Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1571/2024 04.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon Məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" X4rşı aktın etibarsız hesab edilməsi və hesablanan məbləğin silinməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş 20 iyun 2024-cü il tarixli AKT R 340100 nömrəli aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış ümumilikdə 980 manat borc məbləğinin hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Sığırlı kəndində yaşayır. İstifadə etdiyi elektrik enerjisinin dəyərini hər ay vaxtında ödəyir. Heç vaxt sayğaca müdaxilə etməmidir. Sayğacı çöl divarda yerləşir. xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin Mərkəzi Aran regional idarəsinin əməkdaşları onun yaşadığı ünvana gələrək istifadə etdiyi sayğaca baxış keçirmişlər. Həmin vaxt sayğacda heç bir çatışmamazlıq aşkar edilməmişdir. Sonradan ona 980 manat borc yazıldığının şahidi olmuşdur. Həmin borcun yazılması səbəbini soruşduqda sayğacdan kənar xətdən istifadə etdiyini bildirmişlər. Bundan sonra barəsində tərtib olunan aktı alıb tanış olmuşdur. Həmin aktda onun sayğaca müdaxilə etməsi qeyd olunmuşdur. Halbuki, belə bir hal baş verməyib. Hesab edir ki, barəsində yazılmış akt tamamilə əsassızdır, ona görə də etibarsız hesab edilməlidir. Ona görə də "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş 20 iyun 2024-cü il tarixli AKT R 340100 nömrəli aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış ümumilikdə 980 manat borc məbləğinin hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavbdeh "xxxx" ASC-nin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək göstərdi ki, "xxxx" ASC-nin X2 əməkdaşları istehlakçıların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”na və “X1 Qaydaları“na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə xidməti ərazidə reyd keçirən zaman xx.xx.2024-cü il tarixdə İddiaçı məxsus evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı iddiaçının sıxac vasitəsi ilə sayğacdan kənar xət çəkərək birbaşa elektrik enerjisindən istifadə etməsi faktı aşkar olunmuşdur. Bu isə EEİQ-nin 8.17ci, həmçinin EQQQ-nin ı-v bənddlərinin istehlakçı tərəfindən pozulması faktıdır. Yenidən hesablaşma keçən yükün ampermaşa adlı cihaz vasitəsi ilə ölçülmə əsasında aparılmışdır. Nəticədə bu əmələ görə İddiaçı barəsində xx.xx.2024-cü il tarixli R 340100 saylı akt tərtib edilərək hesabat aparılmaqla 5,5 kvt x 24 saat x 0,7 x 90 gün = 7862 kvts, Tarif – 600 kvts x 0,08 man = 48,00 man, Tarif – 300 kvts x 0,09 man = 27,00 man, Tarif – 6962 kvts x 0,13 man = 905,06 man olmaqla cəmi 980,06 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi 7862 kvts itirilmiş elektrik enerjisinin dəyərini bərpa etmişlər. İddiaçı iddia ərizəsində irəli sürdüyü tələb və aktın qanunsuz tərtib edilməsini göstərməklə o, sayğaca müdaxilə etmədiyini, sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə etmədiyini göstərsə də, onun istifadəsində olan sayğaca özünün iştirakı ilə baxış keçirilərək video çəkiliş aparılmışdır. Həmin video çəkiliş məhkəməyə təqdim edilmişdir. İddiaçının barəsində tərtib edilən akt qanuni və əsaslı olaraq tərtib edilmişdir. Ona görə də İddiaçı "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş 20 iyun 2024-cü il tarixli AKT R 340100 nömrəli aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış ümumilikdə 980 manat borc məbləğinin hesabından silinməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş, "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, AKT R 340100 nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı oğlunun Kürdəmir rayonunun Sığırlı kəndində yerləşən yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilərkən sayğacın abonentin sıxac vasitəsilə birbaşa sayğacdan kənar elektrik enerjisindən istifadə etməsi, sayğacın avtomatının aşağı vurulu vəziyyətdə olması müəyyən edilmişdir. Keçən yük İ = 11,7 A; U = 220 v; P = 2,5 kvt. Akt tərtib edilərkən həmin "xxxx" ASC-nin nümayəndələri tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı adına qeydə alınmış **********00039 nömrəli Abunə haqqının bağlanan aktlar bölməsində onun barəsində tərtib olunmuş AKT R 340100 nömrəli akta əsasən İddiaçı ümumsilikdə 905,06 manat borc hesablanmışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarındakı sənədləri tədqiq edərək və sübutlara məcmuu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Sığırlı kəndində yaşayır. İstifadə etdiyi elektrik enerjisinin dəyərini hər ay vaxtında ödəyir. Heç vaxt sayğaca müdaxilə etməmidir. Sayğacı çöl divarda yerləşir. xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin Mərkəzi Aran regional idarəsinin əməkdaşları onun yaşadığı ünvana gələrək istifadə etdiyi sayğaca baxış keçirmişlər. "xxxx" ASC-nin X2 əməkdaşları istehlakçıların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”na və “X1 Qaydaları“na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə xidməti ərazidə reyd keçirən zaman xx.xx.2024-cü il tarixdə İddiaçı məxsus evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı iddiaçının sıxac vasitəsi ilə sayğacdan kənar xət çəkərək birbaşa elektrik enerjisindən istifadə etməsi faktı aşkar olunmuşdur. Bu isə EEİQ-nin 8.17ci, həmçinin EQQQ-nin ı-v bənddlərinin istehlakçı tərəfindən pozulması faktıdır. Yenidən hesablaşma keçən yükün ampermaşa adlı cihaz vasitəsi ilə ölçülmə əsasında aparılmışdır. Nəticədə bu əmələ görə İddiaçı barəsində xx.xx.2024-cü il tarixli R 340100 saylı akt tərtib edilərək hesabat aparılmaqla 5,5 kvt x 24 saat x 0,7 x 90 gün = 7862 kvts, Tarif – 600 kvts x 0,08 man = 48,00 man, Tarif – 300 kvts x 0,09 man = 27,00 man, Tarif – 6962 kvts x 0,13 man = 905,06 man olmaqla cəmi 980,06 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi 7862 kvts itirilmiş elektrik enerjisinin dəyərini bərpa etmişlər. İddiaçı iddia ərizəsində irəli sürdüyü tələb və aktın qanunsuz tərtib edilməsini göstərməklə o, sayğaca müdaxilə etmədiyini, sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə etmədiyini göstərsə də, onun istifadəsində olan sayğaca özünün iştirakı ilə baxış keçirilərək video çəkiliş aparılmışdır. Həmin video çəkiliş məhkəməyə təqdim edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı yaşadığı ünvanda istifadə etdiyi elektrik sayğacına baxış keçirilərkən iddiaçının sıxac vasitəsi ilə sayğacdan kənar xətt çəkərək birbaşa elektrik enerjisindən istifadə etməsi faktı aşkar olunmuş və elektrik sayğacına keçirilərkən iddiaçının özünün iştirakı ilə videoçəkiliş aparılmışdır. İddiaçının elektrik enerjisindən istifadə sahəsində sayğacdan kənar elaktrik enerjisindən istifadə etməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsadsən, İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı cavabdeh "xxxx" X4rşı aktın etibarsız hesab edilməsi və hesablanan məbləğin silinməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" X4rşı aktın etibarsız hesab edilməsi və hesablanan məbləğin silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-1571/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1571/2024
04.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver