Məhkəmə qərarları › İş №2(041)-1268/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1268/2023

28.09.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1268/2023 28.09.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi ilə, Ərizəçi 9 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi 9 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, vergi öhdəliklərini Azərbacan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə vergi ödəyicisi olan Azərbaycan Respublikası Kürdəmir rayon Dəyirmanlı Bələdiyyəsinin (VÖEN **********) İşsizlikdən sığorta fonduna 86,69 manat, İcbari Tibbi Sığorta Fonduna 336,67 manat, Dövlət Sosial Müdafiə Fonduna 2195,24 manat olmaqla, ümumilikdə 2618,9 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli, **********376800, xx.xx.2023-cü il tarixli, **********305600, xx.xx.20203-cü il tarixli **********317200 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Ona görə də hüquqi şəxs Kürdəmir rayon Dəyirmanlı Bələdiyyəsi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 2195,24 manat, İşsizlikdən sığorta fonduna olan 86,99 manat, İcbari Tibbi Sığorta Fonduna olan 336,67 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi 9 saylı Ərazi Vergilər İdarəsinin Hüquq şöbəsinin rəisi X2 məhkəməyə ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxılıb ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə 9 saylı Ərazi Vergilər İdarəsinin nümayəndjəsinin iştirakı olamdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxs lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 355-7.2-ci maddəsində göstərilir ki, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon Dəyirmanlı Bələdiyyəsinin şəxsi hesab vərəqəsindən görünür ki, onun xx.xx.2023-cü il tarixinə İşsizlikdən sığorta fonduna 86,99 manat, İcbari Tibbi Sığorta Fonduna 336,67 manat, Dövlət Sosial Sığorta Fonduna 2195,24 manat məbləğində ödənilməmiş borcu var. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs göndərilmiş xx.xx.2023-cü il tarixli, **********493200 nömrəli xəbərdarlıqdan Maraqlı şəxs İşsizlikdən sığorta fonduna, İcbari Tibbi Sığorta Fonduna və Dövlət Sosial Sığorta Fonduna olan borclarını ödəməsi barədə xəbərdarlıq edilsədə o, borcları ödəməmişdir. Məhkəmə işdə olan rəsmi sənədləri tədqiq edərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X1 icra orqanının rəhbəri X3 vergi ödəyicisi olmaqla üzərinə düşən vergi öhdəliklərini yerinə yetirməmiş və hazırda onun Dövlət Sosial Müdafiə Fonduna olan 2195,24 manat, İşsizlikdən sığorta fonduna olan 86,99 manat, İcbari Tibbi Sığorta Fonduna olan 336,67 manat məbləğində borcu var. X3 borcunun ödənilməsi üçün zəruri tədbirlər görməmiş və ödəməni təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə əsasən məhkəmələr xüsusi icraat qaydasında vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedilən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməklə Kürdəmir rayonu Dəyirmanlı kəndində yaşayan X3 vergi öhdəliklərini yerinə yetirmədiyinə görə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 355-7.4-cü maddəsinin tələbinə görə vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə mini rvə qətnamədən şikayət verilməsi dayandırılır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220 və 355- 5-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxxx 1990-cı il tarixdə Kürdəmir rayonu, Dəyirmanlı kəndində anadan olmuş, Kürdəmir rayonu, Dəyirmanlı kəndində yaşayan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal qanuni qüvvəyə minsin və dərhal icraya yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar