Məhkəmə qərarları › İş №2(041)-1256/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1256/2023

16.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1256/2023 16.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon Məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış cərimənin silinməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən qanunsuz tərtib olunmuş xx.xx.2017-ci il tarixli, NDM 008068 saylı və xx.xx.2019-cu il tarixli, R 159246 nömrəli aktın etibarsız hesab edilməsi və həmin aktlara əsasən qanunsuz hesablanmış 654.63 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmşdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini qismən müdafiə edərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Məhərrəmli kəndində yaşayır. Evində istifadə etdiyi elektrik enerjisinin pulunu hər ay vaxtında ödəyir. Evinə gələn elektrik xəttinin üzərinə elektrik sayğacı quraşdırılmışdır. "xxxx" ASC-nin əməkdaşları evdə olmadığı vaxt yaşadığı evin həyətinə gəlib ona və ya evdə olan ailə üzvlərinə heç bir xəbərdarlıq etmədən elektrik sayğacına baxış keçirib elektirik sayğacını dəyişərək əvəzinə yeni elektirik sayğacı quraşdırılmış və bu barədə akt tərtib etmişlər. Sonradan "xxxx" ASC-nin əməkdaşları tərəfindən barəsində xx.xx.2017-ci il tarixli, NDM 008068 nömrəli və xx.xx.2019-cu il tarixli, R 159246 nömrəli akt tərtib edildiyini və həmin aktlara əsasən 508.06 manat, və 146.57 manat məbləğində cərimə olunduğunu öyrənmiş və X5 müraciət edib həmin aktları almışdır. Həmin aktda guya onun birbaşa elektrik enerjisindən istifadə etdiyi qeyd etmişlər. O, uzun müddətdir ki, işi ilə əlaqədar qeydiyyatda olduğu ünvanda yaşamır. Evdə yaşamadığı halda ona hansı səbəbdən cərimə yazıldığı məlum deyil. Barəsində edilən qanunsuzluqları və haqsızlıqları araşdırmaq üçün Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji məsələlərini X2 filialına müraciət etmişdir. Bütün bunlara baxmayaraq ona iki akt üzrə qanunsuz hesablanmış ümumilikdə 654.63 manat məbləğində cərimə bu günə kimi hesabından silinməmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən barəsində tərtib edilən xx.xx.2017-ci il tarixli, NDM 008068 nömrəli və xx.xx.2019-cu il tarixli, R 159246 nömrəli akt əsassız və qanunsuz tərtib edilmiş və həmin aktlara əsasən ona ümumilikdə 654.63 manat məbləğində qanunsuz cərimə hesablanmışdır. İddiaçı barəsində tərtib edilən xx.xx.2017-ci il tarixli, NDM 008068 nömrəli akt cavabdeh təşkilat tərəfindən arxivə təhvil verildiyinə görə həmin aktın surətini əldə edə bilməmişdir. Cavabdeh idarənin hərəkətləri onun bir istehlakçı kimi huquqlarını pozur, ona haqsız 654.63 manat borc yazılması onun maddi vəziyyətini ağırlaşdırır və ona hesablanmış borc məbləğinin akt üzrə ödənilmiş 100 manat həddində qəbul edir. Ona görə də "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli, NDM 008068 nömrəli və xx.xx.2019-cu il tarixli, R 159246 nömrəli aktların qismən etibarsız hesab edilməsi və akt əsasında hesablanmış 654.63 manat borc məbləğinin ödənilmiş 100 manat miqdarında saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavbdeh "xxxx" ASC-nin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək göstərdi ki, "xxxx" ASC-nin X3 əməkdaşları istehlakçıların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik eknerjisindən istifadə Qaydaları”na və “X1 Qaydaları”na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə xidməti ərazidə reyd keçirən zaman xx.xx.2019cu il tarixdə İddiaçı məxsus evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı iddiaçının sayğacdan kənar xəttdən birbaşa elektrik enerjisindən istifadə etməsi faktı aşkar olunmuşdur. Bu isə EEİQ-nin 8,17-ci, həmçinin EQQQ-nin ı-v bəndlərinin istehlakçı tərəfindən pozulması faktıdır. Yenidən hesablaşma keçən yükün ampermaşa adlı cihaz vasitəsi ilə ölçülməsi əsasında aparılmışdır. xx.xx.2019-cu il tarixli AKT 159246 nömrəli akt tərtib edilərək 0,46 kvt x 24 saat x 180 gün = 1987 kvts, Tarif (-1800 kvts x 0,07 man = 126.00 man), tarif (-187 kvts x 0,11 man = 20.57 man) cəmi 146.57 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi 1987 kvts itirilmiş elaktrik enerjisinin dəyərini bərpa etmişlər. İddiaçı barəsində tərtib edilmiş xx.xx.2017-ci il tarixli, NDM 008068 nömrəli akt arxivə təhvil verildiyindən həmin akt üzrə hesablama aparılması mümkün olmamışdır. Hər iki akt qanuni və əsaslı olaraq tərtib edilmişdir. Ona görə də İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən qanunsuz tərtib olunmuş xx.xx.2017-ci il tarixli, NDM 008068 nömrəli və xx.xx.2019-cu il tarixli, R 159246 nömrəli aktın etibarsız hesab edilməsi və həmin aktlara əsasən qanunsuz hesablanmış 654,63 manat məbləğində cərimənin silinməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş, "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli, R 159246 nömrəli aktın surətindən görünür ki, istehlakçı İddiaçı Kürdəmir rayonu Məhərrəmli kəndində yerləşən yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilərkən abonentin sayğacdan kənar xəttdən birbaşa elektrik enerjisindən istifadə etməsi faktı aşkar edilmiş və keçən yük ölçülərək J=2,1 A; U=220, P=0,46 kvt. üzrə hesablanmışdır. Akt tərtib edilərkən həmin akt "xxxx" ASC-nin 3 nəfər nümayəndələri imzalanmış, hal şahidləri iştirak etməmiş, həmçinin məişət abonenti kimi adı aktda qeyd olunmamış, akta imza etməsi üçün ona təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı adına qeydə alınmış **********00106 nömrəli Abunə haqqında bağlanan aktlar bölməsində onun barəsində tərtib olunmuş xx.xx.2017-ci il tarixli, NDM 008068 nömrəli akt üzrə 508,06 manat, xx.xx.2019-cu il tarixli, R 159246 nömrəli akt üzrə köhnə taariflə 126,00 manat, enerjidən istifadə qaydalarınıne pozulması ilə bağlı 20,27 manat olmaqla, cəmi 146,57 manat borc hesablanmışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarındakı sənədləri tədqiq edərək və sübutlara məcmuu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Məhərrəmli kəndində yaşayır. Evində istifadə etdiyi elektrik enerjisinin pulunu hər ay vaxtında ödəyir. Evinə gələn elektrik xəttinin üzərinə elektrik sayğacı quraşdırılmışdır. "xxxx" ASC-nin əməkdaşları yaşadığı evin həyətinə gəlib ona və ya evdə olan ailə üzvlərinə heç bir xəbərdarlıq etmədən elektrik sayğacına baxış keçirmişlər. Sonradan "xxxx" ASC-nin əməkdaşları tərəfindən barəsində xx.xx.2017-ci il tarixli, NDM 008068 nömrəli və xx.xx.2019-cu il tarixli, R 159246 nömrəli akt tərtib edildiyini və həmin aktlara əsasən 508.06 manat və 146.57 manat məbləğində cərimə olunduğunu öyrənmiş və X5 müraciət edib həmin aktları almışdır. Həmin aktda guya onun sayğacdan kənar xəttdən birbaşa elektrik enerjisindən istifadə etməsi faktı aşkar edilmişdir. Ümumiyyətlə o, heç vaxt kənar xəttdən birbaşa enerjisindən istifadə etməmişdir. Cavabdehin əməkdaşları istifadə etdiyi elektrik sayğacına baxış keçirərkən ona heç bir məlumat vermədən, nə onun və nə də hal şahidlərinin iştiakını təmin etməyib barəsində akt tərtib etmişlər. Aktın, həmçinin akt tərtib edilərkən ona məlumat verilməmiş, aktda adı qeyd edilməmişdir, akt imza edilməsi üçün ona təqdim edilməmiş, cavabdehin 3 nümayəndəsinin adı qeyd edilməklə həmin şəxslərin aktla tanış olub imza etmələri ilə kifayətlənmişlər. Göründüyü kimi qeyd edilən akt Qanunvericiliyin tələbləri kobud surətdə pozulmaqla tərtib edilmiş və bununla da istehlakçı kimi onun hüquqları pozulmuşdur. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən barəsində tərtib edilən xx.xx.2017-ci il tarixli, NDM 008068 nömrəli və xx.xx.2019-cu il tarixli R 159246 nömrəli aktlar qismən əsassız və qismən qanunsuz tərtib edilmiş və həmin akta əsasən ona ümumilikdə 654,63 manat məbləğində qanunsuz cərimə hesablanmışdır. İddiaçı barəsində tərtib edilən xx.xx.2017-ci il tarixli, NDM 008068 nömrəli akt cavabdeh təşkilat tərəfindən arxivə təhvil verildiyinə görə həmin aktın surətini əldə edə bilməmişdir. Cavabdeh idarənin hərəkətləri onun bir istehlakçı kimi huquqlarını pozur, ona haqsız 634.06 manat borc yazılması onun maddi vəziyyətini ağırlaşdırır və ona hesablanmış borc məbləğini 100 manat həddində qəbul edir. İddiaçı cavabdehin nümayəndələri tərəfindən tərtib olunmuş Elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında xx.xx.2017ci il tarixli, NDM 008068 nömrəli və xx.xx.2019-cu il tarixli, R 159246 nömrəli aktların qismən etibarsız hesab edilməsi və həmin aktlara əsasən onun adına olan abonent hesabına yazılmış 654,63 manat borc məbləğinin 100 manat miqdarında saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2019-cu il tarixli, R 159246 nömrəli akt tərtib edilərək itirilmiş enerjinin miqdarı J=2,1 A; U=220, P=0,46 kvt. üzrə hesablanaraq cavabdeh qurum tərəfindən iddiaçıdan həmin akt üzrə 146.57 manat və xx.xx.2017-ci il tarixli, NDM 008068 saylı akt üzrə 508.06 manat borc tələb etməsi iddiaçının maddi vəziyyətini ağırlaşdırır. Həmçinin həmin akt tərtib edilərkən iddiaçının sayğacdan kənar xəttdən birbaşa elektrik enerjisindən istifadə etməsi faktı qeyd olunmaqla, cavabdehin nümayəndəsi kənar istifadə barədə video çəkiliş aparılmamış, cavabdehin nümayəndəsi bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda İddiaçı barəsində elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2017-ci il tarixli, NDM 008068 nömrəli və xx.xx.2019-cu il tarixli, R 159246 nömrəli aktlar qismən etibarsız hesab edilməklə itirilmiş elektrik enerjisinin miqdarı hər iki akt üzrə 100 manat müəyyən edilməklə iddiaçıdan tutularaq "xxxx" ASC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İş materiallarından və iddiaçının izahatından da göründüyü kimi iddiaçının barəsində tərtib olunan xx.xx.2019-cu il tarixli, R 159246 nömrəli nömrəli akt müəyyən edilmiş qayda pozulmaqla tərtib edilmiş və imza edilməsi üçün iddiaçıya təqdim edilməmişdir. xx.xx.2017-ci il tarixli, NDM 008068 nömrəli akt isə cavabdeh təşkilat tərəfindən arxivə təhvil verildiyindən həmin akt iş materiallarına əlavə edilməsə də, iddiaçının adına qeydə alınmış **********00106 nömrəli Abunə haqqında öz əksini tapmışdır. Qeyd edilən və iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2017-ci il tarixli, NDM 008068 nömrəli və xx.xx.2019-cu il tarixli, R 159246 nömrəli aktların qismən etibarsız hesab edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia tələbinin təmin edilmiş hissəsinə münasib olaraq 15 manat döıvlət rüsumu cavabdeh "xxxx" ASC-dən, iddia tələbi qismən təmin edildiyinə görə 15 manat dövlət rüsumu İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən İddiaçı barəsində elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2017-ci il tarixli, NDM 008068 nömrəli və xx.xx.2019-cu il tarixli, R 159246 nömrəli nömrəli aktlar qismən etibarsız hesab edilməli, xx.xx.2017-ci il tarixli, NDM 008068 nömrəli akt üzrə 80 manat, xx.xx.2019-cu il tarixli, R 159246 nömrəli akt üzrə 20 manat olmaqla, ümumilikdə 100 manat borc İddiaçı tutularaq "xxxx" ASC-nin hesabına ödənilməli, qalan 554.63 manat məbləğində borc İddiaçı adına qeydə alınmış abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən İddiaçı barəsində elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2017-ci il tarixli, NDM 008068 nömrəli və xx.xx.2019-cu il tarixli, R 159246 nömrəli nömrəli aktlar qismən etibarsız hesab edilsin. İddiaçı barəsində elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2017-ci il tarixli, NDM 008068 nömrəli akt üzrə 80 manat, xx.xx.2019-cu il tarixli, R 159246 nömrəli akt üzrə 20 manat olmaqla, ümumilikdə 100 manat borc İddiaçı tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. Qalan 554.63 manat məbləğində borc İddiaçı adına qeydə alınmış abonent hesabından silinsin. İddiaçı 15 (on beş) manat, cavabdeh "xxxx" ASC-dən 15 (on beş) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar