Məhkəmə qərarları › İş №2(041)-1432/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1432/2024

09.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1432/2024 09.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon Məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı Yasinxan oğlunun və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Yasinxan oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış cərimənin silinməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Yasinxan oğlu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən qanunsuz tərtib olunmuş xx.xx.2024-cü il tarixli, AKT 329713 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən qanunsuz hesablanmış 900.34 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmşdir. Məhkəmə iclasında İddiaçı Yasinxan oğlu iddia tələbini müdafiə edərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Öyləqulu kəndində yaşayır. Evində istifadə etdiyi elektirik enerjisinin pulunu hər ay vaxtında ödəyir. Evinə gələn elektirik xətdinin üzərinə yaşadığı evdən xeyli məsafədə elektirik sayğacı quraşdırılmışdır. Bu baxımdan o, onun istifadəsində olan elektirik sayğacına nəzarət etməyi qeyri mümkündür. Soradan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən barəsində xx.xx.2024-cü il tarixli, AKT 329713 nömrəli akt tərtib edildiyini öyrənib və X5 müraciət edib həmin aktı almışdır. Aktda guya onun birbaşa X2 etməsi qeyd edilmişdir. Həmin Akta əsasən ona 900.34 manat məbləğində qanunsuz cərimə hesablanmışdır. Kənar xəttin olması ilə bağlı cavabdeh tərəfin əməkdaşları tərəfindən heç bir vidio çəkliş aparılmamışdır. xx.xx.2024-cü il tarixli, AKT 329713 nömərli akt "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 3 nəfər əməkdaşlarının adı qeyd edilməklə tərtib edilmiş, bundan əlavə aktın tərtib edilməsi üçün qanunla tələb olunuan hal şahidləri aktın tərtib edilməsinində iştirak etməmişlər. Hətda aktda məişət abonenti kimi onun adı belə qeyd edilməmiş və akt akt imza edilməsi üçün ona təqdim edilməmişdir. Göründüyü kimi qeyd edilən akt qanunvericiliyin tələbləri kobud surətdə pozulmaqla tərtib edilmiş və bununlada istehlakçı kimi onun hüquqları pozulmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, AKT 329713 nömrəli akt tamamilə əsassız və qanunsuz tərtib edilmişdir. Barəsində tərtib edilən akt qanunsuz və saxta tərtib edilib və həmin akta əsasən 900.34 manat borc qaunsuz hesablanıb. Qanunvericiliyin tələbinə görə istifadə etdiyi elektirik sayğacına baxış keçirildikdən sonra akt onun iştirakı ilə tərtib edilməli olduğu halda, aktı tərtib edən cavabdeh təşkilatın əməkdaşları qanunvericiliyin ümumiyyətlə heç ğir tələbinə əməl etməyərək onun istehlakçı kimi hüquqlarını kobud surətdə pozmuşdur. Həmin aktın hansı əsasla yazılması ona məlum deyil. Ona görə də "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, AKT 329713 nömrəli aktın etibarsız hesab edilməsi və akt əsasında qanunsuz hesablanmış 900.34 manat borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavbdeh "xxxx" ASC-nin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək göstərdi ki, "xxxx" ASC-nin X3 əməkdaşları istehlakçıların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik eknerjisindən istifadə Qaydaları”na və “X1 Qaydaları”na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə xidməti ərazidə reyd keçirən zaman xx.xx.2024 cü il tarixdə İddiaçı Yasinxan oğluna məxsus evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı iddiaçının sayğacdan kənar xəttdən birbaşa X2 etməsi faktı aşkar olunmuşdur. Bu isə EEİQ-nin 8,17-ci, həmçinin EQQQ-nin ıv bəndlərinin istehlakçı tərəfindən pozulması faktıdır. Yenidən hesablaşma keçən yükün ampermaşa adlı cihaz vasitəsi ilə ölçülməsi əsasında aparılmışdır. Nəticədə İddiaçı Yasinxan oğluna müvafiq surətdə xx.xx.2024-cü il tarixli, 329713 saylı akt tərtib edilərək 4.5 kvt x 24 saat x 0,7 x 95 gün = 7182 kvts, Tarif (-633 kvts x 0,08 man = 50.64 man, Tarif (-316 kvts x 0,09 man = 28.44 man, Tarif (-6233 kvts x 0,13 man = 810.29 man cəmi 889.37 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi 7182 kvts itirilmiş elaktrik enerjisinin dəyərini bərpa etmişlər. Akt qanuni və əsaslı olaraq tərtib edilmişdir. Ona görə də İddiaçı Yasinxan oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən qanunsuz tərtib olunmuş xx.xx.2024-cü il tarixli, AKT 329713 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən qanunsuz hesablanmış 900.34 manat məbləğində cərimənin silinməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş, "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş X2 qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, AKT 329713 nömrəli aktın surətindən görünür ki, istehlakçı İddiaçı Yasinxan oğlunun Kürdəmir rayonu Öyləqulu kəndində yerləşən yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilərkən abonentin sayğacdan kənar xəttdən birbaşa X2 etməsi faktı aşkar edilmiş və keçən yük ölçülərək P=0.9 kvt. üzrə hesablanmışdır. Akt tərtib edilərkən həmin akt "xxxx" ASC-nin 3 nəfər nümayəndələri imzalanmış, hal şahidləri iştirak etməmiş, həmçinin məişət abonenti kimi adı aktda qeyd olunmamış, akta imza etməsi üçün ona təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı Yasinxan oğlunun adına qeydə alınmış **********00042 nömrəli Abunə haqqından bağlanan aktlar bölməsində onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, AKT 329713 nömrəli akta əsasən 900.34 manat borc hesablanmışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarındakı sənədləri tədqiq edərək və sübutlara məcmuu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Yasinxan oğlu ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Öyləqulu kəndində yaşayır. Evində istifadə etdiyi elektirik enerjisinin pulunu hər ay vaxtında ödəyir. Evinə gələn elektirik xətdinin üzərinə yaşadığı evdən xeyli məsafədə elektirik sayğacı quraşdırılmışdır. Bu baxımdan o, onun istifadəsində olan elektirik sayğacına nəzarət etməyi qeyri mümkündür. Soradan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən barəsində xx.xx.2024-cü il tarixli, AKT 329713 nömrəli akt tərtib edildiyini öyrənib və X5 müraciət edib həmin aktı almışdır. Aktda guya onun birbaşa X2 etməsi qeyd edilmişdir. Həmin Akta əsasən ona 900.34 manat məbləğində qanunsuz cərimə hesablanmışdır. Kənar xəttin olması ilə bağlı cavabdeh tərəfin əməkdaşları tərəfindən heç bir vidio çəkliş aparılmasışdır. xx.xx.2024-cü il tarixli, AKT 329713 nömərli akt "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 3 nəfər əməkdaşlarının adı qeyd edilməklə tərtib edilmiş, bundan əlavə aktın tərtib edilməsi üçün qanunla tələb olunuan hal şahidləri aktın tərtib edilməsinində iştirak etməmişlər. Hətda aktda məişət abonenti kimi onun adı belə qeyd edilməmiş və akt akt imza edilməsi üçün ona təqdim edilməmişdir. Göründüyü kimi qeyd edilən akt qanunvericiliyin tələbləri kobud surətdə pozulmaqla tərtib edilmiş və bununlada istehlakçı kimi onun hüquqları pozulmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, AKT 329713 nömrəli akt tamamilə əsassız və qanunsuz tərtib edilmişdir. Barəsində tərtib edilən akt qanunsuz və saxta tərtib edilib və həmin akta əsasən 900.34 manat borc qaunsuz hesablanıb. Qanunvericiliyin tələbinə görə istifadə etdiyi elektirik sayğacına baxış keçirildikdən sonra akt onun iştirakı ilə tərtib edilməli olduğu halda, aktı tərtib edən cavabdeh təşkilatın əməkdaşları qanunvericiliyin ümumiyyətlə heç ğir tələbinə əməl etməyərək onun istehlakçı kimi hüquqlarını kobud surətdə pozmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2024-cü il tarixli, AKT 329713 nömrəli akt tərtib edilərək itirilmiş enerjinin miqdarı P=0.9 kvt. üzrə hesablanaraq cavabdeh qurum tərəfindən iddiaçıdan 900.34 manat borc tələb etməsi iddiaçının maddi vəziyyətini ağırlaşdırır. Həmçinin həmin akt tərtib edilərkən iddiaçının sayğacdan kənar xəttdən birbaşa X2 etməsi faktı qeyd olunmaqla, cavabdehin nümayəndəsi kənar istifadə barədə video çəkiliş aparılmamış, cavabdehin nümayəndəsi bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. İş materiallarından göründüyü kimi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətin əməkdaşları tərəfindən İddiaçı Yasinxan oğlunun barəsində xx.xx.2024-cü il tarixli, R 329713 nömrəli akt tərtib edilərkən “X2 Qaydaları”nın 8.17-2-ci bəndinin tələbləri cavabdeh təşkilatın nümayəndələri tərəfindən kobud surətdə pozulmuşdur. Belə olan halda İddiaçı Yasinxan oğlunun barəsində X2 qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2024-cü il tarixli, R 329713 nömrəli akt qismən etibarsız hesab edilməklə itirilmiş elektrik enerjisinin miqdarı akt üzrə 50 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İş materiallarından və iddiaçının izahatından da göründüyü kimi iddiaçının barəsində tərtib olunan mübahisəli akt müəyyən edilmiş qayda pozulmaqla tərtib edilmiş və imza edilməsi üçün iddiaçıya təqdim edilməmişdir. Qeyd edilən və iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2024-cü il tarixli, R329713 nömrəli aktın qismən etibarsız hesab edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia tələbinin təmin edilmiş hissəsinə münasib olaraq 20 manat döıvlət rüsumu cavabdeh "xxxx" ASC-dən, iddia tələbi qismən təmin edildiyinə görə 10 manat dövlət rüsumu İddiaçı Yasinxan oğlundan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən İddiaçı Yasinxan oğlunun barəsində X2 qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2024-cü il tarixli, AKT 329713 nömrəli akt qismən etibarsız hesab edilməli, həmin akt əsasında hesablanmış 50 manat borc İddiaçı Yasinxan oğlundan tutularaq "xxxx" ASC-nin hesabına ödənilməli, qalan 850,34 manat məbləğində borc İddiaçı adına qeydə alınmış abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən İddiaçı barəsində X2 qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2024-cü il tarixli, AKT R 329713 nömrəli akt qismən etibarsız hesab edilsin. Həmin akt əsasında hesablanmış 50 manat borc İddiaçı tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin, qalan 850,34 manat məbləğində borc İddiaçı adına qeydə alınmış abonent hesabından silinsin. İddiaçı 10 (on) manat, cavabdeh "xxxx" ASC-dən 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar