Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1252/2023 02.11.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı xüsusi mülkiyyətində olan mənzildən istifadə hüququna xitam verilmə tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəməinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, onun ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi var. Həmin evi çoxdan tikdirsə də öz adına sənədləşdirməmişdir. Sonradan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış eviə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli çıxarışına əsasən mülkiyyət sənədi alıb. Hazırda ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi onun şəxsi mülkiyyətidir. Cavabdeh oğludur. Cavabdehin ona məxsus evdə qeydiyyatda olmsı onda narahatçılıq yaradır və mülkiyyəti üzrə sərəncam vermək hüququ məhdudlaşdırılıb. O, özü hazırda həmin evdə yaşayır. Cavabdehin Kürdəmir şəhərində özünə məxsus fərdi yaşayış evi var və o, hazırda ailəsi ilə birlikdə həmin evdə yaşayır. Cavabdehə ona məxsus evdən qeydiyyatdan çıxmasını və istifadə hüququnun könüllü qaydada itirilməsi ilə bağlı bir neçə dəfə müraciətlər edib. Lakin heç bir faydası olmayıb. Cavabdehin onun xüsusi mülkiyyətində olan evində qeydiyyatda olması qanunla qorunan mülkiyyət hüquqlarını kobud surətdə pozur və o, öz mülkiyyət hüquqlarından istədiyi kimi istifadə edə bilmir. Ona görə də Cavabdeh iddiaçının xüsusi mülkiyyətimdə olan ünvan 2 ünvanda olan mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, İddiaçı onun anasıdır. ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2023-ci il tarixli çıxarışına əsasən anası İddiaçı adına qeydiyyata alınsada həmin evi onun atası mərhum Əliyev Rafiq tikdirib. Sonradan 2018-ci ildə iddiaçı həmin evi öz adına rəsmiləşdirib. Həmin ev mərhum atası Əliyev Rafiqdən qaldığı üçün onun həmin evdə qanunla pay hüqu var. Ona görədə iddiaçının ona qarşı xüsusi mülkiyyətində olan mənzildən istifadə hüququna xitam verilmə tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən ev xüsusi mülkiyyət hüququ əsasında Daşınmaz əmlakın Dövlət reyestrində İddiaçı adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqıqda xx.xx.2023-cü iltarixli, ******* nömrəli arayışından görünür ki, Əliyev X3 şəhəri, Nizami küçəsi, dalan 1, ev 11 ünvanda yerləşən İddiaçı xüsusi mülkiyyətində olan evində qeydiyyatdadır. İş materiallarına əlavə edilm1iş Kürdəmir rayon İcra Hakimiyyəti Mənzil İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 103 nömrəli arayışdan görünür ki, Cavabdeh arvadı X2, oğlu X10 və qızı X7 ilə birlikdə ünvan 3 ünvanda yaşayırlar. İş materiallarına əlavə edilmiş Cavabdeh Kürdəmir regional «Asan xidmət» mərkəzində Notariat kontoruna təqdim etdiyi xx.xx.2018-ci il taixli ərizədən görünür ki, atası X5 miras qalmış payı qəbul etmədiyini, etmək niyyətində olmadığını və bununla əlaqədar gələcəkdə məhkəməyə müraciət etmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X8 vərəsəsi İddiaçıdır. İş materiallarına əlavə edilmiş AN-İ№ ******* nömrəli, xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X1 şəhəri, İ.Məmmədov küçəsi, bina 68, mənzil 8 ünvanda yerləşən ümumi sahəsi 77.6 kv/m olan mənzilini tam mülkiyyət üzrə Cavabdeh satmaqla onun mülkiyyətinə verir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı Əliyeva X9 şəhəri, Nizami küçəsi, dalan 1, ev 11 ünvanda yerləşən fərdi yaşayış evi var. Həmin evi çoxdan tikdirsə də öz adına sənədləşdirməmişdir. Sonradan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli çıxarışına əsasən mülkiyyət sənədi alıb. Hazırda ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi onun şəxsi mülkiyyətidir. Cavabdeh oğludur. Cavabdehin ona məxsus evdə qeydiyyatda olması onda narahatçılıq yaradır və mülkiyyəti üzrə sərəncam vermək hüququ məhdudlaşdırılıb. O, özü hazırda həmin evdə yaşayır. Cavabdehin Kürdəmir şəhərində özünə məxsus fərdi yaşayış evi var və o, hazırda ailəsi ilə birlikdə həmin evdə yaşayır. Cavabdehə ona məxsus evdən qeydiyyatdan çıxmasını və istifadə hüququnun könüllü qaydada itirilməsi ilə bağlı bir neçə dəfə müraciətlər edib. Lakin heç bir faydası olmayıb. Cavabdehin xüsusi mülkiyyətində olan evində qeydiyyatda olması onun qanunla qorunan mülkiyyət hüquqlarını kobud surətdə pozur və o, öz mülkiyyət hüquqlarından istədiyi kimi istifadə edə bilmir. Cavabdeh iddiaçıya məxsus yaşayış evində qeydiyyatda olması iddiaçının mülkiyyətində olan yaşayış evindən öz istədiyi kimi istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını pozur və o, öz mülkiyyət hüquqlarından istədiyi kimi istifadə etməsini məhdudlaşdırır. Cavabdeh iddia tələbini qəbul etməyərək iddiaçının ona qarşı xüsusi mülkiyyətində olan mənzildən istifadə hüququna xitam verilmə tələbinə dair iddiasının təmin edilməməsini bildirir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, yaşayış evi mülkiyyətçinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin Məcəllənin 53-cü maddəsinin üçüncü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrını 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələbinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. İş materiallarından görünür ki, Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan mənzilində qeydiyyatda olsa da, o, həmin fərdi yaşayış evində yaşamır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ bəndində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli və İddiaçı xüsusi mülkiyyətində olan, ünvan 2 ünvandan Cavabdeh istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 91,6 kv.metr, yaşayış sahəsi olan mənzildən Cavabdeh istifadə hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-1252/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1252/2023
02.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver