Məhkəmə qərarları › İş №2(041)-1246/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1246/2023

24.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1246/2023 24.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı qanunsuz hesablanmış pul vəsaitinin silinməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ona qanunsuz yazılmış 600 manat pul vəsaitinin (debitor borcunun) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, Kürddəmir rayonu Yenikənd kəndində yerləşən evdə yaşayır. Hər ay istifadə etdiyi qazın dəyərini poçt və terminal vasitəsi ilşə ödəyir. Heç bir vaxt qaza borcu olmayıb. Qaz İdarəsinin işçiləri bir müddət əvvəl ona istifadə etdiyi qaz borcuna görə bildiriş təqdim edərkən əlavə 600 manat borcunun olduğunu bildirmişlər. O, həmin borcun nədən yarandığını soruşduqda debitor borcunun olduğunu və bu borcun hamıya yazıldığını bildirmişlər. Bununla bağlı Cavabdeh Kürdəmir rayon şöbəsinə müraciət etmiş və orada ona işlətdiyi qazın puounu ödəməsini tapşırıb həmin borcu ondan tələb etmədiklərini bildirmişlər. Lakin bundan sonra Cavabdeh əməkdaşları yaşadığım ünvana gələrək qazı dayandıracaqlarını bildirmişlər. Cavabdeh əməkdaşları onun hüquqlarını pozaraq ona qanunsuz olaraq 600 manat debitor borc yazmışlar. Hesab edir ki, ona yazılan borc qanunsuzdur. Ödəniş qəbzlərinin olmasına baxmayaraq həmin qəbzləri sistemə işləməyiblər. Hesablanan cərimə məbləği hesabından silinməlidir. Ona görə də Cavabdeh tərəfindən ona qanunsuz yazılmış 600 manat pul vəsaitinin (debitor borcunun) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh, Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçı Babaşov X1 Ağsu Regional Qaz İstismarı İdarəsinin Kürdəmir Xidmət sahəsinin abonenti olmaqla **********1300 nömrəli hesabla qeydiyyata alınmışdır. Belə ki, İddiaçı təbii qazdan istifadə ilə bağlı yaranmış borcu tam şəkildə ödəməməsi nəticəsində yaranmışdır. Ona görə də İddiaçı Cavabdeh tərəfindən ona qanunsuz yazılmış 600 manat pul vəsaitinin (debitor borcunun) silinməsi tələbinin əsassız hesab edilərək təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş İddiaçı adına qeyd edilmiş **********1300 nömrəli Abonentin saldosundan görünür ki, 10.20xx-xx.2022-ci illər ərzində C.A Babaşovun təbii qazdan istifadəyə görə borcunun 513.04 manat olduğu göstərilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2013-cü il tarixli, seriya EAÇ/16 878267 nömrəli ödəniş qəbzinə əsasən 10 manat, xx.xx.2013-cü il tarixli, seriya EAÇ/16 874439 nömrəli ödəniş qəbzinə əsasən 12 manat, xx.xx.2013-cü il tarixli, seriya EAÇ/16 874106 nömrəli ödəniş qəbzinə əsasən 20 manat, xx.xx.2013-cü il tarixli, seriya EAÇ/16 890360 nömrəli ödəniş qəbzinə əsasən 20 manat, “Komtec LTD“ MMC-nin xx.xx.2012-ci il tarixli, seriya ÇCU 135963 nömrəli ödəniş qəbzinə əsasən 15 manat, xx.xx.2012-ci il tarixli, seriya ÇCU 796109 nömrəli ödəniş qəbzinə əsasən 15 manat, xx.xx.2012-ci il, seriya ÇCU 199864 nömrəli ödəniş qəbzinə əsasən 10 manat, xx.xx.2011-ci il tarixli, ÇCU 374349 nömrəli ödəniş qəbzinə əsasən 20 manat, xx.xx.2011-ci il tarixli, ÇCU 222645 nömrəli ödəniş qəbzinə əsasən 15 manat, xx.xx.2011-ci il tarixli, ÇCU 163944 nömrəli ödəniş qəbzinə əsasən 15 manat, xx.xx.2012-ci il tarixli, ÇCU/1 383607 nömrəli ödəniş qəbzinə əsasən 15 manat, xx.xx.2012-ci il tarixli, seriya ÇCU/1 262738 nömrəli ödəniş qəbzinə əsasən 15 manat, xx.xx.2012-ci il tarixli, ÇCU/1 258589 nömrəli ödəniş qəbzinə əsasən 15 manat, xx.xx.2012-ci il tarixli, ÇCU/1 853613 nömrəli ödəniş qəbzinə əsasən 15 manat, 31.0472012-ci il tarixli, ÇCU/1 084011 nömrəli ödəniş qəbzinə əsasən 15 manat, xx.xx.2012-ci il tarixli, ÇCU/1 938972 nömrəli ödəniş qəbzinə əsasən 15 manat, xx.xx.2012-ci il tarixli, ÇCU/1 652261 nömrəli ödəniş qəbzinə əsasən 20 manat, xx.xx.2012-ci il tarixli, ÇCU/1 584894 nömrəli ödəniş qəbzinə əsasən 25 manat, xx.xx.2013-cü il tarixli ÇCU/1 510994 nömrəli ödəniş qəbzinə əsasən 20 manat, xx.xx.2012-cü il tarixli ÇCU/1 405128 nömrəli ödəniş qəbzinə əsasən 15 manat, xx.xx.2013-cü il tarixli ÇCU/1 452909 nömrəli ödəniş qəbzinə əsasən 15 manat, "xxxx" MMC-nin may 2010-cü il tarixli seriya AKZ/10 982408 nömrəli ödəniş qəbzinə əsasən 10 manat, 19.03..2010-cü il tarixli, seriya AKZ/10 980104 nömrəli ödəniş qəbzinə əsasən 30 manat, seriya EAC/8 621495 nömrəli ödəniş qəbzinə əsasən 10 manat, xx.xx.2014-cü il tarixli, 2010-cu il tarixli seriya AKZ/8 94871 nömrəli ödəniş qəbzinə əsasən 30 manat, xx.xx.2010-cü il tarixli, seriya ÇSY/22 983358 nömrəli ödəniş qəbzinə əsasən 20 manat, xx.xx.2010-cu il tarixli, seriya ÇSY/21 199627 nömrəli ödəniş qəbzinə əsasən 20 manat, 2010-cü il tarixli, seriya CÇY/21 180379 nömrəli ödəniş qəbzinə əsasən 30 manat, xx.xx.2010-cu il tarixli, seriya CJÖ/30 nömrəli ödəniş qəbzinə əsasən 15 manat, 23.07..2010-cü il tarixli, seriya AKZ/10 ******* nömrəli ödəniş qəbzinə əsasən 20 manat, 2010-cü il tarixli, seriya ÇCY/26 8021 nömrəli ödəniş qəbzinə əsasən 10 manat, xx.xx.2010-cü il tarixli, seriya ÇCY/26 696043 nömrəli ödəniş qəbzinə əsasən 15 manat, 25.08..2010-cü il tarixli, seriya CJÖ/30 720175 nömrəli ödəniş qəbzinə əsasən 15 manat, 2010-cu il tarixli, seriya AKZ/10 991818 nömrəli ödəniş qəbzinə əsasən 15 manat, xx.xx.2011-ci il tarixli, seriya CÇY/35 625845 nömrəli ödəniş qəbzinə əsasən 20 manat, 23.01..2015-ci il tarixli, seriya EAÇ /10 072207 nömrəli ödəniş qəbzinə əsasən 20 manat, xx.xx.2011-ci il tarixli, seriya CÇY/21 199932 nömrəli ödəniş qəbzinə əsasən 10 manat, xx.xx.2015-ci il tarixli, seriya EAÇ/22 459100 nömrəli ödəniş qəbzinə əsasən 20 manat, 26.02..2015-ci il tarixli, seriya EAÇ/22 453731 nömrəli ödəniş qəbzinə əsasən 20 manat, 15.03..2015-ci il tarixli, seriya EAÇ/22 077618 nömrəli ödəniş qəbzinə əsasən 20 manat, 26.09..2011-ci il tarixli, seriya CÇY/39 723757 nömrəli ödəniş qəbzinə əsasən 10 manat, xx.xx.2011-ci il tarixli, seriya CÇY/38 549681 nömrəli ödəniş qəbzinə əsasən 10 manat, xx.xx.2011-ci il tarixli, seriya CÇY/32 268710 nömrəli ödəniş qəbzinə əsasən 20 manat, xx.xx.2013-cü il tarixli, seriya EAÇ/10 356952 nömrəli ödəniş qəbzinə əsasən 20 manat, 18.05..2013-cü il tarixli, seriya EAÇ/15 492633 nömrəli ödəniş qəbzinə əsasən 20 manat, 18.03..2013-cü il tarixli, seriya EAÇ/14 352855 nömrəli ödəniş qəbzinə əsasən 20 manat, xx.xx.2013-cü il tarixli, seriya EAÇ/16 150337 nömrəli ödəniş qəbzinə əsasən 20 manat, olmaqla, cəmi 910 manat məbləğində qaz pulu İddiaçı tərəfindən Cavabdeh hesabına ödənilmişdir. İş materiallarına əlavə edilmiş və İddiaçı adına qeydə alınmış **********1300 nömrəli Abonentin saldosundan görünür ki, 10.2010-cu ildən 12.2022-ci il tarixə olan dövr ərzində İddiaçı təbii qazdan istifadəyə görə 513 manat borcunun olduğu qeyd edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, habelə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ailə üzvüləri ilə birlikdə Kürddəmir Yenikənd kəndində yerləşən evdə yaşayır. Hər ay istifadə etdiyi qazın dəyərini poçt və terminal vasitəsi ilşə ödəyir. Heç bir vaxt qaza borcu olmayıb. Qaz İdarəsinin işçiləri bir müddət əvvəl ona istifadə etdiyi qaz borcuna görə bildiriş təqdim edərkən əlavə 600 manat borcunun olduğunu bildirmişlər. O, həmin borcun nədən yarandığını soruşduqda debitor borcunun olduğunu və bu borcun hamıya yazıldığını bildirmişlər. Bununla bağlı Cavabdeh Kürdəmir rayon şöbəsinə müraciət etmiş və orada ona işlətdiyi qazın puounu ödəməsini tapşırıb həmin borcu ondan tələb etmədiklərini bildirmişlər. Lakin bundan sonra Cavabdeh əməkdaşları yaşadığım ünvana gələrək qazı dayandıracaqlarını bildirmişlər. Cavabdeh əməkdaşları onun hüquqlarını pozaraq ona qanunsuz olaraq 600 manat debitor borc yazmışlar. Hesab edir ki, ona yazılan borc qanunsuzdur. Ödəniş qəbzlərinin olmasına baxmayaraq həmin qəbzləri sistemə işləməyiblər. Hesablanan cərimə məbləği hesabından silinməlidir. İddiaçı tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin və “Komtec“ LTD MMC-nin ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən 2011-2014-cü illər ərzində təbii qazdan istifadəyə görə ödədiyi 282 manat məbləğində qaz pulu İddiaçı adına qeydə alınmış Abonent saldosunda qeydə alınmaqla Abonent hesabına vurulsada həmin borc onun hesabından silinməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının təbii qazdan istifadəyə görə Abonent saldosu üzrə ödədliyi 282 manat borc onun hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Qanun qaz və maye halında enerji daşıyıcısı kimi işlədilən bütün (təbii qazlar da daxil olmaqla) qaz növlərinin istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyətləri tənzimləyir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamı qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra “Qaydalar”ın) 3.1-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı, istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli; qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. ”Qavazov Bolqarıstana” qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsinin mövqeyi belə olmuşdur ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göstərilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən, məhkəmə hesab edir ki, iddiaçı iddia tələbini qismən sübut edə bilmişdir. Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu ödəməkdən azad edildiyindən, 30 manat dövlət rüsumu Cavabdeh İsehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə, Cavabdeh tərəfindən İddiaçı hesablanmış 282 manat borc onun hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən iddiaçı Bəbaşov Cəbrayıl Ağazayıd oğluna hesablanmış 282 manat borc onun hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh“ Azəriqaz” İsehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar