Məhkəmə qərarları › İş №2(041)-1308/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1308/2023

30.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1308/2023 30.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respubliaksı Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X4 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və akt əsasında yazılmış cərimənin silinməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh X3 X7 İdarəsi tərəfindən tərtib edilmiş AKT ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktın etibarsız hesab edilməsi, akt əsasında hesablanmış 2643.84 manat cərimə məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonu Sığırlı kəndində yaşayır. Hər ay istifadə etdiyi qazın dəyərini vaxtlı-vaxtında ödəyir. Heç vaxt qaza borcu olmayıb. xx.xx.2023-cü il tarixdə Qaz İdarəsindən 5 nəfər gələrək onun evinə gələn qaz xəttini yoxlayacaqlarını bildirmişlər. O, isə etiraz etməmişdir. Həmin yerdə akt yazıblar və iddiaçı ona imza etməmişdir. Sonradan qaza baxan nəzarətçi ona ona bildiriş verəndə qaza borcunun olduğunu görmüşdür. Maraqlananda qaz sayğacından kənar qeyri qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşikar edilmişdir. Bundan sonra barəsində tərtib edilən xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt almışdır. Akta sayğacdan kənar qonşunun həyətindən yeraltı qeyri qanuni xətt çəkərək mənzilində təbii qazdan istifadə etməsi qeyd edilmişdir. Lakin o, heç vaxt sayğacdan kənar xətdən istifadə etməmişdir. Aktda hal şahidləri iştirak etməmiş və akt imza edilməsi üçün ona təqdim edilməmişdir. Həmçinin Cavabdehin Ağsu X8 İdarəsi tərəfindən tərtib olunmuş dəyimş ziyanın bərpasına dair tələbnamədə itirilmiş qazın bərpası üzrə qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 1.4 kub metr/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün=12096 kub metr,, 8 kub metr/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün=3456 kub metr, 1.5 kub metr/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün=6480 kub metr qəbul edilməklə itirilmiş qazın 22.032 kub metr hesablanması qanunsuz olmaqla onun maddi vəziyyətini ağırlaşdırır. Hesabat 1 ay qəbul edilərsə o, 1 ay üçün hesablanmış məbləği ödəyə bilər. Ona görə də cavabdeh “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* saylı aktın qismən etibarsız hesab edilməsi və akt üzrə hesablanmış cərimənin onun hesabından qismən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh, Cavabdeh nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək göstərdi ki, Cavabdeh Ağsu RQİİ-nin Kürdəmir XS-nin əməkdaşları Kürdəmir rayonunun Sığırlı kəndində yaşayan İddiaçı yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirərkən abonentin təbii qazdan qeyri qanuni qaz xəttindən istifadə etməsini aşkar etmişlər. Bununla bağlı xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Akta əsasən 6048 kub metr təbii qazın dəyəri 2643.84 manat məbləğində iddiaçının abonent hesabına işlənilmişdir və həmin məbləğ iddiaçı tərəfindən ödənilmədlidir. Ona görə də İddiaçı cavabdeh “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış cərimənin silinməsi tələbinə dair iddtiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, İddiaçı ilə Ağsu RQİİ-nin arasında qazın alqı satqısına dair muüqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli təsdiq edilmiş aktdan görünür ki, İddiaçı yaşadığı yaşayış evində Cavabdeh Ağsu RQİİ-nin Kürdəmir XS-nin işçiləri tərəfindən xx.xx.2023-cü il tarixdə təbii qazın uçotu və TQİQ-yə riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyddə “sayğacdan kənar qeyri qanuni qaz xəttindən istifadə etmişdir” qeyd olunmuşdur. Qeyd edilən akt Cavabdeh Ağsu RQİİ-nin Kürdəmir XS-nin əməkdaşları tərəfindən imzalanmış, İddiaçı isə aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan Cavabdeh İB-nin Ağsu X7 İdarəsi rəisinin təsdiq etdiyi xx.xx.2023cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surəti ilə müəyyən edilir ki, İddiaçı yaşadığı fərdi yaşayış evində Kürdəmir Xidmət Sahəsinin görəcəyi işlər barədə tələblərdə itirilmiş qazın bərpası üzrə qaz işlədicilərindən Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 kub metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün=12096 kub metr, PQ2-nin maksimal saatlıq qaz sərfi 0,8 kub metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün=3456 kub metr, Farsunka maksimal saatlıq qaz sərfi 1,5 kub metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün=6480 kub metr qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və cəmi 22.032 kub metr üzrə hesablanmışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, habelə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Sığırlı kəndində yaşayır. Yaşadığı evin qaz abunə kodu onun adınadır. 2023-ci ilin fevral ayında cavabdeh qurumun əməkdaşları onun yaşadığı və halhazırda istifadəsində olan qaz xəttini kəsmək istədiklərini, qaza görə borcunun olduğunu, məhz bu səbəbdən qaz xəttini kəsməli olduqlarını bildirmişlər. Bununla bağlı qaz idərəsinə getmiş, Qaz İdarəsində ona məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə qaz idarəsinin əməkdaşları onun mənzilində sayğacdan kənar xətt aşikar etmişləır. Halbuki, o sayğacdan kənar xətti sayğac qazı yaxşı keçirmədiyi üçün bir həftə əvvəl qoşmuşdur. Cavabdeh qurumun əməkdaşları 180 günə hesabat aparmaqla 2643.84 manat məbləğində cərimə yazmışlar. İtirilmiş təbii qazın miqdarının müəyyən edilməsi üçün hesabatın 180 gün qəbul edilməsi onun maddi vəziyyətini ağırlaşdırır. Hesabat 1 ay qəbul edilərsə o, 1 ay üçün hesablanmış məbləği ödəyə bilər. İddiaçı evində istifadə etdiyi qaz işlədicilərinin hesabat müddəti 180 gün qəbul etməklə onun 22.032 kub metr qaz itgisinə yol verməsi iddiaçının maddi vəziyyətini ağırlaşdırmaqla, istehlakçı kimi onun hüquqlarını pozur. Cavabdehin nümayəndəsi qaz işlədicilərinin hesabat müddətini 180 gün qəbul etməklə İddiaçı 22.032 kub metr qaz itgisinə yol verməsi və onun itirilmiş təbii qaza görə borcunun olması barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, İddiaçıa xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən itirilmiş təbii qazın bərpasına görə 2643,84 manat məbləğində pul 365 günə, yəni 1 ilə hesablanıb. Lakin iddiaçı tərəfindən 1 il ərzində qanunsuz qazdan istifadəsinə dair hər hansı bir sübitu cavabdeh məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda 1 il müddətində qazdan sayğacdan kənar istifadə edildiyi halda bununla bağlı hər hansı bir kəsim aktı (qaz verilişinin dayandırılması və iddiaçının qanunsuz xətti təkrar qoşulmasını sübut edə biləcək halı məhkəməyə təqdim etməmişdir. Belə olan halda iddiaçıya 365 gün, yəni 1 il müddətinə qaz sərfinin hesablanması tamailə qanunsuz və əsassız. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı S.B.Məmmədoava təbii qazdan qeyri qanuni istifadə istifadə etsə də, cavabdeh “Azəriqaz“ İB tərəfindən itirilmiş təbii qazın bərpası üçün hesabatın 365 gün müəyyən edilməsi iddiaçının maddi vəziyyətini ağırlaşdırdığına görə itirilmiş təbii qazın bərpası üçün hesabat müddəti 1 ay (30 gün) qəbul edilməlidir. Belə olan halda iddiaçının istifadə etdiyi qaz sərfinə görə hesabat müddəti 30 gün hesablanmaqla itirilmiş təbii qazın dəyəri 440,50 manat müəyyən edilməli, qalan məbləğ isə iddiaçının abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. “İstehlakçıların hüquqlarının müdafıəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İşin hallarından göründüyü kimi, qaz sayğacının istehlakçı təqsiri üzündən zədələnməsi müəyyən olunmamaqla, istehlakçı tərəfindən onun təşəbbüsü ilə sayğıcın texniki baxışdan keçirilməsi tələb edilməmişdir. Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu ödəməkdən azad edildiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə müvafiq olaraq 30 manat dövlət rüsumu Cavabdeh İsehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə Cavabdeh İsehsalat Birliyinin əməkdaşları tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə hesabat müddəti 1 ay (30 gün) qəbul edilməklə həmin akt qismən etibarsız hesab edilməli və akt əsasında hesablanmış 440.50 manat borc İddiaçı tutularaq Cavabdeh İsehsalat Birliyinin hesabına ödənilməli, qalan 2.203.34 manat məbləğində borc İddiaçı adına qeyd edilmiş abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İsehsalat Birliyinin əməkdaşları tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə hesabat müddəti 1 ay (30 gün) qəbul edilməklə həmin akt qismən etibarsız hesab edilsin və akt əsasında hesablanmış 440.50 manat borc İddiaçı tutularaq Cavabdeh İsehsalat Birliyinin hesabına ödənilsin. Qalan 2203,34 manat məbləğində borc İddiaçı adına qeyd edilmiş abonent hesabından silinsin. Cavabdeh“ Azəriqaz” İsehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar