Məhkəmə qərarları › İş №2(041)-14/2024

Kürdəmir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(041)-14/2024

22.05.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-14/2024 22.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 Carulla oğluna və X3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsi qarşı tikililərin və bağ sahələrinin sökülməsi və torpaq sahəsinin özünə qaytarılması tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Şamaxı rayon məhkməsinə müraciət edərək cavabdehlər Cavabdeh3, Cavabdeh1 Carulla oğlunun, X2 və Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsi ona məxsus olan torpaq sahəsindən məcburi qaydada çıxarılması və qanunsuz hərəkətlərə qadağa qoyulması barədə qətnmə qəbul edilməsini xahiş etmişdir. Mülki iş Şamaxı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)-1020/2022 nömrəli qəradadına əsasən İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 Carulla oğlu, X5 və DƏDRX 14 saylı Ərazi İdarəsinə qarşı tikililərin və bağ sahələrinin sökülməsi və torpaq sahəsinin ona qaytarılması tələbinə dair iddia ərizəsi üzrə baxılması üçün aidiyyəti üzrə Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Mülki iş xx.xx.2022-ci il tarixdə poçt vasitəsi ilə Kürdəmir rayon məhkəməsinə daxil olmuşdur. Mülki iş İddiaçı vəsatətinə əsasən məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(041)-1906/2022 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert rəyi verilməsi üçün həmin qərardadın surəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyi verildikdən sonra Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2229 nömrəli ekspert rəyi X4 xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2229 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş və xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 08 nömrəli qərarı ilə ailə üzvləri ilə birlikdə onlara kənd təsərrüfatı məhsulları istehsalı üçün 7,62 ha torpaq sazhəsi verilmişdir. Dövlət Aktında yazılmış 7.62 ha torpaq sahəsinin 2.9 ha hissəsi Kürdəmir rayonunun hüdudları daxilində yerləşir. xx.xx.2020-ci il tarixli, AZ-İİ № 061929 saylı ölüm haqqında şəhadətnamənin əslindən görünür ki, X7 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Reyestr nömrəsi **********53, qeydiyyat nömrəsi ********** olan xx.xx.2022-ci il tarixli Çıxarışdan görünür ki, 2.9 ha torpaq sahəsi onun, X10 mülkiyyətinə verilmişdir. Lakin JN-0162, kod 41011018 saylı dövlət aktında göstərilən onlara məxsus torpaq sahəsinin Kürdəmir rayonu hüdudları daxilində yerləşən 2.9 ha hissəsi Kürdəmir rayon sakinləri tərəfindən çəpərlənərək içərisində iki fərdi yaşayış evi tikilmiş və iki bağ sahəsi salınmışdır. Odur ki, xüsusi mülkiyyətində olan ona məxmsus 2.9 ha torpaq sahəsində hüquqlarının bərpa edilməsi məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri” publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət edib. Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri” publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsindən ona verilmiş **********40 saylı, 11 may 2022-ci il tarixli aktın əslindən görünür ki, JN-0162 dövlət aktına əsasən mülkiyyətində olan 7,62 ha torpaq sahəsinin 2.9 ha hissəsi Kürdəmir rayonunun hüdüdları daxilində, lakin Şamaxı rayonu, Nağaraxan inzibati ərzi vahidinə aid olan torpaqlardan ayrılmışdır. Torpaq sahəsi mübahisəli ərazidə yerləşdiyinə görə həmin torpağa dair plan və ölçü sənədlərinin tərtib olunması mümkün olmamışdır. JN-0162 dövlət aktında göstərilən 7.62 ha torpaq sahəsinin Kürdəmimr rayonu hüdudları daxilində yerləşən 2.9 ha hissəsinin üzərində yaranmış mübahisə qanuna müvafiq qaydada həll edildikdən sonra, sözügedən torpaq sahəsinin planı və ölçüsü sənədinin işlənməsi həll olunacaqdır. Reyestr nömrəsi **********53, qeydiyyat nömrəsi ********** olan xx.xx.2022-ci il tarixli Çıxarışla onun sözügedən 2.9 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ olduğu halda Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri” publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsi öz üzərinə düşən işi yerinə yetirməkdən dolayı yolla imtina etmişdir. Ona görə də Reyestr nömrəsi **********53, qeydiyyat nömrəsi ********** olan xx.xx.2022-ci il tarixli Çıxarışla onun sözügedən 2.9 ha torpaq sahəsində tikilmiş evlərin və bağ sahələrinin cavabdehlərin hesabına sökülməsi və ona məxsus həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnmə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 Carulla oğluna və X3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar təkrar məhkəməyə gəlməmişlər. İddiaçı məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İş materiallarına əlavə edilmiş JN-0162 KOD 41011018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Şamaxı rayon İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 08 saylı qərarına əsasən X6, İddiaçı, X11, X12 və X8 Şamaxı rayonu Nağaraxana kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 7,62 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, AZ-VV 061929 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə Şamaxı rayonunun Nağaraxana kəndində ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak X14 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində 2,9 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə Daşınmaz əmlakın dövlət reyestrində 176 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, 1-2. Kürdəmir rayonunun inzibati ərazisində yerləşməklə Şamaxı rayonu Nağaraxana kəndinin pay torpaqdlarından İddiaçı mülkiyyətinə verilmiş 2,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kordinatları yerində müəyyən olunmuşdur. 3. Kürdəmir rayonunun inzibati ərazisində yerləşməklə Şamaxı rayonu Nağaraxana kəndinin pay torpaqlarından İddiaçı mülkiyyətinə verilmiş 2,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,21 ha hissəsi Cavabdeh3, 0,64 ha hissəsi Cavabdeh1 Carulla oğlu və 1,22 ha hissəsi cavabdehz X5 tərəfindən istifadə olunur. Əlavə olaraq bildirilir ki, İddiaçı mülkiyyətinə verilmiş 2,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən mülki işdə adları qeyd olunmayan X15 0,56 ha hissəsin, X16 0,10 ha hissəsini, X17 0,04 ha hissəsini istifadə edir. 0,13 ha hissəsi isə arx, kanal kimi istifadə odlunur. Elektron məlumat bazasında mübahisəli torpaq sahəsinə aid cavabdehlərin adına heç bir hüquqmüəyyənedici sənəd aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2229 nömrəli Ekspert rəyindən görünür ki, Qərardadın birinci və ikinci sualları üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********05 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Kürdəmir rayonunun inzibati ərazisində yerləşməklə Şamaxı rayonu Nağaraxana kəndinin pay torpaqlarından İddiaçı mülkiyyətinə verilmiş 2,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,21 ha hissəsi Cavabdeh3, 0,64 ha hissəsi Cavabdeh1 Carulla oğlu və 1,22 ha hissəsi cavabdeh X5 tərəfindən istifadə olunur. Qərardadın üçüncü sualı üzrə: Mütəxəssis rəyinə əsasən, qeyd olunur ki, Kürdəmir rayonunun inzibati ərazisində yerləşməklə Şamaxı rayonu Nağaraxana kəndinin pay torpaqlarından İddiaçı mülkiyyətinə verilmiş 2,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,21 ha hissəsi Cavabdeh3, 0,64 ha hissəsi Cavabdeh1 Carulla oğlu və 1,22 ha hissəsi cavabdehz X5 tərəfindən istifadə olunur. Əlavə olaraq bildirilir ki, İddiaçı mülkiyyətinə verilmiş 2,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən mülki işdə adları qeyd olunmayan X15 0,56 ha hissəsin, X16 0,10 ha hissəsini, X17 0,04 ha hissəsini istifadə edir. 0,13 ha hissəsi isə arx, kanal kimi istifadə odlunur. Elektron məlumat bazasında mübahisəli torpaq sahəsinə aid cavabdehlərin adına heç bir hüquqmüəyyənedici sənəd aşkar olunmamışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarındakı sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 08 nömrəli qərarı ilə ailə üzvləri ilə birlikdə onlara kənd təsərrüfatı məhsulları istehsalı üçün 7,62 ha torpaq sazhəsi verilmişdir. Dövlət Aktında yazılmış 7.62 ha torpaq sahəsinin 2.9 ha hissəsi Kürdəmir rayonunun hüdudları daxilində yerləşir. xx.xx.2020-ci il tarixli, AZ-İİ № 061929 saylı ölüm haqqında şəhadətnamənin əslindən görünür ki, X7 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Reyestr nömrəsi **********53, qeydiyyat nömrəsi ********** olan xx.xx.2022-ci il tarixli Çıxarışdan görünür ki, 2.9 ha torpaq sahəsi onun, X10 mülkiyyətinə verilmişdir. Lakin JN- 0162, kod 41011018 saylı dövlət aktında göstərilən onlara məxsus torpaq sahəsinin Kürdəmir rayonu hüdudları daxilində yerləşən 2.9 ha hissəsi Kürdəmir rayon sakinləri tərəfindən çəpərlənərək içərisində iki fərdi yaşayış evi tikilmiş və iki bağ sahəsi salınmışdır. Odur ki, xüsusi mülkiyyətində olan ona məxmsus 2.9 ha torpaq sahəsində hüquqlarının bərpa edilməsi məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri” publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət edib. Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri” publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsindən ona verilmiş **********40 saylı, 11 may 2022-ci il tarixli aktın əslindən görünür ki, JN-0162 dövlət aktına əsasən mülkiyyətində olan 7,62 ha torpaq sahəsinin 2.9 ha hissəsi Kürdəmir rayonunun hüdüdları daxilində, lakin Şamaxı rayonu, Nağaraxan inzibati ərzi vahidinə aid olan torpaqlardan ayrılmışdır. Torpaq sahəsi mübahisəli ərazidə yerləşdiyinə görə həmin torpağa dair plan və ölçü sənədlərinin tərtib olunması mümkün olmamışdır. JN-0162 dövlət aktında göstərilən 7.62 ha torpaq sahəsinin Kürdəmimr rayonu hüdudları daxilində yerləşən 2.9 ha hissəsinin üzərində yaranmış mübahisə qanuna müvafiq qaydada həll edildikdən sonra, sözügedən torpaq sahəsinin planı və ölçüsü sənədinin işlənməsi həll olunacaqdır. Reyestr nömrəsi **********53, qeydiyyat nömrəsi ********** olan xx.xx.2022-ci il tarixli Çıxarışla onun sözügedən 2.9 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ olduğu halda Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri” publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsi öz üzərinə düşən işi yerinə yetirməkdən dolayı yolla imtina etmişdir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının mülkiyyət hüquqları kobud surətdə pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 78.1-ci maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İş materiallarından görünür ki, Kürdəmir rayonunun inzibati ərazisində yerləşən 2,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçı X18 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İqtisadyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, Kürdəmir rayonunun inzibati ərazisində yerləşməklə Şamaxı rayonu Nağaraxana kəndinin pay torpaqlarından İddiaçı mülkiyyətinə verilmiş 2,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kordinatları yerində müəyyən olunmuşhəmin torpaq sahəsinin 0,21 ha hissəsi Cavabdeh3, 0,64 ha hissəsi Cavabdeh1 Carulla oğlu və 1,22 ha hissəsi cavabdehz X5 tərəfindən istifadə olunması müəyyən edilmişdir. Əlavə olaraq həmin rəydə İddiaçı mülkiyyətinə verilmiş 2,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən mülki işdə adları qeyd olunmayan X15 0,56 ha hissəsin, X16 0,10 ha hissəsini, X17 0,04 ha hissəsini istifadə edir. 0,13 ha hissəsi isə arx, kanal kimi istifadə olunduğu və Elektron məlumat bazasında mübahisəli torpaq sahəsinə aid cavabdehlərin adına heç bir hüquqmüəyyənedici sənəd aşkar olunmadığı muəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2229 nömrəli Ekspert rəyindən görünür ki, Qərardadın birinci və ikinci sualları üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********05 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Kürdəmir rayonunun inzibati ərazisində yerləşməklə Şamaxı rayonu Nağaraxana kəndinin pay torpaqlarından İddiaçı mülkiyyətinə verilmiş 2,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,21 ha hissəsi cavabdeh X13, 0,64 ha hissəsi Cavabdeh1 Carulla oğlu və 1,22 ha hissəsi cavabdeh X5 tərəfindən istifadə olunduğu qeyd edilmişdir. Məhkəmə iş üzrə sübutları araşdıraraq müəyyən etmişdir ki, Kürdəmir rayonunun inzibati ərazisində yerləşməklə Şamaxı rayonu Nağaraxana kəndinin pay torpaqlarından İddiaçı mülkiyyətinə verilmiş 2,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 Carulla oğlu və X5 tərəfindən qanunsuz zəbt edilərək istifadə edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 5-ci maddəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2003-cü il tarixli 2 nömrəli Qərarının 3-cü bəndinə görə torpaq sahəsi ilə bağlı mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X9 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İş üzrə aparılmış ekspertiza xərcləri cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə, reyestr nömrəsi **********53, qeydiyyat nömrəsi ********** olan xx.xx.2022-ci il tarixli Çıxarışla İddiaçı mülkiyyətində olan 2,9 ha torpaq sahəsində tikilmiş evlərin və bağ sahələrinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 Carulla oğlu və X2 hesabına sökülməli və həmin torpaq sahəsi İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 222ci və 238-244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Reyestr nömrəsi **********53, qeydiyyat nömrəsi ********** olan xx.xx.2022-ci il tarixli Çıxarışla İddiaçı mülkiyyətində olan 2,9 ha torpaq sahəsində tikilmiş evləri və bağ sahələri cavabdehlər Cavabdeh3, Cavabdeh1 Carulla oğlu və X2 hesabına sökülsün və həmin torpaq sahəsi İddiaçı qaytarılsın. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 Carulla oğlu və X1 müştərək qaydada 50 (əlli) manat ekspertiza xərci tutularaq Büdcə təsnifatı kodu 142595, Büdcə səviyyəsinin kodu 3, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE ******************** nömrəli hesaba keçirilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar