriqaz” İstehsalat Birliyinin hesabına ödəyir. xx.xx.2023-cü il tarixdə X1 yaşadığı evə gələrək istifadə etdiyi qaz sayğacının istismar müddətinin bitdiyini bildirib dəyişərək əvəzində yeni qaz sayğacı quraşdırmışlar. Həmin vaxt dəyişdirilən qaz sayğacında hər hansı bir müdaxilənin olması müəyyən edilməmişdir. Aradan bir neçə ay keçəndən sonra o, istifadə etdiyi təbii qaza görə artıq qaz pulu hesablandığını görüb bununla bağlı X8 Sahəsinə müraciət etmsişdir. Qaz İdarəsində ona əvvəl istifadə etdiyi qaz sayğacının qüsurlu olduğuna görə barəsində akt tərtib edildiyini və həmin akta əsasən cərimə yazıldığını bildirmişlər. Bundan sonra barəsində tərtib edilsmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktı almış və istifadə etdiyi qaz sayğacına müdaxilə edildiyinə görə həmin akta əsasən ona 172,80 manat məbləğində borc yazıldığını görmüşdür. İstifadə etdiyi qaz sayğacı küçədə quraşdırılmaqla heç bir qoruyucu vasitə ilə təmin edilməmiş və həmin qaz sayğacı açılarkən sayğacda hər hansı bir müdaxilənin olması müəyyən edilməmiş və sayğacın labaratoriyaya göndəriləcəyi barədə ona heç bir məlumat verilməmişdir. Barəsində tərtib edilən xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktı qanunsuz tərtib edilməklə hal şahidlərinin iştirakı təmin edilməmiş və akt imza edilməsi üçün ona təqdim edilməmişdir. Cavabdehin nümayəndəsi qaz işlədicilərinin hesabat müddətini 90 gün qəbul etməklə İddiaçı 1440 kub metr qaz itgisinə yol verməsi və onun itirilmiş təbii qaza görə borcunun olması, həmçinin cavabdeh qurum tərəfindən qaz sayğacı çıxarılarkən belə hər hansı bir qoruyucu qutuya qoyulması, hal şahidlərinin iştirakı ilə möhürlənməsi, qaz sayğacının labotoriyaya göndərilməsi və istehlakçının orada iştirakının təmin edilməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Həmçinin məhkəmə qeyd etməyi zərur hesab edir ki, İddiaçı istifadə etdiyi qaz sayğacı dəyişdirilərkən həmin vaxt qaz sayğacına hər hansı bir müdaxilənin olması müəyyən edilmədiyi halda, sonradan Qaz İsitsmar sahəsinin işçiləri tərəfindən onun həmin qaz sayğacına müdaxilə etməsi düzgün qeyd edilməmişdir. Bu da istehlakçının qanuni mənafeyinin müdafiəsinə ziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. “İstehlakçıların hüquqlarının müdafıəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X6”nın təsdiq edilməsi haqqında Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İşin hallarından göründüyü kimi, qaz sayğacının istehlakçı təqsiri üzündən zədələnməsi müəyyən olunmamaqla, istehlakçı tərəfindən onun təşəbbüsü ilə sayğıcın texniki baxışdan keçirilməsi tələb edilməmişdir. Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu ödəməkdən azad edildiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə müvafiq olaraq 30 manat dövlət rüsumu cavabdeh “Azəriqaz” İsehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə cavabdeh “Azəriqaz” İsehsalat Birliyinin əməkdaşları tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt etibarsız hesab edilməli və həmin akt əsasında hesablanmış 172,80 manat borc məbləği onun hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh “Azəriqaz” İsehsalat Birliyinin əməkdaşları tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt etibarsız hesab edilsin və həmin akt əsasında hesablanmış 172,80 manat borc məbləği onun hesabından silinsin. Cavabdeh İsehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar