Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1299/2023 16.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon Məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı və cavabdeh "xxxx" ASC-nə qarşı qanunsuz hesablanmış enerji borcunun silinməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək elektrik enerjisindən istifadə sahəsində qaydaların pozulması ilə əlaqədar qanunsuz olaraq hesabına vurulmuş 1076,93 manat enerji pulunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı cavabdeh "xxxx" ASC ilə aralarında olan mübahisəni məhkəmədən kənar həll etmək barədə razılığa gəldiklərini bildirib mülki işin baxılmamış saxlanmasını xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında "xxxx" ASC-nin nümayəndəsi X2 işə mahiyyəti üzrə baxılmasını tələb etməyərək mülki işin baxılmamış saxlanmasına etiraz etmədiyini bildirdi. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı və cavabdeh "xxxx" ASC-nə qarşı qanunsuz hesablanmış enerji borcunun silinməsi tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması barədə İddiaçı ərizəsi qəbul edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı və cavabdeh "xxxx" ASC-nə qarşı qanunsuz hesablanmış enerji borcunun silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan qərardad tərəflərə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətinə qərardadı çıxaran məhkəməyə şikayət verə bilər. Hakim: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-1299/2023
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1299/2023
16.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver