Məhkəmə qərarları › İş №2(041)-1164/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1164/2025

10.06.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1164/2025 10.06.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin Mənzil İstismarı Departamentinin Cavabdeh qarşı xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılma və mənzilin böşaldılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin Mənzil İstismarı Departamenti (bundan sonra Departament) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və ona məxsus əşyaların Kürdəmir rayonu, 564 ailəlik qəsəbə 16 saylı binada yerləşən 20 nömrəli mənzildən çıxarılması və 16/20 nömrəli mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə "Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrının verilməsi QAYDASİ təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin muvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını muayyən edir. Məcburi köçkunlarin muvəqqəti yerləşdırılması fondunun yaşayış sahaları qismində məcburi köçkunlərin mənzil-məişət şəraitının yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına sərəncamlarına və dövlət proqramlarına asasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkunların müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X16 uzrə Dövlət Komitəsinin (bundan sonra Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçırır. Əlavə olaraq Komitə macburi köçkünlərin muvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəkı yaşayış sahələrının təyinatı uzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlərə verilmiş mənzillərdə muqavilədə adı keçməyən şəxslər qeyri qanuni yolla yaşayır. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X18 uzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 11 fevral 2020-ci il tarixli 16/20 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkun X1 tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Kürdəmir rayonu ərazisində məcburi köçkunlər üçün inşa edilmiş 564 ailəlik qəsəbədə 15 saylı binada yerləşən 20 nömrəli 1 otaqlı evlə təmin edilmişdir. X3 30 noyabr 2021-ci il tarixində vəfat etmişdir. Xüsusi təyinatlı müqavilənin şərtlərinə əsasən mənzildə yaşayan şəxs (kirayəçi) vəfat etdiyi təqdirdə mənzilin açarı Komitənin Mənzil İstismar Departamentinin Kürdəmir rayon X22 Sahəsinə təqdim edilməli olduğu halda, Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı 20 nömrəli mənzildə Cavabdeh qeyri qanuni yaşadığı müəyyən edilmişdir. Sahə rəisi tərəfindən Cavabdeh 20 nömrəli mənzili zəbt etməsi və mənzildə qeyri qanuni yaşaması müəyyən edildiyindən ona həmin mənzilin boşaldıb təhvil verilməsi barədə dəfələrlə xəbərdarlıqlar edilmiş, lakin cavabdeh şəxs mənzilin təhvil verilməsindən imtina etmişdir. Qarayeva X10 rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 564 ailəlik qəsəbədə 16 saylı binada yerləşən 21 nömrəli 2 otaqlı mənzillə təmin edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahatında iddia ərizəsində göstərilən halları təsdiq edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, Kürdəmir 564 ailəlik qəsəbədə bina 16-da 21 nömrəli mənzil əri, oğlu və ona, bina 16-da 20 nömrəli mənzil isə məhrum atası X5 verilmişdir. Ailə münasibətləri pozulduqdan sonra məhrum atası X5 məxsus mənzilə köçmüş və hazırda da orada yaşayır. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Xüsusi təyinatlı yaşayış sahəsinin xx.xx.2021-ci il tarixli, 3/3 nömrəli kirayə müqaviləsinin surətindən görünür ki, Departament tərəfindən X5 müvəqqəti yaşamaq üçün Kürdəmir 564 ailəlik qəsəbədə bina 16-da 1 otaqlı 20 nömrəli mənzil verilmişdir. - Kürdəmir rayon Qeydiyyat Şöbəsinin xx.xx.2021-ci il tarixli AZ-İİ№ 206660 nömrəli ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X12 xx.xx.2021-ci il tarixdə ölmüşdür. - xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2025-ci il tarixli aktların surətindən görünür ki, Kürdəmir rayonu Xırdapay kəndi ərazisində yerləşən məcburi köçkünlər üçün inşa edilmiş 564 mənzilli yaşayış kompleksində olan 16 nömrəli binanın 20 nömrəli mənzilinə Kürdəmir MKİS-in mühəndisi X6, Kürdəmir MKİS-nin sahə nəzarətçisi X13, Kürdəmir, Ucar və Göyçay MKİS-in sahə nəzarətçisi: X7, Kürdəmir, Ucar və Göyçay MKİS-in rəisi Nümayəndə oğliu və Kürdəmir, Ucar və Göyçay MKİS-nin komp operatoru X14 iştirakı ilə cavabdeh X4 müvəqqəti istifadəsinə verilmiş Kürdəmir rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 564 mənzilli yaşayış kompleksində bina 16-də yerləşən 20 nömrəli mənzildə baxış keçirilərkən həmin mənzili məhrumun qızı Cavabdeh Sevdimalı qızının zəbt etməsi müəyyən edilmişdir. - xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli bildirişlərdən görünür ki, bina 16, mənzil 20-də yaşayan sakinə mənzili 3 gün müddətində tərk etmədiyi təqdirdə mənzilə verilən kommunal xidmətlərin vrilişi dayanacağı və bağlanmış müqavilənin ləğv olunacağı barədə xəbərdarlıq edilmişdir. - Xüsusi təyinatlı yaşayış sahəsinin xx.xx.2020-ci il tarixli, 16/20 nömrəli kirayə müqaviləsinin surətindən görünür ki, Departament tərəfindən X5 müvəqqəti yaşamaq üçün Kürdəmir 564 ailəlik qəsəbədə bina 16-da 1 otaqlı 20 nömrəli mənzil verilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na uyğun olaraq Departamentin xx.xx.2020-ci il tarixli, 16/20 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün X2 rayonunda yerləşən məcburi köçkünlər üçün inşa edilmiş 564 mənzilli yaşayış kompleksində 16 nömrəli binada 20 nömrəli 1 otaqlı mənzil ilə təmin edilmişdir. X12 xx.xx.2021-ci il tarixdə ölmüşdür və qızı Cavabdeh Sevdimalı qızı həmin mənzili zəbt etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3.2-ci bəndinə əsasən məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. 3.3. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. 3.6. Məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. 3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Həmin Məcəllənin 107-ci maddəsinə görə məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası qanunvericiliklə müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh Qarayeva X10 rayonu, 564 ailəlik qəsəbə, 16 saylı binada yerləşən 21 nömrəli 2 otaqlı mənzillə təmin edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin müvafiq razılığı olmadan, özbaşına olaraq xx.xx.2021-ci il tarixdə ölmüş atası X5 verilmiş, Kürdəmir rayonu, 564 ailəlik qəsəbə, 16 saylı binada yerləşən 20 nömrəli 1 otaqlı mənzilini zəbt etmişdir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdeh Qarayeva X10 rayonu, 564 ailəlik qəsəbə, 16 saylı binada yerləşən 20 nömrəli 1 otaqlı mənzildən çıxarılmalı və həmin mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin Mənzil İstismarı Departamentinə təhvil verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Qarayeva X10 rayonu, 564 ailəlik qəsəbədə 16 saylı binada yerləşən 1 otaqlı 20 nömrəli mənzildən çıxarılsın və həmin mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin Mənzil İstismarı Departamentinə təhvil verilməlsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar