Məhkəmə qərarları › İş №2(041)-114/2023

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-114/2023

09.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-114/2023 09.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X5 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X2 cavabdeh “Azəriqaz” İB-nə qarşı aktın etibarsız hesab edilməsi və hesablanan borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı X3 cavabdeh “Azəriqaz” İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İB-nin nümayəndələrinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və 2730 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi R.S.Xəlilov bildirdi ki, mübahisələndirilən akt qeyri-əhali qaz sayğacının yoxlanması ilə bağlı tərtib edildiyindən və hazırki iddiaya ümumi məhkəmələrdə baxılması mümkün sayılmadığından iş üzrə icraata xitam verməli, İddiaçı izah edilmişdir ki, hazırki iddia ərizəsi ilə kommersiya məhkəmələrinə müraciət etməlidir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı təyin edilmiş məhkəmə iclaslarına gəlməmiş, məhkəmədən işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, mübahisələndirilən akt qeyri-əhali qaz sayğacının yoxlanması ilə bağlı tərtib edildiyindən, hazırki işə ümumi məhkəmədə baxılması mümkün sayılmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-cı maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verməlidir. Həmin Məcəllənin 262.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Odur ki, iddiaçıya izah edilir ki, Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı X2 cavabdeh “Azəriqaz” İB-nə qarşı aktın etibarsız hesab edilməsi və hesablanan borcun silinməsi tələbinə dair iddiası üzrə icraata xitam verilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar