Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1247/2023 07.09.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon Məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın etibarsız hesab edilməsi, qanunsuz hşesablanmış cərimənin silinməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən barəsində qanunsuz tərtib edilmiş xx.xx.2018-ci il tarixli, AKT 011683 nömrəli və xx.xx.2018-ci il tarixli, AKT 123930 nömrəli aktın etibarsız hesab edilməsi və həmin aktlar əsasında ona hesablanmış 516,34 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək hal-hazırda cavabdeh "xxxx" ASC ilə aralarında olan mübahisənin məhkəmədən kənar həll edilməsi üçün razılığa gəldiklərini bildirib mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini və işdəki sənədləri tədqiq edərək hesab edir ki, iddiaçının iddiadan imtina etməsinə dair ərizəsi qəbul edilməli və mülki işin icraatına xitam verilməlidir. Belə ki, iddiaçının ərizəsindən görünür ki, o, cavabdehlə aralarında olan mübahisəni məhkəmədən kənar həll etmiş və mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi də işə baxılmasını tələb etmir. Məhkəmə iddiaçının ərizəsini, habelə işdəki sənədləri tədqiq edərək hesab edir ki, tərəflərin barışması nəzərə alınaraq iddiaçının iddiadan imtina etməsinə dair ərizəsi qəbul edilməli və mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinin tələbinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci mddəsinə görə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7, 262-264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən barəsində qanunsuz tərtib edilmiş xx.xx.2018-ci il tarixli, AKT 011683 nömrəli və xx.xx.2018-ci il tarixli, AKT 123930 nömrəli aktın etibarsız hesab edilməsi və həmin aktlar əsasında ona hesablanmış 516,34 manat məbləğində cərimənin silinməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan qərardad tərəflərə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətinə qərardadı çıxaran məhkəməyə şikayət verə bilər. Hakim: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-1247/2023
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1247/2023
07.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver