Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1420/2025 14.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı qıznın Cavabdehnə qarşı “qanunsuz hesablanmış pul məbləğinin silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh İB-i tərəfindən ona əsassız və qanunsuz hesablanmış 1353.64 manat məbləğində cərimənin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Atakişili kəndində yaşayır. Yaşadığı evin qaz abunə kodu onun adına olmaqla cavabdeh təşkilatla aralarında bağlanmış qazın alqı-satqı müqaviləsinə əsasən istifadə etdiyi təbii qazın dəyərini hər ay bildirişə əsasən cavabdeh "Azəriqaz” İstehsalat Birliyinin hesabına ödəmişdir. Evinə gələn qaz xəttinin üzərinə quraşdırılmış qaz sayğacı əvəzləmə ilə əlaqədar dəyişdirilərək əvəzində Smart tipli qaz sayğacı quraşdırılmışdır. Smart tipli qaz sayğacı quraşdırılarkən istifadə etdiyi təbii qaza görə borcu ödənilmiş və ayın sonuna borcunun qalmadığı Abonent saldosunda da göstərilmişdir. Lakin İtron tipli Smart kart sayğacı qazı keçirtmədiyi üçün 25 sentyabr 2023-cü il tarixdə həmin sayğac dəyişdirilərək əvəzində Zenner tipli qaz sayğacı quraşdırılmışdır. Bundan sonra istifadə etdiyi təbii qazın dəyərini 2025-ci ilin fevral ayına kimi həmin qaz sayğacının göstəricisinə əsasən ödəmişdir. 2025-ci ilin fevral ayında istifadə etdiyi təbii qazın dəyərini ödəyərkən ona təbii qazdan istifadəyə görə 1353,64 manat borcunun olduğunu bildirmişlər. Təbii qazdan istifadəyə görə həmin məbləğdə borcunun olmadığını bildirsələr də cavabdeh təşkilatın əməkdaşları onlarla razılaşmamışlar. Bundan sonra adına olan Abonentin saldosunu alıb həmin saldoya baxarkən evinə gələn qaz xəttinin üzərinə Smart tipli qaz sayğacı quraşdırılarkən borcunun ödənilməklə sonradan qaz sərfiyyatının olmamasına baxmayaraq cavabeh təşkilat tərəfindən ona süni 1353,64 manat borc hesablanmışdır. Əslində isə onun təbii qazdan istifadəyə görə borcu yoxdur. Evinə gələn qaz xəttinin üzərinə quraşdırılmış Smart tipli qaz sayğacı dəyişdirilərək əvəzində Zenner tipli mexaniki qaz sayğacı quraşdırılandan sonra da qaz sərfiyyatının olmasına baxmayaraq adına tərtib olunmuş abonentə ardıcıllıqla borc hesablanması davam etdirilmişdir. Göründüyü kimi yaşadığı evdə təbii qazdan istifadə etmədiyi halda cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə borc hesablanması qanuna zidd olmaqla onun təbii qaz istehlakçısı kimi qanunla qorunan hüquqları cavabdeh təşkilat tərəfindən kobud surətdə pozulmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına etiraz ərizəsi ilə müraciət edərək göstərmişdir ki, iddiaçı Kürdəmir rayonu Atakişili kəndində yaşayan İddiaçı məxsus fərdi yaşayış evinə 2010-cu il tarixdə ******* nömrəli, Elster G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Həmin qaz sayğacı xx.xx.2016-cı il tarixdə 1602AZ130116020 nömrəli SMART G-4 İTRON tipli qaz sayğacı ilə əvəz edilmişdir. xx.xx.2023-ci il tarixdə yenidən həmin qaz sayğacı **********909 nömrəli ZENNER G-4 marlkalı mexaniki qaz sayğacı ilə əvəz edilmişdir. 2016-cı ilin avqust ayında sayğac əvəzlənərkən İddiaçı 2455.64 manat borcu olduğu müəyyən olunmuş və həmin borc məbləği abonentin **********04700 nömrəli abonent koduna işlənmişdir. 2016-cı il tarixdə abonent İddiaçı mənzilinə quraşdırılmıış ZENNER G4T markalı SMARTKART qaz sayğacı vastəsi ümumilkdə 1175 manat tutularaq abonent bazasında olan borcdan silinmiş, hal-hazırda 1280.64 manat borcu qalmışdır. Cavabdeh 2017-cı il tarixdən aparmış olduğu ödənişlərdən tutulmaların aparılmasınından məlumatlı olmuş və borcun həmin formada tutulmasına razı olmuşdur. Belə ki, cavabdehlər tərəfindən 2017-cı ilin mart ayından başlayaraq keçən 8 (səkkiz) il ərzində borcundan aparılan tutulmalarla bağlı hər hansı bir narazılıq olmamışdır. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 16 oktyabr 2021-ci il tarixli,13 nömrəli Qərarına əsasən əhali abonentləri üçün təbii qazın pərakəndə satış qiyməti 1200 m3-dək hər min kubmetr üçün 120 manat, yəni hər kubmetr üçün 12 qəpik, 1200 m3-dan 2500 m3-dək hər min kubmetr üçün 200 manat, yəni hər kubmetr üçün 20 qəpik, 2500 m3-dan sonra isə hər minkubmetr üçün 250 manat, yəni hər kubmetr üçün 25 qəpik məbləğində müəyyən edilmişdir. Həmin tariflər 01 noyabr 2021-ci il tarixdən qüvvəyə minmişdir. İddiaçı məxsus mənzilindən müxtəlif vaxtlarda açılmış qaz sayğaclarına görə ona heç bir cərimə və ya itirilmiş qazın dəyəri hesablanmamışdır. İddiaçı abonent koduna 2016-ci ilin may ayında hesablanaraq vurulmuş 2455.64 manat məbləğ onun mənzilində istifadə edilmiş təbii qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Odur ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddiaçını dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işdə olan 2025-ci ilin iyun ayınadək olan müddəti əhatə edən abonent İddiaçı adına olan saldodan görünür ki, İddiaçı adına olan ünvan 1 ünvanında ZENNER G4T SMART markalı qaz sayğacı xx.xx.2023-cü ildə quraşdırılmışdır. 2010-cu ilin oktyabrından 441,94 manat borcla 2011-ci il tarixə, 329,44 manat borcla 2012-ci il tarixə, 486,24 manat borcla 2013-cü il tarixə, 2036,24 manat borcla 2014-cü il tarixə, 2455,64 manat borcla 2015ci il tarixə, 2455.64 manat borcla 2015-ci il tarixə, 1830.14 manat borcla 2023-cü il tarixə, 1384,14 manat borcla 2024-cü il tarixə keçid olunmuş, 2025-ci ilin iyun ayına qazdan sərfiyyata görə yaranmış borc cəmi 1280,64 manat təşkil etmişdir. Həmçinin, həmin saldoda qeyd olunan ünvanda daimi deyil, ilin müxtəlif aylarında qazdan istifadə edildiyi, borca nisbətdə ödəniş aparılsa da, qismən az miqdarda aparıldığı göstərilmişdir. İş materiallarında olan Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2016-cı il tarixli ******* nömrəli aktdan görünür ki, Kürdəmir rayonu, Atakişili kəndində İddiaçı adına ELSTER G-4T markalı qaz sayğacı əvəzləmə ilə İTRON G-4 markalı qaz sayğacı quraşdırılmışdır. İş materiallarında olan Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, Kürdəmir rayonu Atakişili kəndində İddiaçı adına İTRON G-4 markalı qaz sayğacı əvəzləmə ilə ZENNER G4T SMART markalı qaz sayğacı quraşdırılmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı adına olan Kürdəmir rayonu, Atakişili kəndində ZENNER G4T SMART markalı qaz sayğacı xx.xx.2023-cü ildə quraşdırılmışdır. 2010-cu ilin oktyabrından 441,94 manat borcla 2011-ci il tarixə, 329,44 manat borcla 2012-ci il tarixə, 486,24 manat borcla 2013-cü il tarixə, 2036,24 manat borcla 2014-cü il tarixə, 2455,64 manat borcla 2015-ci il tarixə, 2455.64 manat borcla 2015-ci il tarixə, 1830.14 manat borcla 2023-cü il tarixə, 1384,14 manat borcla 2024-cü il tarixə keçid olunmuş, 2025ci ilin iyun ayına qazdan sərfiyyata görə yaranmış borc cəmi 1280,64 manat təşkil etmişdir. Həmçinin, həmin saldoda qeyd olunan ünvanda daimi deyil ilin müxtəlif aylarında qazdan istifadə edildiyi, borca nisbətdə ödəniş aparılsa da, qismən az miqdarda aparıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının mülki qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və bu Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki hüquq normalarını müəyyənləşdirən başqa normativ hüquqi aktlardan ibarətdir. Həmin Məcəllənin 2.3-cü maddəsinə görə, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “X1”nın 5.5-ci maddəsinə əsasən, qazpaylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı məxsus Kürdəmir rayonunun Atakişili kəndində yerləşən mənzilindən müxtəlif vaxtlarda açılmış qaz sayğaclarına görə ona heç bir cərimə və ya itirilmiş qazın dəyəri hesablanmamışdır. İddiaçı abonent koduna 2016-ci ilin may ayında hesablanaraq vurulmuş 2455.64 manat məbləğ onun mənzilində istifadə edilmiş təbii qazın dəyəridir. Məhkəmə qeyd olunan işin hallarını və hüquq normalarını hazırkı hüquq münasibətinə tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı qaz sərfiyatından yaranmış borcu cavabdehə ödəmək vəzifəsi daşıdığından iddia əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafıəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı “qanunsuz hesablanmış pul məbləğinin silinməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı Cavabdehnə qarşı “qanunsuz hesablanmış pul məbləğinin silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-1420/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1420/2025
14.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver