Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-128/2024 23.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X19 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı X3, X1 iştirakı ilə, İddiaçı X3, X1 Cavabdehlər Cavabdeh5, X4, X5, X6, X7, X9 və X10 qarşı payların müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı X3, X8 cavabdehlər Cavabdeh5, X4, X2, X6, X7, X9 və X10 qarşı payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçılar ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli məhkəmə iclasına dəvət olunarkən onlara məlum olmuşdur ki, onlar həmin tələblə məhkəməyə müraciət etməmiş, iddia ərizəsi onlar tərəfindən imzalanmamışdır. Ona görə də iddia ərizəsinin geri qaytarılmasını xahiş etdilər. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi iddiaçılar tərəfindən imzalanmadığı üçün iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3-ci maddəsinə işə ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı X3, X1 cavabdehlər Cavabdeh5, X4, X2, X6, X7, X9 və X10 qarşı payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-128/2024
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-128/2024
23.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver