Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-123/2024 23.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin binasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Kürdəmir şəhəri, Bakı prospekti, 64 saylı evin 4 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək hazırda bəzi sənədlərin toplanması zərurəti yarandığını və bununla bağlı zəruri hesab edilən sənədlərin toplanması üçün ona müəyyən vaxt lazım olduğunu bildirərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh təyin edilmiş məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işi mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.11, 263- 264, 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM XALİQ İMANOV
Məhkəmə qərarları › İş №2(041)-123/2024
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-123/2024
23.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver