Məhkəmə qərarları › İş №2(041)-1306/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1306/2023

15.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1306/2023 15.11.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, iddiaçı X1 iştirakı ilə İddiaçı X5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququnun itirilməsi tələbinə dair dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəməinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus Kürdəmir şəhəri, X7 küçəsi ev 34-də yerləşən fərdi yaşayış evindən istifadə hüququn xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X5 iddianı müdafiə edərək göstərdi ki, Cavabdeh2 məxsus Kürdəmir şəhəri, X7 küçəsi, ev 34 ünvanda yerləşən 2 otaqlı fərdi yaşayış evini tam mülkiyyət hüququ əsasında cavabdehdən almışdır. Bununla əlaqədar aralarında alqı-satqı müqaviləsi bağlanmışdır. Fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reestrində qeydiyyata alınmışdır. O, həmin fərdi yaşayış evini alarkən həmin evin yerləşdiyi ünvanda 2 nəfər, Cavabdeh1 və Cavabdeh2 qeydiyyata olmuşlar. İddiaçı cavabdehlərin onun evindən qeydiyyatdan çıxmasını və onların ona məxsus evdə istifadə hüququnun itirilməsini istəyir. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus Kürdəmir şəhəri, X7 küçəsi ev 34-də yerləşən fərdi yaşayış evindən istifadə hüququn xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir məlumat vermədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın xx.xx.2010cu il tarixli, AN – İ N-0205333 nömrəli, alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı X5 ilə Cavabdeh2 arasaında Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ucar Ərazi idarəsinin xx.xx.2010-cu il tarixdə verilmiş 27/551 nömrəli arayışına əsasən iki otaqlı, ümumi sahəsi 54 kv.metr yaşayış sahəsi 31.2 KV\M, köməkçi sahə 22.8 kv/m olan Kürdəmir şəhəri, X7 küçəsi ev 34-də yerləşən yaşayış evini alıcı X2 10.000 manata satmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Kürdəmir şəhəri, X7 küçəsi ev 34-də yerləşən ümumi sahəsi 54 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Daşınmaz əmlakın Dövlət reyestrində 3 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində X1 adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqıqda xx.xx.2023-cü iltarixli, ******* nömrəli arayışından görünür ki, Cavabdeh1 və Səlimov X3 şəhəri, X7 küçəsi ev 34-də yerləşən X1 xüsusi mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Kürdəmir rayon İHB-nın Kürdəmir rayonu inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, AKT-dan görünür ki, aktda adları qeyd edilənlər: X4 və X6 həmin aktı təsdiq etymişlər ondan ötəri ki, həqiqətən Kürdəmir şəhəri, X7 küçəsi ev 34 ünvanda yerləşən evdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 formal olaraq qeydiyyatda olsalarda onlara məxsus heç bir əmlak yoxdur. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı X2 məxsus Kürdəmir şəhəri, X7 küçəsi, ev 34 ünvanda yerləşən 2 otaqlı fərdi yaşayış evini tam mülkiyyət hüququ əsasında cavabdehdən almışdır. Bununla əlaqədar aralarında alqı-satqı müqaviləsi bağlanmışdır. Fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reestrində qeydiyyata alınmışdır. O, həmin fərdi yaşayış evini alarkən həmin evin yerləşdiyi ünvanda 2 nəfərin, Cavabdeh1 və Cavabdeh2 qeydiyyata olmuşlar. Cavabdehlərin onun evindən qeydiyyatdan çıxmasını və onların ona məxsus evdə istifadə hüququnun itirilməsini istəyir. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus Kürdəmir şəhəri, X7 küçəsi ev 34-də yerləşən fərdi yaşayış evindən istifadə hüququn xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlərin onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda olmaları onun qanunla qorunan mülkiyyət hüquqlarını kobud surətdə pozur və o, öz mülkiyyət hüquqlarından istədiyi kimi istifadə edə bilmir. Cavabdehlərin iddiaçıya məxsus yaşayış evində formal qeydiyyatda olması iddiaçının mülkiyyətində olan yaşayış evindən öz istədiyi kimi istifadə etmək və ona dair sərəncam vermək kimi hüquqlarını pozur və o, öz mülkiyyət hüquqlarından istədiyi kimi istifadə etməsini məhdudlaşdırır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, yaşayış evi mülkiyyətçinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin Məcəllənin 53-cü maddəsinin üçüncü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrını 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələbinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. İş materiallarından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda olsalar da, onlar həmin fərdi yaşayış evində yaşamırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ bəndində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli və iddiaçı X1 xüsusi mülkiyyətində olan, Kürdəmir şəhəri, X7 küçəsi ev 34 ünvandan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı X1 xüsusi mülkiyyətində olan, Kürdəmir şəhəri, X7 küçəsi ev 34 ünvanda yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar