Məhkəmə qərarları › İş №2(041)-1399/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1399/2025

05.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1399/2025 05.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X5 Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh "xxxx" ASC-yə qarşı qanunsuz hesablanmış cərimənin silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti X4 İdarəsinin əməkdaşları tərəfindən məhrum anası X1 qanunsuz hesablanmış 594.55 manat cərimənin silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC tərəfindən tərtib edilmiş akt Kürdəmir şəhərində yerləşən avtoyuma məntəqəsinə aiddir, məntəqənin sahibi X2 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İddiaçı izahatında bildirdi ki, həmin məntəqə hazırda sökülmüş və yerində başqa obyekt inşa edilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi buna subyektiv hüququ olmayan şəxs tərəfindən verildiyindən, İddiaçı həmin tələblə iddia ərizəsini imzalanmaq səlahiyyəti də olmamışdır. Azərbaycan Respublikasının MPM-nin 259.0.3-cü maddəsinə görə ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.4-cü maddəsində qeyd edilmişdir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı qanunsuz hesablanmış cərimənin silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar