Məhkəmə qərarları › İş №2(041)-1453/2024

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1453/2024

22.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1453/2024 22.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və hesablanan məbləğin silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərişıq ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərişıq ASC-nin nümyəndələri tərəfindən tərtib edilmiş xx.xx.2019, xx.xx.2020, xx.xx.2022,xx.xx.2022,xx.xx.2023-cü il tarixli 159373, 191173, 276090, 282442, 301377 nömrəli aktların etibarısz hesab edilməsi və həmin aktlar əsasında hesabalanmış ümumilikdə 1791 manat borc məbləğinin hesabında silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında İddiaçı vəsatətlə məhkəməyə müraciət edərək, hazırda vərəsəliklə bağlı məsələlərin həll olunması üçün ona müəyyən qədər vaxt lazım olduğu üçün ərizənin baxılmadan geri qaytarılmasını xahiş etdi. Məhkəmə işə əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, İddiaçı vəsatəti təmin edilməli və iddia ərizəsi qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1- 261.0.3. və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 170, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Vəsatət təmin edilsin. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və hesablanan məbləğin silinməsi tələbinə dair iddia ərizəsi iddiaçının vəsatətinə əsasən qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kürdəmir Rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar