Məhkəmə qərarları › İş №2(041)-1287/2025

Kürdəmir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(041)-1287/2025

30.06.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1287/2025 30.06.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X10 Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismarı Departamentinin Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı 28 yanvar 2020-ci il tarixli 16/9 nömrəli xüsusi təyinatlı yaşayış X3nin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismarı Departamenti (bundan sonra Departament) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müvəqqəti istifadələrinə verilmiş Kurdəmir rayonu, 564 ailəlik qəsəbə, 16 saylı binanın 9 nömrəli mənzilinə dair 28 yanvar 2020-ci il tarixli 16/9" nömrəli xüsusi təyinatlı yaşayış X3 ləğv edilsın və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 "16/9" nömrəli mənzildən çıxarılmaqla, "16/9" nömrəli mənzilin boşaldılaraq Komitəni Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinın Mənzil İstismar Departamentinin Cavabdeh1, Cavabdeh2 Huseyn qızına, X1 və Cavabdeh4 qarşı 28 yanvar 2020-ci il tarixli 16/9" nömrəli "xususi təyinatlı yaşayış sahəsının kirayə muqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması tələbi ilə bağlı bildirir ki, məlum olduğu kimi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-cı il 24 fevral tarixli 65 nömrəli qərarı ilə "Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası təsdiq edilmişdir. Bu Qayda məcburi köçkunlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkunlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcbun koçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək həmçinin dövlət vəsaiti hesabına məcburi köçkunlərin müvəqqəti yaşaması üçün alınaraq xususi təyinatlı mənzil fonduna daxil edilmış yaşayış sahələri istifadə edilir Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X6 uzrə Dövlət Komitəsının (bundan sonra Komitə) qərarı ilə həyata keçirilir Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin muvəqqəti verilməsini həyata keçırır. Əlavə olaraq bildirir ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verılmış qəsəbələrdəki yaşayış sahələrinın təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı uzrə istifadə etmirlər, mənzilləri kirayə verirlər, yaxud umumiyyətlə həmin mənzillərdən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 28 yanvar 2020-cı il tarixli 16/9 nömrəli xususi təyinatlı yaşayış X3nə əsasən, məcburi köçkünlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh4 Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Kürdəmir rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 564 ailəlik yeni yaşayış kompleksində 16 saylı binada 9 nömrəli 4 otaqlı mənzillə təmin edilmişdir. Daha sonra Kürdəmir rayon Mənzil Kommunal İstismar sahəsının rəisi ilə birlikdə aparılan araşdırma zamanı cavabdehların 16/4 nömrəli mənzildə yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir (bu barədə 16/9 nömrəli mənzilə dair abonentin Azərsu, Azərişıq və Azəriqaza aid sayğac göstəriciləri və aktlar əlavə olunur). Sahə rəisi tərəfindən Cavabdeh1 16/9 nömrəli mənzildə yaşamadığlanı uçün mənzildə yaşayışlarını bərpa etməyəcəklərı halda onlarla bağlanılmış kirayə müqaviləsinin ləğvi barədə məhkəməyə müraciət ediləcəkləri barədə xəbərdar edilsələrdə nəticəsi olmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianınn təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçı yazılı ərizə verərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Xüsusi təyinatlı yaşayış sahəsinin xx.xx.2020-ci il tarixli, 16/9 nömrəli kirayə müqaviləsinin surətindən görünür ki, Departament tərəfindən Cavabdeh1 müvəqqəti yaşamaq üçün Kürdəmir 564 ailəlik qəsəbədə bina 16-da 4 otaqlı 9 nömrəli mənzil verilmişdir. - xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli aktların surətindən görünür ki, Kürdəmir rayon Xırdapay ərazisi 564 ailəlik qəsəbədə Kəlbəcər rayon sakini Cavabdeh1 2020-ci ildən bina 16, mənzil 9 da (4 otaq) mənzillə təmin olunmuşdur. Cavabdeh1 "Xüsusi Təyinatli Yaşayış X3"nin 5.7.1.bəndinin şərtlərini pozaraq mənzildə yaşamır. Dəfələrlə MKİS-in rəisi Nümayəndə şifahi və yazılı xəbərdarlıq etməyinə baxmayaraq mənzilində yaşayışı bərpa etməmişdir. - xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli bildirişlərdən görünür ki, bina 16, mənzil 9-da yaşayan sakinə mənzildə yaşayışı təmin etməyəcəyi halda mənzilin kirayə müqaviləsinin şərtlərinə uyğun olaraq Dövlətqaçqınkom tərəfindən məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. - “Azərsu“ ASC Kürdəmir rayon Sukanal İdarəsinin ödənişlərin siyhısından görünür ki, Cavabdeh1 sudan istifadəyə görə 2020-2024-cü il ərzində ödəniş etməmişdir. - “Azərişıq“ ASC-nin abunə haqqından görünür ki, Cavabdeh1 elektrik enerjisindən istifadəyə görə 2020-2024-cü il ərzində göstərici 0 olaraq qeyd edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na uyğun olaraq Departamentin xx.xx.2020-ci il tarixli, 16/9 nömrəli xüsusi təyinatlı yaşayış X3nə əsasən, məcburi köçkün Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Kürdəmir rayonunda yerləşən məcburi köçkünlər üçün inşa edilmiş 564 mənzilli yaşayış kompleksində 16 nömrəli binada 9 nömrəli 4 otaqlı mənzil ilə təmin edilmişdir. Departamentin Kürdəmir-Ucar-Göyçay Mənzil Kommunal İstismar Sahəsimnin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1 həmin mənzildə yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3.1-ci bəndinə əsasən məcburi köçkün 5 (beş) gün ərzində ona ayrılmış müvəqqəti yaşayış sahəsinə köçməkdən imtina etdikdə, həmin yaşayış sahəsi başqa məcburi köçkün ailəsinə verilir. 3.2. Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. 3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 100.3-cü maddəsinin tələbinə görə kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış X3 üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış X3 kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. 91.2-ci maddə Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir.91.3-cu maddə Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz.99.1-ci maddə Xüsusi təyinatlı yaşayış X3nə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsı (kırayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə -vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir.99.2-ci maddə. Xüsusi təyinatlı yaşayış X3 həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır.99.3-cu maddə. Xüsusi təyinatlı yaşayış X3ndə müqavilənin predmeti, xususi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir.99.4-cü maddə. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz.100.3-cü maddə. Kirayəçi və onunla birgə yaşayan ailə uzvləri tərəfindən xüsusi təyinatlı yaşayış X3 üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış X3 kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismarı Departamenti arasında bağlanmış Kürdəmir rayonu, 564 ailəlik qəsəbə, 16 saylı binada yerləşən 9 nömrəli 4 otaqlı mənzilə dair 28 yanvar 2020-ci il tarixli xüsusi təyinatlı yaşayış X3 ləğv edilməli və mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismarı Departamentinə təhvil verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müvəqqəti istifadələrinə verilmiş, Kürdəmir rayonu, 564 ailəlik qəsəbə, 16 saylı evin 9 nömrəli mənzilinə dair 28 yanvar 2020-ci il tarixli 16/9 nömrəli xüsusi təyinatlı yaşayış X3 ləğv edilsin. Kürdəmir rayonu, 564 ailəlik qəsəbə, 16 saylı evin 9 nömrəli mənzili boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismarı Departamentinə təhvil verilsin. Cavabdehlər qiyabi qətnamənin onlara rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış Kürdəmir Rayon Məhkəməsinə ərizə verməyə haqlıdırlar. Həmin müddət bitdikdən sonra qiyabi qətnamədən 1 ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar