Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-512/2026 01.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X4 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində xxxx Publik Hüquqi Şəxsin ** saylı Lənkəran Ərazi İdarəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ASC, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və Sütəmurdov Bələdiyyəsi cəlb edilməklə cavabdeh Cavabdeh qarşı “servitut hüququnun müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdehin nümayəndəsi-vəkili vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı İddiaçı müstəqil tələb irəli sürməyən üşüncü şəxs qismində “xxxx” Publik Hüquqi Şəxsin ** saylı Lənkəran Ərazi İdarəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ASC cəlb edilməklə cavabdeh Cavabdeh qarşı “servitut hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı İddiaçı məxsus Lənkəran rayonu, Sütəmurdov kəndində ************ reystr nömrəli 1.5 ha torpaq sahəsindən Lənkəran-Astara magistral yoluna doğru və əks istiqamətdə piyada və nəqliyyat vasitəsi ilə hərəkət etmək üçün Cavabdeh məxsus qonşu torpaq sahəsindən (MONO OTEL yerləşən) servitut hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Lənkəran rayonu, Sütəmurdov kəndində ************ reystr nömrəli 1.5 ha torpaq mövcuddur. Həmin torpaq sahəsi ona satıldığı zaman torpaq sahəsindən istifadə üçün yol xəritəyə əlavə edilməmiş və bu hal da faktiki olaraq torpaq sahəsindən istifadəni məhdudlaşdırır. Hazırda sahibkarlıq fəaliyətinin inkişaf etdirilməsi məqsədi ilə həmin torpaq sahəsində abadlaşdırma və yenidənqurma işləri aparmağa başladığı müddətdə DƏDRX-yə müraciət edərək mülkiyətində olan torpaq sahəsinə gedən yolun kordinatlar üzərində göstərilməsi xahiş edilmiş, DƏDRX-nin ** saylı ərazi İdarəsi tərəfindən ## ###### 2024-cü il tarixli məktubla bildirilmişdir ki, həmin torpaq sahəsinə yol nəzərdə tutulmamışdır. Eyni zamanda Torpaq Məcəlləsinin 54-cü maddəsinə əsasən, yolun müəyyən edilməsi üçün qonşu torpaq sahələrindən birinə servitut qoyulması barədə tələb irəli sürə biləcəyi qeyd edilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, hazırda ona məxsus torpaq sahəsinə gedə biləcək ən alternativ yol, Cavabdeh məxsus torpaq sahəsində yerləşir ki, həmin torpaq sahəsində hazırda “MONO” OTEL fəaliyyət göstərməkdəddir. Qeyd edir ki, hazırda onun mülkiyətində olan torpaq sahəsi ilə faktiki olaraq “MONO” OTElin yerləşdiyi Cavabdeh məxsus torpaq sahəsi daha öncədən bir fiziki şəxsə məxsus olmuş və həmin şəxs torpaq sahəsini bölərək satmışdır. Odur ki, İddiaçı İddiaçı məxsus Lənkəran rayon, Sütəmurdov kəndində ************ reystr nömrəli 1.5 ha torpaq sahəsindən Lənkəran-Astara magistral yoluna doğru və əks istiqamətdə piyada və nəqliyyat vasitəsi ilə hərəkət etmək üçün Cavabdeh məxsus qonşu torpaq sahəsindən (MONO OTEL yerləşən) servitut hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və Sütəmurdov Bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki iş üzrə icraata cəlb edilmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və və vəkili nümayəndə2 izahatında bildirdi ki, cavabdeh tərəf servitut ayrılarsa orada söküntü-tikinti işlərinin olacağını bildirir, lakin həm ərazi boş torpaq ərazisidi orada heç bir söküntü işlərindən söhbət gedə bilməz. Həmin ərazi torpaq sahəsinin tam kənar tərəfində yerləşir və tam kənardan 30 metr məsafədə afsalt yola çıxmalıdır. Cavabdehin mülkiyyətində olan 2 torpaq sahəsi və İddiaçı mülkiyyətində olan torpaq sahəsi Mənsurov soyadlı şəxsə aid olmuşdur. İddiaçı hal-hazırda özünə məxsus torpaq sahəsini satın alan zaman hazırda servitut istəkləri olan ərazidən onun ərazisinə yol olduğu üçün həmin ərazini satın almışdır. Yəni heç kim yolu olmayan torpağı almaz. Həmin ərazidə iddaiçının torpaq sahəsi olub. Razılaşma alınıb kanalın üzərindən körpü salınıb ki, torpaq sahəsinə girmək olsun. Həmin torpaq sahəsindən uzun zamandır ki, istifadə edilib və planlamalar edilmişdir. Planlama ərəfəsində artıq həmin 2 ərazi cavabdehə satıldıqdan sonra cavabdeh həmin yolu bağlamışdır. Bağladıqdan sonra bələdiyyə cavabdehə məktub ünvanlayaraq bildirmişdir ki, guya İddiaçı məxsus torpaq sahəsinə alternativ yol ayrılmışdır. Bələdiyyənin verdiyi həmin sənəd saxda sənəddi heç bir yol ayrılmamışdır. Bələdiyyə əvvəl bildirirdi ki, həmin torpaq sahəsinə gedən yol şimal-şərq tərəfdən yol ayrılmışdır. Sonradan məlum olmuşdur ki, həmin ayrılmış yol “Gilan Holding”-ə məxsusdur. Həmin yol ayrıldığına görə bələdiyyə iddaçı tərəfdən pul almışdır. Mütəxəssis rəyindən görünür ki, torpaq sahəsinin arxasında olan ərazilər xüsusi mülkiyyətdədir. Bələdiyyə ilə dəfələrlə əlaqə saxnanılmışdır ki, əgər orada bələdiyyə torpağı varsa, qanuni şəkildə alqı-satqı edilsin. Təklif məktubu göndəriblər. Təklif məktubundan heç bir ad qeyd edilməmişdir. Bilirsiz ki, kənd daxili yollar bələdiyyəyə aiddir və əgər bələdiyyə yol ayırısa, yol xəritəsini çəkməklə təsdiqlənməsi üçün razılaşdırma məktubu ilə şəhərsalmaya göndərir. Bələdiyyə elə bir sənəd də təqdim etmir. Hal-hazırda torpaq sahəsinə gedişgəliş yolu üçün tək cavabdehə məxsus torpaq sahəsinin üzərindən olan yol qalmış olur. İddaçı kompensasiya ödəməyədə razıdır ki, servitut hüququ müəyyən olunsun. Həmin ərazidə kateclər tikilsə də, həmin ərazidən yol gedəcək. Cavabdeh tərəf lahiyə təqdim etməyib ki, həmin ərazidə hər hansısa tikinti nəzərdə tutulub-tutulmayıb. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 Ziya oğlu iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, əgər həqiqətən istəkdikləri torpaq sahəsindən istifadə edirdilərsə, niyə bəs bələdiyyədən torpaq istəmişlər. Heç bir giriş-çıxışı olmayan torpaq sahəsinə çıxarış vermək tamamilə qanunsuzdur. Bələdiyyənin etdiyi hərəkətə görə cavabdeh məsuliyyət daşımalı deyil. Bələdiyyə etiraf edir ki, iddiaçıya yol verib. İddiaçı da, gedib o sənəddən şikayət verib. Həmin sənədin saxta olması barədə heç bir qərar yoxdur. Bələdiyyə iddiaçıya yol verib, iddiaçı bələdiyyə ilə məsələsini həll etməlidir. Cavabdehə məxsus ərazidə olan böyük kompleksin ortasında 3-cü şəxsin yolunun keçməsi kompleksin dəyərini düşürür. İddiaçı tərəf özü deyir ki, bütün yollar bələdiyyənindi. Ona görə də bələdiyyəyə qarşı iddia qaldırılsın. İddainın rədd edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx" ASC-nin nümayəndəsi nümayəndə1 izahatında bildirmişdir ki, sözügedən mübalisəli əmlak “xxxx" ASC-nin qarşısında ## #### 2024-cü il tarixdə yüklü elan edilmiş və beş milyon dəyərində kredit xətti ayırılmışdır. Hal hazırda da, bu müqavilə qüvvədədir. Servitutla bağlı istənilən halda ipoteka saxlayanın razılığı olmalıdr. Çünki, heç bir qarantiya verilmir ki, gələcəkdə bu kredit mübahisə predmeti olmayacaq. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ilə video görüntü vasitəsi ilə əlaqə saxlanılmış və izahatında bildirmişdir ki, qardaşının səhəti ilə bağlı yaranmış vəziyyət ilə əlaqədar prosesdə iştirak edə bilmir. Bildirmişdir ki, Lənkəran rayonu Sütəmurdov kəndində ona məxsus torpaq sahəsi vardır. Sütəmurdov bələdiyyəsinin xahişi ilə öz torpağından tanımadığı qonşuluqda yerləşən torpaq sahəsinə gediş-gəliş üçün yol vermişdir. Heç bir sənəd təqdim edə bilmir. Sonradan torpağı bələdiyyəyə qaytarmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sütəmurdov Bələdiyyəsi məhkəmə iclasında iştirak etməmiş, bələdiyyənin sədri X2 məhkəməyə teleqram vuraraq bildirmişdir ki, bələdiyyə olaraq İddiaçı 1.5 ha torpaq sahəsinə alternativ yol ayrılmışdır. Hətta yolun ayrılması torpaq istifadəçisi Sütəmurdov kənd sakini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Zamiq oğlu ilə razılaşdırıldığını və mümkün köməkliyin göstərildiyini bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Şəfiqə Meybullayeva), iddia tələbinin təmin edilməsi, cavabdeh Cavabdeh mülkiyyətində olan Lənkəran rayonu Sütəmurdov kəndi ərazisində yerləşən 2.52 ha torpaq sahəsinin iddiaçı İddiaçı Vasif oğlunun mülkiyyətində olan Lənkəran rayonu Sütəmurdov kəndi ərazisində yerləşən torpaq sahəsinə Lənkəran-Astara magistral yoluna doğru gediş-gəliş üçün keçən hissəsi iddiaçı İddiaçı Vasif oğlunun xeyrinə servitutla yüklü edilməsi, cavabdeh Cavabdeh üzərinə mülkiyyətində olan torpaq sahəsindən iddiaçı İddiaçı Vasif oğlunun mülkiyyətində olan Lənkəran rayonu Sütəmurdov kəndi ərazisində yerləşən torpaq sahəsinə Lənkəran-Astara magistral yoluna doğru gediş-gəliş üçün 0.04 ha hissədə (orta hesabla eni 5.96 metr, uzunluğu 66.7 metr) zəruri keçid yolu verilməsi vəzifəsinin qoyulması qət edilmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehin nümayəndəsi-vəkili vəkil1 tərəfindən apelyasiya şikayəti verərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Belə ki, iş materiallarında olan ## ###### 2025-ci il tarixli “xxxx” publik hüquqi şəxsin ** saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssis rəyi və ## ######## 2025-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının keçid üçün nəzərdə tutduğu torpaq sahəsinin müəyyən hissəsi Sütəmurdov bələdiyyəsinə məxsus torpaq sahələrinin koordinatları ilə üst-üstə düşür. Başqa sözlə mübahisələndirilən keçid istiqamətinin tam şəkildə cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsindən keçməsi barədə iddia iş materialları ilə təsdiq olunmur. Əksinə ekspertiza sənədləri həmin keçidin ən azı müəyyən hissəsinin bələdiyyə mülkiyyətində olan torpaqlardan təşkil olunduğunu göstərir. Bundan əlavə məhkəmənin ## ###### 2025-ci il tarixli sorğusuna cavab olaraq Sütəmurdov bələdiyyəsi tərəfindən təqdim edilmiş ## ###### 2025-ci il tarixli məktubda iddiaçıya alternativ keçid yolunun ayrıldığı, həmin keçidin torpaq istifadəçisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ilə razılaşdırıldığı və faktiki istifadə imkanının yaradıldığı açıq şəkildə göstərilmişdir. İş üzrə mövcud yazılı sübutlar iddiaçının torpaq sahəsinə çıxış imkanının tamamilə mövcud olmadığını deyil, əksinə bələdiyyə torpaqları vasitəsilə alternativ keçidin mümkün olduğunu təsdiq edir. Beləliklə cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı cavabdehin apelyasiya şikayətinin dəlillərinə yazılı formada etiraz edərək bildirmişdir ki, hazırda ona məxsus torpaq sahəsinə gedə biləcək ən alternativ yol, Cavabdeh məxsus torpaq sahəsində yerləşir ki, həmin torpaq sahəsində hazırda “MONO” OTEL” fəaliyyət göstərməkdədir. Hazırda onun mülkiyyətində olan torpaq sahəsi ilə faktiki olaraq “MONO” OTEL”in yerləşdiyi Cavabdeh məxsus torpaq sahəsi daha öncədən bir fiziki şəxsə məxsus olmuş və həmin şəxs torpaq sahəsini bölərək satmışdır. Tərəfindən torpaq sahəsi satın alınarkən iddiaçıya yol kimi hazırda iddia etdiyi yer göstərilmiş və o, həmin yoldan hazırkı iş üzrə cavabdeh torpaq sahəsini əldə edənədək istifadə etmişdir. Buna sübut kimi torpaq sahəsinin çıxışında olan kanal üzərində keçidi göstərə bilər. Hazırkı cavabdeh tərpaq sahəsini əldə etdikdən sonra iddiaçının istifadəsinə maneələr yaratmış və qadağalar qoymuşdur. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaçı İddiaçı və cavabdeh Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının və cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. İddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə2 elektron qaydada ərizə ünvanlayaraq Ağdam Rayon Məhkəməsində başqa məhkəmə işinin olması səbəbindən məhkəmə icraatında iştirak edə bilməyəcəyini, bu səbəbdən məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin bu faktın olmasını təsdiq edən sübutu elektron qaydada ünvanlanan ərizəyə əlavə etməmişdir. Məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından iddiaçının nümayəndəsinin (vəkilinin) iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 Ziya oğlu elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, apellyasiya şikayətini müdafiə etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından cavabdehin nümayəndəsinin (vəkilinin) iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, üçüncü şəxslər(nümayəndələri) məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə üçüncü şəxslərin (nümayəndələri) iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası cavabdehin nümayəndəsi-vəkili vəkil1 apelyasiya şikayətinin dəlilləri həddində Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının; 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. 158.1 və 158.2-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 255.1-ci maddəsinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. 255.4.-cü maddəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi; Maddə 54 Torpaq sahəsi üzərində servitutlar:
1. Servitut-bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər bu Məcəllə və Azərbaycan Respublikasının Mülki məcəlləsi ilə nizama salınır .
2. Servitut — torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər.
3. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır.
4. Torpaq sahəsinə aşağıdakı servitutlar müəyyən edilə bilər: torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək; torpaq sahəsindən fərdi, kommunal, mühəndis, elektrik və digər xətt və şəbəkələrin çəkilməsi və təmiri üçün istifadə etmək; torpaq sahəsində drenaj işləri aparmaq; qanunvericiliyə zidd olmayan hallarda torpaq sahəsi üzərində digər servitutlar.
5. Servitutlar, onların müəyyən edildiyi torpaq sahəsinə mümkün qədər az məhdudiyyətlər yaradan üsullarla həyata keçirilməlidir.
6. Qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, üzərində servitut müəyyən edilən torpaq sahəsinin mülkiyyətçisinin həmin servitutdan istifadə edən şəxsdən müvafiq ödəniş tələb etmək hüququ vardır.
7. Kənd əhalisinin və onların birliklərinin xeyrinə müəyyən edilən kənd təsərrüfatı servitutlarına görə ödəniş tutulmur.
8. Servitutlar müvəqqəti və daimi ola bilər. Torpaq sahəsi üzərində hüququn formasından asılı olmayaraq, bütün torpaq sahəsinə servitut müəyyən edilə bilər.
9. Servitutlar qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməlidir.
10. Torpaq sahəsi başqa şəxslərə keçdikdə, qanunvericiliklə müəyyən edilmiş servitutlar saxlanılır.
11. Müəyyən edilmiş servitutun əsasları sonradan aradan götürülərsə, torpaq mülkiyyətçisinin tələbinə görə həmin servitut dayandırıla bilər. Üzərində servitutun müəyyən edilməsi nəticəsində torpaq sahəsindən məqsədli təyinatına görə istifadə edilməsi mümkün olmadığı hallarda, həmin sahənin mülkiyyətçisinin bu servitutun məhkəmə qaydasında dayandırılmasını tələb etmək hüququ vardır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddianın təmin edilməsini iş üzrə toplanmış sübutlar ilə əlaqələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarında olan sübutlar üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla, gəlinən nəticənin apellyasiya qaydasında mübahisələndirilməsi və ləğv edilməsi üçün kifayət qədər əsas yaratmışdır. Belə ki, birinci instansiya məhkəməsi cavabdehə məxsus torpaq sahəsini servitutla yüklü edərkən iddiaçının tələb etdiyi keçid yolunun servituta qədər başqa alternativ imkanlarla təmin edilə bilib-bilməməsini araşdırmamış, nəticədə cavabdehin mülkiyyətində olan torpaq sahəsini əsassız yüklü etməklə mülkiyyət hüququnu məhdudlaşdırmışdır. Halbuki birinci instansiya məhkəməsi həmin izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməli olduğu halda bunu etməmiş, nəticədə maddi və prosessual hüquq normalarını da düzgün təfsir və tətbiq etməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli və iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ## ### 2025-ci il tarixli vəkil1 ünvanlanmış məktubundan görünür ki, Sütəmurdov bələdiyyəsinin ərazisində yerləşən fiziki şəxs İddiaçı məxsus sahibkarlıq fəaliyyəti təyinatlı 1.50 ha torpaq sahəsi üçün bələdiyyə tərəfindən alternativ yol ayrılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, Lənkəran rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qərarından görünür ki, Lənkəran rayon prokurorluğunun köməkçisi Quliyev Pünhan İlham oğlunun 132 C ** nömrəli materialı üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında ##.##.2024-cü il tarixli qərarı ləğv edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ## ###### 2025-ci il tarixli məktubdan görünür ki, vətəndaş İddiaçı özünün mülkiyyətində olan 1,50ha torpaq sahəsinə alternativ yol ayrılmasından ötrü bələdiyyəyə müraciət etmişdir. Onun müraciəti araşdırılmış, əraziyə baxış keçirilmiş, İddiaçı iştirakı və razılığı ilə ona alternativ yol göstərilmişdir. Hətta alternativ yolun üzərində yerləşən həyətyanı torpaq sahəsindən 150,0 kv.metr (6metr X 25 metr) torpaq sahəsinin yol üçün ayrılması torpağın istifadəçisi Sütəmurdov kənd sakini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ilə razılaşdırılmışdır. Ona görə də hesab edirlər ki, bələdiyyə tərəfindən mümkün olan köməklik göstərilmiş və qeyd olunan torpaq sahəsi üçün alternativ yol ayrılması məsələsi həll edilmişdir. Nəzərə alınmasını xahiş etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2024-cü il tarixli ********** nömrəli Çıxarışdan görünür ki, Cavabdeh mülkiyyətində olan Lənkəran rayonu, Sütəmurdov kəndində Əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 2,52 ha torpaq sahəsi ##.##.2024-cü il tarixli, ********-*********KXL saylı əsas kredit limitli razılaşması ilə “xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2021-ci il tarixli ********** nömrəli Çıxarışdan görünür ki, Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən 1.50 ha torpaq sahəsi ************ reyestr nömrəsi ilə İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsi ** saylı Lənkaran Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyindən görünür ki, Araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və ************ reyestr nömrəli Çıxarışa əsasən iddiaçı İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Sütəmurdov kəndi ərazisində yerləşən 1,5 ha torpaq sahəsinin koordinatları ilə faktiki istifadədə olan torpaq sahəsinin koordinatlarının üst-üstə düşməsi, konfiqurasiya fərqinin mövcud olmaması və faktiki istifadədə olan torpaq sahəsinin ölçüsünün sənəd üzrə ölçüsünə uyğun olması (artıq istifadə olunan torpaq sahəsinin mövcud olmaması) müəyyən olunmuşdur. Araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli və 802013002396-***** reyestr nömrəli Çıxarışa əsasən cavabdeh Cavabdeh mülkiyyətində olan (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş) Lənkəran rayonu, Sütəmurdov kəndi ərazisində yerləşən Əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 2,52 ha torpaq sahəsinin koordinatları ilə faktiki istifadə olan torpaq sahəsinin koordinatianinın üst-üstə düşməsi, konfiqurasiya fərqinin mövcud olmaması və faktiki istifadədə olan torpaq sahəsinin ölçüsünun sənəd üzrə ölçüsünə uyğun olması artıq istifadə olunan torpaq sahəsinin mövcud olmaması müəyyən olunmuşdur. Araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dovlət reyestrindən ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli ve ************ reyestr nömrəli Çıxarışa əsasən iddiaçı İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Sutamurdov kəndi ərazisində yerləşən 1,5 ha torpaq sahəsinə ilkin torpaqayırma sənədlərinə və eləcə də elektron kadastr baza məlumatlarına əsasən gediş-gəliş yolunun mövcud olmaması müəyyən olunmuşdur. İddiaçı İddiaçı mulkiyyətində olan torpaq sahəsinə faktiki vəziyyətdə yol kimi iddia etdiyi (servitut hüququ ilə tələb etdiyi keçid) torpaq sahəsinin koordinatları müəyyən olunmuş va iddia olunan torpaq sahəsinin ölçüsünün 0,046 ha olması məlum olmuşdur. İddiaçı İddiaçı faktiki vəziyyətdə yol kimi iddia etdiyi həmin 0.046 ha torpaq sahəsinin elektron kadastr baza məlumatlarına əsasən 0.04 ha hissəsinin (orta hesabla eni 5.96 metr uzunluğu 66.7 metr) koordinatlarının Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli və 802013002396-***** reyestr nömrəli Çıxarışa əsasən cavabdeh Cavabdeh mülkiyyətində olan (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindan ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş) Lənkəran rayonu, Sütəmurdov kəndi ərazisində yerləşən Əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 2,52 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi, qalan hissəsinin isə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin koordinatları ilə üst-üstə düşması müəyyən olunmuşdur. Sualın digər hissəsini cavablandırmaq mütəxəssisin imkanı xaricindədir. İddiaçı İddiaçı mülkiyyətində olan torpaq sahəsinə faktiki vəziyyətdə yol kimi iddia etdiyi (servitut hüququ ilə tələb etdiyi keçid) torpaq sahəsinin koordinatlarının Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli və 802013002396-***** reyestr nömrəli Çıxarışa əsasən cavabdeh Cavabdeh mülkiyyətində olan (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla "xxxx ASCnin xeyrinə ipoteka ilə yüklü edilmiş) Lənkəran rayonu, Sütəmurdov kəndi ərazisində yerləşən Əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 2,52 ha torpaq sahasinin koordinatları ilə üstə üstə düşməsi (cavabdehin mülkiyyətində olan torpaq sahəsi iki hissəyə bölünməklə) müəyyən olunmuşdur. Sualın digər hissəsini cavablandırmaq mütəxəssisin imkanı xaricindədir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında olan mübahisə alternativ yolun olmasına baxmayaraq cavabdehin mülkiyyətində olan torpaq sahəsinin iddiaçının xeyrinə servitutla yüklü edilməsi ilə bağlıdır. İddiaçının iddia tələbinin mahiyyətindən müəyyən olunur ki, Lənkəran rayonu, Sütəmurdov kəndində alqı-satqı yolu ilə əldə etdiyi ************ reyestr nömrəli 1.5 ha torpaq sahəsi onun mülkiyyətindədir. Həmin torpaq sahəsi ona satılan zaman torpaq sahəsindən istifadə üçün yol xəritəyə əlavə edilməmiş və bu hal da faktiki olaraq torpaq sahəsinə gediş gəliş yolu mövcud deyildir. Hazırda sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi məqsədi ilə həmin torpaq sahəsində abadlaşdırma və yenidənqurma işləri aparmağa başladığı müddətdə DƏDRX-yə müraciət edərək mülkiyyətində olan torpaq sahəsinə gedən yolun koordinatlar üzərində göstərilməsi xahiş etmiş, DƏDRX-nin ** saylı ərazi İdarəsi tərəfindən ## ###### 2024-cü il tarixli məktubla bildirilmişdir ki, həmin torpaq sahəsinə yol nəzərdə tutulmamışdır. Eyni zamanda Torpaq Məcəlləsinin 54-cü maddəsinə əsasən, yolun müəyyən edilməsi üçün qonşu torpaq sahələrindən birinə servitut qoyulması barədə tələb irəli sürə biləcəyi qeyd edilmişdir. Hazırda ona məxsus torpaq sahəsinə gedə biləcək ən alternativ yol, Cavabdeh məxsus torpaq sahəsində yerləşir ki, həmin torpaq sahəsində hazırda “MONO” OTEL fəaliyyət göstərməkdədir. Qeyd edir ki, hazırda onun mülkiyyətində olan torpaq sahəsi ilə faktiki olaraq “MONO” OTElin yerləşdiyi Cavabdeh məxsus torpaq sahəsi daha öncədən bir fiziki şəxsə məxsus olmuş və həmin şəxs torpaq sahəsini bölərək satmışdır. Odur ki, İddiaçı İddiaçı məxsus Lənkəran rayon, Sütəmurdov kəndində ************ reystr nömrəli 1.5 ha torpaq sahəsindən Lənkəran-Astara magistral yoluna doğru və əks istiqamətdə piyada və nəqliyyat vasitəsi ilə hərəkət etmək üçün Cavabdeh məxsus qonşu torpaq sahəsindən (MONO OTEL yerləşən) servitut hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh iddiaya etirazının əsası ondan ibarətdir ki, Bələdiyyə iddiaçıya gediş-gəliş üçün yol verdiyi halda, iddiaçı bunu qəbul etmir. Cavabdehə məxsus ərazidə olan böyük kompleksin ortasında 3-cü şəxsin yolunun keçməsi kompleksin dəyərini düşürməklə yanaşı, mülkiyyət hüququna hədsiz müdaxilə olunur. İddiaçı bələdiyyənin ona verdiyi yolu qəbul etməyərək cavabdehin mülkiyyətində olan torpaq sahəsindən gediş gəliş üçün yol istəyir ki, bu da cavabdehin mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasına gətirib çıxarır Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbinin əsaslı olub-olmamasının müəyyən edilməsi üçün iddiaçının öz mülkiyyətində olan torpaq sahəsinə cavabdehin mülkiyyətində olan torpaq sahəsinin servitutla yüklü edilmədən başqa hər hansı yerdən real çıxış imkanının olub-olmaması, servitutun ən az zərər prinsipi ilə uyğunluğu, qonşu mülkiyyətçiyə vurulan ziyanın xarakteri, ümumiyyətlə servituta qədər alternativ yolun mövcud olub-olmaması araşdırılmalıdır. Mübahisəyə Mülki Məcəlləsinin servitut və mülkiyyət hüququnun müdafiəsinə dair normaları baxımından yanaşıldıqda, məslənin hüquqi mahiyyəti “zəruri keçid üçün servitutu”nun şərtlərinin mövcud olub-olmamasının müəyyən edilməsidir. Servitut hüququ mülki hüquqda əmlak münasibətlərinin tənzimlənməsi üçün mühüm əhəmiyyət daşıyır. Servitut bir şəxsin və ya torpaq sahəsinin sahibinin başqa bir şəxsə məxsus əmlakdan müəyyən məqsədlərlə istifadə etmək hüququnu ifadə edir. Bu insitut qonşuluq münasibətlərinin tənzimlənməsinə, torpaq sahələrindən səmərəli istifadəyə və müxtəlif təsərrüfat ehtiyaclarının təmin edilməsinə xidmət edir. Servitut başqa şəxsə məxsus daşınmaz əmlak üzərində məhdud istifadə hüququdur. Bu hüquq əmlakın mülkiyyətçisini dəyişdirmir, yalnız müəyyən istifadə imkanları yaradır. Servitutun məqsədi bir şəxsin və ya torpaq sahəsinin ehtiyaclarını təmin etməkdir. Ümumiyyətlə torpaq sahəsinin servitutla yüklü edilməsinə qədər, servitut tələb edən şəxsin və ya torpaq sahəsinin həqiqətən belə bir hüquqa ehtiyacının olub-olmaması müəyyən edilməli, eyni məqsədə servitut yaratmadan nail olmağın mümkün olub-olmaması aydınlaşdırılmalıdır. Servitut mülkiyyət hüququnun məhdudlaşdırılmasının qanunla müəyyən edilmiş əsaslarından biridir. Mülki Məcəllənin 255.4-cü maddəsinin məzmunundan aydın olur ki, daşınmaz əmlak mülkiyyətçisi digər mülkiyyətçinin əşyası üzərində aşağıdakı hallarda servitut təyin edilməsini tələb edə bilər: -torpaq sahəsindən piyada və avtomobillə keçid üçün; - elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişi və istismarı, su təchizatı və meliorasiya məqsədləri üçün; -daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün. Mülki Məcəllənin servitutun təyin edilməsi əsaslarını müəyyən edən 255.4-cü maddəsində əsas şərtlərdən biri torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə digər keçidinin olmaması və yüklü edilməsi tələb edilən torpaq sahəsindən istifadə etmədən mülkiyyətçinin ehtiyaclarının təmin edilməsinin mümkün olmamasıdır. Tələbin qanuniliyi bu norma əsasında yoxlanılarkən digər keçidin mövcud olması dedikdə, yalnız servitut tələb edən şəxsin torpağının yaxınlığından keçən digər yolun olması kifayət deyil, eyni zamanda şəxsin mövcud vəziyyətdə bu yola çıxış imkanı olması da nəzərdə tutulur. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı İddiaçı və cavabdeh Cavabdeh qonşu torpaq sahələrinin mülkiyyətçiləridir. İddiaçı mülkiyyətində olan Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən 1.5 ha torpaq sahəsinə faktiki vəziyyətdə gediş-gəliş yolu müəyyən edilmir. İddiaçı İddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən 0.046 ha torpaq sahəsinin elektron kadastr baza məlumatlarına əsasən 0.04 ha hissəsinin (orta hesabla eni 5.96 metr uzunluğu 66.7 metr) koordinatlarının cavabdeh Cavabdeh mülkiyyətində olan Əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 2,52 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi, qalan hissəsinin isə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdehə məxsus torpaq sahəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3ASC-də ipoteka ilə yüklü edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən torpaq sahəsinə başqa gedişgəliş yolunun olmaması sübut edilmiş, mütəxəssis rəyi ilə bu hal öz təsdiqini tapmışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Sütəmurdov Bələdiyyəsi və torpağından yol verildiyi iddia edilən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 cəlb edilsələr də, məhkəməyə iddiaçıya məxsus torpaq sahəsinə alternativ gediş-gəliş yolunun olması barədə sübut təqdim edilməmişdir. Halbuki, məhz bu hissədə sübutetmə yükü cavabdehin üzərində olmuşdur. Məhkəmə, cavabdehə məxsus servitutla yüklü edilməsi tələb edilən torpaq sahəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3ASC-də ipoteka ilə yüklü edilməsinə münasibətdə qeyd edir ki, torpaq sahəsinin ipoteka ilə yüklü edilməsi həmin torpaq sahəsinin servitutla yüklü edilməsini məhdudlaşdıran amil kimi çıxış etməməlidir. Belə ki, servitut əmlak hüququ olmaqla, ipoteka isə ipoteka saxlayanın məhdud əşya hüququ olmaqla, həm də öhdəliyin icrasının təmin etmə üsulu kimi çıxış edir. Bu səbəbdən, məhkəmə hesab edir ki, servitut mülkiyyətçinin öz əmlakından istifadəsini təmin etdiyindən əmlakın ipoteka ilə yüklü edilməsi servitut hüququnun həyata keçirilməsini məhdudlaşdıra bilməz və mütənasib hesab edilə bilməz. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, servitut qonşu daşınmaz əmlakdan məhdud istifadə hüququdur və mülkiyyətçinin hüquqlarına istisna xarakterli müdaxilə hesab olunur. İstər Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, istərsə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ictimai yola keçidlə bağlı tələbin irəli sürülməsi üçün iki şərtin ayrıayrılıqda deyil, paralel şəkildə mövcud olmalı olduğunu şərtləndirir: birincisi, servitut tələbi qonşu, yəni özgə torpaq sahələrinin mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə qarşı verilməlidir, ikincisi, servitut tələb edən torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola keçidi olmamalıdır. Servitut yalnız servitut qoyulmadan təmin edilə bilinməyən ehtiyacların təmin edilməsi üçün təyin oluna bilər. Buna görə də servitut yalnız, obyektiv zərurət olduqda, başqa alternativ imkan olmadıqda, ən azı yükləyici üsulla, proporsionallıq prinsipi gözlənilməklə tətbiq edilə bilər. Bu hal Mülki Məcəllənin servitutla bağlı müddəalarının mahiyyətindən irəli gəlir ki, servitut rahatlıq məqsədi ilə deyil, zərurət səbəbilə müəyyən edilir. Zərurət isə ehtiyacdan doğan meyar olduğundan, iddiaçı özünün arzusuna görə deyil, daha zəruri üsulu seçməklə servitut tələb etməlidir. Bu halların sübut edilməsi isə cavabdehin deyil, iddiaçının üzərinə düşür. Çünki iddiaçı sübut etməlidir ki, ona bələdiyyə tərəfindən təklif edilən edilən gediş-gəliş yolu faktiki istifadəyə tam yarasızdır, hüquqi baxımdan davamlı deyil, təhlükəlidir və ya texniki cəhətdən mümkün deyil, cavabdehin torpaq sahəsindən keçid isə yeganə normal çıxış yoludur və cavabdehə dəyən ziyan minumum səviyyədədir. Baxmayaraq ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarını səhv təvsir etmişdir. Belə ki, Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Eyni zamanda MPM-ə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Belə etiraf yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Bundan başqa o, da qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Birinci instansiya məhkəməsi iddia tələbini əsaslı hesab edərək təmin edilməsi qənaətinə gələrkən nəzərə almamışdır ki, iddiaçının məhkəməyə iddia verməkdən öncə zəruri keçid üçün Sutəmurdov Bələdiyyəsinə müraciəti müsbət həll edilmiş və ona Sütəmurdov Bələdiyyəsinin ərazisində yerləşən fiziki şəxs İddiaçı məxsus sahibkarlıq fəaliyyəti təyinatlı 1,50 ha torpaq sahəsi üçün bələdiyyə tərəfindən alternativ yol (Sütəmurdov Bələdiyyəsinin sədri Emil Məmmədovun ## ### 2025-ci il tarixli vəkilin sorğusuna cavab məktubu iş materialları iş vərəqə 17. ) ayrılmışdır. Nəzərə alınmalıdır ki, servitutun yaranmasının əsas şərti çıxış imkanının olmamasıdır. Əgər bələdiyyə tərəfindən iddiaçıya zəruri keçid olaraq yol təklif edilmiş və faktiki mövcuddursa, istifadəyə yararlıdırsa, daimi istifadə mümkündürsə, onda cavabdehin torpaq sahəsi üzərində servitutun müəyyən edilməsinə zərurət qalmır. Məhz bu səbəbdən də, mülki qanunvericilik sevitutun həyata keçirilməsini iki yolla yəni qanun və ya müqavilə yolu ilə rəsmiləşdirilməsini məcburi şərt kimi nəzərdə tutmuşdur. Müqavilə yolu ilə servitutun alınması mümkün olmadığı təqdirdə, mülki qanunvericilikdə müəyyən edilmiş normalar əsasında servitutun verilməsi məhkəmə qaydasında həyata keçirilir. Mülki hüququn ümumi prinsiplərindən biri hüququn həyata keçirilməsi zamanı digər şəxslərə minimum zərər vurulmasıdır. Servitut münasibətlərində bu prinsip belə tətbiq olunur: Keçid elə istiqamətdən müəyyən edilməlidir ki, qonşu mülkiyyətçiyə ən az zərər dəysin. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halları yəni İddiaçıya təklif edilən keçid üçün bələdiyyə tərəfindən ayrılması razılaşdırılmış gediş gəliş yolun olmasını nəzərə almadan iddianı təmin etməklə səhv nəticəyə gəldyindən cavabdeh haqlı olaraq apellyasiya şikayətinin dəlillərində gəlinən nəticənin işin faktiki hallarına uyğun olmadığını qeyd etmişdir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericiliyin servitutla bağlı maddi hüquq normalarının dispozitiv şərtlərinin mahiyyətindən belə anlaşılır ki, alternariv keçid mövcud olduğu halda daha əlverişli və ya daha qısa yol naminə başqa şəxsin mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Çünki mülkiyyət hüququ Konstitusiya ilə qorunan fundamental hüquqdur. Bu baxımdan servitut mülkiyyət hüququna istisna xarakterli müdaxilədir. Kollegiya ipoteka ilə yüklü edilmiş torpaq sahəsinin sonradan servitutla yüklü edilməsinə münasibətdə qeyd edir ki, bu hal ipoteka saxlayanın (kreditorun) bir sıra hüquqlarına təsir göstərə bilər. Əsas məsələ ondan ibarətdir ki, servitut torpaq sahəsinin dəyərini, istifadə imkanlarını və gələcək satış qabiliyyətini azalda bilər. Birinci instansiya məhkəmə baxışı iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ASC-nin nümayəndəsi nümayəndə1 haqlı olaraq iddia tələbinə etirazında göstərmişdir ki, sözü gedən mübahisəli əmlak mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ASC-nin qarşısında ## #### 2024-cü il tarixdə yüklü elan edilmiş və beş milyon dəyərində kredit xətti ayrılmışdır. Hal hazırda bu müqavilə qüvvədədir. Mülki qanunvericilik sevitutun həyata keçirilməsininin məcburi şərti kimi göstərilmiş qanun və ya müqavilə yolu ilə rəsmiləşdirilməsində ipoteka saxlayanın razılığı olmalıır. Çünki ipoteka saxlayanın əsas hüququ onun tələbinin ipoteka predmeti hesabına təmin edilməsidir. Müqavilə tərəflərinin müqavilə üzrə öhdəliyinin yerinə yetirilib-yetirilməməsini əvvəlcədən praqnozlaşdırmaq mümükün deyil və heç bir qarantiya verilmir ki, gələcəkdə cavabdeh tərəfindən götürülən kredit mübahisə predmeti olmayacaq. Servitutun tətbiq edilməsi torpaq sahəsinin bazar dəyərini azaldarsa, kreditorun təminatının dəyəri də aza bilər. Borclu öhdəliyini yerinə yetirmədikdə, ipoteka saxlayan tələbin ipoteka predmetinə yönəldilməsini tələb edə bilər. Servitutla yüklü torpaq sahəsi potensial alıcılar üçün daha az cəlbedici ola bilər ki, bu halda satış qiymətinin aşağı düşməsinə, nəticədə üçüncü şəxsin mənafelərinin də pozulmasına gətirib çıxarar. Kollegiya yuxarıda qeyd olunan işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun hüqiq dəyərləndirmə apararaq müəyyən edir ki, cavabdeh A. Həsənov tərəfindən verilən apellyasiya şikayətinin uğurlu olması kifayət qədər yüksəkdir. Çünki servitut hüququ heç kimə istədiyi yerdən yol seçmək hüququ vermir, artıq istifadə edilə bilən alternativ yol varsa, əlavə olaraq başqa qonşunun mülkiyyətinin yüklənməsi əsaslandırıldığı halda mümükün ola bilər. İşin mübahisəsiz halı kimi müəyyən edilir ki, iddiaçıya Sütəmurdov Bələdiyyəsi tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Bələdiyyənin ərazisindən 1,50 ha torpaq sahəsi üçün alternativ yol ayrılaraq razılaşdırılmışdır. Bu faktı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 tərəfindən də məhkəmə baxışı iclasında izahatı ilə təsdiq etmişdir. Bu isə ona dəlalət edir ki, iddiaçıya zəruri keçid verilməsi reallaşmışdır. Belə olan halda iddiaçının cavabdehə qarşı zəruri keçid tələb etməsi artıq cavabdehin torpaq sahəsindən keçid zəruri deyil, servitut zərurət prinsipinə deyil, rahatlıq və üstünlük seçiminə çevrilmiş, mülkiyyət hüququna müdaxilə proporsional deyil. Birinci insatsniya məhkəməsi bu faktları işin mübahisəli halına çevirsə də, bununla bağlı heç bir araşdırma aparmamış, alternativ yolun yararlığını (iddiaçı tərəfində təklif olunan yolun nə üçün qəbul etməməsi aydınlaşdırılmamış) araşdırmamış, həmçinin cavabdehdən üzərinə servitut qaydasında keçid müəyyən etsə də, bu keçidin ona vurulan ziyanı qiymətləndirməmiş, niyə məhz cavabdehin mülkiyyətində olan torpaq sahəsindən yol verilməsinin zəruri olmasını əsaslandırmamış, yalnız tərəflərin məhkəməyə bildirdiklərini qətnamədə göstərməklə kifayətlənmişdir. Halbuki məhkəmənin vəzifəsidir ki, MPM-n 14-cü maddəsində nəzərdə tutulan “məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaq, bunun üçün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etmək, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etmək, onun prosessual hüquqlarının həyata keçməsinə kömək göstərmək, kimi prosessual tələblərə əməl etsin. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçının torpaq sahəsinə alternativ keçid yolu mövcuddur. Həmin hal tərəflər arasında mübahisələndirilməmiş, işin müəyyən edilmiş faktiki halları sırasında yer almışdır. Buna baxmayaraq məhkəmə alternativ yolun mövcudluğuna lazımi hüquqi qiymət vermədən servitut müəyyən etmişdir. Məhkəmə həmçinin nəzərə almamışdır ki, Mülki Məcəllənin servitutla bağlı müddəalarının mənasına görə servitut yalnız daşınmaz əmlakın normal istifadəsinin başqa vasitələrlə təmin edilməsinin mümkün olmadığı hallarda tətbiq edilə bilər. Alternativ keçid yolun mövcud olduğu halda qonşu mülkiyyətçinin torpaq sahəsi üzərində servitut müəyyən edilməsi servitut institutunun məqsədinə uyğun deyildir. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı torpaq sahəsini əldə etdiyi zaman həmin sahənin cavabdehin torpaq sahəsi üzərindən keçid hüququna malik olmadığını bilmişdir. İddiaçı əmlakı mövcud vəziyyətdə əldə etmiş və sonradan həmin vəziyyətin dəyişdirilməsi üçün qonşu mülkiyyətçinin hüquqlarının məhdudlaşdırılmasını tələb etmişdir. Nəzərə alınmalıdır ki, idddiaçı daşınmaz əmlakı əldə edərkən onun hüquqi və faktiki vəziyyətini bilirdisə, sonradan bu vəziyyətə əsaslanaraq üçüncü şəxsin mülkiyyət hüququnun məhdudlaşdırılmasını tələb edə bilməz. Birinci instansiya məhkəməsinin “servitut mülkiyyətçinin öz əmlakından istifadəsini təmin etdiyindən əmlakın ipoteka ilə yüklü edilməsi servitut hüququnun həyata keçirilməsini məhdudlaşdıra bilməz və mütənasib hesab edilə bilməz.” qənaəti işin faktiki hallarının tərflərin qarşılıqlı münasibətinə uyğun qiymətləndirilməsi kimi qəbul edilə bilməz. Əksinə məhkəmənin iddiaçıya Sütəmurdov Bələdiyyəsi tərəfindən zəruri keçid üçün razılaşdırılmış yolun verilməsinə baxmayaraq (bu barədə iş materiallarında sübutlar mövcuddur və bu işin mübahisəsiz halıdır.) sadəcə iddiaçının cavabdehə yönələn iddiasının heç bir araşdırma aparmadan cavabdehin mülkiyyətinə zərurət olmadan keçidin verilməsi iş üçüm mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırlmaması kimi qiymətləndirilməlidir. Kollegiya onu da qeyd edir ki, Apellyasiya icraatı zamanı bu halların araşdırılması ilə bağlı sübutlar əldə edilməsi və qiymətləndirilməsi, yeni sübutların əldə edilməsi ilə nəticələnə bilər ki, bu da apellyasiya icraatında sübut toplamağa yönəldiyində apellyasiya icraatın mahiyyətində zidd (MPM nin 78.4;372.2-ci maddələri) hesab edilir. Göründüyü kimi birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Odur ki, cavabdeh Cavabdeh nümayəndəsi-vəkili vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Astara Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində xxxx Publik Hüquqi Şəxsin ** saylı Lənkəran Ərazi İdarəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ASC, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və Sütəmurdov Bələdiyyəsi cəlb edilməklə cavabdeh Cavabdeh qarşı “servitut hüququnun müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara, maddi və prosessual hüquq normalarına əsasən yekun nəticəyə gəlir ki, cavabdehin nümayəndəsi-vəkili vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində xxxx Publik Hüquqi Şəxsin ** saylı Lənkəran Ərazi İdarəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ASC, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və Sütəmurdov Bələdiyyəsi cəlb edilməklə cavabdeh Cavabdeh qarşı “servitut hüququnun müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası; QƏT ETDİ: Cavabdehin nümayəndəsi-vəkili vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində xxxx Publik Hüquqi Şəxsin ** saylı Lənkəran Ərazi İdarəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ASC, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və Sütəmurdov Bələdiyyəsi cəlb edilməklə cavabdeh Cavabdeh qarşı “servitut hüququnun müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.