Məhkəmə qərarları › İş №2(041)-1367/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1367/2025

02.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1367/2025 02.06.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “müəyyən hərəkətlərin edilməsinin cavabdehə qadağan olunması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “müəyyən hərəkətlərin edilməsinin cavabdehə qadağa olunması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, İddiaçı Cavabdeh qarşı “müəyyən hərəkətlərin edilməsinin cavabdehə qadağan olunması” tələbinə dair 2(041)- 1367/2025 nömrəli mülki iş və iddiaçı Cavabdeh İddiaçı qarşı “istifadəyə qoyulmuş maneələrin aradan qaldırılması və yolun açılmasına edilən qadağaların aradan qaldırılması” tələbinə dair 2(041)-1340/2025 nömrəli mülki işlər hal-hazırda icraatdadır. Hər iki mülki işin bir icraatda birləşdirilərək baxılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş icraatda olan 2(041)- 1340/2025 saylı mülki işlə birləşdirilərək bir icraatda baxılmalıdır. Belə ki, məhkəmənin icraatında olan 2(041)-1340/2025 saylı mülki iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “istifadəyə qoyulmuş maneələrin aradan qaldırılması və yolun açılmasına edilən qadağaların aradan qaldırılması” tələbinə dair iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə qeyd edir ki, mülki işlərin bir icraatda birləşdirilməsinin məqsədi bir-biri ilə əlaqəsi olan oxşar mahiyyətli mülki mübahisələrin daha tez, obyektiv və hərtərəfli həllini təmin etməkdir. Mülki işlərin bir-biri ilə əlaqəsi, baxılan iş üzrə tərəflərin eyni olmasında, mübahisə predmetinin eyniliyində, mübahisə doğuran hüquq münasibətlərinin subyektlərinin və ya obyektin eyniliyində ifadə olunmalıdır. Hazırki və icraatda olan 2(041)- 1340/2025 saylı mülki işlər üzrə tərəflər eyni olmaqla hər iki mülki iş bir-biri ilə əlaqədardır. Belə olan halda məhkəmə qeyd edir ki, hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqə mövcuddur. Ədalət mühakiməsinin düzgün həyata keçirilmə zərurətini, hər iki mülki işin bir icraatda baxılmasının məqsədəmüvafiqliyini, icraatda olan 2(041)-1340/2025 saylı mülki işin ilkin olaraq icraata qəbul edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, mülki iş ilkin olaraq xx.xx.2025-ci il tarixdə icraata götürülmüş 2(041)-1340/2025 saylı saylı mülki işlə birləşdirilməlidir. AR MPM-in 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə həmçinin aşağıdakılara əsasən hesab edir ki, hazırki qərardaddan şikayət verilə bilməz. Belə ki, mülki-prosessual məcəllənin 395-ci maddədə birinci instansiya məhkəməsinin ayrıca akt şəklində qəbul olunmuş qərardadlarından hansı halda şikayət verilməsi göstərilmişdir. Maddədə həmin qərardadlardan şikayət verilməsinin iki məqsədli əsası müəyyən edilmişdir- bu Məcəllədə göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda (395.1.1-395.1.2). Normanın tələbinə görə birinci instansiya məhkəməsinin digər qərardadlarından şikayət verilmir, işdə iştirak edən şəxslər bu qərardaddan narazı qaldıqda qərardada olan etirazlarını apelyasiya şikayətlərinə daxil edə bilərlər(395.2). AR MPM-nin 43-cü maddəsinə əsasən bir-biri ilə əlaqədar olan işlərin birləşdirilməsi ilə bağlı birinci instansiya məhkəmələrinin qəbul etdiyi qərardadlardan şikayət verilməsi göstərilməmişdir. Eyni zamanda həmin normaya əsasən qəbul olunmuş qərardadın mülki işin sonrakı hərəkətinə mane olmadığı da mübahisəsizdir. Bütün bu hallar onu təsdiq edir ki, AR MPM-nin 43-cü maddəsinə əsasən bir-biri ilə əlaqədar olan işlərin birləşdirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadlardan şikayət verilə bilməz. Şərh olunanlara əsasən və AR MPM-in 43 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Kürdəmir Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “müəyyən hərəkətlərin edilməsinin cavabdehə qadağan olunması” tələbinə dair 2(041)-1367/2025 saylı mülki iş, Kürdəmir Rayon Məhkəməsinin icraatında olan Cavabdeh İddiaçı qarşı “istifadəyə qoyulmuş maneələrin aradan qaldırılması və yolun açılmasına edilən qadağaların aradan qaldırılması” tələbinə dair 2(041)-1340/2025 saylı mülki işlə bir icraatda baxılması üçün həmin işə birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar