Məhkəmə qərarları › İş №2(041)-1412/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1412/2023

05.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1412/2023 05.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X4 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış cərimənin silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin əməkdaşları tərəfindən barəsində qanunsuz tərtib edilmiş xx.xx.2016-c iil tarixli NDM007716 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında ona hesablanmış 463.33 bmanat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırmışdır ki, iddiaçı ailəsi ilə birlikdə Kürdəmir rayonunun Çölqubalı kəndində yaşayır. Məişətdə istifadə etdiyi elektrik enerjisinin pulunu vaxtında ödəyib və borcu olmayıb. 2016-ci ildə o, evdə olmayanda cavabdehin əməkdaşları onun yaşadığı ünvana gələrək istifadə etdiyi elektrik sayğacına baxış keçirilmiş, elektrik sayğacı dəyişdirilərək əvəzində yeni sayğac qoymuş və bu barədə akt tərtib etmişlər. Sonradan ona məlum olmuşdur ki, barəsində akt tərtib olunmuş və ona 463.33 manat cərimə yazılmışdır. Halbuki bir neçə ilə qeydiyyatda olduğu evdə yaşamamış, bu müddət ərzində onun evində kənar xəttdən istifadə edilməsi mümkün deyil. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək bildirdi ki, yaşadığı evə verilən elektrik enerjisini qeydə alan sayğac həyətdə quraşdırılmış və hər ay Kürdəmir elektrik şəbəkəsinin əməkdaşları elektrik sayğacına baxış keçirmiş və sayğacda qeyd edilən məbləğə uyğun olaraq ona bildiriş verilmiş və həmin bildirişə uyğun olaraq ödəniş etmişdir. Sonradan ona məlum olmuşdur ki, onun hesabında ödənilməmiş 982.04 manat borc yazılmışdır. Dəfələrlə "xxxx" ASC-yə müraciət etmiş, borcun araşdırılmasını tələb etmişdir. "xxxx" ASC-nin müştəri xidmətləri idarəsinin rəisi Mahir Abdullayev 24 iyul 2023- cü il tarixli cavab məktubunda borcun mənzildə istehlak edilmiş enerjinin dəyəri olduğunu bildirmiş və NDM007716 nömrəli aktın surətini ona göndərmişdir. Elektrik sayğacından kənar hər hansı formada əlavə xəttin çəkilməsinə ehtiyac olmamış və bu hal onun abonent saldosundan da aydın görünür. Digər tərəfdən, cavabdeh bu halı təsdiq edən heç bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh aktı onun iştirakı ilə tərtib etmədiyinə görə məsələyə öz münasibətini bildirə bilməmiş, nəticədə əsassız və qanunsuz olaraq ona əlavə borc məbləği yazılmışdır. İddiaçı işin göstərilən hallarını nəzərə alaraq, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, 19.112.2016-ci il tarixdə "xxxx" ASC-nin təsis etdiyi “Mərkəzi-Aran” RETSİ-nin Kürdəmir elektrik şəbəkəsinin əməkdaşları tərəfindən Kürdəmir rayonunun Çöl-qubalı kəndi ərazisində yaşayan məişət abonentləri tərəfindən "Elektrik enejisindən istifadə Qaydaları"na riayət edilməsi yoxlanarkən xx.xx.2016-ci il tarixdə İddiaçı da yaşadığı fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmiş, baxış zamanı abonentin sayğacdan kənar xəttdən istifad əetdiyi məlum olmuşdur. Xüsusi ölçmə vasitəsi olan “ampermaşa” ilə sayğacdan keçən elektrik enerjisinin yükü ölçülərək müəyyən edilmiş, xx.xx.2016-ci il tarixli 007716 nömrəli akt tərtib edilərək 463.33 manat məbləğində əlavə ödəniş hesablanmaqla, müəssisəyə vurduğu ziyan kimi itirilmiş elektrik enerjisinin dəyərini bərpa etmişlər. Akt "Elektrik enejisindən istifadə Qaydaları"nın 8.32-ci bəndlərinə uyğun tərtib edildiyindən, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş, "xxxx" ASC-nin əməkdaşları S.İbrahimov, A.Balaşov, Ş.Hüseynzadə tərəfindən tərtib edilmiş xx.xx.2016-ci il tarixli NDM007716 nömrəli aktdan məlum olur ki, Kürdəmir rayonunun Çöluqubalı kəndi ərazisində yaşayan məişət abonentləri tərəfindən "Elektrik enejisindən istifadə Qaydaları"na riayət edilməsi yoxlanarkən istehlakçı İddiaçı həyətdə yerləşən sayğacdan kənar elektrik enerjisindən qanunsuz istifadə etdiyi aşkar edilmişdir. İşdə olan, Azərişıq” ASC-nin müştəri xidmətləri idarəsinin rəisi Mahir Abdullayevin 24 iyul 2023- cü il tarixli cavab məktubundan məlum olur ki, xx.xx.2016-c iil tarixli NDM007716 nömrəli aktın surəti həmin məktubla İddiaçı göndərilmişdir. Məhkəmə hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia təmin edilməlidir . “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinə görə dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş və həmin vaxt qüvvədə olmuş "Elektrik enejisindən istifadə Qaydaları"nın; - 1.2-ci bəndinə əsasən, bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələrin müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. - 7.11. Yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. - 8.1. Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. - 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 8.16. İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. - 8.32. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. - 8.33. Məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Hazırki iddia tələbi ilə qanuniliyi mübahisələndirilən xx.xx.2016-ci il tarixli, NDM007716 nömrəli aktı tərtib edən cavabdehin əməkdaşları Qaydaların 8.33-cü bəndinin tələblərini kobud surətdə pozaraq baxış zamanı hal şahidlərinin iştirakını təmin etməmişlər. Bundan əlavə, məhkəmə araşdırması zamanı iddiaçının sayğacdan kənar bir başa elektrik enerjisindən istifadə etməsini təsdiq edən hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki-Prosessual Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2016-ci il tarixli NDM007716 nömrəli akt etibarsız hesab edilməli və həmin akt əsasında hesablanmış 463.33 manat borc məbləği İddiaçı hesabından silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2016-ci il tarixli NDM007716 nömrəli akt etibarsız hesab edilsin və həmin akt əsasında hesablanmış 463.33 (dörd yüz altmış üç manat 33 qəpik) manat borc məbləği İddiaçı hesabından silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV Elektrik enerjisinin gündəlik sərfinin və faktiki yüklərin (aktiv və reaktiv) qeydiyyatı nömrələnmiş və qaytanlanmış jurnalda aparılmalıdır. 9.9. İstehlakçı qidalandırıcı elektrik veriliş xətlərinin açılması, elektrik qurğularının və avadanlığın zədələnməsi ilə əlaqədar baş vermiş qəzalar, yanğınlar, həmçinin elektrik cərəyanının təsirindən insanların xəsarət alması haqqında X1 Agentliyinə məlumat verməlidir. 9.10. İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. 9.11. İstehlakçıya elektrik enerjisinin verilişi və fasilələr elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onun enerjitəchizatı etibarlığının kateqoriyasına uyğun həyata keçirilir. Elektrik enerjisi istehlakının məhdudlaşdırılması, həmçinin istehlakçının yük qrafikinin tənzimlənməsi üzrə tədbirlər bu Qaydalara və müvafiq təlimata uyğun həyata keçirilir. 9.12. X1 Agentliyi üç gün əvvəl rəsmi xəbərdar etməklə, aşağıdakı hallarda istehlakçıya elektrik enerjisi verilişinin tam, yaxud qismən dayandırılmasını enerjitəchizatı müəssisəsindən və (və ya) əsas istehlakçıdan tələb etmək hüququna malikdir: 9.12.1. istehlakçının elektrik qurğularının qeyri-kafi vəziyyəti qəza, yanğınların baş verməsinə, elektrotexniki heyətin, əhalinin həyatı üçün təhlükə yaratdıqda; 9.12.2. müəyyən edilmiş elektrik enerjisi sərfi rejimlərini pozduqda; 9.12.3. elektrik enerjisindən israfçılıqla və səmərəsiz istifadə etdikdə; 9.12.4. enerjitəchizatı müəssisəsinin və ya digər istehlakçının elektrik şəbəkəsinə özbaşına elektrikqəbulediciləri qoşduqda, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyənləşdirilmiş göstəricilərdən artıq şəbəkəyə güc qoşduqda; 9.12.5. elektrikqəbulediciləri sayğacdan kənar elektrik şəbəkəsinə qoşduqda və ya elektrik enerjisi uçotunun sxemini pozduqda; 9.12.6. elektrik qurğularına xidmət üçün elektrotexniki heyət olmadıqda; 9.12.7. istehlakçının təqsirindən enerjitəchizatı müəssisəsinin və ya başqa istehlakçıların elektrik qurğularının normal fəaliyyətini pozan göstəricilərə qədər elektrik enerjisinin keyfiyyətini aşağı saldıqda; 9.12.8. elektrik qurğularındakı pozuntu və çatışmazlıqların aradan qaldırılması haqqında X1 Agentliyinin tələbləri vaxtında yerinə yetirilmədikdə; 9.12.9. istehlakçının (məişət abonenti istisna olmaqla) elektrik qurğularına və ya elektrik enerjisinin uçot cihazlarına X1 Agentliyinin səlahiyyətli nümayəndələri buraxılmadıqda. 9.13. Enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini aşağıdakı hallarda dayandıra bilər: 9.13.1. istehlakçının müvafiq yazılı müraciəti (elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 9.13.2. enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə; 9.13.3. təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 9.13.4. enerji təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda; 9.13.5. məhkəmənin qərarı ilə; 9.13.6. dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar aparan orqanların - Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında.[58] İstehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Elektrik enerjisinin dəyərini vaxtında ödəməyən istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması, elektrik enerjisinin dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. [59] Qeyd. Məişət abonenti hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrini buraxmadıqda qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. 9.13-1. Elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya bu Qaydaların 9.13-cü bəndində nəzərdə tutulmuş hallarda (9.13.3-cü (yalnız qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallarda) və 9.13.6-cı yarımbəndlərində nəzərdə tutulan hallar istisna olmaqla) yazılı bildiriş göndərilmədən elektrik və istilik enerjisi verilməsinin dayandırılması qadağandır.[60] 9.13-2. Elektrik enerjisinin verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra bir gün müddətində enerji təchizatı müəssisəsi tərəfindən elektrik enerjisinin verilməsi bərpa edilməlidir. [61] 9.13-3. Elektrik enerjisinin verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 9.13.3-cü (yalnız qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallarda) və 9.13.6-cı yarımbəndləri istisna olmaqla) enerji təchizatı müəssisəsi tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. 9.14. Ehtiyat qida mənbəyi olmadıqda, plan üzrə təmir işlərinin aparılması və yeni elektrik qurğularının qoşulması üçün istehlakçının elektrik şəbəkəsindən açılmasının sayı və müddəti enerjitəchizatı müəssisəsi ilə istehlakçı arasındakı elektrik enerjisinin alqısatqı müqaviləsində müəyyənləşdirilir. Bu məqsədlər üçün elektrik enerjisi verilişində fasilələrin dəqiq tarixini (sutkanı və saatını) razılaşdırmaq üçün enerjitəchizatı müəssisəsi üç sutka əvvəl istehlakçını nəzərdə tutulmuş açılma haqqında xəbərdar etməlidir. İstehlakçı xəbərdarlıq aldıqdan sonra bir sutka müddətində elektrik enerjisi verilişində fasilələrin vaxtını razılaşdırmadıqda, enerjitəchizatı müəssisəsi bu vaxtı özü müəyyən edə bilər. Elektrik enerjisinin fasilələri imkan daxilində istehlakçının iş vaxtından kənar vaxtlarda, onu açılmaya qədər 24 saat əvvəl xəbərdar etməklə aparılmalıdır. 9.15. Qəzaların qarşısının alınması və ya ləğv edilməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə sonradan istehlakçıya açılmanın səbəbləri haqqında məlumat verməklə, enerjitəchizatı müəssisəsi istehlakçının (açılması insan həyatı üçün təhlükə yaradan, partlayışa, yanğına, məhsulun kütləvi zay olmasına, mürəkkəb texnoloji proseslərin pozulmasına və s. səbəb ola bilən elektrik qurğuları istisna olmaqla) elektrik qurğularını elektrik şəbəkəsindən açmaq hüququna malikdir. 9.16. İstehlakçı, müvafiq təlimata uyğun olaraq enerjisistemdə güc, elektrik enerjisi çatışmazlığı və ya qəza vəziyyəti ilə əlaqədar tətbiq edilən məhdudiyyət və birbaşa açılma qrafiklərinə əməl etməlidir. 9.17. Büdcədən maliyyələşdirilən istehlakçı tərəfindən elektrik enerjisinin alqı-satqı müqaviləsindəki sərfiyyat göstəricilərindən artıq elektrik enerjisi sərf etdiyi hallarda, enerjitəchizatı müəssisəsi bu Qaydalara uyğun olaraq üç gün əvvəl xəbərdar etməklə ona artıq istifadə edilmiş elektrik enerjisi tam kompensasiya olana qədər məcburi məhdudlaşdırma tətbiq etmək hüququna malikdir. 9.18. Enerjitəchizatı müəssisəsinin yükün azaldılması haqqında verdiyi məhdudiyyət tələblərini istehlakçı şərtsiz və dərhal yerinə yetirməlidir. Enerjitəchizatı müəssisəsinin yükün azaldılması üzrə tələbi on dəqiqə ərzində yerinə yetirilməzsə, enerjitəchizatı müəssisəsi xəbərdar etdikdən sonra istehlakçını şəbəkədən tam və ya qismən aça bilər. Elektrik enerjisi təchizatında fasilələr yolverilməz olan istehlakçıların (insan həyatına, partlayışa, yanğına təhlükə yaranması, məhsulun kütləvi zay olması, mürəkkəb texnoloji proseslərin pozulması və s.) şəbəkədən açılmasına icazə verilmir. 9.19. İstehlakçının təqsirindən baş vermiş qəza nəticəsində enerjitəchizatı müəssisəsinə ziyan dəydikdə (elektrik qurğularının, avadanlıqların zədələnərək yararsız hala düşməsi və s.), istehlakçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq enerjitəchizatı müəssisəsi qarşısında maddi məsuliyyət daşıyır. 9.20. İstehlakçı aşağıda göstərilən səbəblərlə əlaqədar dəymiş ziyana görə enerjitəchizatı müəssisəsi qarşısında məsuliyyət daşımır: 9.20.1. fors-major hadisə ilə əlaqədar; 9.20.2. kənar şəxslərin düzgün olmayan hərəkətləri (səhvən birləşdirmə, açma və keçirmə, hava elektrik veriliş xətlərinin naqillərinin üzərinə kənar əşyaların atılması, hava və ya kabel elektrik veriliş xətlərinin mexaniki zədələnməsi və s.) nəticəsində baş vermiş qəzalarla əlaqədar. 9.21. İstehlakçının təqsirindən enerjitəchizatı müəssisəsi ilə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədində elektrik enerjisinin keyfiyyətinin aşağı düşməsi hallarında istehlakçı onun qidalandığı elektrik qurğusuna hesablaşma dövründə buraxılmış elektrik enerjisinin keyfiyyəti aşağı düşmüş hissəsinin dəyərinin 25 faizi miqdarında enerjitəchizatı müəssisəsinə ödəniş ödəyir. Əgər aşağı keyfiyyətli elektrik enerjisinin təsirindən enerjitəchizatı müəssisəsinə ziyan dəymişdirsə (elektrik qurğularının, avadanlıqların zədələnərək yararsız hala düşməsi və s.) istehlakçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq enerjitəchizatı müəssisə-si qarşısında maddi məsuliyyət daşıyır. 9.22. Elektrik enerjisinin keyfiyyətinin aşağı düşməsinə təqsirkar tərəf və aşağı keyfiyyətli elektrik enerjisi ilə (faizlə ölçmənin müddətinə) işləmə müddəti “Ümumi təyinatlı elektrik şəbəkələrində elektrik enerjisinin keyfiyyətinə nəzarət və təhlili üzrə metodik göstərişlər”ə uyğun olaraq, statistik və ya qeydedici cihazların ölçülərinin nəticələri ilə müəyyənləşdirilir. Ölçülərin nəticələri enerjitəchizatı müəssisəsinin, istehlakçının və X1 Agentliyinin səlahiyyətli nümayəndələrinin tərtib etdiyi aktla rəsmiləşdirilir.

10. ENERJİTƏCHİZATİ MÜƏSSİSƏSİNİN MƏSULİYYƏTİ

10.1. Enerjisistemdə və ya enerjitəchizatı müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində istehlakçıya ziyan dəymişdirsə (elektrikqəbuledicilərin zədələnərək yararsız hala düşməsi, məhsulun zay olması və s.), enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır. 10.2. Enerjitəchizatı müəssisəsi aşağıda göstərilən səbəblərlə əlaqədar dəymiş ziyana görə istehlakçı qarşısında maddi məsuliyyət daşımır: 10.2.1. fors-major hadisə ilə əlaqədar; 10.2.2. kənar şəxslərin düzgün olmayan hərəkətləri (səhvən birləşdirmə, açma və keçirmə, hava elektrik veriliş xətlərinin naqillərinin üzərinə kənar əşyaların atılması, hava və ya kabel elektrik veriliş xətlərinin mexaniki zədələnməsi və s.) nəticəsində baş vermiş qəzalarla əlaqədar; 10.2.3. bu Qaydaların 9.12, 9.13, 9.15 və 9.16-cı bəndlərində nəzərdə tutulmuş, istehlakçıya elektrik enerjisi verilişinin dayandırılması və məhdudlaşdırılması şərtləri ilə əlaqədar; [62] 10.2.4. bu Qaydaların 9.14-cü bəndinə uyğun olaraq, işlərin yerinə yetirilməsilə əlaqədar. 10.3. İstehlakçı elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən olunmuş müddətdə sərf etdiyi elektrik enerjisinin haqqını ödəmədikdə, enerjitəchizatı müəssisəsi şəbəkəsində və ya enerjisistemdə baş vermiş qəza nəticəsində istehlakçıya dəymiş ziyana görə onun qarşısında maddi məsuliyyət daşımır. 10.4. Enerjitəchizatı müəssisəsi dəymiş ziyan haqqında istehlakçıdan daxil olmuş müraciətə on gündən gec olmayaraq baxır və bu Qaydalara uyğun olaraq istehlakçıya ödəniş ödəyir. 10.5. İstehlakçıya elektrik enerjisinin kəsirlə verilməsi müddəti və onun səbəbləri enerjitəchizatı müəssisəsinin və istehlakçının əməliyyat sənədləri üzrə müəyyənləşdirilir. 10.6. İstehlakçının təqsirindən baş vermiş qəza nəticəsində enerjitəchizatı müəssisəsinin başqa istehlakçılarına ziyan dəymişdirsə, təqsirkar istehlakçı dəymiş ziyana görə enerjitəchizatı müəssisəsi qarşısında sonuncunun başqa istehlakçılara ödədiyi ödəniş dəyərində maddi məsuliyyət daşıyır. 10.7. Enerjitəchizatı müəssisəsi balans mənsubiyyəti sərhədində və şəbəkəsində elektrik enerjisinin keyfiyyət göstəricilərini qüvvədə olan standartların tələblərinə uyğun saxlamağa borcludur. 10.8. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı arasındakı balans mənsubiyyəti sərhədində elektrik enerjisinin tələb olunan keyfiyyət göstəriciləri standartlara və “Ümumi təyinatlı elektrik şəbəkələrində elektrik enerjisinin keyfiyyətinə nəzarət və təhlili üzrə metodik göstərişlər”ə uyğun müəyyən edilir. 10.9. Enerjitəchizatı müəssisəsi və istehlakçı bu Qaydaların 10.8-ci bəndində qeyd edilən metodik göstərişlərə əsasən, elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində elektrik enerjisinin keyfiyyətinə daimi, vaxtaşırı (ildə 2-4 dəfə) və ya epizodik nəzarət etməyə borcludurlar. 10.10. Aşağı tezliklə işləmə müddəti dövlət elektroenergetika müəssisəsinin və enerjitəchizatı müəssisəsinin dispetçer məntəqələrinin qeydiyyat aparan (yaddaşlı) tezlik ölçənləri ilə müəyyənləşdirilir. Aşağı tezliklə buraxılmış elektrik enerjisinin miqdarı, hesablaşma dövründə orta sutkalıq sərfiyyat üzrə müəyyən edilir. 10.11. Enerjitəchizatı müəssisəsinin təqsirindən istehlakçıya aşağı keyfiyyətli (bir və ya eyni zamanda bir neçə göstərici üzrə) elektrik enerjisi buraxıldıqda, enerjitəchizatı müəssisəsi, buraxılmış aşağı keyfiyyətli elektrik enerjisinin dəyərinin 25 faizi məbləğində istehlakçıya ödəniş ödəyir. Əgər aşağı keyfiyyətli elektrik enerjisinin təsirindən istehlakçıya ziyan dəymişdirsə (elektrikqəbuledicilərin zədələnərək yararsız hala düşməsi, məhsulun zay olması və s.), enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır. 10.12. Elektrik enerjisinin keyfiyyətinin aşağı düşməsinə təqsirkar tərəf və aşağı keyfiyyətli elektrik enerjisi ilə (faizlə ölçmənin müddətinə) işləmə müddəti “Ümumi təyinatlı elektrik şəbəkələrində elektrik enerjisinin keyfiyyətinə nəzarət və təhlili üzrə metodik göstərişlər”ə uyğun olaraq, statistik və ya qeydedici cihazların ölçülərinin nəticələri ilə müəyyənləşdirilir. Ölçülərin nəticələri enerjitəchizatı müəssisəsinin, X1 Agentliyinin, istehlakçının, yaxud dövlət elektroenergetika müəssisəsinin səlahiyyətli nümayəndələrinin tərtib etdiyi aktla rəsmiləşdirilir. 10.13. İstehlakçı, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddətdə sərf etdiyi elektrik enerjisinin haqqını ödəmədiyi, elektrik enerjisi rejimlərinə, həmçinin reaktiv gücün optimal göstəricilərinə, o cümlədən reaktiv gücün kompensasiya qurğularının iş rejimlərinə əməl etmədiyi, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricisini aşdığı, enerjisistemdə güc, elektrik enerjisi çatışmazlığı və ya qəza vəziyyəti ilə əlaqədar tətbiq edilən məhdudiyyət və birbaşa açılma qrafiklərinə əməl etmədiyi hallarda enerjitəchizatı müəssisəsi istehlakçı qarşısında buraxılmış aşağı keyfiyyətli elektrik enerjisinə və ya bununla əlaqədər dəymiş ziyana görə maddi məsuliyyət daşımır. 10.14. İstehlakçının təqsirindən enerjitəchizatı müəssisəsinin başqa istehlakçılanna aşağı keyfiyyətli (bir və ya eyni zamanda bir neçə göstərici üzrə) elektrik enerjisi buraxıldıqda, təqsirkar istehlakçı buraxılmış aşağı keyfiyyətli elektrik enerjisinə və ya bununla əlaqədar dəymiş ziyana görə enerjitəchizatı müəssisəsi qarşısında sonuncunun başqa istehlakçılara ödədiyi ödəniş dəyərində maddi məsuliyyət daşıyır. 10.15. Enerjitəchizatı müəssisəsinin təqsirindən baş vermiş qəza nəticə-sində dövlət elektroenergetika müəssisəsinə ziyan dəymişdirsə (elektrik qurğularının, avadanlıqların zədələnərək yararsız hala düşməsi və s.), enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq dövlət elektroenergetika müəssisəsi qarşısında maddi məsuliyyət daşıyır. Bu Qaydaların 10.2.1-ci və 10.2.2-ci bəndlərində göstərilən səbəblərlə əlaqədar baş vermiş qəza nəticəsində dəymiş ziyana görə enerjitəchizatı müəssisəsi dövlət elektroenergetika müəssisəsi qarşısında maddi məsuliyyət daşımır. 10.16. Enerjitəchizatı müəssisəsinin təqsirindən dövlət elektroenergetika müəssisəsi ilə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədində elektrik enerjisinin keyfiyyətinin (bir və ya eyni zamanda bir neçə göstərici üzrə) aşağı düşməsi nəticəsində dövlət elektroenergetika müəssisəsinə ziyan dəymişdirsə (elektrik qurğularının, avadanlıqların zədələnərək yararsız hala düşməsi və s.), enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq dövlət elektroenergetika müəssisəsi qarşısında maddi məsuliyyət daşıyır. 10.17. Enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. 10.18. Elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi aşağıdakıları yerinə yetirməyə borcludur: 10.18.1. öz idarəetmə ərazisində elektrik şəbəkəsinin təhlükəsiz, etibarlı və səmərəli işləməsini təmin edən yerli dispetçer xidmətini təşkil etməyə; 10.18.2. ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçinin mövcud qaydalarla və normalarla müəyyən edilmiş həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerləşdiyi tikililəri təmir etməyə; 10.18.3. qəza zamanı enerjisistemdə yük çıxarıldıqda, məsul yükləri ayıraraq ehtiyatlandırılmış xarici təchizat elektrik xətlərinə qoşmaqla texnoloji və qəza bronlarının tələbatını təmin etmək üçün elektrik təchizatı sxemini təkmilləşdirməyə; 10.18.4. enerjitəchizatı müəssisəsinin balansında olan, ancaq hesabat hədləri (ustavka) dövlət elektroenergetika müəssisəsi tərəfindən verilən rele mühafizələrinin, bütün növ avtomatikaların, o cümlədən enerjisistem əhəmiyyətli avtomatikaların iş rejimlərinə nəzarət etməyə, onlarda müəyyən olunmuş müddətlərdə sazlama və profilaktik sınaq işlərini aparmağa; 10.18.5. dövlət elektroenergetika müəssisəsinin və X1 Agentliyinin tələbinə əsasən enerjitəchizatı müəssisəsinin elektrik qurğularının işi ilə müəyyənləşdirilən elektrik enerjisinin keyfiyyətinə fasiləsiz, vaxtaşırı və epizodik nəzarət etməyə, şəbəkələrində elektrik enerjisinin keyfiyyətinin yaxşılaşdırılması üzrə tədbirləri həyata keçirməyə; 10.18.6. “Elektrik qurğularının quraşdırılması qaydaları”nın tələblərinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşma uçotunu təşkil etməyə; 10.18.7. elektrik qurğularına xidmət üçün tələb olunan ixtisaslı elektrotexniki heyətlə təmin etməyə, elektrik qurğularına xidmət edən heyəti öyrətməyə, təlimatlandırmağa və onları avadanlıqlaşdırılmış iş yeri ilə, mühafizə vasitələrilə, alətlərlə, lazımi materiallarla və təlimatlarla təmin etməyə; 10.18.8. qəzaya və yanğına qarşı təhlükəsizlik texnikası üzrə tədbirləri həyata keçirməyə; 10.18.9. elektrik enerjisi rejimlərinə, elektrik enerjisinin səmərəli və qənaətlə istifadəsinə, elektrik qurğularının texniki istismar qaydalarının, təhlükəsizlik texnikası qaydalarının, təlimatların və digər normativ sənədlərin tələblərinə əməl olunmasına və səlahiyyəti daxilində digər məsələlərə nəzarət etmək üçün X1 Agentliyinin səlahiyyətli nümayəndələrinin (onların xidməti vəsiqələri, nəzarətin həyata keçirilməsi haqqında qərarın surəti və nəzarətin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı əsasında) günün istənilən vaxtı maneəsiz elektrik qurğularına buraxılmasını təmin etməyə;[63] 10.18.9-1. Elektrik şəbəkəsinə qanunsuz qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə on iki ayda bir dəfədən az olmayaraq, paylayıcı qurğulara baxış keçirməyə;[64] 10.18.9-2. bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla istehlakçıların (o cümlədən məişət abonentinin) elektrik sayğaclarının və sayğacların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə üç ayda bir dəfədən az olmayaraq onlara baxış keçirməyə; 10.18.10. elektrik enerjisinin paylanmasında, satılmasında, elektrik enerjisindən səmərəli istifadə olunmasında, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların istismarında texniki istismar qaydalarının, təhlükəsizlik texnikası qaydalarının, elektrik qurğularının quraşdırılması qaydalarının və digər normativ sənədlərin tələblərinə əməl olunmasında aşkar edilmiş pozuntu və çatışmazlıqların aradan qaldırılması haqqında X1 Agentliyinin səlahiyyətli nümayəndələrinin tələbnamələrini müəyyən olunmuş müddətlərdə yerinə yetirməyə.[65] 10.19. Enerjitəchizatı müəssisəsi dövlət elektroenergetika müəssisəsinə onlar arasındakı hesablaşma uçot cihazlarındakı və uçot sxemindəki pozuntular, həmçinin tikililərində və ya ərazisində yerləşən dövlət elektroenergetika müəssisəsinə məxsus elektrik qurğularındakı nasazlıqlar haqqında məlumat verməyə borcludur. 10.20. Enerjitəchizatı müəssisəsi qidalandırıcı xətlərin açılması, elektrik qurğularının və avadanlığın zədələnməsi ilə əlaqədar baş vermiş qəzalar, yanğınlar, həmçinin elektrik cərəyanının təsirindən insanların xəsarət alması haqqında X1 Agentliyinə məlumat verməyə borcludur. 10.21. Enerjitəchizatı müəssisəsi “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na və “Gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na əsasən ona məxsus elektrik qurğularının qorunmasını, onlara sərbəst keçməyi və yanaşmağı təmin etməli, kabel və hava elektrik verilişi xətlərinin mühafizə zonalarında hər hansı bir obyektin tikintisinə, materialların yığılmasına, kabel və hava xətləri mənsub olan təşkilatın icazəsi olmadan torpaq və tikinti işlərinin aparılmasına yol verməməlidir. 10.22. Enerjitəchizatı müəssisəsi ərazisindəki yarımstansiyaların tranzit hissəsində dövlət elektroenergetika müəssisəsinə aid şəbəkədə operativ əməliyyatlar, tikinti və təmir işləri aparmaq üçün dövlət elektroenergetika müəssisəsinin elektrotexniki heyətinin bu qurğulara buraxılmasını təmin etməyə borcludur. İşlər başa çatdıqda dövlət elektroenergetika müəssisəsi öz hesabına işlər aparılmış əraziləri və tikililəri lazımi vəziyyətə gətirməyə borcludur. 10.23. Enerjitəchizatı müəssisəsinin yerli dispetçer xidməti operativ idarəçilik iyerarxiyasına görə özündən yuxarı pillədə yerləşən dövlət elektroenergetika müəssisəsinin dispetçer xidmətinə tabedir və onların fəaliyyəti xüsusi təlimatla nizamlanır. 10.24. Enerjitəchizatı müəssisəsi aşağıdakı məlumat və hesabatları təqdim etməyə borcludur: 10.24.1. hesabat vermə qaydalarına uyğun olaraq, təsdiq olunmuş formalarla müəyyən edilmiş müddətlərdə elektrik enerjisinin sərfi, texniki itki (texnoloji sərfiyyat) tapşırıqlarının yerinə yetirilməsi və başqa göstəricilər haqqında dövlət elektroenergetika müəssisəsinə və X1 Agentliyinə hesabat verməyə; 10.24.2. ildə iki dəfədən az olmayaraq, xarakterik yay və qış iş günlərində, aktiv və reaktiv elektrik enerjisinin yük qrafiklərini dövlət elektroenergetika müəssisəsinə və X1 Agentliyinə təqdim etməyə; 10.24.3. dövlət elektroenergetika müəssisəsinə və müstəqil enerji istehsalçısına gələn il üçün satın alınacaq elektrik enerjisi üzrə sifarişlər verməyə. 10.25. Enerjitəchizatı müəssisəsi enerjisistemdə güc, elektrik enerjisi çatışmazlığı və ya qəza vəziyyətilə əlaqədar tətbiq edilən məhdudiyyət və birbaşa açılma qrafiklərinə uyğun olaraq dövlət elektroenergetika müəssisəsinin yükün azaldılması və elektrik enerjisinin məhdudlaşdırılması haqqında tələblərini yerinə yetirməyə borcludur. 10.26. Enerjitəchizatı müəssisəsi dövlət elektroenergetika müəssisəsindən və müstəqil enerji istehsalçısından satın aldığı elektrik enerjisinin haqqının elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyənləşdirilmiş müddətdə və həcmdə müəyyən olunmuş tarif qiymətinə uyğun ödənilməsini təmin etməlidir.

11. DÖVLƏT ELEKTROENERGETİKA MÜƏSSİSƏSİNİN MƏSULİYYƏTİ

11.1. Dövlət elektroenergetika müəssisəsinin təqsirindən baş vermiş qəza nəticəsində enerjitəchizatı müəssisəsinə ziyan dəymişdirsə (elektrik qurğularının, avadanlıqların zədələnərək yararsız hala düşməsi və s.), dövlət elektroenergetika müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəllə-sinə uyğun olaraq enerjitəchizatı müəssisəsi qarşısında maddi məsuliyyət daşıyır. 11.2. Dövlət elektroenergetika müəssisəsi aşağıda göstərilən səbəblərlə əlaqədar baş vermiş qəza nəticəsində dəymiş ziyana görə enerjitəchizatı müəssisəsi qarşısında maddi məsuliyyət daşımır: 11.2.1. fors-major hadisə ilə əlaqədar; 11.2.2. kənar şəxslərin düzgün olmayan hərəkətləri (səhvən birləşdirmə, açma və keçirmə, hava elektrik veriliş xətlərinin naqillərinin üzərinə kənar əşyaların atılması, hava və ya kabel elektrik veriliş xətlərinin mexaniki zədələnməsi və s.) nəticəsində baş vermiş qəzalarla əlaqədar; 11.2.3. enerjisistemdə güc, elektrik enerjisi çatışmazlığı və ya qəza vəziyyəti nəticəsində tətbiq edilən məhdudiyyət və birbaşa açılmalarla əlaqədar; 11.2.4. enerjitəchizatı müəssisəsini əvvəlcədən xəbərdar etməklə dövlət elektroenergetika müəssisəsi tərəfindən elektrik və ya istilik qurğularında təmir işlərinin aparılması ilə əlaqədar. 11.3. Enerjitəchizatı müəssisəsi aldığı elektrik enerjisinin haqqını elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən olunmuş müddətdə və həcmdə ödəmədikdə, dövlət elektroenergetika müəssisəsi onun təqsirindən baş vermiş qəza nəticəsində dəymiş ziyana görə enerjitəchizatı müəssisəsi qarşısında maddi məsuliyyət daşımır. 11.4. Enerjitəchizatı müəssisəsinin təqsirindən baş vermiş qəza nəticə-sində dövlət elektroenergetika müəssisəsinin başqa enerjitəchizatı müəssisələrinə ziyan dəymişdirsə, təqsirkar enerjitəchizatı müəssisəsi dəymiş ziyana görə dövlət elektroenergetika müəssisəsi qarşısında sonuncunun başqa enerjitəchizatı müəssisələrinə ödədiyi ödəniş dəyərində maddi məsuliyyət daşıyır. 11.5. Dövlət elektroenergetika müəssisəsi elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədində və şəbəkəsində elektrik enerjisinin keyfiyyət göstəricilərini standartların tələblərinə uyğun saxlamağa borcludur. 11.6. Dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasındakı balans mənsubiyyəti sərhədində elektrik enerjisinin tələb olunan keyfiyyət göstəriciləri standartlara və “Ümumi təyinatlı elektrik şəbəkələrində elektrik enerjisinin keyfiyyətinə nəzarət və təhlili üzrə metodik göstərişlər”ə uyğun müəyyən edilir. 11.7. Dövlət elektroenergetika müəssisəsi və enerjitəchizatı müəssisəsi bu Qaydaların 11.6-cı bəndində qeyd edilən metodik göstərişlərə əsasən, elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində elektrik enerjisinin keyfiyyətinə daimi, vaxtaşırı (ildə 2-4 dəfə) və ya epizodik nəzarət etməyə borcludurlar. 11.8. Aşağı tezliklə işləmə müddəti elektrik stansiyalarının və ya mərkəzi dispetçer xidmətinin məntəqələrindəki qeydiyyat aparan (yaddaşlı) tezlik ölçənlər ilə müəyyənləşdirilir. Aşağı tezliklə buraxılmış elektrik enerjisinin miqdarı, hesablaşma dövründə orta sutkalıq sərfiyyat üzrə müəyyən edilir. 11.9. Dövlət elektroenergetika müəssisəsinin təqsirindən enerjitəchizatı müəssisəsinə aşağı keyfiyyətli (bir və ya eyni zamanda bir neçə göstərici üzrə) elektrik enerjisi buraxılması nəticəsində enerjitəchizatı müəssisəsinə ziyan dəymişdirsə (elektrik qurğularının, avadanlıqların zədələnərək yararsız hala düşməsi və s.), dövlət elektroenergetika müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq enerjitəchizatı müəssisəsi qarşısında maddi məsuliyyət daşıyır. 11.10. Elektrik enerjisinin keyfiyyətinin aşağı düşməsinə təqsirkar tərəf və aşağı keyfiyyətli elektrik enerjisilə (faizlə ölçmənin müddətinə) işləmə müddəti “Ümumi təyinatlı elektrik şəbəkələrində elektrik enerjisinin keyfiyyətinə nəzarət və təhlili üzrə metodik göstərişlər”ə uyğun olaraq, statistik və ya qeydedici cihazların ölçülərinin nəticələri ilə müəyyənləşdirilir. Ölçülərin nəticələri dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin və X1 Agentliyinin səlahiyyətli nümayəndələrinin tərtib etdiyi aktla rəsmiləşdirilir. 11.11. Enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddətdə və həcmdə elektrik enerjisinin haqqını ödəmədiyi, elektrik enerjisi rejimlərinə, həmçinin reaktiv gücün optimal göstəricisinə, o cümlədən reaktiv gücün kompensasiya qurğularının iş rejimlərinə əməl etmədiyi, elektrik enerjisinin müqavilə göstəricisini aşdığı, enerjisistemdə güc, elektrik enerjisi çatışmazlığı və ya qəza vəziyyəti ilə əlaqədar tətbiq edilən məhdudiyyət və birbaşa açılma qrafiklərini yerinə yetirmədiyi hallarda dövlət elektroenergetika müəssisəsi enerjitəchizatı müəssisəsi qarşısında buraxılmış aşağı keyfiyyətli elektrik enerjisinə və ya bununla əlaqədar dəymiş ziyana görə maddi məsuliyyət daşımır. 11.12. Enerjitəchizatı müəssisəsinin təqsirindən dövlət elektroenergetika müəssisəsindən qidalanan başqa enerjitəchizatı müəssisələrinə aşağı keyfiyyətli elektrik enerjisi buraxıldıqda (bir və ya eyni zamanda bir neçə göstərici üzrə), təqsirkar enerjitəchizatı müəssisəsi buraxılmış aşağı keyfiyyətli elektrik enerjisinə və ya bununla əlaqədar dəymiş ziyana görə dövlət elektroenergetika müəssisəsi qarşısında sonuncunun başqa enerjitəchizatı müəssisələrinə ödədiyi ödəniş dəyərində maddi məsuliyyət daşıyır. 11.13. Dövlət elektroenergetika müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, enerjiresurslarından səmərəli istifadəsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. 11.14. Elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və enerjiresurslardan qənaətlə istifadə olunmasını təmin etmək üçün dövlət elektroenergetika müəssisəsi aşağıdakıları yerinə yetirməyə borcludur: 11.14.1. tərkibindəki mərkəzi dispetçer xidməti vasitəsilə dövlət elektroenergetika müəssisəsinə operativ (əməli) cəhətdən tabe olan elektrik stansiyalarının və yüksək gərginlikli elektrik şəbəkələrinin iş rejimini, avadanlıqların təmirə saxlanılmasını və başqa dövlətlərin elektroenergetika müəssisələrilə paralel işləməsini təmin etməyə; 11.14.2. ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçinin mövcud qaydalarla və normalarla müəyyən edilmiş həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerləşdiyi tikililəri təmir etməyə; 11.14.3. enerjisistemin dayanıqlı işini təmin etməyə; 11.14.4. rele mühafizələrinə və avtomatikaya qoyulmuş hədlərə (ustavka) riayət etməyə, onlarda müəyyən olunmuş müddətlərdə sazlama və profilaktik sınaq işlərini aparmağa; 11.14.5. X1 Agentliyinin və ya enerjitəchizatı müəssisəsinin müraciətinə əsasən dövlət elektroenergetika müəssisəsinin elektrik qurğularının iş ilə müəyyənləşdirilən elektrik enerjisinin keyfiyyətinə fasiləsiz, vaxtaşırı və epizodik nəzarət etməyə, şəbəkələrində elektrik enerjisinin keyfiyyətinin yaxşılaşdırılması üzrə tədbirləri həyata keçirməyə; 11.14.6. “Elektrik qurğularının quraşdırılması qaydaları”nın tələblərinə uyğun olaraq, elektrik enerjisinə görə hesablaşma uçotunu təşkil etməyə; 11.14.7. elektrik qurğularına xidmət üçün tələb olunan ixtisaslı elektrotexniki heyətlə təmin etməyə, elektrik qurğularına xidmət edən heyəti öyrətməyə, təlimatlandırmağa və onları avadanlıqlaşdırılmış iş yeri ilə, mühafizə vasitələrilə, alətlərlə, lazımi materiallarla və təlimatlarla təmin etməyə; 11.14.8. qəzaya və yanğına qarşı təhlükəsizlik texnikası üzrə tədbirləri həyata keçirməyə; 11.14.9. enerjiresurslarından səmərəli və qənaətlə istifadəyə, elektrik qurğularının texniki istismar qaydalannın, təhlükəsizlik texnikası qaydalarının, təlimatların, digər normativ sənədlərin tələblərinə əməl olunmasına və səlahiyyəti daxilində digər məsələlərə nəzarət etmək üçün X1 Agentliyinin səlahiyyətli nümayəndələrinin (onların xidməti vəsiqələri, nəzarətin həyata keçirilməsi haqqında qərarın surəti və nəzarətin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı əsasında) günün istənilən vaxtı maneəsiz elektrik qurğularına buraxılmasını təmin etməyə; 11.14.10. elektrik enerjisinin istehsalında, saxlanılmasında, ötürülməsində, paylanmasında, satışında, istehlakında və enerji effektivliyi sahəsində, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların istismarında texniki istismar qaydalarının, təhlükəsizlik texnikası qaydalarının, elektrik qurğularının quraşdırılması qaydalarmın və digər normativ sənədlərin tələblərinə əməl olunmasında aşkar edilmiş pozuntu və çatışmazlıqların aradan qaldırılması haqqında X1 Agentliyinin səlahiyyətli nümayəndələrinin tələbnamələrini müəyyən olunmuş müddətlərdə yerinə yetirməyə.[66] 11.15. Dövlət elektroenergetika müəssisəsi tabeliyində olan elektrik stansiyalarında, yüksək gərginlikli elektrik şəbəkələrində baş verən qəza və yanğın, həmçinin elektrik cərəyanının təsirindən insanların xəsarət alması haqqında Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X1 Agentliyinə və müvafiq dövlət orqanlarına məlumat verməyə borcludur. [67] Dövlət elektroenergetika müəssisəsi enerjitəchizatı müəssisəsinə onlar arasındakı hesablaşma uçot cihazındakı və ya uçot sxemindəki pozuntular, həmçinin tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müəssisəsinə məxsus elektrik qurğularındakı nasazlıqlar haqqında məlumat verməyə borcludur. 11.16. Dövlət elektroenergetika müəssisəsi “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na və “Gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na əsasən ona məxsus elektrik qurğularının qorunmasını, onlara sərbəst keçməyi və yanaşmağı təmin etməli, kabel və hava elektrik verilişi xətlərinin mühafizə zonalarında hər hansı bir obyektin tikintisinə, materialların yığılmasına, kabel və hava elektrik verilişi xətləri mənsub olan təşkilatın icazəsi olmadan torpaq və tikinti işlərinin aparılmasına yol verməməlidir. 11.17. Dövlət elektroenergetika müəssisəsinin ərazisindəki yarımstansiyaların tranzit hissəsində enerjitəchizatı müəssisəsinə aid şəbəkədə operativ əməliyyatlar, tikinti və təmir işləri aparmaq üçün enerjitəchizatı müəssisəsinə aid şəbəkədə operativ əməliyyatlar, tikinti və təmir işləri aparmaq üçün enerjitəchizatı müəssisəsinin elektrotexniki heyətinin bu qurğulara buraxılmasını təmin etməyə borcludur. İşlər başa çatdıqda enerjitəchizatı müəssisəsi öz hesabına işlər aparılmış əraziləri və tikililəri lazımi vəziyyətə gətirməyə borcludur. 11.18. Dövlət elektroenergetika müəssisəsinin mərkəzi dispetçer xidməti enerjisistemin sabit işləməsinə, enerji təchizatına təhlükə yaradan qəza vəziyyətlərinin qarşısının alınmasına və aradan qaldırılmasına məsuliyyət daşıyır. Enerjitəchizatı müəssisəsinin yerli dispetçer xidməti operativ idarəçilik iyerarxiyasına görə özündən yuxarı pillədə yerləşən dövlət elektroenergetika müəssisəsinin dispetçer xidmətinə tabedir və onların fəaliyyəti xüsusi təlimatla nizamlanır. 11.19. Dövlət elektroenergetika müəssisəsi hesabat vermə qaydaları haqqındakı mövcud əsasnamələrə uyğun olaraq, təsdiq olunmuş formalarla, müəyyən edilmiş müddətlərdə enerjiresurslarından istifadə normalarına, texniki itkilər (texnoloji sərfiyyat) tapşırıqlarına əməl olunması, elektrik enerjisinin hasilatı, ötürülməsi və başqa göstəricilər haqqında Azərbaycan Respublikasının Energetika Nazirliyinə hesabat verməyə borcludur. 11.20. Enerjitəchizatı müəssisəsinə elektrik enerjisinin verilişi və fasilələr tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Elektrik enerjisi istehlakının məhdudlaşdınlması, həmçinin enerjitəchizatı müəssisəsinin yük qrafikinin tənzimlənməsi üzrə tədbirlər müvafiq təlimata uyğun həyata keçirilir.

12. MÜSTƏQİL ENERJİ İSTEHSALÇİLARİ İLƏ QARŞİLİQLİ MÜNASİBƏTLƏR

12.1. Müstəqil enerji istehsalçısına illik, rüblük və aylıq elektrik enerjisi istehsalı və saxlanılması üzrə sifariş, həmçinin sutkalıq yük qrafiklərinin əsas para-metrləri Azərbaycan Respublikasının Energetika Nazirliyi və İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən təsdiq olunur. [68] Dövlət elektroenergetika müəssisəsinin və (və ya) enerjitəchizatı müəssisəsinin şəbəkəsinə qoşulmuş müstəqil enerji istehsalçısının yerli dispetçer xidməti operativ idarəçilik iyerarxiyasına görə özündən yuxarı pillədə yerləşən dövlət elektroenergetika müəssisəsinin və (və ya) enerjitəchizatı müəssisəsinin dispetçer xidmətinə tabedir, onların fəaliyyəti xüsusi təlimatla nizamlanır. Dövlət elektroenergetika müəssisəsinə elektrik enerjisi buraxıldıqda, müstəqil enerji istehsalçısı və dövlət elektroenergetika müəssisəsi tərəfindən elektrik enerjisi istehsalı üzrə aylıq sifarişə əməl olunmalı və onun nəticələri barədə Azərbaycan Respublikasının Energetika Nazirliyinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə rəsmi məlumat verilməlidir.[69] Enerjitəchizatı müəssisəsinə elektrik enerjisi buraxıldıqda, elektrik enerjisi istehsalı və saxlanılması üzrə aylıq sifarişə müstəqil enerji istehsalçısı və enerjitəchizatı müəssisəsi tərəfindən əməl olunmalı və onun nəticələri barədə Azərbaycan Respublikasının Energetika Nazirliyinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə rəsmi məlumat verilməlidir. Müstəqil enerji istehsalçısından dövlət elektroenergetika müəssisəsinin və (və ya) enerjitəchizatı müəssisəsinin şəbəkəsinə elektrik enerjisinin verilişi təsdiq olunmuş sifarişə uyğun aparılır. 12.2. Elektrik enerjisi istehsalı və saxlanılması üzrə aylıq sifarişə əsasən dövlət elektroenergetika müəssisəsinin və (və ya) enerjitəchizatı müəssisəsinin dispetçer xidməti bu Qaydaların 12.1-ci bəndinə uyğun olaraq təsdiq edilmiş sutkalıq yük qrafiklərinin əsas parametrlərini nəzərə almaqla müstəqil enerji istehsalçısına elektrik enerjisinin sutkalıq yük qrafikini verir.[70] 12.2.3. Müstəqil enerji istehsalçısı tərəfindən dövlət elektroenergetika müəssisəsinin, yaxud enerjitəchizatı müəssisəsinin şəbəkəsinə verilən aktiv və reaktiv. elektrik enerjisinin hesablanması balans mənsubiyyəti sər-hədində quraşdırılmış hesablaşma elektrik sayğacları vasitəsi ilə yerinə yetirilir. Hesablaşma elektrik sayğaclarının işi pozulduqda elektrik enerjisinə görə hesablaşma elektrik enerjisinin sutkalıq yük qrafikinə uyğun aparılır. Hesablaşma elektrik sayğaclarının işçi vəziyyətdə saxlanılmasına və qorunmasına görə məsuliyyət onların quraşdırıldığı elektrik qurğusunun mülkiyyətçisinin üzərinə düşür. 12.4. Müstəqil enerji istehsalçısı tərəfindən dövlət elektroenergetika müəssisəsinin və (və ya) enerjitəchizatı müəssisəsinin şəbəkəsinə elektrik enerjisinin verilməsi müvafiq olaraq, onunla dövlət elektroenergetika müəssisəsi və (və ya) enerjitəchizatı müəssisəsi arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən aparılır. 12.5. Müstəqil enerji istehsalçısından dövlət elektroenergetika müəssisəsinin, yaxud enerjitəchizatı müəssisəsinin şəbəkəsinə verilən elektrik enerjisinin tarif qiyməti mövcud qanunvericiliyə əsasən müvafiq dövlət orqanı tərəfindən təsdiq edilir. 12.6. Müstəqil enerji istehsalçısından dövlət elektroenergetika müəssisəsinin, yaxud enerjitəchizatı müəssisəsinin şəbəkəsinə verilən elektrik enerjisinə görə hesablaşma dövrü bir ay qəbul olunur. Dövlət elektroenergetika müəssisəsi, yaxud enerjitəchizatı müəssisəsi hesablaşma dövründə aldığı elektrik enerjisinin haqqını, müstəqil enerji istehsalçısına onlar arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddət ərzində ödəməlidir. Hər hansı bir səbəbdən, o cümlədən hesabında vəsait olmadığından dövlət elektroenergetika müəssisəsi, yaxud enerjitəchizatı müəssisəsi təqdim edilmiş elektrik enerjisinə görə ödəniş sənədi üzrə ödənişi elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddət ərzində müstəqil enerji istehsalçısının hesabına köçürmədikdə, hər bir gün üçün ödəniş aparılan günədək ödəmə sənədindəki məbləğin 0,01 faizi miqdarında dəbbə (penya) verilməlidir. Ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, dövlət elektroenergetika müəssisəsi, yaxud enerjitəchizatı müəssisəsi bu barədə müstəqil enerji istehsalçısına yazılı məlumat verməlidir. Dövlət elektroenergetika müəssisəsi, yaxud enerjitəchizatı müəssisə-si yazılı məlumat verdikdən sonra müstəqil enerji istehsalçısı on gündən gec olmayaraq hesablaşmanı və lazım gələrsə sayğacı yoxlamalı, bu yoxlamanın nəticələri haqqında müvafiq olaraq dövlət elektroenergetika müəssisəsinə və ya enerjitəchizatı müəssisəsinə məlumat verməlidir. Sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında dövlət elektroenergetika müəssisəsinin, yaxud enerjitəchizatı müəssisəsinin məlumat verməsi, onu təqdim olunan ödəmə sənədi üzrə müəyyən olunmuş müddətdə ödənişdən azad etmir. Elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, müstəqil enerji istehsalçısı Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərtilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda yenidən hesablaşma aparılır. 12.7. Müstəqil enerji istehsalçısının təqsirindən dövlət elektroenergetika müəssisəsinin, yaxud enerjitəchizatı müəssisəsinin şəbəkəsinə elektrik enerjisinin kəsirlə verildiyi hallarda müstəqil enerji istehsalçısı buraxılmamış elektrik enerjisinin ikiqat tarifi dəyərində müvafiq olaraq dövlət elektroenergetika müəssisəsinə və ya enerjitəchizatı müəssisəsinə ödəniş ödəyir. Əgər müstəqil enerji istehsalçısının təqsirindən baş vermiş qəza nəticəsində dövlət elektroenergetika müəssisəsinə, yaxud enerjitəchizatı müəssisəsinə ziyan dəymişdirsə (elektrik qurğularının, avadanlıqların zədələnərək yararsız hala düşməsi və s.), bu halda müstəqil enerji istehsalçısı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq dövlət elektroenergetika müəssisəsi və ya enerjitəchizatı müəssisəsi qarşısında maddi məsuliyyət daşıyır. 12.8. Müstəqil enerji istehsalçısının təqsirindən dövlət elektroenergetika müəssisəsinin, yaxud enerjitəchizatı müəssisəsinin şəbəkəsinə buraxılmamış elektrik enerjisinin miqdarı aylıq sifarişlə və bu müddətdə şəbəkəyə buraxılmış faktiki elektrik enerjisinin fərqi ilə müəyyən edilir. 12.9. Dövlət elektroenergetika müəssisəsinin və ya enerjitəchizatı müəssisəsinin təqsirindən müstəqil enerji istehsalçısından şəbəkəyə veriləcək elektrik enerjisinin təsdiq olunmuş aylıq sifarişi miqdarında elektrik enerjisi almaqdan imtina edildikdə, təqsirkar tərəf müstəqil enerji istehsalçısına istifadə olunmayan elektrik enerjisinin ikiqat tarifi dəyərində ödəniş ödəyir. İstifadəsindən imtina edilmiş elektrik enerjisinin miqdarı aylıq sifarişlə və bu müddətdə şəbəkəyə buraxılmış faktiki elektrik enerjisinin fərqi ilə müəyyən edilir. Əgər dövlət elektroenergetika müəssisəsinin, yaxud enerjitəchizatı müəssisəsinin təqsirindən baş vermiş qəza nəticəsində müstəqil enerji istehsalçısına ziyan dəymişdirsə (elektrik qurğularının və avadanlığın zədələnərək yararsız hala düşməsi və s.), bu halda təqsirkar tərəf Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müstəqil enerji istehsalçısı qarşısında maddi məsuliyyət daşıyır. Bu Qaydaların 12.10.1-ci və 12.10.2-ci bəndlərində göstərilən səbəblərlə əlaqədar istifadəsindən imtina edilmiş və dəymiş ziyana görə dövlət elektroenergetika müəssisəsi, yaxud enerjitəchizatı müəssisəsi müstəqil enerji istehsalçısı qarşısında maddi məsuliyyət daşımır. 12.10. Müstəqil enerji istehsalçısı aşağıda göstərilən səbəblərlə əlaqədar buraxılmamış elektrik enerjisinə və dəymiş ziyana görə dövlət elektroenergetika müəssisəsi, yaxud enerjitəchizatı müəssisəsi qarşısında maddi məsuliyyət daşımır: 12.10.1. fors-major hadisə ilə əlaqədar; 12.10.2. kənar şəxslərin düzgün olmayan hərəkətləri (səhvən birləşdirmə, açma və keçirmə, hava elektrik veriliş xətlərinin naqillərinin üzərinə kənar əşyaların atılması, hava və ya kabel elektrik veriliş xətlərinin mexaniki zədələnməsi və s.) nəticəsində baş vermiş qəzalarla əlaqədar; 12.10.3. dövlət elektroenergetika müəssisəsini, enerjitəchizatı müəssisəsini əvvəlcədən xəbərdar etməklə müstəqil enerji istehsalçısı tərəfindən elektrik və istilik qurğularında təmir işlərinin aparılması ilə əlaqədar. 12.11. Elektrik enerjisinin keyfiyyət göstəricilərinə görə dövlət elektroenergetika müəssisəsinin (enerjitəchizatı müəssisəsinin) və müstəqil enerji istehsalçısının məsuliyyəti mövcud qanunvericiliyə uyğun tərtib edilmiş tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsi ilə tənzimlənir. 12.12. Elektrik enerjisinin keyfiyyətinin aşağı düşməsinə təqsirkar tərəf və aşağı keyfiyyətli elektrik enerjisilə (faizlə ölçmənin müddətinə) işləmə müddəti “Ümumi təyinatlı elektrik şəbəkələrində elektrik enerjisinin keyfiyyətinə nəzarət və təhlili üzrə metodik göstərişlər”ə uyğun olaraq, statistik və ya qeydedici cihazların ölçülərinin nəticələri ilə müəyyənləşdirilir. Ölçülərin nəticələri müstəqil enerji istehsalçısının, müvafiq olaraq dövlət elektroenergetika müəssisəsinin, yaxud enerjitəchizatı müəssisəsinin və X1 Agentliyinin səlahiyyətli nümayəndələrinin tərtib etdiyi aktla rəsmiləşdirilir. 12.13. Dövlət elektroenergetika müəssisəsi, yaxud enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddətdə elektrik enerjisinin haqqını ödəmədiyi, elektrik enerjisinin müqavilə göstəricisini aşdığı hallarda müstəqil enerji istehsalçısı dövlət elektroenergetika müəssisəsi, yaxud enerjitəchizatı müəssisəsi qarşısında buraxılmış aşağı keyfiyyətli elektrik enerjisinə və ya bununla əlaqədar dəymiş ziyana görə maddi məsuliyyət daşımır. 12.14. Müstəqil enerji istehsalçısı aylıq elektrik enerjisi sifarişinə, sutkalıq yük qrafikinə, həmçinin bu dövrdə reaktiv gücün optimal göstəricisinə əməl etmədiyi hallarda, dövlət elektroenergetika müəssisəsi, yaxud enerjitəchizatı müəssisəsi müstəqil enerji istehsalçısı qarşısında elektrik enerjisinin keyfiyyətinin aşağı düşməsinə və ya bununla əlaqədar dəymiş ziyana görə maddi məsuliyyət daşımır. 12.15. Elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və enerjiresurslarından qənaətlə istifadə olunmasını təmin etmək üçün müstəqil enerji istehsalçısı aşağıdakıları yerinə yetirməyə borcludur: 12.15.1. öz idarəetmə ərazisində elektrik və istilik şəbəkəsinin təhlükəsiz, etibarlı və səmərəli işləməsini təmin edən yerli dispetçer xidmətini təşkil etməyə; 12.15.2. ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçinin mövcud qaydalarla və normalarla müəyyən edilmiş 12.15.3. həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerləşdiyi tikililəri təmir etməyə; 12.15.4. dövlət elektroenergetika müəssisəsi və ya enerjitəchizatı müəssisəsi tərəfindən rele mühafizələrinə, həmçinin avtomatikaya qoyulmuş hədlərə (ustavka) əməl etməyə, müəyyən olunmuş müddətlərdə sazlama və profilaktik sınaq işlərini aparmağa; 12.15.5. dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin və X1 Agentliyinin tələbinə əsasən müstəqil enerji istehsalçısının elektrik qurğularının işi ilə müəyyənləşdirilən elektrik enerjisinin keyfiyyətinə fasiləsiz, vaxtaşırı və epizodik nəzarət etməyə, şəbəkəsində elektrik enerjisinin keyfiyyətinin yaxşılaşdırılması üzrə tədbirləri həyata keçirməyə; 12.15.6. “Elektrik qurğularının quraşdırılması qaydaları”nın tələblərinə uyğun olaraq, elektrik enerjisinə görə hesablaşma uçotunu təşkil etməyə; elektrik qurğularına xidmət üçün tələb olunan ixtisaslı elektrotexniki heyətlə təmin etməyə, elektrik qurğularına xidmət edən heyəti öyrətməyə, təlimatlandırmağa və onları avadanlıqlaşdırılmış iş yeri ilə, mühafizə vasitələrilə, alətlərlə, lazımi materiallarla və təlimatlarla təmin etməyə; 12.15.7. qəzaya və yanğına qarşı təhlükəsizlik texnikası üzrə tədbirləri həyata keçirməyə; 12.15.8. enerjiresurslardan səmərəli və qənaətlə istifadəsinə, elektrik qurğularının texniki istismar qaydalarının, təhlükəsizlik texnikası qaydalarının, təlimatların digər normativ sənədlərin tələblərinə əməl olunmasına və səlahiyyəti daxilində digər məsələlərə nəzarət etmək üçün X1 Agentliyinin səlahiyyətli nümayəndələrinin (onların xidməti vəsiqələri, nəzarətin həyata keçirilməsi haqqında qərarın surəti və nəzarətin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı əsasında) günün istənilən vaxtı maneəsiz elektrik qurğularına buraxılmasını təmin etməyə; 12.15.9. elektrik enerjisinin istehsalında, saxlanılmasında, ötürülməsində, paylanmasında, satışında, istehlakında və enerji effektivliyi sahəsində, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların istismarında texniki istismar qaydalarının, təhlükəsizlik texnikası qaydalarının, elektrik qurğularının quraşdırılması qaydalarının və digər normativ sənədlərinin tələblərinə əməl olunmasında aşkar edilmiş pozuntu və çatışmazlıqların aradan qaldırılması haqqında X1 Agentliyinin səlahiyyətli nümayəndələrinin tələbnamələrini müəyyən olunmuş müddətlərdə yerinə yetirməyə.[71] 12.16. Müstəqil enerji istehsalçısı ona məxsus elektrik stansiyasında elektrik və istilik qurğularının, avadanlığın zədələnməsi ilə əlaqədar baş verən qəzalar və yanğınlar, həmçinin elektrik cərəyanının təsirindən insanların xəsarət alması haqqında Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X1 Agentliyinə və müvafiq dövlət orqanlarına məlumat verməyə borcludur. Müstəqil enerji istehsalçısı müvafiq olaraq, dövlət elektroenergetika müəssisəsinə, yaxud enerjitəchizatı müəssisəsinə onlar arasındakı hesablaşma uçot cihazlarındakı və uçot sxemindəki pozuntular, həmçinin tikililərində və ya ərazisində yerləşən dövlət elektroenergetika müəssisəsinə və ya enerjitəchizatı müəssisəsinə məxsus elektrik qurğularındakı nasazlıqlar haqqında məlumat verməyə borcludur. 12.17. Müstəqil enerji istehsalçısı “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na və “Gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na əsasən ona məxsus elektrik qurğularının qorunmasını, onlara sərbəst keçməyi və yanaşmağı təmin etməli, kabel və hava elektrik verilişi xətlərinin mühafizə zonalarında hər hansı bir obyektin tikintisinə, materialların yığılmasına, kabel və hava xətləri mənsub olan təşkilatm icazəsi olmadan torpaq və tikinti işlərinin aparılmasına yol verməməlidir. 12.18. Müstəqil enerji istehsalçısı ilə dövlət elektroenergetika müəssisəsi, yaxud enerjitəchizatı müəssisəsi arasında bu Qaydalardan irəli gələn məsələlər üzrə fikir aynlığı yarandıqda tərəflər Azərbaycan Respublikasının Energetika Nazirliyinə müraciət edə bilərlər.

“Elektrik enerjisindən istifadə qaydaları”na 1 nömrəli əlavə

Enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi (bundan sonra - abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli MÜQAVİLƏSİ Biz, aşağıda imza edənlər __________________________________________________________________ enerjitəchizatı müəssisəsi adından ___________________________________________________________ (vəzifəsi) _____________________________________________________________________ __________ şəxsində və (soyadı, adı, atasının adı) _____________________________________________________________________ _____ abonent adından _____________________________________________________________________ _____ şəxsində tərəflər (vəzifəsi, soyadı, adı, atasının adı) arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır. Müqavilənin şərtləri Tərəflər elektrik enerjisinin alqı-satqısı və istehlakı ilə əlaqədar qarşılıqlı münasibətlərdə “Elektrik enerjisindən istifadə qaydaları”nı rəhbər tuturlar. Abonentə illik buraxılacaq elektrik enerjisinin təxmini miqdarı _____________ kVts və dəyəri ___________ manat İ rüb ____________ kVts İİİ rüb __________ kVts İİ rüb ____________ kVts İV rüb __________ kVts Subabonentlər daxil olmaqla abonentə illik buraxılacaq elektrik enerjisinin təxmini miqdarı __________ kVts və dəyəri ___________ manat (subabonentlər haqqında məlumatlar bu müqaviləyə əlavə edilir).

3. İstifadəsinə icazə verilmiş (qoşulmuş) transformatorların gücü ______________ kVA

4. kV gərginlikli tərəfdə qoşulmuş elektrik qəbuledicilərin gücü ____________ kVt

5. Reaktiv gücün optimal səviyyəsi ________________ kVAr

6. Abonentin elektrik qurğularının etibarlılıq kateqoriyası ____________________

7. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti bu müqaviləyə əlavə olunmuş aktla müəyyən edilir.

8. Enerjitəchizatı müəssisəsi bu müqavilə ilə müəyyənləşdirilmiş elektrik enerjisinin göstəricilərinə uyğun olaraq abonenti elektrik enerjisi ilə təchiz edir.

9. Hesablaşma elektrik sayğacları: __________________________ kV gərginlik tərəfində _____________________________________________________________________ _____________________elektrik qurğusunun adı, sayğac quraşdırıldığı yuvanın nömrəsi _____________________________________________________________________ _____________________elektrik qurğusunun adı, sayğac quraşdırıldığı yuvanın nömrəsi

10. Elektrik enerjisinə görə hesablaşmalar yalnız tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə əsasən aparılır ( ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalı nəzərə alınmaqla). [72] Abonentin baş transformatoru enerjitəchizatı müəssisəsinin elektrik veriliş xəttinə (EVX) bilavasitə qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatordan sonra orta (alçaq) gərginlik tərəfində quraşdırıldıqda, abonentlə hesablaşmalarda hər 1 kVt saat elektrik enerjisinə görə ödəniş müvafiq olaraq ikidolaqlı transformatorlar üçün 1,03 və üçdolaqlı transformatorlar üçün 1,05 yüksəldici əmsala vurulmalıdır. Bu halda balans mənsubiyyəti sərhədindən hesablaşma elektrik sayğacı quraşdırılmış yerə qədər elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesabat yolu ilə ________________ kVts (hesablaşma dövrü üçün) müəyyən edilir, həmin elektrik enerjisi itkisinə görə abonentdən əlavə ödəniş tutulmur və o abonentə buraxılmış elektrik enerjisi ilə cəmlənir. Hesablaşma elektrik sayğacları tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən şəbəkənin balans mənsubiyyəti sərhədinə qədər elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesabat yolu ilə ______________________ kVts (hesablaşma dövrü üçün) müəyyən edilir və həmin elektrik enerjisi itkisi hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir (yaxud çıxılır).

11. Elektrik enerjisinə görə hesablaşmalar ________________ istehlakçı qrupu üçün müəyyən edilmiş 1 kVts aktiv elektrik enerjisi ____________________ manat + (ƏDV) = _________________ manat tarif üzrə aparılır. Tarif qiymətləri tənzimləndikdə bu müqavilədə müvafiq dəyişikliklər edilir.

12. Elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. Enerjitəchizatı müəssisəsi hesablaşma dövründə abonentə buraxılmış elektrik enerjisinə görə ödəniş sənədini növbəti hesabat dövrünün ( ayının) _____________________ dək abonentə təqdim edir, sonrakı bir ay müddətində hesablaşma dövründəki elektrik enerjisinin haqqı abonent tərəfindən ödənilir. Abonent hər hansı bir səbəbdən, o cümlədən hesabında vəsait olmadığından ona təqdim edilmiş elektrik enerjisinə görə ödəniş sənədi üzrə ödənişi beş bank günü ərzində enerjitəchizatı müəssisəsinin hesabına köçürmədikdə, hər bir gün üçün ödəniş aparılan günədək ödəniş sənədindəki məbləğin 0,01% miqdarında enerjitəchizatı müəssisəsinə dəbbə (penya) ödəyir. Elektrik enerjisi borcuna görə enerjitəchizatı müəssisəsi üç gün əvvəl xəbərdar etməklə abonentin enerjitəchizatını dayandırmaq hüququna malikdir və enerjitəchizatı dayandırıldığı müddət üçün dəbbə ( penya) tutulmur. [73]

13. Tərəflər arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün nəzərdə tutulmuş hesablaşma elektrik sayğaclarının alınması, quraşdırılması, istismara qəbul edilməsi, standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilməsi və istismarı “Elektrik enerjisindən istifadə qaydaları”nın 7.6-cı bəndinə uyğun həyata keçirilir. Hesablaşma elektrik sayğaclarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun mülkiyyətçisinin ______________________üzərinə düşür.

14. Enerjitəchizatı müəssisəsinin elektrik şəbəkələrində təmir işlərinin aparılması ilə əlaqədar ehtiyat qida mənbəyi olmayan abonentin şəbəkədən açılması sayı və müddətləri _____________________________________________________________________ _____________________ (say və müddəti)

15. “Elektrik enerjisindən istifadə qaydaları”nın 4.1-ci bəndinə və müvafiq təlimata uyğun olaraq tərəflərin birgə hazırladığı enerjisistemdə güc, elektrik enerjisi çatışmazlığı ilə əlaqədar məhdudiyyət və birbaşa açılma qrafiklərinə əməl olunması abonent tərəfindən təmin olunur. Qəzaların qarşısının alınması və ya ləğv edilməsi üçün enerjitəchizatı müəssisəsi istehlakçının (açılması insan həyatı üçün təhlükə yaradan, partlayışa, yanğına, məhsulun kütləvi zay olmasına, mürəkkəb texnoloji proseslərin pozulmasına və s. səbəb ola bilən elektrik qurğuları istisna olmaqla) elektrik qurğularım şəbəkədən açmaq hüququna malikdir.

16. Abonent tutduğu ərazidən, binadan köçdükdə, öz fəaliyyətini dayandırdıqda və ya ləğv edildikdə, o on gün əvvəl enerjitəchizatı müəssisəsinə elektrik enerjisinin alqı-satqı müqaviləsinin ləğv olunması barədə müraciət etməli və sonuncu günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməlidir.

17. Abonent elektrik enerjisinin alqı-satqı müqaviləsindəki enerji göstəricilərini artırmaq və ya azaltmaq istədikdə, o bu barədə enerjitəchizatı müəssisəsinə bir ay əvvəl müraciət etməlidir. Enerjitəchizatı müəssisəsi abonentin müraciətinə on gün ərzində baxır və razılıq verdikdə elektrik enerjisinin alqı-satqı müqaviləsində uyğun dəyişikliklər edilir.

18. “Elektrik enerjisindən istifadə qaydaları”nın 9.12-ci bəndindəki hallara görə X1 Agentliyinin tələbinə əsasən və ya 9.13-cü bəndindəki (9.13.3-cü (yalnız qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallarda) və 9.13.6-cı yarımbəndlərində nəzərdə tutulan hallar istisna olmaqla) hallara görə enerjitəchizatı müəssisəsi əvvəlcədən xəbərdar etməklə abonentə elektrik enerjisi verilişini tam və ya qismən dayandıra bilər.[74] 18-1. Elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13-cü bəndində nəzərdə tutulmuş hallarda (9.13.3cü (yalnız qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallarda) və 9.13.6-cı yarımbəndlərində nəzərdə tutulan hallar istisna olmaqla) yazılı bildiriş göndərilmədən elektrik və istilik enerjisi verilməsinin dayandırılması qadağandır. [75]

19. Enerjitəchizatı müəssisəsinin abonent qarşısındakı məsuliyyəti “Elektrik enerjisindən istifadə qaydaları”nın 10-cu fəslinə uyğun müəyyən edilir.

20. Tərəflər arasında elektrik enerjisindən istifadədə mübahisəli məsələlər yarandıqda, enerjitəchizatı müəssisəsi və ya abonent məhkəməyə müraciət edə bilər.

21. Tərəflərin hüquqi ünvanlan və onların hesablaşma hesabları: Enerjitəchizatı müəssisəsi ______________________________________ (adı, ünvanı) Bank rekvizitləri: H/h №____________________ VÖEN: ____________________ Kod: ____________________ VÖEN: ____________________ M/h No: ____________________ Abonent _______________________________________ (adı, ünvanı) Bank rekvizitləri: H/h № ____________________ VÖEN: ____________________ Kod: ____________________ VÖEN: ____________________ M/h№: ____________________

22. Tərəflər öz rekvizitlərinin dəyişdirilməsi barədə vaxtında rəsmi yazılı məlumat verirlər.

23. Bu müqavilə iki nüsxədə tərtib olunmuşdur. Onlardan biri enerjitəchizatı müəssisəsinə, digəri isə abonentə verilir. İMZALAR: Enerjitəchizatı müəssisəsi Abonent

“Elektrik enerjisindən istifadə qaydaları”na 2 nömrəli əlavə

Enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi (bundan sonra-abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli MÜQAVİLƏSİ Biz, aşağıda imza edənlər __________________________________________________________________ enerjitəchizatı müəssisəsi adından ___________________________________________________________ (vəzifəsi) _____________________________________________________________________ __________ şəxsində və (soyadı, adı, atasının adı) _____________________________________________________________________ _____ abonent adından _____________________________________________________________________ _____ şəxsində tərəflər (vəzifəsi, soyadı, adı, atasının adı) arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır. Müqavilənin şərtləri

1. Tərəflər elektrik enerjisinin alqı-satqısı və istehlakı ilə əlaqədar qarşılıqlı münasibətlərdə “Elektrik enerjisindən istifadə qaydaları”nı rəhbər tuturlar.

2. Abonentə illik buraxılacaq elektrik enerjisinin təxmini miqdarı _________________ kVts və dəyəri _____________ manat Subabonentlər daxil olmaqla abonentə illik buraxılacaq elektrik enerjisinin təxmini miqdarı _________ kVts və dəyəri _________________ manat (subabonentlər haqqında məlumatlar bu müqaviləyə əlavə edilir).

3. İstifadəsinə icazə verilmiş (qoşulmuş) transformatorlann gücü ____________ kVA

4. kV gərginlikli tərəfdə qoşulmuş elektrik qəbuledicilərin gücü ____________ kVt

5. Abonentin elektrik qurğularının etibarlılıq kateqoriyası

6. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti bu müqaviləyə əlavə olunmuş aktla müəyyən edilir.

7. Enerjitəchizatı müəssisəsi bu müqavilə ilə müəyyənləşdirilmiş elektrik enerjisinin göstəricilərinə uyğun olaraq abonenti elektrik enerjisi ilə təchiz edir.

8. Hesablaşma elektrik sayğacları: _______________ kV gərginlik tərəfində _____________________________________________________________________ _____________________ elektrik qurğusunun adı, sayğac quraşdırıldığı yuvanın nömrəsi _____________________________________________________________________ _____________________ elektrik qurğusunun adı, sayğac quraşdırıldığı yuvanın nömrəsi

9. Elektrik enerjisinə görə hesablaşmalar yalnız tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə əsasən aparılır ( ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalı nəzərə alınmaqla). [76] Abonentin baş transformatoru enerjitəchizatı müəssisəsinin elektrik veriliş xəttinə (EVX) bilavasitə qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatordan sonra orta (alçaq) gərginlik tərəfində quraşdırıldıqda, abonentlə hesablaşmalarda hər 1 kVt saat elektrik enerjisinə görə ödəniş müvafiq olaraq, ikidolaqlı transformatorlar üçün 1,03 və üçdolaqlı transformatorlar üçün 1,05 yüksəldici əmsala vurulmalıdır, bu halda balans mənsubiyyəti sərhədindən hesablaşma elektrik sayğacı quraşdırılmış yerə qədər elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesabat yolu ilə _________________ kVts (hesablaşma dövrü üçün) müəyyən edilir, həmin elektrik enerjisi itkisinə görə abonentdən əlavə ödəniş tutulmur və o, abonentə buraxılmış elektrik enerjisi ilə cəmlənir. Hesablaşma elektrik sayğacları tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən şəbəkənin balans mənsubiyyəti sərhədinə qədər elektrik enerjisi itkisi ( texnoloji sərfiyyat) hesabat yolu ilə __________ kVts ( hesablaşma dövrü üçün) müəyyən edilir və həmin elektrik enerjisi itkisi hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir (yaxud çıxılır).

10. Elektrik enerjisinə görə hesablaşmalar istehlakçı qrupu üçün müəyyən edilmiş 1 kVts aktiv elektrik enerjisi ________________ manat +(ƏDV) = ________________ manat tarif üzrə aparılır. Tarif qiymətləri tənzimləndikdə bu müqavilədə müvafiq dəyişikliklər edilir.

11. Elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. Enerjitəchizatı müəssisəsi hesablaşma dövründə abonentə buraxılmış elektrik enerjisinə görə ödəniş sənədini növbəti hesabat dövrünün ( ayının) ________ dək abonentə təqdim edir, sonrakı bir ay müddətində hesablaşma dövründəki elektrik enerjisinin haqqı abonent tərəfindən ödənilir. Abonent hər hansı bir səbəbdən, o cümlədən hesabında vəsait olmadığından ona təqdim edilmiş elektrik enerjisinə görə ödəniş sənədi üzrə ödənişi beş bank günü ərzində enerjitəchizatı müəssisəsinin hesabına köçürmədikdə, hər bir gün üçün ödəniş aparılan günədək ödəniş sənədindəki məbləğin 0,01% miqdarında enerjitəchizatı müəssisəsinə dəbbə (penya) ödəyir. Elektrik enerjisi borcuna görə enerjitəchizatı müəssisəsi üç gün əvvəl xəbərdar etməklə abonentin enerjitəchizatını dayandırmaq hüququna malikdir və enerjitəchizatı dayandırıldığı müddət üçün dəbbə ( penya) tutulmur. [77]

12. Tərəflər arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün nəzərdə tutulmuş hesablaşma elektrik sayğaclarının alınması, quraşdırılması, istismara qəbul edilməsi, standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilməsi və istismarı “Elektrik enerjisindən istifadə qaydaları”nın 7.6-cı bəndinə uyğun həyata keçirilir. Hesablaşma elektrik sayğaclarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun mülkiyyətçisinin _______________________________ üzərinə düşür.

13. Enerjitəchizatı müəssisəsinin elektrik şəbəkələrində təmir işlərinin aparılması ilə əlaqədar ehtiyat qida mənbəyi olmayan abonentin şəbəkədən açılması sayı və müddətləri _____________________________________________________________________ _____________________ (say və müddəti)

14. “Elektrik enerjisindən istifadə qaydaları”nın 4.1-ci bəndinə və müvafiq təlimata uyğun olaraq tərəflərin birgə hazırladığı enerjisistemdə güc, elektrik enerjisi çatışmazlığı ilə əlaqədar məhdudiyyət və birbaşa açılma qrafiklərinə əməl olunması abonent tərəfindən təmin olunur. Qəzaların qarşısının alınması və ya ləğv edilməsi üçün enerjitəchizatı müəssisəsi istehlakçının (açılması insan həyatı üçün təhlükə yaradan, partlayışa, yanğına, məhsulun kütləvi zay olmasına, mürəkkəb texnoloji proseslərin pozulmasına və s. səbəb ola bilən elektrik qurğuları istisna olmaqla) elektrik qurğularını elektrik şəbəkəsindən açmaq hüququna malikdir.

15. Abonent tutduğu ərazidən, binadan köçdükdə, öz fəaliyyətini dayandırdıqda və ya ləğv edildikdə, o on gün əvvəl enerjitəchizatı müəssisəsinə elektrik enerjisinin alqı-satqı müqaviləsinin ləğv olunması barədə müraciət etməli və sonuncu günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməlidir.

16. Abonent elektrik enerjisinin alqı-satqı müqaviləsindəki enerji göstəricilərini artırmaq və ya azaltmaq istədikdə, o bu barədə enerjitəchizatı müəssisəsinə bir ay əvvəl müraciət etməlidir. Enerjitəchizatı müəssisəsi abonentin müraciətinə on gün ərzində baxır və razılıq verdikdə elektrik enerjisinin alqı-satqı müqaviləsində uyğun dəyişikliklər edilir.

17. “Elektrik enerjisindən istifadə qaydaları”nın 9.12-ci bəndindəki hallara görə X1 Agentliyinin tələbinə əsasən və ya 9.13-cü bəndindəki (9.13.3-cü (yalnız qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallarda) və 9.13.6-cı yarımbəndlərində nəzərdə tutulan hallar istisna olmaqla) hallara görə enerjitəchizatı müəssisəsi əvvəlcədən xəbərdar etməklə abonentə elektrik enerjisi verilişini tam və ya qismən dayandıra bilər.[78] 17-1. Elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13-cü bəndində nəzərdə tutulmuş hallarda (9.13.3cü (yalnız qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallarda) və 9.13.6-cı yarımbəndlərində nəzərdə tutulan hallar istisna olmaqla) yazılı bildiriş göndərilmədən elektrik və istilik enerjisi verilməsinin dayandırılması qadağandır. [79]

18. Enerjitəchizatı müəssisəsinin abonent qarşısındakı məsuliyyəti “Elektrik enerjisindən istifadə qaydaları”nın 10-cu fəslinə uyğun müəyyən edilir.

19. Tərəflər arasında elektrik enerjisindən istifadədə mübahisəli məsələlər yarandıqda, enerjitəchizatı müəssisəsi və ya abonent məhkəməyə müraciət edə bilər.

20. Tərəflərin hüquqi ünvanlan və onların hesablaşma hesabları: Enerjitəchizatı müəssisəsi ____________________________________ (adı, ünvanı) Bank rekvizitləri: H/h № ____________________ VÖEN: ____________________ Kod: ____________________ VÖEN: ____________________ M/h №: ____________________ Abonent _______________________________ (adı, ünvanı) Bank rekvizitləri: H/h № ____________________ VÖEN: ____________________ Kod: ____________________ VÖEN: ____________________ M/h №:

21. Tərəflər öz rekvizitlərinin dəyişdirilməsi barədə vaxtında rəsmi yazılı məlumat verirlər.

22. Bu müqavilə iki nüsxədə tərtib olunmuşdur. Onlardan biri enerjitəchizatı müəssisəsinə, digəri isə abonentə verilir. İMZALAR: Enerjitəhcizatı müəssisəsi Abonent

“Elektrik enerjisindən istifadə qaydaları”na 3 nömrəli əlavə

Enerjitəchizatı müəssisəsi ilə büdcədən maliyyələşdirilən təşkilat (bundan sonra - abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli MÜQAVİLƏSİ Biz, aşağıda imza edənlər __________________________________________________________________ enerjitəchizatı müəssisəsi adından _________________________________________________________ (vəzifəsi) _____________________________________________________________________ __________ şəxsində və (soyadı, adı, atasının adı) _____________________________________________________________________ _____ abonent adından _____________________________________________________________________ _____ şəxsində tərəflər (vəzifəsi, soyadı, adı, atasının adı) arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır. Müqavilənin şərtləri

1. Tərəflər elektrik enerjisinin alqı-satqısı və istehlakı ilə əlaqədar qarşılıqlı münasibətlərdə “Elektrik enerjisindən istifadə qaydalarını rəhbər tuturlar.

2. Abonentə illik buraxılacaq elektrik enerjisinin təxmini miqdarı ______________ kVts və dəyəri _______________ manat İ rüb _____________ kVts İİİ rüb _______________ kVts İİ rüb ____________ kVts İV rüb _______________ kVts Subabonentlər daxil olmaqla abonentə illik buraxılacaq elektrik enerjisinin təxmini miqdarı ___________ kVts və dəyəri ________________ manat (subabonentlər haqqında məlumatlar bu müqaviləyə əlavə edilir).

3. İstifadəsinə icazə verilmiş (qoşulmuş) transformatorların gücü ____________ kVA

4. ____________ kV gərginlikli tərəfdə qoşulmuş elektrik qəbuledicilərin gücü ____________ kVt

5. Abonentin elektrik qurğularının etibarlılıq kateqoriyası _________________

6. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti bu müqaviləyə əlavə olunmuş aktla müəyyən edilir.

7. Enerjitəchizatı müəssisəsi bu müqavilə ilə müəyyənləşdirilmiş elektrik enerjisinin göstəricilərinə uyğun olaraq abonenti elektrik enerjisi ilə təchiz edir.

8. Hesablaşma elektrik sayğacları ______________ kV gərginlik tərəfində _____________________________________________________________________ _____________________ elektrik qurğusunun adı, sayğac quraşdırıldığı yuvanın nömrəsi _____________________________________________________________________ _____________________ elektrik qurğusunun adı, sayğac quraşdırıldığı yuvanın nömrəsi

9. Elektrik enerjisinə görə hesablaşmalar yalnız tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə əsasən aparılır ( ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalı nəzərə alınmaqla). [80] Abonentin baş transformatoru enerjitəchizatı müəssisəsinin elektrik veriliş xəttinə (EVX) bilavasitə qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatordan sonra orta (alçaq) gərginlik tərəfində quraşdırıldıqda abonentlə hesablaşmalarda hər 1 kVt saat elektrik enerjisinə görə ödəniş müvafiq olaraq ikidolaqlı transformatorlar üçün 1,03 və üçdolaqh transformatorlar üçün 1,05 yüksəldici əmsala vurulmalıdır, bu halda balans mənsubiyyəti sərhədindən hesablaşma elektrik sayğacı quraşdırılmış yerə qədər elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesabat yolu ilə ______________ kVts (hesablaşma dövrü üçün) müəyyən edilir, həmin elektrik enerjisi itkisinə görə abonentdən əlavə ödəniş tutulmur və o abonentə buraxılmış elektrik enerjisi ilə cəmlənir. Hesablaşma elektrik sayğacları tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən şəbəkənin balans mənsubiyyəti sərhədinə qədər elektrik enerjisi itkisi ( texnoloji sərfiyyat) hesabat yolu ilə ______________________ kVts ( hesablaşma dövrü üçün) müəyyən edilir və həmin elektrik enerjisi itkisi hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir (yaxud çıxılır).

10. Elektrik enerjisinə görə hesablaşmalar büdcədən maliyyələşdirilən istehlakçı qrupu üçün müəyyən edilmiş 1 kVts aktiv elektrik enerjisi manat + (ƏDV) = __________________ manat tarif üzrə aparılır. Tarif qiymətləri tənzimləndikdə bu müqavilədə müvafiq dəyişikliklər edilir.

11. Elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. Enerjitəchizatı müəssisəsi hesablaşma dövründə abonentə buraxılmış elektrik enerjisinə görə ödəniş sənədini növbəti hesabat dövrünün ( ayının) _____________ dək abonentə təqdim edir, sonrakı bir ay müddətində hesablaşma dövründəki elektrik enerjisinin haqqı abonent tərəfindən ödənilir. Abonent hər hansı bir səbəbdən, o cümlədən hesabında vəsait olmadığından ona təqdim edilmiş elektrik enerjisinə görə ödəniş sənədi üzrə ödənişi beş bank günü ərzində enerjitəchizatı müəssisəsinin hesabına köçürmədikdə hər bir gün üçün ödəniş aparılan günədək ödəniş sənədindəki məbləğin 0,01% miqdarında enerjitəchizatı müəssisəsinə dəbbə (penya) ödəyir. Elektrik enerjisi borcuna görə enerjitəchizatı müəssisəsi üç gün əvvəl xəbərdar etməklə abonentin enerjitəchizatını dayandırmaq hüququna malikdir və enerjitəchizatı dayandırıldığı müddət üçün dəbbə ( penya) tutulmur. [81]

12. Tərəflər arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün nəzərdə tutulmuş hesablaşma elektrik sayğaclarının alınması, quraşdırılması, istismara qəbul edilməsi, standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilməsi və istismarı “Elektrik enerjisindən istifadə qaydaları”nın 7.6-cı bəndinə uyğun həyata keçirilir. Hesablaşma elektrik sayğaclarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun mülkiyyətçisinin _________________ üzərinə düşür.

13. Enerjitəchizatı müəssisəsinin elektrik şəbəkələrində təmir işlərinin aparılması ilə əlaqədar ehtiyat qida mənbəyi olmayan abonentin şəbəkədən açılması sayı və müddətləri _____________________________________________________________________ _____________________ (say və müddəti)

14. “Elektrik enerjisindən istifadə qaydaları”nın 4.1-ci bəndinə və müvafiq təlimata uyğun olaraq tərəflərin birgə hazırladığı enerjisistemdə güc, elektrik enerjisi çatışmazlığı ilə əlaqədar məhdudiyyət və birbaşa açılma qrafiklərinə əməl olunması abonent tərəfindən təmin olunur. Qəzaların qarşısının alınması və ya ləğv edilməsi üçün enerjitəchizatı müəssisəsi istehlakçının (açılması insan həyatı üçün təhlükə yaradan, partlayışa, yanğına, məhsulun kütləvi zay olmasına, mürəkkəb texnoloji proseslərin pozulmasına və s. səbəb ola bilən elektrik qurğuları istisna olmaqla) elektrik qurğularını elektrik şəbəkəsindən açmaq hüququna malikdir.

15. Abonent tutduğu ərazidən, binadan köçdükdə, öz fəaliyyətini dayandırdıqda və ya ləğv edildikdə, o on gün əvvəl enerjitəchizatı müəssisəsinə elektrik enerjisinin alqı-satqı müqaviləsinin ləğv olunması barədə müraciət etməli və sonuncu günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməlidir.

16. Abonent elektrik enerjisinin alqı-satqı müqaviləsindəki enerji göstəricilərini artırmaq və ya azaltmaq istədikdə, o bu barədə enerjitəchizatı müəssisəsinə bir ay əvvəl müraciət etməlidir. Enerjitəchizatı müəssisəsi abonentin müraciətinə on gün ərzində baxır və razılıq verdikdə elektrik enerjisinin alqı-satqı müqaviləsində uyğun dəyişikliklər edilir.

17. “Elektrik enerjisindən istifadə qaydaları”nın 9.12-ci bəndindəki hallara görə X1 Agentliyinin tələbinə əsasən və ya 9.13-cü bəndindəki (9.13.3-cü (yalnız qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallarda) və 9.13.6-cı yarımbəndlərində nəzərdə tutulan hallar istisna olmaqla) hallara görə enerjitəchizatı müəssisəsi əvvəlcədən xəbərdar etməklə abonentə elektrik enerjisi verilişini tam və ya qismən dayandıra bilər. [82] 17-1. Elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13-cü bəndində nəzərdə tutulmuş hallarda (9.13.3cü (yalnız qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallarda) və 9.13.6-cı yarımbəndlərində nəzərdə tutulan hallar istisna olmaqla) yazılı bildiriş göndərilmədən elektrik və istilik enerjisi verilməsinin dayandırılması qadağandır.[83]

18. Enerjitəchizatı müəssisəsinin abonent qarşısındakı məsuliyyəti “Elektrik enerjisindən istifadə qaydaları”nın 10-cu fəslinə uyğun müəyyən edilir.

19. Tərəflər arasında elektrik enerjisindən istifadədə mübahisəli məsələlər yarandıqda, enerjitəchizatı müəssisəsi və ya abonent məhkəməyə müraciət edə bilər.

20. Tərəflərin hüquqi ünvanları və onların hesablaşma hesabları: Enerjitəchizatı müəssisəsi _____________________________________ (adı, ünvanı) Bank rekvizitləri: H/h № ____________________ VÖEN: ____________________ Kod: ____________________ VÖEN: ____________________ M/h №: ____________________ Abonent ______________________________ (adı, ünvanı) Bank rekvizitləri: H/h № ____________________ VÖEN: ____________________ Kod: ____________________ VÖEN: ____________________ M/h №: ____________________

21. Tərəflər öz rekvizitlərinin dəyişdirilməsi barədə vaxtında rəsmi yazılı məlumat verirlər.

22. Bu müqavilə iki nüsxədə tərtib olunmuşdur. Onlardan biri enerjitəchizatı müəssisəsinə, digəri isə abonentə verilir. İMZALAR: Enerjitəchizatı müəssisəsi Abonent

“Elektrik enerjisindən istifadə qaydaları”na 4 nömrəli əlavə

Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli

MÜQAVİLƏSİ

Biz, aşağıda imza edənlər _________________________________________________________ enerjitəchizatı müəssisəsi adından ____________________________________________________ (vəzifəsi) _______________________________________________________________________ __ şəxsində və (soyadı, adı, atasının adı) _______________________________________________________________________ ____________ (ünvanı, soyadı, adı, atasının adı) _______________________________________________________________ məişət abonenti tərəflər arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlayırıq.

Müqavilənin şərtləri

1. Tərəflər elektrik enerjisinin alqı-satqısı və istehlakı ilə əlaqədar qarşılıqlı münasibətlərdə “Elektrik enerjisindən istifadə qaydaları”nı rəhbər tuturlar.

2. Hesablaşma elektrik sayğacı: _______________________________________________________________________ _______ (elektrik sayğacının quraşdırıldığı yer)

3. Məişət abonenti ilə elektrik enerjisinə görə hesablaşma quraşdırıldığı yerdən asılı olmayaraq hesablaşma yalnız elektrik sayğacının göstərişinə əsasən aparılır (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalı nəzərə alınmaqla). Məişət abonenti ilə elektrik enerjisinə görə hesablaşmada elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. [84]

4. Elektrik enerjisinə görə hesablaşmalar məişət abonenti istehlakçı qrupu üçün təyin edilmiş 1 kVts aktiv elektrik enerjisi ____________manat tarif üzrə aparılır. Tarif qiymətləri tənzimləndikdə bu nəzərə alınır. Elektrik şəbəkəsinə qoşulmuş elektrik qəbuledicilərinin gücü ________ kVt müəyyən edilir.[85]

5. Elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. Özünəxidmət üsulu tətbiq edildikdə, hesablaşma kitabçasında müəyyən olunmuş gündən, yaxud enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik enerjisi sərfinə görə ödəniş sənədi təqdim edildiyi gündən sonra məişət abonenti 10 gün müddətində poçt və ya bank şöbələri vasitəsilə elektrik enerjisinin haqqını ödəməlidir. Məişət abonenti müəyyən olunmuş gündən sonra 10 gün müddətində ödəniş sənədi üzrə sərf etdiyi elektrik enerjisinin haqqını ödəmədikdə, sonrakı hər bir gün üçün ödəniş aparılan günədək ödəniş sənədindəki məbləğin 0,01% miqdarında enerjitəchizatı müəssisəsinə dəbbə (penya) ödəyir. Məişət abonenti bundan sonrakı 20 gün müddətində ödəniş sənədi üzrə sərf etdiyi elektrik enerjisinin haqqını ödəmədikdə, dəbbə (penya) tutulması hüququndan asılı olmayaraq, enerjitəchizatı müəssisəsi 3 gün əvvəl xəbərdar etməklə, onu enerjiyə görə borc ödənilənədək elektrik şəbəkəsindən aça bilər. Elektrik şəbəkəsindən açıldığı müddətdə məişət abonentindən dəbbə (penya) tutulmur. [86]

6. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək üçün sayğac quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. 6-1. Elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13-cü bəndində nəzərdə tutulmuş hallarda (9.13.3-cü və 9.13.6-cı yarımbəndlərində nəzərdə tutulan hallar istisna olmaqla) yazılı bildiriş göndərilmədən elektrik və istilik enerjisi verilməsinin dayandırılması qadağandır.[87]

7. Tərəflər arasında elektrik enerjisindən istifadədə mübahisəli məsələlər yarandıqda, enerjitəchizatı müəssisəsi və ya məişət abonenti bilavasitə məhkəməyə müraciət edə bilər.

8. Bu müqavilə iki nüsxədə tərtib olunmuşdur. Onlardan biri enerjitəchizatı müəssisəsinə, digəri isə məişət abonentinə verilir.

Enerjitəchizatı müəssisəsi ___________________________ (imza) Məişət abonenti ___________________________ (imza)

“Elektrik enerjisindən istifadə qaydaları”na

5 nömrəli əlavə Müstəqil enerji istehsalçısı ilə dövlət elektroenergetika müəssisəsi (enerjitəchizatı müəssisəsi) arasında elektrik enerjisinin alqı-satqısının birtipli

MÜQAVİLƏSİ

Biz, aşağıda imza edənlər__________________________________________________________ müstəqil enerji istehsalçısı adından ____________________________________________________ (vəzifəsi) _______________________________________________________________________ __şəxsində və (soyadı, adı, atasının adı) _______________________________ dövlət elektroenergetika (enerjitəchizatı müəssisəsi adından _______________________________________________________________________ _____şəxsində (vəzifəsi) _______________________________________________________________________ ____________ ( soyadı, adı, atasının adı) tərəflər arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır.

Müqavilənin şərtləri

1. Tərəflər elektrik enerjisinin alqı-satqısı və istehlakı ilə əlaqədar qarşılıqlı münasibətlərdə “Elektrik enerjisindən istifadə qaydaları”nı rəhbər tuturlar.

2. Müstəqil enerji istehsalçısı tərəfindən illik buraxılacaq elektrik enerjisinin miqdarı ______________ kVts və dəyəri _______________ manat Rüblük və aylıq elektrik enerjisinin istehsalı və maksimal güc tapşırığı

İ rüb Yanvar ___________________ kVs maksimal güc _________________________ min kV Fevral ___________________ kVs maksimal güc _________________________ min kV Mart ___________________ kVs maksimal güc _________________________ min kV İİ rüb Aprel ___________________ kVs maksimal güc _________________________ min kV May ___________________ kVs maksimal güc _________________________ min kV İyun ___________________ kVs maksimal güc _________________________ min kV İİİ rüb İyul ___________________ kVs maksimal güc _________________________ min kV Avqust ___________________ kVs maksimal güc _________________________ min kV Sentyabr ___________________ kVs maksimal güc _________________________ min kV İV rüb Oktyabr ___________________ kVs maksimal güc _________________________ min kV Noyabr ___________________ kVs maksimal güc _________________________ min kV Dekabr ___________________ kVs maksimal güc _________________________ min kV

3. Aylıq tapşırığa uyğun olaraq dövlət elektroenergetika müəssisəsinin mərkəzi dispetçer xidmətinin verdiyi sutkalıq yük qrafikinə əsasən müstəqil enerji istehsalçısı dövlət elektroenergetika müəssisəsinə (enerjitəchizatı müəssisəsinə) elektrik enerjisi buraxılmasını təmin edir.

4. Müstəqil enerji istehsalçısı ilə dövlət elektroenergetika müəssisəsi (enerjitəchizatı müəssisəsi) arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti bu müqaviləyə əlavə olunmuş aktla müəyyən edilir.

5. Hesablaşma elektrik sayğacları: _______________________ kV gərginlik tərəfində _______________________________________________________________________ _____________ elektrik qurğusunun adı, sayğac quraşdırıldığı yuvanın nömrəsi _______________________________________________________________________ _____________ elektrik qurğusunun adı, sayğac quraşdırıldığı yuvanın nömrəsi

6. Elektrik enerjisinə görə hesablaşmalar tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə əsasən aparılır (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalı nəzərə alınmaqla). Hesablaşma elektrik sayğacları tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən şəbəkənin balans mənsubiyyəti sərhədinə qədər elektrik enerjisi itkisi ( texnoloji sərfiyyat) hesabat yolu ilə ____________ kVts ( hesablaşma dövrü üçün) müəyyən edilir və həmin elektrik enerjisi itkisi hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir (yaxud çıxılır).

7. Elektrik enerjisinə görə hesablaşmalar müəyyən edilmiş tarif üzrə aparılır. 1 kVts aktiv elektrik enerjisi __________ manat + (ƏDV)=___________manat. Tarif qiymətləri tənzimləndikdə bu müqavilədə müvafiq dəyişikliklər edilir.

8. Elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. Müstəqil enerji istehsalçısı hesablaşma dövründə dövlət elektroenergetika müəssisəsinə (enerjitəchizatı müəssisəsinə) buraxılmış elektrik enerjisinə görə ödəniş sənədini növbəti hesabat dövrünün (ayının) ____dək ona təqdim edir, sonrakı iyirmi bank günü ərzində hesablaşma dövründəki elektrik enerjisinin haqqı dövlət elektroenergetika müəssisəsi (enerjitəchizatı müəssisəsi) tərəfindən ödənilir. Dövlət elektroenergetika müəssisəsi (enerjitəchizatı müəssisəsi) hər hansı bir səbəbdən, o cümlədən hesabında vəsait olmadığından ona təqdim edilmiş elektrik enerjisinə görə ödəniş sənədi üzrə ödənişi iyirmi bank günü ərzində müstəqil enerji istehsalçısının hesabına köçürmədikdə, hər bir gün üçün ödəniş aparılan günədək ödəniş sənədindəki məbləğin 0,01% miqdarında müstəqil enerji istehsalçısına dəbbə (penya) ödəyir.

9. Tərəflər arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün nəzərdə tutulmuş hesablaşma elektrik sayğacları müstəqil enerji istehsalçısı tərəfindən alınır, quraşdırılır, qüvvədə olan standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar olunur. Hesablaşma elektrik sayğaclarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun mülkiyyətçisinin _______________ üzərinə düşür.

10. Müstəqil enerji istehsalçısı elektrik şəbəkələrində təmir işlərinin aparılması ilə əlaqədar dövlət elektroenergetika müəssisəsinə (enerjitechizatı müəssisəsinə) elektrik enerjisi verilişinin dayandırılması ( elektrik enerjisinin məhdudlaşdırılması) müddətləri _______________________________________________________________________ ____________ (say və müddəti)

11. Müstəqil enerji istehsalçısı ilə dövlət elektroenergetika müəssisəsi (enerjitəchizatı müəssisəsi) arasında balans mənsubiyyəti sərhədində elektrik enerjisinin keyfiyyətinin aşağı düşməsinə görə təqsirkar tərəf aşağı keyfiyyətli elektrik enerjisinin dəyərinin _______________ məbləğində digər tərəfə ödəniş ödəyir. Əgər aşağı keyfiyyətli elektrik enerjisinin təsirindən tərəflərdən birinə ziyan dəymişdirsə (elektrik qurğularının, avadanlıqların zədələnərək yararsız hala düşməsi və s.), təqsirkar tərəf onun qarşısında Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq maddi məsuliyyət daşıyır.

12. Tərəflər arasında elektrik enerjisindən istifadədə mübahisəli məsələlər yarandıqda, müstəqil enerji istehsalçısı və ya dövlət elektroenergetika müəssisəsi (enerjitəchizatı müəssisəsi) məhkəməyə müraciət edə bilər.

13. Tərəflərin hüquqi ünvanlan və onların hesablaşma hesablan: Müstəqil enerji istehsalçısı ______________________________________ (adı, ünvanı) Bank rekvizitləri: H/h № ___________ VÖEN: ___________ Kod: ___________ VÖEN: ___________ M/h №: ___________

Abonent ____________________________________ (adı, ünvanı) Bank rekvizitləri: H/h № ___________ VÖEN: ___________ Kod: ___________ VÖEN: ___________ M/h №: ___________

14. Tərəflər öz rekvizitlərinin dəyişdirilməsi barədə vaxtına rəsmi yazılı məlumat verirlər.

15. Bu müqavilə iki nüsxədə tərtib olunmuşdur. Onlardan biri müstəqil enerji istehsalçısına, digəri isə dövlət elektroenergetika müəssisəsinə ( enerjitəchizatı müəssisəsinə) verilir.

İMZALAR:

Müstəqil enerji istehsalçısı Dövlət elektroenergetika müəssisəsi (ene rjitəchizatı müəssisəsi)

“Elektrik enerjisindən istifadə qaydaları”na

6 nömrəli əlavə Məişət abonentinin (özünəxidmət üsulu tətbiq edildikdə) elektrik enerjisi sərfinə görə birtipli

HESABLAŞMA KİTABÇASİ (ödəniş sənədi) [88]

QƏBZ BİLDİRİŞ Abonentin kodu: Abonentin kodu: Abonentin soyadı, adı: Abonentin soyadı, adı:

Ünvan: Ünvan: ödəmə tarixi: hər ay ______-dən _______-dək ödəmə tarixi: hər ay _______-dən _______-dək Tarix Sayğacın göstərişi Tarix Sayğacın göstərişi dək

dək

dən

dən

fərq

fərq

tarif

tarif

məbləğ (manat)

məbləğ (manat)

dəbbə (penya) - ______ gün üçün

dəbbə (penya) - ______ gün üçün

C ə m i: (manat)

C ə m i: (manat)

Ödəmə aparılmış bankın Ödəmə aparılmış bankın (poçtun) adı və ştampı (poçtun) adı və ştampı Ödənildi: (manat)_ __________________ Ödənildi: (manat) _______________ Xəzinədarın imzası _________________ Xəzinədarın imzası _____________ Abonentin imzası __________________ Abonentin imzası _______________

“Elektrik enerjisindən istifadə qaydaları”na 7 nömrəli əlavə

Enerjitəchizatı müəssisəsinin nümayəndələri tərəfindən məişət abonentinə (özünəxidmət üsulu tətbiq olunmadıqda) təqdim edilən elektrik enerjisi sərfinə görə birtipli

ÖDƏNİŞ SƏNƏDİ

QƏBZ Abonentin kodu:

Abonentin soyadı, adı:

Ünvan:

Ödəmə tarixi: hər ay __________ -dən _____________ -dək Tarix Sayğacın göstərişi dək

dən

fərq

tarif

məbləğ (manat)

Enerjitəchizatı müəssisəsinin nümayəndəsinin imzası _______________________________________

dəbbə (penya) - ___________ gün üçün

Cəmi: (manat)

Ödəmə aparılmış bankın (poçtun) adı və ştampı Ödənildi: (manat) ____________________________________________ Xəzinədarın imzası ____________________________________________ Abonentin imzası _____________________________________________

“Elektrik enerjisindən istifadə qaydaları”na 8 nömrəli əlavə

Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında (elektrik enerjisinin alqı-satqı müqaviləsinə əlavə)

AKT

“____” _________ 200____ - cü il ___________ şəhər (rayon)

Biz, aşağıda imza edənlər ________________________________________________________ enerjitəchizatı müəssisəsi adından _____________________________________________________ (vəzifəsi) _______________________________________________________________________ __ şəxsində və (soyadı, adı, atasının adı) _____________________________________________________________________ abonent adından ______________________________________________________________________ şəxsində tərəflər (vəzifəsi, soyadı, adı, atasının adı) arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədini “Elektrik enerjisindən istifadə qaydaları”nın 5-ci fəslinə uyğun olaraq aşağıdakı kimi müəyyən edirik. _______________________________________________________________________ _____________ (elektrik qurğusunun adı, elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi müəyyən olunmuş yer) _______________________________________________________________________ _____________ (elektrik qurğusunun adı, elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi müəyyən olunmuş yer) _______________________________________________________________________ _____________ (elektrik qurğusunun adı, elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi müəyyən olunmuş yer)

İMZALAR: Enerjitəchizatı müəssisəsi Abonent

“Elektrik enerjisindən istifadə qaydaları”na 9 nömrəli əlavə

Abonentin elektrik şəbəkəsinə qoşulmuş subabonentlər haqqında (elektrik enerjisinin alqı-satqı müqaviləsinə əlavə)

M Ə L U M AT

Subabonentin adı _____________________________________________________________________ illik buraxılacaq elektrik enerjisinin__________________ kVts təxmini miqdarı və dəyəri _________________ manat hesablaşma elektrik sayğacları ______ kV gərginlik tərəfdə _______________________________________________________________________ ___________ (elektrik qurğusunun adı, sayğac quraşdırıldığı yuvanın nömrəsi) elektrik enerjisinin tarif qiyməti________ manat + (ƏDV) =_________ manat elektrik şəbəkəsinə qoşulmuş elektrik qəbuledicilərinin gücü ________ kVt[89]

İMZA

Abonent

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHİSİ

1. 31 yanvar 2006-cı il tarixli 30 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 1, maddə 59)

2. 21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32)

3. 30 sentyabr 2009-cu il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 846)

4. 6 yanvar 2010-cu il tarixli 3 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 1, maddə 49)

5. 17 fevral 2012-ci il tarixli 39 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 183)

6. 12 iyun 2013-cü il tarixli 124 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 21 iyun 2013-cü il, № 133; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 738)

7. 24 yanvar 2014-cü il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 yanvar 2014-cü il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 1, maddə 69)

8. 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201)

9. 16 iyul 2014-cü il tarixli 237 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyul 2014-cü il, № 155; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 925)

10. 26 fevral 2016-cı il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 aprel 2016-cı il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 772)

11. 13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955)

12. 9 mart 2017-ci il tarixli 78 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 mart 2017-ci il, № 53, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 478)

13. 28 mart 2018-ci il tarixli 114 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 mart 2018-ci il, № 70, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №3, maddə 624)

14. 30 avqust 2018-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 sentyabr 2018-ci il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1817)

15. 17 oktyabr 2018-ci il tarixli 460 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 oktyabr 2018-ci il, № 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2174)

16. 9 iyun 2020-ci il tarixli 198 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 iyun 2020-ci il, № 111, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 788)

17. 31 mart 2021-ci il tarixli 82 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 aprel 2021-ci il, № 67, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 301)

18. 28 sentyabr 2021-ci il tarixli 285 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 oktyabr 2021-ci il, № 210, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1084)

19. 1 noyabr 2021-ci il tarixli 333 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 noyabr 2021-ci il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1256)

20. 11 noyabr 2021-ci il tarixli 348 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 noyabr 2021-ci il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1271)

21. 14 aprel 2022-ci il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 402)

22. 14 aprel 2022-ci il tarixli 156 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 403)

23. 2 dekabr 2022-ci il tarixli 427 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 5 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1533)

24. 5 avqust 2023-cü il tarixli 285 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 avqust 2023-cü il, “Xalq” qəzeti, 13 avqust 2023-cü il, № 171)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHİSİ

[1] 21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32) ilə "Elektrik enerjisindən istifadə Qaydaları"nın 7.15-ci, 7.16-cı, 8.7-ci, 8.15-ci və 12.6-cı bəndlərində "Agentliyinin" sözü "Komitəsinin" sözü ilə əvəz edilmişdir.

24 yanvar 2014-cü il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 yanvar 2014-cü il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 1, maddə 69) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.6-cı, 6.1-ci bəndlərində, 11.15-ci bəndinin birinci abzasında, 11.19-cu bəndində, 12.1-ci bəndinin birinci, üçüncü və dördüncü abzaslarında, 12.16-cı və 12.18-ci bəndlərində “Sənaye və Energetika” sözləri “Energetika” sözü ilə əvəz edilmişdir. [2] 11 noyabr 2021-ci il tarixli 348 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 noyabr 2021-ci il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1271) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nda 1.1-ci bəndin üçüncü abzasından “xüsusi” sözü çıxarılmışdır. [3] 14 aprel 2022-ci il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 402) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.1-ci bəndin səkkizinci abzasından “xüsusi” sözü çıxarılmışdır. [4] 2 dekabr 2022-ci il tarixli 427 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 5 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1533) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nda 1.1-ci bəndin onuncu abzasına “istehsalı,” sözündən sonra “saxlanılması,” sözü əlavə edilmişdir. [5] 1 noyabr 2021-ci il tarixli 333 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 noyabr 2021-ci il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1256) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.1-ci bəndin on üçüncü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda on dördüncü abzas əlavə edilmişdir. [6] 14 aprel 2022-ci il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 402) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.1-ci bəndin on dördüncü abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda on beşinci və on altıncı abzaslar əlavə edilmişdir. [7] 31 mart 2021-ci il tarixli 82 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin

Qərarı (“Xalq” qəzeti, 3 aprel 2021-ci il, № 67, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 301) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.3-cü bəndinə yeni məzmunda beşinci abzas əlavə edilmişdir. 1 noyabr 2021-ci il tarixli 333 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 noyabr 2021-ci il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1256) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.3-cü bəndin beşinci abzası çıxarılmışdır. [8] 28 mart 2018-ci il tarixli 114 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 mart 2018-ci il, № 70, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №3, maddə 624) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.6-cı bəndində “Azərbaycan Respublikasının Energetika Nazirliyinin “Dövlət Enerjinəzarət” İdarəsinin (bundan sonra - “Dövlət Enerjinəzarət” İdarəsi)” sözləri “Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X1 Agentliyinin (bundan sonra - X1 Agentliyi)” sözləri ilə əvəz edilmişdir.

14 aprel 2022-ci il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 402) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.6-cı bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi: 1.6. Dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, istehlakçının yeni və ya yenidən quraşdırılmış elektrik qurğularının şəbəkəyə qoşulması, istifadə olunmasına icazə verilmiş gücün artırılması, enerjitəchizatı sxeminin dəyişdirilməsi bu Qaydalara uyğun olaraq, elektrik qurğularının şəbəkəyə qoşulmasına dair verilən texniki şərtlərə və Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X1 Agentliyinin (bundan sonra - X1 Agentliyi) istismara buraxılış aktına əsasən həyata keçirilir. [9] 1 noyabr 2021-ci il tarixli 333 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 noyabr 2021-ci il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1256) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”na yeni məzmunda 1.7-ci bənd əlavə edilmişdir. [10] 31 mart 2021-ci il tarixli 82 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 aprel 2021-ci il, № 67, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 301) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 2.1-ci bəndinə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir. 1 noyabr 2021-ci il tarixli 333 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 noyabr 2021-ci il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1256) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 2.1-ci bəndin ikinci cümləsindən “alternativ və”, “və Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə razılaşdırılmış” sözləri çıxarılmışdır.

14 aprel 2022-ci il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 402) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 2.1-ci bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi: 2.1. Yeni, yaxud yenidən qurulan, həmçinin enerjitəchizatı sxemini dəyişən enerjitəchizatı müəssisələrinin, müstəqil enerji istehsalçılarının və istehlakçıların elektrik qurğularının şəbəkəyə qoşulması üzrə texniki şərtlərin verilməsi “Elektrik qurğularının şəbəkəyə qoşulmasına dair texniki şərtlərin verilməsi qaydaları”na əsasən həyata keçirilir. Müstəqil enerji istehsalçısının alternativ və bərpa olunan enerji mənbələri üzrə elektrik qurğularının şəbəkəyə qoşulmasına dair texniki şərtlər müstəqil enerji istehsalçısı ilə dövlət elektroenergetika müəssisəsi və ya enerji təchizatı müəssisəsi arasında bağlanılmış və Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə razılaşdırılmış şəbəkəyə qoşulma müqaviləsi ilə müəyyən olunur və bu zaman şəbəkəyə qoşulma həmin müqavilənin tələblərinə uyğun həyata keçirilir. [11] 14 aprel 2022-ci il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 402) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 2.2-2.5-ci bəndləri ləğv edilmişdir. [12] 12 iyun 2013-cü il tarixli 124 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 21 iyun 2013-cü il, № 133; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 738) ilə "Elektrik enerjisindən istifadə Qaydaları"nın 2.3-cü bəndin birinci cümləsində "layihə təşkilatları" və beşinci cümləsində "layihə təşkilatı" sözləri müvafiq olaraq "layihəçilər" və "layihəçi" sözləri ilə əvəz edilmişdir. [13] 12 iyun 2013-cü il tarixli 124 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 21 iyun 2013-cü il, № 133; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 738) ilə "Elektrik enerjisindən istifadə Qaydaları"nın 2.4-cü bəndin dördüncü cümləsində "layihə sənədlərində" sözləri "tikinti layihəsində" sözləri ilə əvəz edilmişdir.

28 mart 2018-ci il tarixli 114 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 mart 2018-ci il, № 70, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №3, maddə 624) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 2.4-cü, 2.5-ci, 3.2-ci, 3.7-ci, 6,4-cü, 7.15-ci bəndlərində (hər iki halda), 3.5ci, 6.1-ci, 7.4-cü, 8.35-ci, 9.1-ci, 9.9-cu, 9.12-ci, 9.22-ci, 10.12-ci, 10.17-ci, 10.20-ci, 11.10-cu, 11.13-cü, 12.12-ci bəndlərdə, 9.3.4-cü, 9.3.8-ci, 9.3.9-cu, 9.8.1-ci, 9.8.3-cü, 9.8.5-ci, 9.12.8-ci, 9.12.9-cu, 10.18.5-ci, 10.18.9-cu, 10.18.10-cu, 10.24.1-ci, 10.24.2-ci, 11.14.5-ci, 11.14.9-cu, 11.14.10-cu, 12.15.5-ci, 12.15.8-ci, 12.15.9-cu yarımbəndlərdə, 6.2-ci bəndin ikinci abzasında, 9.8.2-ci yarımbənddə (hər iki halda) ismin müvafiq hallarında “Dövlət Enerjinəzarət” İdarəsi” sözləri ismin müvafiq hallarında “X1 Agentliyi” sözləri ilə əvəz edilmişdir. [14] 12 iyun 2013-cü il tarixli 124 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 21 iyun 2013-cü il, № 133; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 738) ilə "Elektrik enerjisindən istifadə Qaydaları"nın 2.5-ci bəndin birinci hissənin birinci cümləsində "layihə təşkilatının" sözləri "layihəçinin" sözü ilə edilmişdir.

12 iyun 2013-cü il tarixli 124 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 21 iyun 2013-cü il, № 133; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 738) ilə "Elektrik enerjisindən istifadə Qaydaları"nın 2.5-ci bəndin birinci hissənin ikinci cümləsində və ikinci hissədə "layihə sənədlərinin" sözləri "tikinti layihəsinin" sözləri ilə əvəz edilmişdir. [15] 1 noyabr 2021-ci il tarixli 333 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 noyabr 2021-ci il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1256) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”na yeni məzmunda 12.5-1-ci bənd əlavə edilmişdir. [16] 12 iyun 2013-cü il tarixli 124 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 21 iyun 2013-cü il, № 133; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 738) ilə "Elektrik enerjisindən istifadə Qaydaları"nın 3.1-ci bənddə "normativ sənədlərə" və "layihə sənədləri" sözləri müvafiq olaraq "texniki normativ hüquqi aktlara" və "tikinti layihəsi" sözləri ilə əvəz edilmişdir.

14 aprel 2022-ci il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 402) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 3.1-ci bəndindən “müəyyən edilmiş qayda üzrə razılaşdırılmış” sözləri çıxarılmışdır. [17] 17 oktyabr 2018-ci il tarixli 460 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 oktyabr 2018-ci il, № 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2174) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 3.2-ci bəndinin ikinci cümləsində “layihə və tələb olunan həcmdə texniki təhvil-təslim sənədlərini” sözləri “bu Qaydaların 3.2-1-ci bəndində göstərilən sənədləri” sözləri ilə əvəz edilmişdir. 11 noyabr 2021-ci il tarixli 348 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 noyabr 2021-ci il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1271) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nda 3.2-ci bəndin üçüncü cümləsinə “müfəttişi tərəfindən” sözlərindən sonra “Energetika haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq” sözləri əlavə edilmişdir.

14 aprel 2022-ci il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 402) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 3.2-ci bəndi yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 3.2. Dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisələrinin, müstəqil enerji istehsalçılarının, istehlakçıların, o cümlədən subabonentlərin bütün yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən elektrik qurğuları istismara buraxılmazdan əvvəl, onlar təhvil-təslim sınaqlarından keçirilərək, quraşdırma təşkilatından mövcud qaydalara uyğun aktla sifarişçi tərəfindən qəbul edilməlidir. Bundan sonra sifarişçi öz elektrik qurğularına baxış keçirmək və onların istismara buraxılmasına icazə almaq üçün həmin qurğu-ları, eləcə də bu Qaydaların 3.2-1-ci bəndində göstərilən sənədləri X1 Agentliyinin müfəttişinə təqdim etməlidir. Sifarişçinin elektrik qurğusu texniki şərtlərin, layihə, texniki təhvil-təslim sənədlərinin, “Elektrik qurğularının quraşdırılması qaydaları”nın, tikinti normalarının və başqa normativ sənədlərin tələblərinə cavab verdikdə, həmçinin həmin qurğuya xidmət etmək üçün hazırlanmış elektrotexniki heyət olduqda, X1 Agentliyinin müfəttişi tərəfindən “Energetika haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq elektrik qurğusuna istismara buraxılış aktı verilir. [18] 17 oktyabr 2018-ci il tarixli 460 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 oktyabr 2018-ci il, № 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2174) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”na yeni məzmunda 3.2-1-ci bənd əlavə edilmişdir. 11 noyabr 2021-ci il tarixli 348 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 noyabr 2021-ci il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1271) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nda 3.2-1-ci bəndə “təqdim etdiyi” sözlərindən sonra “ərizə və” sözləri əlavə edilmişdir. [19] 11 noyabr 2021-ci il tarixli 348 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 noyabr 2021-ci il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1271) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nda 3.2-1.8-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 3.2-1.9-cu bənd əlavə edilmişdir. [20] 14 aprel 2022-ci il tarixli 156 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 403) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”na yeni məzmunda 3.2-2-ci bənd əlavə edilmişdir. [21] 14 aprel 2022-ci il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 402) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 3.3-cü bəndindən “xüsusi” sözü çıxarılmışdır. [22] 14 aprel 2022-ci il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 402) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 3.4-cü bəndin birinci cümləsindən “xüsusi” sözü çıxarılmışdır, həmin bəndin ikinci cümləsində “Xüsusi yaşayış” sözləri “Yaşayış” sözü ilə əvəz edilmişdir. [23] 14aprel 2022-ci il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 402) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 3.5-ci bəndinə “yoxlanıldıqdan” sözündən sonra “Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi güc həddindən yuxarı elektrik qurğularına münasibətdə isə” sözləri əlavə edilmişdir. [24] 14 aprel 2022-ci il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 402) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 3.7-ci bəndində (hər iki halda) “X1 Agentliyinin müfəttişi” sözləri “enerji təchizatı müəssisəsi” sözləri ilə, birinci cümləsində “müfəttişə” sözü “enerji təchizatı müəssisəsinin əməkdaşına” sözləri ilə əvəz edilmişdir. [25] 14 aprel 2022-ci il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 402) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 5.3.1-ci yarımbənddən və 5.3.2-ci yarımbəndin birinci və ikinci abzaslarından “xüsusi” sözü çıxarılmışdır. [26] 12 iyun 2013-cü il tarixli 124 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 21 iyun 2013-cü il, № 133; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 738) ilə "Elektrik enerjisindən istifadə Qaydaları"nın 6.1-ci bənddə "normativ sənədlərə" sözləri "texniki normativ hüquqi aktlara" sözləri ilə əvəz edilmişdir. 2 dekabr 2022-ci il tarixli 427 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 5 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1533) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 6.1-ci bəndində “istehsalı, ötürülməsi, paylanması, satılması və istehlakında enerjiresurslarından səmərəli istifadə olunmasında” sözləri “istehsalı, saxlanılması, ötürülməsi, paylanması, satışı, istehlakı və enerji effektivliyi sahəsində” sözləri ilə əvəz edilmişdir. [27] 28 mart 2018-ci il tarixli 114 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 mart 2018-ci il, № 70, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №3, maddə 624) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 6.2-ci bəndinin birinci abzası ləğv edilmişdir. [28] 14 aprel 2022-ci il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 402) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 6.2-ci bəndi ləğv edilmişdir. [29] 14 aprel 2022-ci il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 402) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 6.3-cü bəndində “Elektrik qurğularının quraşdırılması qaydaları”na, “Elektrik qurğularının texniki istismar qaydaları”na, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”na” sözləri “Elektrik qurğularının quraşdırılması Qaydası”na, “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”na və “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”na,” sözləri ilə əvəz edilmişdir. [30] 14 aprel 2022-ci il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 402) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.3-cü bəndində “quraşdırılmalı və standartların tələblərinə cavab verməlidir” sözləri “quraşdırılmalıdır” sözü ilə əvəz edilmişdir. [31] 14 aprel 2022-ci il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 402) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6-cı bəndin ikinci abzasının ikinci cümləsindən “tələb olunduqda,” sözləri çıxarılmışdır, üçüncü cümləsi dördüncü cümlə hesab edilmişdir və yeni məzmunda üçüncü cümlə əlavə edilmişdir. [32] 6 yanvar 2010-cu il tarixli 3 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 1, maddə 49) ilə «Elektrik enerjisindən istifadə Qaydaları»nda 7.9-cu bəndin birinci cümlədə «hesablaşması üçün» sözlərindən sonra «hər bir yaşayış sahəsi, o cümlədən» sözləri əlavə edilmişdir. və yeni məzmunda dördüncü cümlə əlavə edilmişdir. [33] 14 aprel 2022-ci il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 402) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.10-cu bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi: 7.10. İstismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. [34] 14 aprel 2022-ci il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 402) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.11-ci bəndin birinci cümlədə “Yaşayış” sözü “Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış” sözləri ilə əvəz edilmişdir və ikinci cümləyə “müəssisəsi” sözündən sonra “yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında),” sözləri əlavə edilmişdir. [35] 14 aprel 2022-ci il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 402) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.11-ci bəndin ikinci abzasdan (hər iki halda) “xüsusi” sözü çıxarılmışdır. [36] 6 yanvar 2010-cu il tarixli 3 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 1, maddə 49) ilə «Elektrik enerjisindən istifadə Qaydaları»nda 7.13-cü bəndin üçüncü abzasının birinci cümləsində «hesablaşma» sözündən sonra «yalnız» sözü əlavə edilmişdir. [37] 30 avqust 2018-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 sentyabr 2018-ci il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1817) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.15-ci bəndinin birinci abzasında, 7.16-cı bəndində, 8.7-ci bəndinin üçüncü abzasının beşinci cümləsində, 8.15-ci bəndinin beşinci cümləsində və 12.6-cı bəndinin dördüncü abzasının beşinci cümləsində “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin” sözləri “Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin” sözləri ilə əvəz edilmişdir. 5 avqust 2023-cü il tarixli 285 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 avqust 2023-cü il, “Xalq” qəzeti, 13 avqust 2023-cü il, № 171) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.15-ci bəndin birinci abzasında, 7.16-cı bənddə, 8.7ci bəndin üçüncü abzasının beşinci cümləsində, 8.15-ci bəndin üçüncü cümləsində və 12.6-cı bəndin dördüncü abzasının beşinci cümləsində “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin” sözləri “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin” sözləri ilə əvəz edilmişdir. [38] 6 yanvar 2010-cu il tarixli 3 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 1, maddə 49) ilə «Elektrik enerjisindən istifadə Qaydaları»nda 7.17-ci bəndin ikinci abzası çıxarılmışdır. [39] 28sentyabr 2021-ci il tarixli 285 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 oktyabr 2021-ci il, № 210, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1084) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”na yeni məzmunda 7.18-ci və 7.19-cu bəndlər əlavə edilmişdir. [40] 6 yanvar 2010-cu il tarixli 3 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 1, maddə 49) ilə "Elektrik enerjisindən istifadə Qaydaları"nda 8.2-ci bəndin üçüncü cümlə çıxarılmışdır və yeni məzmunda ikinci abzas əlavə edilmişdir. [41] 6 yanvar 2010-cu il tarixli 3 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 1, maddə 49) ilə "Elektrik enerjisindən istifadə Qaydaları"nda 8.9-cu bənd çıxarılmışdır. [42] 6 yanvar 2010-cu il tarixli 3 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 1, maddə 49) ilə «Elektrik enerjisindən istifadə Qaydaları»nda 8.14-cü bəndin birinci abzasında "beş bank günü ərzində" sözləri "bir ay müddətində" sözləri ilə əvəz edilmişdir, ikinci və üçüncü abzasları çıxarılmışdır.

14 aprel 2022-ci il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 402) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.14-cü bəndində “(məişət abonenti istisna olmaqla)” sözləri “(o cümlədən məişət abonenti)” sözləri ilə əvəz edilmişdir. [43] 14 aprel 2022-ci il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 402) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.15-ci bəndin üçüncü və dördüncü cümlələri çıxarılmışdır və altıncı cümləsi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi: Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda yenidən hesablaşma aparılır. [44] 14 aprel 2022-ci il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 402) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-ci bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi: 8.17. İstehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihaz-larından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. [45] 14 aprel 2022-ci il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 402) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”na yeni məzmunda 8.17-1-ci və 8.17-2-ci bəndlər əlavə edilmişdir. [46] 6 yanvar 2010-cu il tarixli 3 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 1, maddə 49) ilə "Elektrik enerjisindən istifadə Qaydaları"nda 8.19-cu bəndin birinci cümləsində "İstehlakçı" sözündən sonra "(məişət abonenti istisna olmaqla) " sözləri əlavə edilmişdir. [47] 14 aprel 2022-ci il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 402) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.20-ci bəndin ikinci abzasından “xüsusi” sözü və “və hər birinə istifadə etdikləri elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yazmaq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçalarını verir (özünəxidmət üsulu)” sözləri çıxarılmışdır. [48] 14 aprel 2022-ci il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 402) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.21-ci bəndin ikinci abzasına “hesab” sözündən sonra “açmalıdır” sözü əlavə edilmişdir, həmin abzasdan “xüsusi” sözü və “açır və istifadə edilən elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yazmaq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçasını verir (özünəxidmət üsulu)” sözləri çıxarılmışdır. [49] 14 aprel 2022-ci il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 402) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.22-ci bəndindən (hər iki halda) “xüsusi” sözü çıxarılmışdır. [50] 14 aprel 2022-ci il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 402) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.26-cı bəndindən “özünəxidmət üsuluna,” sözləri çıxarılmışdır. [51] 14 aprel 2022-ci il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 402) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.27-ci, 8.32-ci və 8.33-cü bəndləri ləğv edilmişdir. [52] 9 iyun 2020-ci il tarixli 198 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin

Qərarı (“Xalq” qəzeti, 12 iyun 2020-ci il, № 111, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 788) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.28-ci bəndinə yeni məzmunda dördüncü cümlə əlavə edilmişdir.

14 aprel 2022-ci il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 402) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.28-ci bəndində “Məişət abonenti özünəxidmət üsuluna keçmədiyi halda, hesablaşma” sözləri “Hesablaşma” sözü ilə əvəz edilmişdir. [53] 16 iyul 2014-cü il tarixli 237 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyul 2014-cü il, № 155; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 925) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”na 8.34-cü bəndin birinci abzasına üçüncü cümlə əlavə edilmişdir. 28 sentyabr 2021-ci il tarixli 285 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 oktyabr 2021-ci il, № 210, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1084) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.34-cü bəndin üçüncü cümləsi çıxarılmışdır. [54] 6 yanvar 2010-cu il tarixli 3 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 1, maddə 49) ilə "Elektrik enerjisindən istifadə Qaydaları"nda 8.30-cu, 8.31-ci bəndlər, 8.33-cü bəndin ikinci abzası, 8.34-cü bəndin ikinci abzası və üçüncü abzasının ikinci cümləsi çıxarılmışdır. [55] 14 aprel 2022-ci il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 402) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.1-ci bəndindən “elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və” sözləri çıxarılmışdır. [56] 12 iyun 2013-cü il tarixli 124 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 21 iyun 2013-cü il, № 133; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 738) ilə "Elektrik enerjisindən istifadə Qaydaları"nın 9.3.9-cu yarımbənddə "normativ sənədlərin" sözləri "texniki normativ hüquqi aktların" sözləri ilə əvəz edilmişdir. [57] 14 aprel 2022-ci il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 402) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.8-ci və 9.12-ci bəndləri ləğv edilmişdir. [58] 26 fevral 2016-cı il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 aprel 2016-cı il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 772) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13.5-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 9.13.6-cı yarımbənd əlavə edilmişdir. [59] 6 yanvar 2010-cu il tarixli 3 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 1, maddə 49) ilə "Elektrik enerjisindən istifadə Qaydaları"nda 9.13-cü bənd yeni redaksiyada verilmişdir və "Qeyd" hissəsində "bu Qaydaların 8.34-cü bəndinə uyğun olaraq onun elektrik enerjisi təchizatı dayandırıla bilər" sözləri "qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur" sözləri ilə əvəz edilmişdir.

əvvəlki redaksiyada deyilirdi: 9.13. Enerjitəchizatı müəssisəsi üç gün əvvəl rəsmi xəbərdar etməklə aşağıdakı hallarda istehlakçıya elektrik enerjisi verilişini tam və ya qismən dayandırmaq hüququna malikdir: 9.13.1. elektrik enerjisinin alqı-satqı müqaviləsindəki göstəriciləri aşdıqda və ya müəyyən edilmiş elektrik enerjisi sərfi rejimlərini pozduqda; 9.13.2. enerjitəchizatı müəssisəsinin elektrik şəbəkəsinə özbaşına elektrikqəbulediciləri qoşduqda və ya elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyənləşdirilmiş göstəricilərdən artıq şəbəkəyə güc qoşduqda; 9.13.3. istehlakçının təqsirindən, enerjitəchizatı müəssisəsinin və ya başqa istehlakçıların elektrik qurğularının normal fəaliyyətini pozan göstəricilərə qədər elektrik enerjisinin keyfiyyətini aşağı saldıqda; 9.13.4. elektrikqəbulediciləri sayğacdan kənar elektrik şəbəkəsinə qoşduqda və ya elektrik enerjisinin uçotunun sxemi pozulduqda; 9.13.5. müəyyən edilmiş müddətlərdə ödəniş sənədləri üzrə sərf edilmiş elektrik enerjisinin haqqmı ödəmədikdə; 9.13.6. istehlakçının (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri buraxılmadıqda.

26 fevral 2016-cı il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 aprel 2016-cı il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 772) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13-cü bəndin yeddinci abzasının birinci cümləsinə “dayandırılması” sözündən sonra “(dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla)” sözləri əlavə edilmişdir. [60] 17 fevral 2012-ci il tarixli 39 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 183) ilə 9.13-1-ci bənd əlavə edilmişdir.

26 fevral 2016-cı il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 aprel 2016-cı il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 772) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13-1-ci bənddə “9.13.3-cü yarımbəndində” sözləri “9.13.3-cü və 9.13.6cı yarımbəndlərində” sözləri ilə əvəz edilmişdir.

14 aprel 2022-ci il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 402) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13-1-ci bəndə “9.13.3-cü” sözlərindən sonra “(yalnız qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallarda)” sözləri əlavə edilmişdir və həmin bənddən “və istilik” sözləri çıxarılmışdır. [61] 14 aprel 2022-ci il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 402) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”na yeni məzmunda 9.13-2-ci və 9.13-3-cü bəndlər əlavə edilmişdir. [62] 14 aprel 2022-ci il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 402) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 10.2.3-cü yarımbəndindən “9.12,” rəqəmləri çıxarılmışdır. [63] 16 iyul 2014-cü il tarixli 237 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyul 2014-cü il, № 155; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 925) ilə 10.18.9cu, 11.14.9-cu və 12.15.8-ci yarımbəndlərə “xidməti vəsiqələri” sözlərindən sonra “, nəzarətin həyata keçirilməsi haqqında qərarın surəti və nəzarətin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı” sözləri əlavə edilmişdir. [64] 14 aprel 2022-ci il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 402) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”na yeni məzmunda 10.18.9-1-ci və 10.18.9-2-ci yarımbəndlər əlavə edilmişdir. [65] 16 iyul 2014-cü il tarixli 237 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyul 2014-cü il, № 155; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 925) ilə 10.18.10cu, 11.14.10-cu və 12.15.9-cu yarımbəndlərdən “səlahiyyətli nümayəndələrinin” sözləri çıxarılmışdır. [66] 2 dekabr 2022-ci il tarixli 427 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 5 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1533) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 11.14.10cu yarımbəndində “istehsalında, ötürülməsində və satılmasında, enerjiresurslarından səmərəli istifadə olunmasında” sözləri “istehsalında, saxlanılmasında, ötürülməsində, paylanmasında, satışında, istehlakında və enerji effektivliyi sahəsində” sözləri ilə əvəz edilmişdir. [67] 14 aprel 2022-ci il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 402) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 11.15-ci və 12.16-cı bəndlərin birinci abzaslarında “Nazirliyinə” sözü “Nazirliyinin tabeliyində X1 Agentliyinə” sözləri ilə əvəz edilmişdir. [68] 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 12.1-ci bəndində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 12.1-ci bəndinin birinci abzasından “və Sənaye” sözləri çıxarılmışdır. [69] 31 yanvar 2006-cı il tarixli 30 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 1, maddə 59) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 12.1-ci bəndinin üçüncü və dördüncü abzaslarında “İqtisadi İnkişaf Nazirliyinə” sözlərindən sonra “Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə” sözləri əlavə edilmişdir. 30 sentyabr 2009-cu il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 846) ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın 12.1-ci bəndinin üçüncü və dördüncü abzaslarında "Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə" sözləri "Əmlak Məsələləri Dövlət Komitəsinə" sözləri ilə əvəz edilmişdir. 5 avqust 2023-cü il tarixli 285 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 avqust 2023-cü il, “Xalq” qəzeti, 13 avqust 2023-cü il, № 171) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 12.1-ci bəndin üçüncü və dördüncü abzaslarında “İqtisadi İnkişaf Nazirliyinə Əmlak Məsələləri Dövlət Komitəsinə” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə” sözləri ilə əvəz edilmişdir. [70] 2 dekabr 2022-ci il tarixli 427 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 5 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1533) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 12.1-ci bəndinin birinci və dördüncü abzaslarına və 12.2-ci bəndinə “istehsalı” sözündən sonra “və saxlanılması” sözləri əlavə edilmişdir. [71] 2 dekabr 2022-ci il tarixli 427 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 5 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1533) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 12.15.9cu yarımbəndində “istehsalında, ötürülməsində və satılmasında enerjiresurslarından səmərəli istifadə olunmasında” sözləri “istehsalında, saxlanılmasında, ötürülməsində, paylanmasında, satışında, istehlakında və enerji effektivliyi sahəsində” sözləri ilə əvəz edilmişdir. [72] 6 yanvar 2010-cu il tarixli 3 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 1, maddə 49) ilə 1 nömrəli əlavəyə 10-cu bəndin birinci abzasında «hesablaşmalar» sözündən sonra «yalnız» sözü əlavə edilmişdir. [73] 6 yanvar 2010-cu il tarixli 3 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 1, maddə 49) ilə 1 nömrəli əlavəyə 12-ci bəndin ikinci abzasında «beş bank günü ərzində» sözləri «bir ay müddətində» sözləri ilə əvəz edilmişdir, ikinci və üçüncü cümlələr çıxarılmışdır. [74] 17 fevral 2012-ci il tarixli 39 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 183) ilə 18-ci hissəsində “9.13-cü bəndindəki” sözləri “9.13.3-cü yarımbəndindəki” sözləri ilə əvəz edilmişdir və 18-1-ci hissə əlavə edilmişdir.

28 mart 2018-ci il tarixli 114 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 mart 2018-ci il, № 70, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №3, maddə 624) ilə Qaydalara 1 nömrəli əlavə - “Enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi (bundan sonra - abonent) arasında elektrik enerjisinin alqısatqısının birtipli Müqaviləsi”nin 18-ci hissəsində, 2 nömrəli əlavə - “Enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi (bundan sonra - abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi”nin 17-ci hissəsində, 3 nömrəli əlavə - “Enerjitəchizatı müəssisəsi ilə büdcədən maliyyələşdirilən təşkilat (bundan sonra - abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi”nin 17-ci hissəsində “Dövlət Enerjinəzarət” İdarəsinin” sözləri “X1 Agentliyinin” sözləri ilə əvəz edilmişdir.

14 aprel 2022-ci il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 402) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1 nömrəli əlavə - “Enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi (bundan sonra – abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi”nin 18-ci hissədən “9.12-ci bəndindəki hallara görə X1 Agentliyinin tələbinə əsasən və ya” sözləri çıxarılmışdır və həmin hissədə “9.13.3-cü yarımbəndindəki” sözləri “9.13-cü bəndindəki (9.13.3-cü (yalnız qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallarda) və 9.13.6-cı yarımbəndlərində nəzərdə tutulan hallar istisna olmaqla)” sözləri ilə əvəz edilmişdir. [75] 9 mart 2017-ci il tarixli 78 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin

Qərarı (“Xalq” qəzeti, 10 mart 2017-ci il, № 53, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 478) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”na 1 nömrəli əlavə – “Enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi (bundan sonra – abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi”nin 18-1-ci hissəsində “9.13.3-cü yarımbəndində” sözləri “9.13.3-cü və 9.13.6-cı yarımbəndlərində” sözləri ilə əvəz edilmişdir.

14 aprel 2022-ci il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 402) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1 nömrəli əlavə - “Enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi (bundan sonra – abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi”nin 18-1-ci hissəyə “9.13.3-cü” sözlərindən sonra “(yalnız qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallarda)” sözləri əlavə edilmişdir, həmin hissədən “və istilik” sözləri çıxarılmışdır. [76] 6 yanvar 2010-cu il tarixli 3 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 1, maddə 49) ilə 2 nömrəli əlavəyə 9-cu bəndin birinci abzasında «hesablaşmalar» sözündən sonra «yalnız» sözü əlavə edilmişdir. [77] 6 yanvar 2010-cu il tarixli 3 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 1, maddə 49) ilə 2 nömrəli əlavəyə 11-ci bəndin ikinci abzasının birinci cümləsində «beş bank günü ərzində» sözləri «bir ay müddətində» sözləri ilə əvəz edilmişdir, ikinci və üçüncü cümlələr çıxarılmışdır. [78] 17 fevral 2012-ci il tarixli 39 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 183) ilə 17-ci hissəsində “9.13-cü bəndindəki” sözləri “9.13.3-cü yarımbəndindəki” sözləri ilə əvəz edilmişdir və 17-1-ci hissə əlavə edilmişdir.

14 aprel 2022-ci il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 402) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 2 nömrəli əlavə - “Enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi (bundan sonra - abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi”nin 17-ci hissədən “9.12-ci bəndindəki hallara görə X1 Agentliyinin tələbinə əsasən və ya” sözləri çıxarılmışdır və həmin hissədə “9.13.3-cü yarımbəndindəki” sözləri “9.13-cü bəndindəki (9.13.3-cü (yalnız qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallarda) və 9.13.6-cı yarımbəndlərində nəzərdə tutulan hallar istisna olmaqla)” sözləri ilə əvəz edilmişdir. [79] 17 fevral 2012-ci il tarixli 39 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 183) ilə 17-ci hissəsində “9.13-cü bəndindəki” sözləri “9.13.3-cü yarımbəndindəki” sözləri ilə əvəz edilmişdir və 17-1-ci hissə əlavə edilmişdir.

9 mart 2017-ci il tarixli 78 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 mart 2017-ci il, № 53, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 478) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”na 2 nömrəli əlavə – “Enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi (bundan sonra – abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi”nin 17-1-ci hissəsində “9.13.3-cü yarımbəndində” sözləri “9.13.3-cü və 9.13.6-cı yarımbəndlərində” sözləri ilə əvəz edilmişdir.

14 aprel 2022-ci il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 402) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 2 nömrəli əlavə - “Enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi (bundan sonra - abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi”nin 17-1-ci hissəyə “9.13.3-cü” sözlərindən sonra “(yalnız qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallarda)” sözləri əlavə edilmişdir, həmin hissədən “və istilik” sözləri çıxarılmışdır. [80] 6 yanvar 2010-cu il tarixli 3 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 1, maddə 49) ilə 3 nömrəli əlavəyə 9-cu bəndin birinci abzasında «hesablaşmalar» sözündən sonra «yalnız» sözü əlavə edilmişdir. [81] 6 yanvar 2010-cu il tarixli 3 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 1, maddə 49) ilə 3 nömrəli əlavəyə 11-ci bəndin ikinci abzasının birinci cümləsində «beş bank günü ərzində» sözləri «bir ay müddətində» sözləri ilə əvəz edilmişdir, ikinci və üçüncü cümlələr çıxarılmışdır. [82] 14 aprel 2022-ci il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 402) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 3 nömrəli əlavə - “Enerjitəchizatı müəssisəsi ilə büdcədən maliyyələşdirilən təşkilat (bundan sonra – abonent) arasında elektrik enerjisinin alqısatqısının birtipli Müqaviləsi”nin 17-ci hissədən “9.12-ci bəndindəki hallara görə X1 Agentliyinin tələbinə əsasən və ya” sözləri çıxarılmışdır və həmin hissədə “9.13.3-cü yarımbəndindəki” sözləri “9.13-cü bəndindəki (9.13.3-cü (yalnız qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallarda) və 9.13.6-cı yarımbəndlərində nəzərdə tutulan hallar istisna olmaqla)” sözləri ilə əvəz edilmişdir. [83] 17 fevral 2012-ci il tarixli 39 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 183) ilə 17-ci hissəsində “9.13-cü bəndindəki” sözləri “9.13.3-cü yarımbəndindəki” sözləri ilə əvəz edilmişdir və 17-1-ci hissə əlavə edilmişdir.

9 mart 2017-ci il tarixli 78 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 mart 2017-ci il, № 53, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 478) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”na 3 nömrəli əlavə – “Enerjitəchizatı müəssisəsi ilə büdcədən maliyyələşdirilən təşkilat (bundan sonra – abonent) arasında elektrik enerjisinin alqısatqısının birtipli Müqaviləsi”nin 17-1-ci hissəsində “9.13.3-cü yarımbəndində” sözləri “9.13.3-cü və 9.13.6-cı yarımbəndlərində” sözləri ilə əvəz edilmişdir.

14 aprel 2022-ci il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 402) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 3 nömrəli əlavə - “Enerjitəchizatı müəssisəsi ilə büdcədən maliyyələşdirilən təşkilat (bundan sonra – abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi”nin 17-1-ci hissəyə “9.13.3-cü” sözlərindən sonra “(yalnız qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallarda)” sözləri əlavə edilmişdir, həmin hissədən “və istilik” sözləri çıxarılmışdır. [84] 6 yanvar 2010-cu il tarixli 3 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 1, maddə 49) ilə 4 nömrəli əlavəyə 3-cü bəndin birinci cümləsində (ikinci halda) «hesablaşma» sözündən sonra «yalnız» sözü əlavə edilmişdir və «(ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda, onların əmsalı nəzərə alınmaqla)» sözləri çıxarılmışdır. [85] 14 aprel 2022-ci il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 402) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4 nömrəli əlavə - “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi”nin 4-cü hissəsinə yeni məzmunda üçüncü cümlə əlavə edilmişdir. [86] 6 yanvar 2010-cu il tarixli 3 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 1, maddə 49) ilə 4 nömrəli əlavədən 5-ci bəndin ikinci - beşinci cümlələri çıxarılmışdır. [87] 17 fevral 2012-ci il tarixli 39 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 183) ilə “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi”nə 6-1-ci hissə əlavə edilmişdir.

9 mart 2017-ci il tarixli 78 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 mart 2017-ci il, № 53, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 478) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”na 4 nömrəli əlavə – “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi”nin 6-1-ci hissəsində “9.13.3-cü yarımbəndində” sözləri “9.13.3-cü və 9.13.6-cı yarımbəndlərində” sözləri ilə əvəz edilmişdir. [88] 14 aprel 2022-ci il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 402) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 6 nömrəli əlavə - “Məişət abonentinin (özünəxidmət üsulu tətbiq edildikdə) elektrik enerjisi sərfinə görə birtipli HESABLAŞMA KİTABÇASİ (ödəniş sənədi)” ləğv edilmişdir. [89] 14 aprel 2022-ci il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 402) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9 nömrəli əlavə - “Abonentin elektrik şəbəkəsinə qoşulmuş subabonentlər haqqında (elektrik enerjisinin alqı-satqı müqaviləsinə əlavə) Məlumat”a yeni məzmunda yeddinci sətir əlavə edilmişdir.

Qüvvədədir YÜKLƏ © 2023 | e-qanun.az | Bütün Haqqlar QorunurDeveloped by: Ədliyyə Nazirliyinin İnformasiya - kommunikasiya Texnologiyaları İdarəsi / CROCUSOFT E-QANUN

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar