Məhkəmə qərarları › İş №2(041)-1378/2023

Kürdəmir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(041)-1378/2023

15.11.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1378/2023 15.11.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə Saxsuvar oğlunun iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər X12 və X5 qarşı 28 yanvar 2020-ci il tarixli 12/14 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X12 və X4 müvəqqəti istifadəsinə verilmiş Kürdəmir rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 564 mənzilli yaşayış kompleksində bina 12-də yerləşən 4 nömrəli mənzilə dair 28 yanvar 2020-ci il tarixli 12/14 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehlər X12 və X4 və ailə üzvlərinin yuxarıda adı çəkilən yaşayış sahəsindən çıxarılmaqla mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə Saxsuvar oğlu iddia tələbini müdafiə edərək göstərdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir. Bu qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə daim nəzarətdə saxlayır. Son dövrdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verirlər, yaxud ümumiyyətlə həmin mənzillərdən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 28 yanvar 2020-ci il tarixli 12/14 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavimləsinə əsasən, məcburi köçkün cavabdehlər X12 və X1 tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Kürdəmir rayonunda yerləşən məcburi köçkünlər üçün inşa edilmiş 564 mənzilli yaşayış kompleksində 12 nömrəli binada 3 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Daha sonra Kürdəmir rayon Mənzil Kommunal İstismar Sahəsimnin rəisi ilə birlikdə aparılan araşdırma zamanı cavabdehlər X12 və X6 və onbların ailə üzvlərinin həmin mənzildə yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir. (Bu barədə 4 nömrəli mənzilə dair abonentin Azərsu, Azərişıq və Azəriqaza aid sayğac göstəriciləri və aktlar əlavə olunur) Cavabdehlər X12 və X5 verilmiş mənzildə yaşamadığı müəyyən edildiyindən, Qaydaların 3.2-ci və 3.7-ci bəndlərinin tələbləri pozulmuşdur. Ona görə də cavabdehlər X12 və X4 müvəqqəti istifadəsinə verilmiş Kürdəmir rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 564 mənzilli yaşayış kompleksində bina 12-də yerləşən 4 nömrəli mənzilə dair 28 yanvar 2020-ci il tarixli 12/14 nömrəli xüsusi təyinatlı yaşayış sahəsimnin kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehlər X12 və X4 və ailə üzvlərinin yuxarıda adı çəkilən yaşayış sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər X12 və X5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, təkrar məhkəməyə gəlməmişdir. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə Saxsuvar oğlu məhkəməyə rəsmi ərizə təqdim edərək işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İş materiallarına əlavə edilmiş Xüsusi təyinatlı yaşayış sahəsinin 28 yanvar 2020-ci il tarixli 12/14 nömrəli kirayə müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən X8 müvəqqəti yaşamaq üçün Kürdəmir 564 ailəlik qəsəbədə bina 12, mənzil 4, 2 otaqlı yaşayış sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş və Kürdəmir-Ucar-Göyçay MKİS-in rəisi Nümayəndə Şaxsuvar oğlu, Kürdəmir MKİS-in Sahə nəzarətçisi X15, Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsinin Ağsu-Ağdaş Kürdəmir rayon bölmələrinin nümayəndəsi X16, Kürdəmir rayon polis şöbəsinin Baş inspektoru X19, Kürdəmir rayon İHB-nin Xırdapay kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi X13 iştirakları ilə tərtib edilmiş xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktlardan görünür ki, Kürdəmir 564 mənzillik qəsəbədə yerləşən bina 12, mənzil 4 saylı evi Qaçqınların və X18 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən X8 yaşamaq üçün verilmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq mənzildə yaşayış bərpa olunmamışdır. İş materiallarına əlavə edilmiş “Azərsu“ ASC Kürdəmir rayon Sukanal İdarəsinin xx.xx.2022-xx.xx.2023-cü illər üzrə ödənişlərin siyhısından görünür ki, Nərimanov Elzamin sudan istifadəyə görə 0 manat məbləğində ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş “Azərişıq“ ASC-nin Abunə haqqından görünür ki, X12 xx.xx.2022-xx.xx.2023-cü illər ərzində 0 kvt saat elektrik enerjisindən istifadə etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, habelə iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir. Bu qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə daim nəzarətdə saxlayır. Son dövrdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verirlər, yaxud ümumiyyətlə həmin mənzillərdən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 28 yanvar 2020-ci il tarixli 12/14 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavimləsinə əsasən, məcburi köçkün X3 tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Kürdəmir rayonunda yerləşən məcburi köçkünlər üçün inşa edilmiş 564 mənzilli yaşayış kompleksində 12 nömrəli binada 4 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Departamentin Mənzil Kommunal İstismar Sahəsimnin rəisi ilə birlikdə aparılan araşdırma zamanı X7 həmin mənzildə yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir. Cavabdeh X12 ona verilmiş mənzildə yaşamadığı müəyyən edildiyindən, Qaydaların 3.2-ci və 3.7-ci bəndlərinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 100.3-cü maddəsinin tələbinə görə kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası“nın 3.2-ci bəndinə əsasən məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. Həəmin Qaydaların 5.7.1-bəndinə əsasən kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmış və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzürlü səbəb olmadan yaşamadıqda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi Kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. İş materiallarından görünür ki, Cavabdehlər X12 və X2 rayonu Xırdapay kəndi ərazisində yerləşən məcburi köçkünlər üçün inşa edilmiş 564 mənzilli yaşayış kompleksində ona verilən 12 nömrəli binanın 4 nömrəli mənzilində 6 aydan artıq müddətdə yaşamamaqla o, 2022-ci ilin may ayından sonra mənzilin kommunal xidmətlərinə görə heç bir ödəniş aparmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqları və X11 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli və cavabdeh X12 və onun ailə üzvlərinin müvəqqəti istifadəsinə verilmiş Kürdəmir rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 564 mənzilli yaşayış kompleksində bina 12-də yerləşən 4 nömrəli mənzilə dair onunla bağlanmış 28 yanvar 2020-ci il tarixli 12/14 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməli və X12 və X6 və onların ailə üzvləri 12/4 nömrəli mənzildən çıxarılmaqla 12/4 nömrəli mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhfil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 222-ci və 238-244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər X12 və X4 müvəqqəti istifadələrinə verilmiş Kürdəmir rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 564 ailəlik qəsəbə bina 12-də yerləşən 4 nömrəli mənzilə dair onunla bağlanmış 28 yanvar 2020-ci il tarixli 12/14 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin və cavabdehlər X12 və X6 və onların ailə üzvləri 12/4 nömrəli mənzildən çıxarılmaqla 12/4 nömrəli mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhfil verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar