Məhkəmə qərarları › İş №2(041)-1180/2024

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1180/2024

02.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1180/2024 02.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı akt əsasında hazırlanmış cərimənin hesabdan silinməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək cavabdehin nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixli R 268710 saylı akt əsasında hesablanmış 348.38 manat məbləğində cərimənin hesabdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işlərinin elektron idarəetmə sistemindən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-917/2024 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı borc tələbi barədə ərizəsi qismən təmin edilərək cavabdeh İddiaçı 500 manat borc və 30 manat dövlət rüsumu olmaqla cəmi 530 manat pulun alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, qalan 431,30 manat borcun İddiaçı hesabından silinməsi qərara alınmışdır. İddiaçı bununla bağlı məhkəmənin baxış iclasına ərizə ilə müraciət edərək göstəmişdir ki, Kürdəmir Rayon məhkəməsində "xxxx" ASC-yə qarşı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış cərimə məbləğinin hesabından silinməsi barədə məhkəmədə iddia qaldırmışdır. Lakin həmin tələblə bağlı məhkəmənin digər hakimi Müseyib Bayramovun icraatında işə baxılaraq qətnamə çıxarılmış və buna görə də hazırki tələb üzrə mülki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının ərizəsini və işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iş üzrə icraata xitam verir. Tərəflərə izah edilmişdir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 261, 262, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı akt əsasında hazırlanmış cərimənin hesabdan silinməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar