Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1237/2024 18.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respubliaksı Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, İddiaçı və cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab eddilməsi, akt əsasında hesablanmış cərimənin silinməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Azəriqaz“ İstehsalat Birliyinin barəsində tərtib etdiyi xx.xx.2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi akt əsasında hesablanmış 3110,40 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Sığırlı kəndində yaşayır və yaşadığı mənzildə təbii qazdan istifadə edir. İstifadə etdiyi qazın dəyərini hər ay ödəmişdir. Mənzilinə Smart-kart tipli qaz sayğacı quraşdırılmışdır. Heç vaxt qaza görə borcu olmayıb. Lakin xx.xx.2023-cü il tarixdə cavabdeh olan qurumun əməkdaşları ona məxsus mənzildə qaz sayğacınndan kənar xətt aşkar edilməsi ilə əlaqədar akt tərtib edərək ona 3110,40 manat cərimə tətbiq etmişlər. O, hesablanan məbləği qəbul etmir. Həmin məbləğin hansı qaydada hesablanması ona məlum deyil. Guya o, mənzildə 365 gün, yəni bir il ərzində qazdan istifadə edib. Halbu ki, bu tamamilə əsassız hesabatdır. Aktın tərtib edilməsindən onun heç bir məlumatı olmamışdır. Cavabdeh qurumun əməkdaşı qaz sayğacına hər ay 2 dəfə baxış keçirmiş, lakin heç bir müdaxilə və təbii qazdan sayğacdan kənar istifadə halı müəyyən edilməmişdir. Bundan sonra barəsində tərtib olunan aktı alıb tanış olmuş və aktda guya onun mənzilində sayğacdan kənar 365 gün ərzində təbii qazdan istifadə etdiyi qeyd edilmişdir. Barəsində tərtib edilən aktla razı deyil. Ona görə də cavabdeh “Azəriqaz“ İstehsalat Birliyinin barəsində tərtib etdiyi xx.xx.2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi akt əsasında hesablanmış 3110,40 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək göstərdi ki, “Azəriqaz” X3 RQİİ-nin Kürdəmir XS-nin əməkdaşları Kürdəmir rayonunun Sığırlı kəndində yaşayan İddiaçı yaşayış evinə quraşdırılmış qaz sayğacına 2023-cü ildə baxış keçirilərkən İddiaçı istifadəsində olan qaz sayğacından kənar qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan istifadə etdiyi müəyyən edilmişdir. Əməkdaşlar tərəfindən xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmişdir. Qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4 kub metr, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Ağsu RQİİ-nin xx.xx.2024-cü il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnaməsi ilə 25920 kub metr (və ya 3110,40 manat) həcmində müəyyən edilmişdir. Ona görə də İddiaçı cavabdeh “Azəriqaz“ İstehsalat Birliyinin barəsində tərtib etdiyi xx.xx.2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, akt əsasında hesablanmış 3110,40 manat cərimənin silinməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli, ******* nömrəli təsdiq edilmiş aktdan görünür ki, İddiaçı yaşadığı yaşayış evində “Azəriqaz” X2 RQİİ-nin Kürdəmir XS-nin işçiləri tərəfindən xx.xx.2023-ci il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyddə “X4 Qaydalarının tələblərinə zidd olaraq mənzilində sayğacdan kənar qeyri-qanuni istifadə edir” qeyd olunmuşdur. Qeyd edilən akt “Azəriqaz” X2 RQİİ-nin Kürdəmir XS-nin əməkdaşları tərəfindən imza edilmiş istehlakçı İddiaçı akta imza etməmişdir. İş materiallarında olan “Azəriqaz” İB-nin X5 İstismarı İdarəsi rəisinin təsdiq etdiyi xx.xx.2024-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surəti ilə müəyyən edilir ki, İddiaçı yaşadığı fərdi yaşayış evində Kürdəmir Xidmət Sahəsinin görəcəyi işlər barədə tələblərdə itirilmiş qazın bərpası üzrə qaz işlədicilərinin nominal saatlıq qaz sərfi 6 kub metr, orta gunluk iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və cəmi 25920 kub metr üzrə hesablanmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı adına qeyd edilmiş **********02290 nömrəli Abonentin saldosundan görünür ki, 01.20xx-xx.2024-cü illər ərzində İddiaçı təbii qazdan istifadəyə görə borcunun 3285,00 manat olduğu göstərilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, habelə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Sığırlı kəndində yaşayır və yaşadığı mənziildə təbii qazdan istifadə edir. İstifadə etdiyi qazın dəyərini hər ay ödəmişdir. Mənzilinə Smart-kart tipli qaz sayğacı quraşdırılmışdır. Heç vaxt qaza görə borcu olmayıb. Lakin xx.xx.2023-cü il tarixdə cavabdeh olan qurumun əməkdaşları ona məxsus mənzildə qaz sayğacından kənar xətt aşkar edilməsi ilə əlaqədar akt tərtib edərək ona 3110,40 manat cərimə tətbiq etmişlər. O, hesablanan məbləği qəbul etmir. Həmin məbləğin hansı qaydada hesablanması ona məlum deyil. Guya o, mənzildə 365 gün, yəni bir il ərzində qazdan istifadə edib. Halbu ki, bu tamamilə əsassız hesabatdır. Aktın tərtib edilməsindən onun heç bir məlumatı olmamışdır. Cavabdeh qurumun əməkdaşı qaz sayğacına hər ay 2 dəfə baxış keçirmiş, lakin heç bir müdaxilə və təbii qazdan sayğacdan kənar istifadə halı müəyyən edilməmişdir. Bundan sonra barəsində tərtib olunan aktı alıb tanış olmuş və aktda guya onun mənzilində sayğacdan kənar 365 gün ərzində təbii qazdan istifadə etdiyi qeyd edilmişdir. Barəsində tərtib edilən aktla razı deyil. İtirilmiş təbii qazın miqdarının müəyyən edilməsi üçün hesabatın 360 gün qəbul edilməsi iddiaçının maddi vəziyyətini ağırlaşdırır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh “Azəriqaz” İB-nin əməkdaşları iddiaçının istifadə etdiyi qazın dəyərini 360 gün müddətində və sutkanın 12 saatı ərzində yararlanmasını nəzərə alıb hesabat aparmaqla 25920 kub metr həcmində qaz itkisi müəyyən edilməsi iddiaçının maddi vəziyyətini ağırlaşdırmaqla, istehlakçı kimi onun hüquqlarını pozur. “Qazdan istifadə Qaydaları”nın 6.5-2-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qırıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozunqtu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentinə münasibətdə sutkanın 12 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Məhkəmə hesab edir ki, İddiaçı təbii qazdan qeyri qanuni istifadə etsə də, cavabdeh “Azəriqaz“ İB tərəfindən itirilmiş təbii qazın bərpası üçün iddiaçının istifadə etdiyi qaz işlədicilərinin nominal saatlıq qaz sərfinin 6 kub metr/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün müəyyən edilməsi iddiaçının maddi vəziyyətini ağırlaşdırdığına görə itirilmiş təbii qazın bərpası üçün hesabat müddəti ümumilikdə 2 ay (60 gün) qəbul edilməlidir. Belə olan halda iddiaçının istifadə etdiyi qaz işlədicilərinin maksimal qaz sərfinə görə hesabat müddəti 6 x 12 x 60 = 4320 kub metr hesablanmaqa, 3110,40 : 0,12 x 2 = 259 manat x 2 = 518 manat; 3110,40 – 518 = 2592,40 manat müəyyən edilməklə həmin məbləğ iddiaçının hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. “İstehlakçıların hüquqlarının müdafıəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İşin hallarından göründüyü kimi, qaz sayğacının istehlakçı təqsiri üzündən zədələnməsi müəyyən olunmamaqla, istehlakçı tərəfindən onun təşəbbüsü ilə sayğıcın texniki baxışdan keçirilməsi tələb edilməmişdir. Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia tələbinin təmin edilmiş hissəsinə münasib olaraq 20 manat dövlət rüsumu cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən, iddia tələbi qismən təmin edildiyinə görə 10 manat dövlət rüsumu İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə cavabdeh “Azəriqaz” İsehsalat Birliyinin əməkdaşları tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə hesabat müddəti 2 ay (60 gün) qəbul edilməli və akt əsasında hesablanmış 2592,40 manat məbləğində borc İddiaçı adına qeyd edilmiş abonent hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “Azəriqaz” İsehsalat Birliyinin əməkdaşları tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə hesabat müddəti 2 ay (60 gün) qəbul edilsin. Həmin akt əsasında hesablanmış 2592,40 manat məbləğində borc İddiaçı adına qeyd edilmiş abonent hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı 10 (on) manat, cavabdeh “Azərqaz” İstehsalat Birliyindən 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-1237/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1237/2024
18.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver