Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-122/2025 01.09.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aidə Sədrəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh2 İB-nə qarşı “qanunsuz hesablanmış cərimə məbləğinin silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh2nə (bundan sonra Cavabdeh2 İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 İB-nin əməkdaşları tərəfindən ona qanunsuz yazılmış 2851.95 manat məbləğində (debitor borcunun) silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, o, ailə üzvüləri ilə birlikdə Şuşa rayonundan məcburi köçkün kimi Kürdəmir rayonunda məskunlaşmışdır. Hər ay istifadə etdiyi qazın dəyərini poçt və terminal vasitəsi ilə qaz idarəsinin hesabına ödəmişdir. Heç bir vaxt qaza borcu olmamışdır. Təxminən bir müddət əvvəl terminal vasitəsi ilə qaza olan aylıq borcunu ödəyərkən qaza məlum olmayan səbəbdən 2851.95 manat borcunun olduğunu görmüşdür. Həmin borcun nədən yarandığını öyrənmək üçün Cavabdeh2 Kürdəmir rayon şöbəsində olmuşdur. Soruşduqda debitor borcunun olduğunu və bu borcun hamıya yazıldığını bildirirmişlər. Hətta bu borcun silinməsi ilə bağlı Cavabdeh2 Kürdəmir rayon şöbəsinə müraciətlər etmişdir. Oradan ona bildirmişlər ki, “borc artıq yazılmış debitor borcdur, işlətdiyin qazın pulunu ödə, əlavə yazılmış pulu səndən tələb etməyəcəklər”. Lakin bir neçə gün bundan əvvəl "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları yaşadığı ünvana gələrək qazı dayandıracaqlarını bildirmişlər. Beləliklə cavabdeh qurum olan "Azəriqaz” İstehsalat Birliyi onlara verilmiş hüquqlardan sui-istifadə edərək qanunvericilik aktlarının tələblərini, eləcə də istehlakçı kimi onun qanunla qorunan hüquqlarını kobud şəkildə pozmuş və ona qanunsuz olaraq 360 manat debitor borc yazılmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələblərini müdafiə edərək iddia edərək bildirdi ki, o, Şuşa rayonundan məcburi köçkün olmaqla Kürdəmir rayonunda yaşayır. Məcburi köçkün olduğuna görə ona qaçqın limiti ayrılmışdır. Cavabdeh qurumun nümayəndələri tərəfindən yazılmış məbləğ artıq hesablanmışdır. Odur ki, iddia tələblərinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələblərinə etiraz edərək bildirmişdir ki, 2021-ci ilin may ayında eyni əsasla məhkəmə prosesi keçirilmişdir. Belə ki, iddiaçı Cavabdeh2 İB-nin cavabdeh İddiaçı qarşı iddiası ilə istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi tələbinə dair cavabdeh İddiaçı istifadə ilə bağlı yaranmış 509 manat debitor borcu tutularaq Cavabdeh2 İB-nin hesabına ödənilmiş, İddiaçı Cavabdeh2 İB-nə qarşı hesablanmış borcun silinməsi tələbinə dair 1554.75 manat debitor borcun İddiaçı hesabından silinməsi qət edilmişdir. Hal-hazırda iddiaçının öz borcu 2851.95 manat borcu vardır. Odur ki, iddia tələblərinin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-2294/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh2 İB-nə qarşı “borcun silinməsi” tələbinə dair 2(041)- 2294/2024 saylı mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/10278 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, iş materiallarında olan Abonentin Saldosu üzrə məlumatlar və həmçinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərar nəzərə alınmaqla İddiaçı 2010-cu ilin oktyabr ayından 2024-cü ilin avqust ayınadək Cavabdeh2 İb-nə borcu 2851.95 manat məbləğində müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə görə öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 3.1.10-cü bəndinə əsasən, bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. 3.1.11-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1.1-bəndinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü nəzərə alınır. 6.5-3-cü bəndinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. İş üzrə təyin edilərək keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli, 9/10278 nömrəli rəyinin təsviri hissəsindən görünür ki, İddiaçı adına olan abonent saldosu üzrə məlumatlar nəzərə alınmaqla İddiaçı adına 2010-cu ilin oktyabr ayına əvvəlki dövrlər üzrə 913,88 manat məbləğində borcu olmuş, bunda sonra Abonentlə 2010-cu ilin oktyabr ayından 2017-ci ilin yanvar ayınadək (xx.xx.2017-ci il tarixli, 11 nömrəli qərarın qüvvəyə minmə tarixi) 3.000,00 manat məbləğində borc hesablanmış və qaçqın limiti olaraq dövlət tərəfindən 1.711,00 manat məbləğində ödəniş, Abonent tərəəfindən isə 725,23 manat məbləğində ödəniş edilmişdir. Həmçinin qeyd edilir ki, 2010-cu ilin oktyabr ayından 2017-ci ilin yanvar ayınadək Abonentin qaçqın limitindən artıq 1.477,65 manat məbləğində borcu qalmışdır. Bundan başqa 2017-ci ilin yanvar ayından 2024-cü ilinin avqust ayınadərk isə 4.129,05 manat məbləğində borc hesablanmış və 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərara uyğun olaraq Abonent tərəfindən 2.754,75 manat məbləğində ödəniş edilmişdir. Göstərilənlərə əsasən, 2017-ci ilin yanvar ayından 2024-cü ilin avqust ayınadək Abonentin 1.374,30 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus **********00940 nömrəli abonent hesabına hesablanmış 1445.50 manat istehlakçı İddiaçı hesabından silinməli, qalan hissədə iddia təmin edilməməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə ekspert rəyinin verilməsinə görə çəkilən xərc 100 (yüz) manat iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 X3 İstismari İdarəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus abonent hesabına hesablanmış 1445.50 (min dörd yüz qırx beş manat əlli qəpik) manat istehlakçı İddiaçı hesabından (abonent kodu: **********00940) silinsin. İddia qalan hissədə təmin edilməsin. Keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci olan 100 (yüz) manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT Bik: CTREAZ22) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-122/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-122/2025
01.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver