Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1581/2025 07.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3 Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış cərimənin silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə (bundan sonra Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən barəsində qanunsuz tərtib olunmuş xx.xx.2025-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 298,08 manat məbləğində cərimənin hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Çölqubalı kəndində yaşayır. Yaşadığı evin qaz abunə kodu onun adına olmaqla, həmin evdə təbii qazdan istifadə edir və istifadə etdiyi təbii qazın dəyərini hər ay bildirişə əsasən cavabdeh "Azəriqaz” İstehsalat Birliyinin hesabına ödəyr. Yaşadığı evə gələn qaz xəttinin üzərinə istifadə etdiyi təbii qazın miqdarının müəyyən edilməsi məqsədi ilə küçədə, əhalinin gedib-gəldiyi yerə qaz sayğacı quraşdırılmışdır. İstifadə etdiyi və küçədə quraşdırılmaqla heç bir qoruyucu şkafı olmayan qaz sayğacına cavabdeh "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə baxış keçirmiş və əvəzləmə ilə əlaqədar qaz sayğacını dəyişərək əvəzində yeni qaz sayğacı quraşdıraraq bu barədə akt tərtib etmişlər. 2025-ci ilin aprel ayında istifadə etdiyi təbii qazın dəyərini ödəyərkən ona artıq qaz pulunun hesablandığını görüb və bununla bağlı cavabdeh "Azəriqaz” X1 Xidmət Sahəsinə müraciət edib. Orada barəsində xx.xx.2025-ci il tarixdə ******* nömrəli akt tərtib edildiyini və həmin akta əsasən ona 298,08 manat məbləğində əlavə borc hesablandığını bildiriblər. Onun barəsində akt tərtib edilməsindən heç bir məlumatı olmamış, akt imza edilməsi üçün ona təqdim edilməmiş və rəsmi qaydada onun ünvanına göndərilmədiyi üçün Kürdəmir Xidmət Sahəsindən barəsində tərtib olunan xx.xx.2025-ci il tarixdə ******* nömrəli aktın surətini, dəymiş ziyanın bərpasına dair tələbnamənin surətini və adına qeydə alınmış abonentin saldosunu alıb. İstfadə etdiyi qaz sayğacı küçədə, əhalinin gəliş gediş yolunun üstündə quraşdırılmaqla, heç bir qoruyucu şkafla təmin edilməmişdir. Küçədə quraşdırılmaqla heç bir qoruyucu vasitə ilə təmin edilməyən qaz sayğacına o bütün gün ərzinə nəzarət ədə bilməz və o özü qaz sayğacına heç bir müdaxilə etməmişdir. Bu səbəbdən də o qaz sayğacına hansı şəraitdə və kim tərəfindən müdaxilə edilməsini bilmir. Bunqdan əlavə yaşadığı əraziyə nəzarət edən nəzarətçi tərəfindən istifadə etdiyi qaz sayğacına ay ərzində ən azı 2 dəfə baxış keçirilir, lakin nəzarətçi tərəfindən istifadə etdiyi qaz sayğacında hər hansı bir nöqsanın olması barədə ona şifahi və ya rəsmi heç bir məlumat verilməmişdir. Həmçinin barəsində tərtib edilən xx.xx.2025-ci il tarixdə ******* nömrəli aktda istehlakçının nümayəndəsi kimi onun Kürdəmir şəhərində yaşayan oğlu Anarın adı qeyd edilmiş və imza etməsi göstərildiyi halda həmin akta nə oğlu Anar nə də o özü imza etməmişdir. Akt qanunsuz olaraq saxta tərtib edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələblərini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, 2025-ci ilin fevral ayında internet provayderinin əməkdaşları ərazidə işlədikləri zaman istifadə etdikləri texnika ehtiyatsızlıqdan qaz sayğacına zərər yetirmişlər. Vurduqları zərərin dəyərini Cavabdeh İBnə ödəmiş və onların hesabına cavabdehin əməkdaşları onun qaz sayğacını yenisi ilə əvəz etmişlər. İddiaçı işin qeyd edilən hallarını nəzərə alaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh İB-nin nümayəndəsi R.S.Xəlilov elektron ərizə ilə məhkəməyə müraciət edərəkə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Odur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş; -Cavabdeh İB-nin Ağsu Regional qaz istismarı idarəsi ilə İddiaçı (istehlakçı) arasında Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bənddə qeyd edilmişdir ki, Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən paylayıcının illik iş planında göstərilən müddətlərdə təmir-profilaktika işlərinin aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etmək (2.1.4); İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq (2.1.5); İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) (2.1.7); İstehlakçının tələbi ilə ona istifadə edilmiş qazın həcmi və dəyəri barədə yazılı məlumat vermək (2.1.8); təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində İstehlakçıya dəymiş zərərin əvəzini ödəmək (2.1.9); İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək (2.1.10); “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə uyğun olaraq İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlanılmasından keçirmək, habelə həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq (2.1.11) Paylayıcının vəzifələrinə daxil edilmişdir. Müqavilənin 3.3-cü bəndinə görə Paylayıcı İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay İstehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan İstehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın Paylayıcı tərəfindən İstehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb olunmur. 3.4. X2 tərəfindən təqdim edildikdən sonra bir ay müddətində İstehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. 3.5. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, Paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin Paylayıcı İstehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 3.6. İstehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2025-ci il tarixli ******* nömrəli aktın Cavabdeh İB-nin Kürdəmir Xidmət sahəsinin nümayəndələri T.Məhədiyev, D.Abbasov, S.Fətəliyev tərəfindən istehlakçı İddiaçı oğlu Anar Mustafayevin iştirakı ilə tərtib edildiyi, həmin tarixdə onun evini təbii qazla təmin edən, küçədə quraşdırılmış G4 markalı ******* nömrəli qaz sayğacına baxış zamanı sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi fiziki təsir nəticəsində deşici alətlə deşilib, çıxış yivli birləşmə gövdədən qopub və təbii qaz itkisinin yarandığı müəyyən edilmiş və ev sahibi İddiaçı oğlu Anar Mustafayev bu barədə tərtib edilmiş akta imza etdiyi göstərilir. - xx.xx.2025-cü il tarixli tələbnamədə dəymiş ziyan 2484 m3 müəyyən edilmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə görə öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.5. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.3. Qaz sayğacları Xidmət tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. 4.4. Qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2025-ci il tarixdə Kürdəmir rayonunun Çölqubalı kəndində yerləşən İddiaçı məxsus evdə quraşdırılmış ZENNER tipli G- 4 markalı **********4 nömrəli qaz sayğacına baxış zamanı sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi fiziki təsir nəticəsində deşici alətlə deşilib, çıxış yivli birləşmə gövdədən qopub və təbii qaz itkisinin yarandığı müəyyən edilmiş, bununla bağlı akt tərtib edilmiş və həmin akt iddiaçının nümayəndəsi tərəfindən imzalanmamışdır. Lakin cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki, Qaydaların 4.9-cu bəndinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Digər tərəfdən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci bəndinə uyğun olaraq cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Bundan əlavə, İddiaçı verdiyi izahata görə 2025-ci ilin fevral ayında internet provayderinin əməkdaşları ərazidə işlədikləri zaman istifadə etdikləri texnika ehtiyatsızlıqdan qaz sayğacına zərər yetirdiklərinə görə vurulmuş zərərin dəyərini Cavabdeh İB-nə ödəmiş və onların hesabına cavabdehin əməkdaşları onun qaz sayğacını yenisi ilə əvəz etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Hazırki iş üzrə tələb edilən zərərə görə iddiaçının təqsirliliyini təsdiq edən heç bir sübut işə əlavə edilməmiş və cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 298.08 manat İddiaçı hesabından silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 298.08 (iki yüz doxsan səkkiz manat 08 qəpik) manat İddiaçı hesabından silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-1581/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1581/2025
07.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver