Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1518/2024 29.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı “akt əsasında hesablanmış məbləğin silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı “aktın əsasında hesablanmış məbləğin silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Kürdəmir Rayon Məhkəməsinə “Azəriqaz” İB-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı “Azəriqaz” İB-nin cavabdeh İddiaçı Müxbir oğluna qarşı iddiası üzrə e-2(041)-1435/2024 nömrəli və İddiaçı Müxbir oğlunun “Azəriqaz” İB-nə qarşı iddiası 2(041)-1518/2024 nömrəli mülki işlər hal-hazırda icraatdadır. Hər 2 mülki işin bir icraatda birləşdirilərək baxılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş icraatda olan 2(041)- 1435/2024 saylı mülki işlə birləşdirilərək bir icraatda baxılmalıdır. Belə ki, məhkəmənin icraatında olan 2(041)-1435/2024 saylı mülki iş üzrə iddiaçı “Azəriqaz” İB cavabdeh İddiaçı qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, mülki işlərin bir icraatda birləşdirilməsinin məqsədi bir-biri ilə əlaqəsi olan oxşar mahiyyətli mülki mübahisələrin daha tez, obyektiv və hərtərəfli həllini təmin etməkdir. Mülki işlərin bir-biri ilə əlaqəsi, baxılan iş üzrə tərəflərin eyni olmasında, mübahisə predmetinin eyniliyində, mübahisə doğuran hüquq münasibətlərinin subyektlərinin və ya obyektin eyniliyində ifadə olunmalıdır. Hazırki və icraatında olan 2(041)-1435/2024 saylı mülki işlər üzrə tərəflər eyni olmaqla hər iki mülki iş bir-biri ilə əlaqədardır. Belə olan halda məhkəmə qeyd edir ki, hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqə mövcuddur. Ədalət mühakiməsinin düzgün həyata keçirilmə zərurətini, hər iki mülki işin bir icraatda baxılmasının məqsədəmüvafiqliyini, icraatda olan 2(041)-1435/2024 saylı mülki işin ilkin olaraq icraata qəbul edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, mülki iş ilkin olaraq xx.xx.2024-cü il tarixdə icraata götürülmüş 2(041)-1435/2024 saylı saylı mülki işlə birləşdirilməlidir. AR MPM-in 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə həmçinin aşağıdakılara əsasən hesab edir ki, hazırki qərardaddan şikayət verilə bilməz. Belə ki, mülki-prosessual məcəllənin 395-ci maddədə birinci instansiya məhkəməsinin ayrıca akt şəklində qəbul olunmuş qərardadlarından hansı halda şikayət verilməsi göstərilmişdir. Maddədə həmin qərardadlardan şikayət verilməsinin iki məqsədli əsası müəyyən edilmişdir- bu Məcəllədə göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda (395.1.1-395.1.2). Normanın tələbinə görə birinci instansiya məhkəməsinin digər qərardadlarından şikayət verilmir, işdə iştirak edən şəxslər bu qərardaddan narazı qaldıqda qərardada olan etirazlarını apelyasiya şikayətlərinə daxil edə bilərlər(395.2). AR MPM-nin 43-cü maddəsinə əsasən bir-biri ilə əlaqədar olan işlərin birləşdirilməsi ilə bağlı birinci instansiya məhkəmələrinin qəbul etdiyi qərardadlardan şikayət verilməsi göstərilməmişdir. Eyni zamanda həmin normaya əsasən qəbul olunmuş qərardadın mülki işin sonrakı hərəkətinə mane olmadığı da mübahisəsizdir. Bütün bu hallar onu təsdiq edir ki, AR MPM-nin 43-cü maddəsinə əsasən bir-biri ilə əlaqədar olan işlərin birləşdirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadlardan şikayət verilə bilməz. Şərh olunanlara əsasən və AR MPM-in 43 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Kürdəmir Rayon Məhkəməsinin icraatında İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı “akt əsasında hesablanmış məbləğin silinməsi” tələbinə dair 2(041)-1518/2024 saylı mülki iş, Kürdəmir Rayon Məhkəməsinin icraatında olan iddiaçı “Azəriqaz” İB-nin cavabdeh İddiaçı qarşı “borc” tələbinə 2(041)-1435/2024 saylı mülki işlə bir icraatda baxılması üçün birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-1518/2024
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1518/2024
29.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver