Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1321/2024 12.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı 1555.20 manat borcun silinməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı 1555.20 manat borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «Azəriqaz» X2 istismarı idarəsi tərəfindən tərtib edilmiş ******* nömrəli xx.xx.2023-cü il tarixli aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış 1555.20 manat cərimə məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən barəsində yazılmış 1555.20 manat borc məbləğinin silinməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə Kürdəmir rayon Şahsevən kəndində yaşayır. Hər ay istifadə etdiyi qazın dəyərini vaxtı-vaxtında ödəyir. Heç bir vaxt qaza borcu olmayıb. Qaz idarəsindən bildirilmişdir ki, onun 1555.20 manat borcu var. O bu qədər borcun hardan yaranması ilə maraqlanıb və ona qaz işçiləri qaza müdaxilə olunduğunu bildirmişlər. Halbuki, onun bundan xəbəri yoxdur. Cavabdeh nə qədər onlara izah etməyə çalışıb ki, qaz sayağacına müdaxilə olunmayıb, onlar onunla razılaşmayıblar. Qaz sayağacına dair, o cümlədən borca dair bütün sənədləri çox getgəldən sonra əldə etmişdir. Ona məlum olub ki, qaz idarəsinin işçiləri onun xəbəri olmadan ******* nömrəli xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarını pozulması haqqında akt tərtib etmişlər. ******* nömrəli akta əsasən hesablanan 1555.20 manat tamamilə qanunsuzdur və etibarsız hesab edilməlidir. Onu da qeyd etmişdir ki, qaz sayağacları küçədədir və heç bir qorunma vasitəsi ilə təmin edilməyib. Qaz sayağacı açılarkən də ona qaz sayağacının laboratoriyaya göndərilməsi izah edilməyib, qaz sayağacı açılarkən isə heç bir qoruyucu vasitə olmayıb. Hal şahidləri öz işçiləri olmuşdur. Ancaq maraqlı qurumun işçiləri orada iştirak etmişlər. O, aktlarla razı deyil. Yuxarıda qeyd etdiyi detallar aktların qanunsuz olmasına və etibarsız hesab edilməsinə əsas verir. Hesablanan cərimə məbləği hesabından silinməlidir. Beləliklə cavabdeh qurum olan «Azəriqaz»ın Kürdəmir qaz İdarəsinin işçiləri qanunvericilik aktlarının tələblərini eləcə də istehlakçı kimi onun qanunla qorunan hüquqlarını kobud şəkildə pozmuşlar. Ona görə də «Azəriqaz» İB tərəfindən ona hesablanmış 1555.20 manat borcun silinməsinə dair qətnamə çıxarılması xahiş olunur. İddiaçı məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsində məhkəmə iclasının onu iştirakı olmadan keçirilərək qətnamə qəbul edilməsini xahiş etmiş, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iclasında «Azəriqaz» İstehsalar Birliyinin nümayəndəsi Nümayəndə bildirmişdir ki, Kürdəmir rayonunun Şahsevən kəndində yaşayan, abonenet kodu **********03990 olan istehlakçı İddiaçı sayağacına baxış keçirilmişdir. Sayağacın hesablanma mexaniziminin plastmas qapağının alt hissəsi istilik nəticəsində əriyib. Sayağacın hesablayıcı mexanizminin iş pirinsipinə maneə törədilməsi müəyyən edilmiş və sayağac yararsız olmuşdur. Buna görə də ona ******* nömrəli akt tərtib olunmuşdur. Qaz işlədicilərinin maksimal qaz sərfi saatda 6m3 , orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Məhkəmədən verilmiş iddia ərizəsinin təmin edilməməsini xaiş edir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. İ.Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Maddə 127. İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İİİ. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir. İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MSK 14-2-2/3-5-3713-1 saylı akta əsasən, İddiaçı yaşadığı ünvanda istifadə etdiyi qaz sayğacına müdaxilə edilməsi aşkar edilərək dəymiş ziyanın hesablanması qərara alınmışdır. «Azəriqaz» İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən, cəmi 12960 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. «Azəriqaz» İstehsalat Birliyi tərəfindən tərtib olunan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı tərtib olunan aktlar üzrə qaz sərfiyyatına görə borcu 1555.20 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilində quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh yararsız sayğacı yenisi ilə əvəz edərək iddiaçının təqsirini sübuta yetirmədən, onun barəsində xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edərək həmin akta əsasən fiziki şəxs olan istehlakçıya qaz sərfiyyatına görə 1555.20 manat ziyan hesablamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçı barədə xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib etməklə həmin akta əsasən istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə 1555.20 manat ziyan hesablamışdır. Ona görə də məhkəmə istehlakçının iddia ərizəsini əsaslı hesab edib təmin edir. Məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. «Azəriqaz» İstehsalat Birliyinin İddiaçı qaz sərfiyyatına görə tələb etdiyi 1555.20 manat onun hesabından silinsin. «Azəriqaz» İstehsalat Birliyindən dövlət rüsumuna görə 35,55 (otuz beş manat əlli beş qəpik) manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-1321/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1321/2024
12.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver