Məhkəmə qərarları › İş №2(041)-1176/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1176/2024

10.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1176/2024 10.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə İddiaçı Xəlilova (İslamova) Gülnarə Qismət qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı xüsusi mülkiyyətində olann mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəməinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Xəlilova (İslamova) Gülnarə Qismət qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X12, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mənim xüsusi mülkiyyətində olan və ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 39,6 kv.metr, yaşayış sahəsi 33,5 kv.metr, yardımçı sahəsi 6,1 kv.metr olan 2 otaqlı mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı nümayəndəsi Nümayəndə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin əvvəlki məhkəmə iclaslarında iştrak edib izahat verməsini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmənin əvvəlki iclasında dindirilmiş İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini qismən müdafiə edərək göstərmişdir ki, İddiaçı onun qızıdır. O, özünün xüsusi mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 39,6 kv.metr, yaşayış sahəsi 33,5 kv.metr, yardımçı sahəsi 6,1 kv.metr olan 2 otaqlı mənzili notariat qaydasınnda təsdiq olunmuş xx.xx.2020-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən qızı Gülnarəyə bağışlamışdır. Qızı Gülnarə bağışlama müqaviləsinə əsasən həmin mənzilə öz adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış almış və mənzil hazırda qızı Gülnarənin xüsusi mülkiyyətindədir. Qızı Gülnarə həmin mənzili Bağışlama müqaviləsinə əsasən əldə edərkən qeyd etdiyi cavabdehlərin mülkiyyətində olan mənzildə qeydiyyatda olduqlarını bilməmiş və bu barədə ümumiyyətlə onlara heç bir məlumat verilməyib. Hazırda xüsusi mülkiyyətində olan mənzillə bağlı arayış almaq istəyərkən cavabdehlər X12, Cavabdeh2, X7, Cavabdeh4 və Cavabdeh5 İddiaçı xüsusi mülkiyyətində olan və ünvan 3 ünvanında qeydiyyatda olduqlarını bildirmişlər. Cavabdehlər X12, Cavabdeh2, X7, Cavabdeh4 və Cavabdeh5 qızı Gülnarənin xüsusi mülkiyyətində olan mənzildə yaşamamış və hazırda da yaşamırlar. Sonradan cavabdehlərdən X12, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qızı Gülnarənin xüsusi mülkiyyətində olan mənzildən könüllü olaraq qeydiyyatdan çıxmış, digər Cavabdeh3 isə bu günə kimi mənzildən qeydiyyatdan çıxmamışdır. Cavabdeh3 İddiaçı xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda olması onun qanunla qorunan mülkiyyət hüquqlarını kobud surətdə pozur və o, öz mülkiyyət hüquqlarından istədiyi kimi istifadə edə bilmir. Ona görə də iddia tələbinin qismən təmin edilməklə Cavabdeh3 qızı İddiaçı xüsusi mülkiyyətində olan və ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 39,6 kv.metr, yaşayış sahəsi 33,5 kv.metr, yardımçı sahəsi 6,1 kv.metr olan 2 otaqlı mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlər X12, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar heç bir məlumat vermədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş və notariat qaydasında təsdiq olunmuş xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, İslamov X5 şəhəri, Bakı prospekti ev 41, mənzil 10 ünvanda yerləşən xüsusi mülkiyyətində olan ümumi sahəsi 39,6 kv.metr, yaşayış sahəsi 33,5 kv.metr, yardımçı sahəsi 6,1 kv.metr olan 2 otaqlı mənzili X3 bağışlamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 39,6 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Daşınmaz əmlakın Dövlət reyestrində 3 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində X4 adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin16 Saylı Ərazi idarəsi tərəfindən X3 məxsus ünvan 3 ünvanında yerləşən mənzilinə texniki pasport verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqıqda xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışından görünür ki, xx.xx.1964-cü il təvəllüdlü Cavabdeh1, xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1998-ci il təvəllüdlü X13, xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh4 və xx.xx.2001-ci il təvəllüdlü Kərimli X8 şəhəri, Bakı prospekti, ev 41, mənzil 10 ünvanda qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqıqda xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışından görünür ki, xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1964-cü il təvəllüdlü Cavabdeh1, xx.xx.1998ci il təvəllüdlü X13 və xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh4 ünvan 2 ünvanda qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqıqda xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışından görünür ki, xx.xx.1998-ci il təvəllüdlü X1 şəhəri, Bakı prospekti, ev 41, mənzil 10 ünvanda qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş və Kürdəmir rayon Mənzil İstismar Sahəsi tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2023-cü il tarixli, 906 nömrəli arayışın surətindən görünür ki, o, və ailəsi ünvan 5 ünvanda qeydiyyatdadırlar. ünvan 6çının nümayəndəsinin izahatını dinləyib, işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 39,6 kv.metr, yaşayış sahəsi 33,5 kv.metr, yardımçı sahəsi 6,1 kv.metr olan 2 otaqlı mənzili notariat qaydasınnda təsdiq olunmuş xx.xx.2020-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Nümayəndə tərəfindən Xəlilova (İslamova) Gülnarə Qismət qızına bağışlamışdır. Gülnarə bağışlama müqaviləsinə əsasən həmin mənzilə öz adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış almış və mənzil hazırda X2 xüsusi mülkiyyətindədir. İddiaçı həmin mənzili Bağışlama müqaviləsinə əsasən əldə edərkən qeyd etdiyi cavabdehlərin mülkiyyətində olan mənzildə qeydiyyatda olduqlarını bilməmiş və bu barədə ümumiyyətlə ona heç bir məlumat verilməyib. Hazırda xüsusi mülkiyyətində olan mənzillə bağlı arayış almaq istəyərkən cavabdehlər X12, Cavabdeh2, X7, Cavabdeh4 və Cavabdeh5 İddiaçı xüsusi mülkiyyətində olan və ünvan 3 ünvanda qeydiyyatda olduqlarını bildirmişlər. Cavabdehlər X12, Cavabdeh2, X7, Cavabdeh4 və Kərimli X6 xüsusi mülkiyyətində olan mənzildə yaşamamış və hazırda da yaşamırlar. Sonradan cavabdehlərdən X12, Cavabdeh2, Cavabdeh4 və Kərimli X6 xüsusi mülkiyyətində olan mənzildən könüllü olaraq qeydiyyatdan çıxmış, digər Cavabdeh3 isə bu günə kimi mənzildən qeydiyyatdan çıxmamışdır. Cavabdeh3 İddiaçı xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda olması onun qanunla qorunan mülkiyyət hüquqlarını kobud surətdə pozur və o, öz mülkiyyət hüquqlarından istədiyi kimi istifadə edə bilmir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, yaşayış evi mülkiyyətçinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin Məcəllənin 53-cü maddəsinin üçüncü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələbinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. İş materiallarından görünür ki, cavabdehlər X12, Cavabdeh2, Cavabdeh4 və Kərimli X11 (İslamova) Gülnarə Qismət qızının xüsusi mülkiyyətində olan mənzildən könüllü olaraq qeydiyyatdan çıxmış, digər Cavabdeh3 isə bu günə kimi mənzildən qeydiyyatdan çıxmamışdır. Cavabdeh3 iddiaçı Xəlilova (İslamova) Gülnarə Qismət qızının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda olsa da o, həmin mənzildə yaşamamışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ bəndində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli və iddiaçı Xəlilova (İslamova) Gülnarə Qismət qızının xüsusi mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 39,6 kv.metr, yaşayış sahəsi 33,5 kv.metr, yardımçı sahəsi 6,1 kv.metr olan 2 otaqlı mənzildən Cavabdeh3 istifadə hüququna xitam verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Xəlilova (İslamova) Gülnarə Qismət qızının xüsusi mülkiyyətində olan, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 39,6 kv.metr, yaşayış sahəsi 33,5 kv.metr, yardımçı sahəsi 6,1 kv.metr olan 2 otaqlı mənzildən Cavabdeh3 istifadə hüququna xitam verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar