Məhkəmə qərarları › İş №2(041)-1207/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1207/2024

30.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1207/2024 30.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanan məbləğin silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən qanunsuz tərtib olunmuş xx.xx.2022-cu il tarixli, AKT R 247740 nömrəli akt etibarsız hesab edilməsi və həmin akta əsasən qanunsuz hesablanmış 381.48 manat, xx.xx.2023-cu il tarixli, AKT R 301389 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən qanunsuz hesablanmış 321.10 manat, xx.xx.2023-cu il tarixli, AKT R 314074 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən qanunsuz hesablanmış 91.78 manat, xx.xx.2023-cu il tarixli, AKT R 321390 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən qanunsuz hesablanmış 294.84 manat, xx.xx.2024-cü il tarixli, AKT R 329722 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən qanunsuz hesablanmış 280.84 manat, xx.xx.2022-cu il tarixli, AKT R 276269 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən qanunsuz hesablanmış 345.71 manat, xx.xx.2022-cu il tarixli, AKT R 282441 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən qanunsuz hesablanmış 20.72 manat, xx.xx.2020-cu il tarixli, AKT R 210495 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən qanunsuz hesablanmış 548.61 manat məbləğində, ümumilikdə 2282.08 manat məbləğində cərimələrin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Bala Kəngərli kəndində yaşayır. Evində istifadə etdiyi elektrik enerjisinin pulunu hər ay vaxtında ödəyir. Evinə gələn elektrik xəttinin üzərinə elektrik sayğacı quraşdırılmışdır. Evdə olmadığı vaxt "xxxx" ASC-nin əməkdaşları yaşadığı evin həyətinə gəlib evdə olan ailə üzvlərinə heç bir xəbərdarlıq etmədən elektrik sayğacına baxış keçirmişlər. Sonradan cavabdehin əməkdaşları tərəfindən barəsində xx.xx.2022-ci il tarixdə 247740, xx.xx.2023-cü il tarixdə 301389, xx.xx.2023-cü il tarixdə 314074, xx.xx.2023-cü il tarixdə 321390, xx.xx.2024-cü il tarixdə 329722, xx.xx.2022-ci il tarixdə 276269, xx.xx.2022-ci il tarixdə 282441, və xx.xx.2020-ci il tarixdə 210495 nömrəli akt tərtib edildiyini öyrənmiş və X1 müraciət edib həmin aktları almışdır. Həmin aktlarda guya kənar xəttdən istifadə etdiyi qeyd edildiyini görmüşdür. Cavabdehin əməkdaşları istifadə etdiyi elektrik enerjisinə baxış keçirərkən ona heç bir məlumat verməmiş və hal şahidlərini də dəvət etmədən qanunsuz baxış keçirib saxta akt tərtib etmişlər. Aktın saxtalığı həmçinin akt tərtib edilərkən ona məlumat verilməmiş, aktda adı qeyd edilsə də akt imza edilməsi üçün ona təqdim edilməmiş, cavabdehin 2 nümayəndəsinin adı qeyd edilsə də akta bir nəfər imza etmiş, hal şahidlərinin iştirakı ümumiyyətlə təmin edilməmişdir. Göründüyü kimi qeyd edilən aktlar qanunvericiliyin tələbləri kobud surətdə pozulmaqla tərtib edilmiş və bununla da istehlakçı kimi onun hüquqları pozulmuşdur. Qanunvericiliyin tələbinə görə istifadə etdiyi elektrik sayğacına baxış keçirildikdən sonra akt onun iştirakıyla tərtib edilməli olduğu halda, aktları tərdib edən cavabdeh təşkilatın əməkdaşları bunu etməmişlər. Aktda qeyd edilən videoçəklişi isə qanunsuz aparıblar. Onun elektrik sayğacında aparılan əməliyyatlardan heç bir məlumatı yoxdur, olsa belə elektrik enerjisinin insan həyatı üçün təhlükə mənbəyi olduğuna görə heç vaxt elektrik sayğacına müdaxilə etmək fikrində olmamışdır. Həmin aktların hansı əsasla yazılması ona məlum deyil. İddiaçı işin göstərilən hallarını nəzərə alaraq, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, xx.xx.2022, xx.xx.2023,xx.xx.2023, xx.xx.2023, xx.xx.2024,xx.xx.2022, xx.xx.2022, xx.xx.2020-cü il tarixdə "xxxx" ASC-nin təsis etdiyi “Mərkəzi-Aran” RETSİ-nin Kürdəmir elektrik şəbəkəsinin əməkdaşları tərəfindən məişət abonentləri tərəfindən "Elektrik enejisindən istifadə Qaydaları"na riayət edilməsi yoxlanarkən müxtəlif vaxtlarda yaşadığı fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmiş, baxış zamanı abonentin sayğacdan kənar xəttdən istifadə etdiyi məlum olmuşdur. Xüsusi ölçmə vasitəsi olan “ampermaşa” ilə sayğacdan keçən elektrik enerjisinin yükü ölçülərək müəyyən edilmiş, müxtəlif məbləğlərdə əlavə ödəniş hesablanmaqla, müəssisəyə vurduğu ziyan kimi itirilmiş elektrik enerjisinin dəyərini bərpa etmişlər. Akt "Elektrik enejisindən istifadə Qaydaları"nın 8.32-ci bəndlərinə uyğun tərtib edildiyindən, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş, "xxxx" ASC-nin əməkdaşları Ş.Gülalıyev, C.Mahmudov, Ə.Əhmədov tərəfindən tərtib edilmiş xx.xx.2022-cü il tarixli 247740 nömrəli aktdan məlum olur ki, Kürdəmir rayonunun Bala kəngərli kəndi ərazisində yaşayan məişət abonentləri tərəfindən "Elektrik enejisindən istifadə Qaydaları"na riayət edilməsi yoxlanarkən istehlakçı İddiaçı küçədə yerləşən sayğacdan kənar elektrik enerjisindən qanunsuz istifadə etdiyi aşkar edilmişdir. "Elektrik enejisindən istifadə Qaydaları"nın tələblərinə uyğun olaraq akt “Mərkəzi-Aran” RETSİ-nin rəisi tərəfindən təsdiq edilmiş, tərtib edilərkən məişət abonentinin iştirakı təmin edilmişdir. İş materiallarına əlavə edilmiş, "xxxx" ASC-nin əməkdaşları İ.Cəfərov, A.Vəliyev, S.Hüseynov tərəfindən tərtib edilmiş xx.xx.2020-cü il tarixli 210495 nömrəli aktdan məlum olur ki, Kürdəmir rayonunun Bala kəngərli kəndi ərazisində yaşayan məişət abonentləri tərəfindən "Elektrik enejisindən istifadə Qaydaları"na riayət edilməsi yoxlanarkən istehlakçı İddiaçı küçədə yerləşən sayğacdan kənar elektrik enerjisindən qanunsuz istifadə etdiyi aşkar edilmişdir. "Elektrik enejisindən istifadə Qaydaları"nın tələblərinə uyğun olaraq akt “Mərkəzi-Aran” RETSİ-nin rəisi tərəfindən təsdiq edilmiş, tərtib edilərkən məişət abonentinin iştirakı təmin edilmişdir. İş materiallarına əlavə edilmiş, "xxxx" ASC-nin əməkdaşları Ş.Gülaliyev, A.Əhədov, F.Azayev tərəfindən tərtib edilmiş xx.xx.2022-cü il tarixli 282441 nömrəli aktdan məlum olur ki, Kürdəmir rayonunun Bala kəngərli kəndi ərazisində yaşayan məişət abonentləri tərəfindən "Elektrik enejisindən istifadə Qaydaları"na riayət edilməsi yoxlanarkən istehlakçı İddiaçı küçədə yerləşən sayğacdan kənar elektrik enerjisindən qanunsuz istifadə etdiyi aşkar edilmişdir. "Elektrik enejisindən istifadə Qaydaları"nın tələblərinə uyğun olaraq akt “Mərkəzi-Aran” RETSİ-nin rəisi tərəfindən təsdiq edilmiş, tərtib edilərkən məişət abonentinin iştirakı təmin edilmişdir. İş materiallarına əlavə edilmiş, "xxxx" ASC-nin əməkdaşları Ş.Gülaliyev, A.Əhədov, F.Azayev tərəfindən tərtib edilmiş xx.xx.2022-cü il tarixli 276269 nömrəli aktdan məlum olur ki, Kürdəmir rayonunun Bala kəngərli kəndi ərazisində yaşayan məişət abonentləri tərəfindən "Elektrik enejisindən istifadə Qaydaları"na riayət edilməsi yoxlanarkən istehlakçı İddiaçı küçədə yerləşən sayğacdan kənar elektrik enerjisindən qanunsuz istifadə etdiyi aşkar edilmişdir. "Elektrik enejisindən istifadə Qaydaları"nın tələblərinə uyğun olaraq akt “Mərkəzi-Aran” RETSİ-nin rəisi tərəfindən təsdiq edilmiş, tərtib edilərkən məişət abonentinin iştirakı təmin edilmişdir. İş materiallarına əlavə edilmiş, "xxxx" ASC-nin əməkdaşları Ş.Gülaliyev, V.Mənsimov, E.Azayev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 329722 nömrəli aktdan məlum olur ki, Kürdəmir rayonunun Bala kəngərli kəndi ərazisində yaşayan məişət abonentləri tərəfindən "Elektrik enejisindən istifadə Qaydaları"na riayət edilməsi yoxlanarkən istehlakçı İddiaçı küçədə yerləşən sayğacdan kənar elektrik enerjisindən qanunsuz istifadə etdiyi aşkar edilmişdir. "Elektrik enejisindən istifadə Qaydaları"nın tələblərinə uyğun olaraq akt “Mərkəzi-Aran” RETSİ-nin rəisi tərəfindən təsdiq edilmiş, tərtib edilərkən məişət abonentinin iştirakı təmin edilmişdir. İş materiallarına əlavə edilmiş, "xxxx" ASC-nin əməkdaşları Ş.Gülaliyev, R.Kərimov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 329722 nömrəli aktdan məlum olur ki, Kürdəmir rayonunun Bala kəngərli kəndi ərazisində yaşayan məişət abonentləri tərəfindən "Elektrik enejisindən istifadə Qaydaları"na riayət edilməsi yoxlanarkən istehlakçı İddiaçı küçədə yerləşən sayğacdan kənar elektrik enerjisindən qanunsuz istifadə etdiyi aşkar edilmişdir. "Elektrik enejisindən istifadə Qaydaları"nın tələblərinə uyğun olaraq akt “Mərkəzi-Aran” RETSİ-nin rəisi tərəfindən təsdiq edilmiş, tərtib edilərkən məişət abonentinin iştirakı təmin edilmişdir. İş materiallarına əlavə edilmiş, "xxxx" ASC-nin əməkdaşları Ş.Gülaliyev, E.Vəliyev, Z.Mənsimov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 314074 nömrəli aktdan məlum olur ki, Kürdəmir rayonunun Bala kəngərli kəndi ərazisində yaşayan məişət abonentləri tərəfindən "Elektrik enejisindən istifadə Qaydaları"na riayət edilməsi yoxlanarkən istehlakçı İddiaçı küçədə yerləşən sayğacdan kənar elektrik enerjisindən qanunsuz istifadə etdiyi aşkar edilmişdir. "Elektrik enejisindən istifadə Qaydaları"nın tələblərinə uyğun olaraq akt “Mərkəzi-Aran” RETSİ-nin rəisi tərəfindən təsdiq edilmiş, tərtib edilərkən məişət abonentinin iştirakı təmin edilmişdir. İş materiallarına əlavə edilmiş, "xxxx" ASC-nin əməkdaşları Ş.Gülaliyev, E.Nəsirov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 301389 nömrəli aktdan məlum olur ki, Kürdəmir rayonunun Bala kəngərli kəndi ərazisində yaşayan məişət abonentləri tərəfindən "Elektrik enejisindən istifadə Qaydaları"na riayət edilməsi yoxlanarkən istehlakçı İddiaçı küçədə yerləşən sayğacdan kənar elektrik enerjisindən qanunsuz istifadə etdiyi aşkar edilmişdir. "Elektrik enejisindən istifadə Qaydaları"nın tələblərinə uyğun olaraq akt “Mərkəzi-Aran” RETSİ-nin rəisi tərəfindən təsdiq edilmiş, tərtib edilərkən məişət abonentinin iştirakı təmin edilmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia qismən təmin edilməlidir . “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinə görə dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş "Elektrik enejisindən istifadə Qaydaları"nın; - 1.2-ci bəndinə əsasən, bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələrin müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. - 7.10. Yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. - 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil ( yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. - 7.13. Hesablaşma elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda, sərhəddən elektrik sayğacının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid edilir. Elektrik enerjisinin itkiləri (texnoloji sərfiyyat), elektrik enerjisinin alqı-satqı müqaviləsində buraxılacaq elektrik enerjisi göstəricilərində nəzərə alınmalıdır. Hesablaşma elektrik sayğacları quraşdırılmış yerdən şəbəkənin balans mənsubiyyəti sərhədinə qədər hissəsindəki elektrik enerjisi itkilərinin (texnoloji sərfiyyat) faizi hesabat yolu ilə müvafiq olaraq müqavilə münasibətlərində olan dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında müəyyənləşdirilir və elektrik enerjisinin alqı-satqı müqaviləsində göstərilir. Məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. - 8.1. Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. - 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 8.3. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Hesablaşma elektrik sayğacı tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən balans mənsubiyyəti sərhədinə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir və həmin elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir, yaxud çıxılır. Hazırki iddia tələbi ilə qanuniliyi mübahisələndirilən xx.xx.2022-ci il tarixli 247740, xx.xx.2023-cü il tarixli 301389, xx.xx.2023-cü il tarixli 314074, xx.xx.2023-cü il tarixli 321390, xx.xx.2024-cü il tarixli 329722, xx.xx.2022-ci il tarixli 276269 və xx.xx.2022-ci il tarixli 282441 nömrəli aktlar tərtib edilərkən "Elektrik enejisindən istifadə Qaydaları"nın tələblərinə əməl edilsə də, hesablaşma elektrik sayğacının mənzildə yox, həyətdə quraşdırılmasına baxmayaraq, zədələnmədiyi, sıradan çıxarmadığını, habelə elektrik enerjisinə görə yenidən hesablaşma zamanı cavabdeh öz əməkdaşlarının küçədə quraşdırılmış sayğaclara maneəsiz nəzarət etmək vəzifələrini, onların sayğacın göstəricilərinə uyğun olaraq hər ay məişət abonentinə bildiriş vermələrini nəzərə almadan müddəti müvafiq olaraq 95 gün göstərməklə əlavə hesablanmış məbləğin itirilən enerjiyə adekvatlığına riayət edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma akt üzrə 30 gün götürülməklə, məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılmalıdır. Belə ki, itirilmiş elektrik enerjisinə görə xx.xx.2022-cü il tarixli R 247740 nömrəli akt üzrə (0.77 kvt*24 saat*0.7*60 güen=776.16 kvts, 776.16 kvts*0.11man=85.37), xx.xx.2022-ci il tarixli R276269 saylı akt 0.8kvt*24 saat *0.7*60 gün=806.40 kvts, 806.40 kvts*0.13 man=104.83 man, xx.xx.2022-ci il tarixli R282441 saylı akt 1.00*0.7*27saat *14 gün=259 kvts, 259 kvts*0.08 man=20.70 manat, xx.xx.2023-cü il tarixli R301389 saylı akt 0.7 kvt*0.7*24 saat*60 gün=705.60 kvts, 705,60 kvts *0.13 man=91.28 man, xx.xx.2023cü il tarixli R314074 saylı akt 0.7 kvt 0.7 *24 saat*30 gün=353 kvts, 353 kvts *0.13 man=45.89 man, xx.xx.2023-cü il tarixli R321390 saylı akt 2.25 kvt *07 *24 saat*30 gün=1134 kvts, 1134 kvts *0.08 man=90,72 man, 30.01.024-cü il tarixli R329722 saylı akt 2.25 kvt *0.7 *24 saat*30 gün=1134 kvts, 1134 kvts*0.08 man=90.72 man, cəmi 529.51 manat əlavə hesabat aparılmalı, 1736.51-529.51=1207 manat əlavə hesablanmış məbləğ iddiaçının hesabından silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 247740 nömrəli, xx.xx.2023-cü il tarixli 301389 nömrəli, xx.xx.2023-cü il tarixli 314074 nömrəli, xx.xx.2023-cü il tarixli 321390 nömrəli, xx.xx.2024-cü il tarixli 329722 nömrəli, xx.xx.2022cil tarixli 276269 nömrəli və xx.xx.2022-ci il tarixli 282441 nömrəli aktlar üzrə əlavə olaraq hesablanmış 1207 (min iki yüz yeddi) manat İddiaçı hesabından silinsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən tərəflər rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: RAHİD MEHDİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar