Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1140/2023 11.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qanunsuz hesablanmış 516,66 manat qaz pulunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Qağacılı kəndində yaşayır. Təbii qaz istehlakçısıdır və istifadə etdiyi təbii qazın dəyərini həmişə ödəmişdir. 2023-cü ildə evinə gedən qaz xəttinə SMART Kart tipli qaz sayğacı quraşdırılmışdır. Qaz nəzarətçisi ona bildiriş verərkən həmin bildirişdə 516,66 manat borcunun olduğunu görmüşdür. Halbuki onun həmin məbləğdə borcu olmayıb və heç vaxt ona həmin məbləğə görə bildiriş verilməyib. Qaz İdarəsində ona borcunun 2010-2022-ci illər ərzində yarandığını bildirmişlər. O, ödəniş qəbzlərinin olduğunu bildirib, həmin borcun əsassız olmaqla silinməsini xahiş etsə də, Qaz İdarəsinin əməkdaşları onun xahişinə əməl etməmişlər. Qaza görə borcu olduğu halda evinə verilən təbii qazın kəsilməməsi səbəbini sonruşduqda isə sualı cavabsız qalmışdır. Onun abonent saldosundan və ödəniş qəbzlərindən görünür ki, o, 2015-ci ilin sentyabr ayında 596523 nömrəli qəğzlə 2700 kub metrə qədər borcxunu ödəmişdir. Həmin tarixə göstərici 3900 kub metr qeyd olunmuş, borc məbləği isə 312,41 manat göstərilmişdir. Halbuki, onun cəmi 900 kub metr, yəni 90 manat borcu olduğu halda borc məbləği 312,41 manat göstərilmişdir. İstifadə etdiyi təbii qazın dəyərinə görə ödəniş qəbzləri cavabdeh tərəfindən nəzərə alınmamışdır. Hesab edir ki, həmin borc əsassızdır. Ona görə də qanunsuz hesablanmış 516,66 manat qaz pulunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək göstərdi ki, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə qarşı “Azəriqaz” İB-nin nümayəndələri tərəfindən ona yazılmış 516,66 manat qaz pulunun onun hesabından silinməsi tamamilə əsassızdır. Belə ki, iddiaçının silinməsini tələb etdiyi 516,66 manat məbləğində borc onun istifadə etdiyi təbii qazın dəyərini tam ödəməməsi nəticəsində yaranmış və özü tərəfindən ödənilməlidir. Ona görə də İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “Azəriqaz” İB-nin nümayəndələri tərəfindən ona yazılmış 516,66 manat qaz pulunun silinməsi tələbinin əsassız hesab edilərək təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş İddiaçı adına qeyd edilmiş **********00440 nömrəli Abonentin saldosundan görünür ki, 10.20xx-xx.2023-cü illər ərzində İddiaçı təbii qazdan istifadəyə görə borcunun 516,66 manat olduğu göstərilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2015-ci il tarixli, ÇCU/42 310310 nömrəli qəbzlə 30 manat, xx.xx.2015-ci il tarixli, ÇCY/42 312546 nömrəli qəbzlə 30 manat, xx.xx.2015-ci il tarixli, ÇCY/42 315578 nömrəli qəbzlə 60 manat, xx.xx.2010-cu il tarixli, ÇCY/22 981546 nömrəli qəbzlə 25 manat, ÇCY/34 130062 nömrəli qəbzlə 20 manat, mart 2015-ci il tarixli, EAÇ/22 nömrəli qəbzlə 30 manat, aprel 2015-ci il tarixli, EAÇ/22 nömrəli qəbzlə 50 manat, xx.xx.2015-ci il tarixli, EAÇ/23 590156 nömrəli qəbzlə 30 manat, xx.xx.2015-ci il tarixli, EAÇ/22 454755 nömrəli qəbzlə 30 manat, xx.xx.2015-ci il tarixli, EAÇ/23 003350 nömrəli qəbzlə 100 manat, Seriya EAÇ/23 596523 nömrəli qəbzlə 30 manat məbləğində pul İddiaçı tərəfindən “Azəriqaz” İB-nin hesabına ödənilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, habelə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Qağacılı kəndində yaşayır. Təbii qaz istehlakçısıdır və istifadə etdiyi təbii qazın dəyərini həmişə ödəmişdir. 2023-cü ildə evinə gedən qaz xəttinə SMART Kart tipli qaz sayğacı quraşdırılmışdır. Qaz nəzarətçisi ona bildiriş verərkən həmin bildirişdə 516,66 manat borcunun olduğunu görmüşdür. Halbuki onun həmin məbləğdə borcu olmayıb və heç vaxt ona həmin məbləğə görə bildiriş verilməyib. Qaz İdarəsində ona borcunun 2010-2022-ci illər ərzində yarandığını bildirmişlər. O, ödəniş qəbzlərinin olduğunu bildirib, həmin borcun əsassız olmaqla silinməsini xahiş etsə də, Qaz İdarəsinin əməkdaşları onun xahişinə əməl etməmişlər. Qaza görə borcu olduğu halda evinə verilən təbii qazın kəsilməməsi səbəbini sonruşduqda isə sualı cavabsız qalmışdır. Onun abonent saldosundan və ödəniş qəbzlərindən görünür ki, o, 2015-ci ilin sentyabr ayında 596523 nömrəli qəğzlə 2700 kub metrə qədər borcxunu ödəmişdir. Həmin tarixə göstərici 3900 kub metr qeyd olunmuş, borc məbləği isə 312,41 manat göstərilmişdir. Halbuki, onun cəmi 900 kub metr, yəni 90 manat borcu olduğu halda borc məbləği 312,41 manat göstərilmişdir. İstifadə etdiyi təbii qazın dəyərinə görə ödəniş qəbzləri cavabdeh tərəfindən nəzərə alınmamışdır. Məhkəmə qeyd etməyi zəruri hasab edir ki, iddiaçı iddia ərizəsinə əlavə etdiyi ödəniş qəbzlərinin cavabdeh tərəfindən nəzərə alınmadığını göstərsədə, həmin qəbzlərlə ödənilən qaz pulu onun alına qeydə alınmış Abonentin saldosunda qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı adına qeydə alınmış **********00440 nömrəli abonent saldosundan və iş materiallarında olan sentyabr 2015-ci il tarixli, seriya EAÇ/23 596523 nömrəli ödəniş qəbzindən görünür ki, o, istifadə etdiyi 2700 kub metrə qədər təbii qazın dəyərini ödəmiş, həmin tarixə istifadə olunmuş təbii qazın miqdarı 3900 kub metr qeyd olunmaqla borc məbləği 312,41 manat göstiərilmişdir. İddiaçının həmin dövrə qədər 900 kub metr təbii qazdan istifadə etməsi nəzərə alınmaqla borcu 90 manat məbləğində olmalı olduğu halda onun borcunun 312,41 manat olduğu göstərilmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi təbii qazdan istifadəyə görə iddiaçıya 312,41 manat məbləğində nanunsuz borc hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı təbii qazdan istifadəyə görə ona hesablanmış 516,66 manat borcun silinməsini tələb etsədə, ona hesablanmış təbii qazdan istifadəyə görə yaranmış 312,41 manat borc iddiaçının hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Qanun qaz və maye halında enerji daşıyıcısı kimi işlədilən bütün (təbii qazlar da daxil olmaqla) qaz növlərinin istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyətləri tənzimləyir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamı qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra “Qaydalar”ın) 3.1-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı, istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli; qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. ”Qavazov Bolqarıstana” qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsinin mövqeyi belə olmuşdur ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göstərilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən, məhkəmə hesab edir ki, iddiaçı iddia tələbini qismən sübut edə bilmişdir. Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu ödəməkdən azad edildiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə müvafiq olaraq 30 manat dövlət rüsumu cavabdeh “Azəriqaz” İsehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə cavabdeh “Azəriqaz” İB-nin nümayəndələri tərəfindən İddiaçı hesablanmış 312,41 manat məbləğində borc iddiaçının hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri tərəfindən İddiaçı hesablanmış 312,41 manat məbləğində borc onun hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh “Azəriqaz” İsehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-1140/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1140/2023
11.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver