Məhkəmə qərarları › İş №2(041)-1603/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1603/2024

31.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1603/2024 31.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir şəhəri Azərbaycan Respubliaksı Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab eddilməsi, akt əsasında hesablanmış cərimənin silinməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Azəriqaz“ İstehsalat Birliyinin onun barəsində tərtib etdiyi xx.xx.2024-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi akt əsasında hesablanmış 3110,40 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir şəhəri, A.Şakir küçəsi 29a ünvanında yaşayır. Hər ay istifadə etdiyi qazın dəyərini vaxtlı-vaxtında ödəyib. Heç bir vaxt qaza borcu olmayıb. Qaz idarəsindən gələrək bildiriblər ki, qaz sayğacınızın vaxtı bitib yeni qaz sayğacı qoyulacaq. Oda etiraz etməyib. Onlar qaz sayğacını qoyulduğu yerdən çıxararaq çıxıb getdilər. Sonradan qaza baxan nəzarətçi ona bildiriş verəndə qaza borcunun olduğunu görüb. Maraqlananda ona deyiblər ki, qaz sayğacınıza görə cərimələnmisiniz. Guya o, sayğacdan kənar qeyri-qanuni əlavə xəttdən istifadə istifadə olunub. O,nə qədər onlara izah eləməyə çalışsa ki, qaz sayğacına müdaxilə olunmayıb onlar onunla razılaşmayıb. Qaz sayğacına dair o cümlədən borca dair bütün sənədlərini çox get gəldən sonra əldə edib. Ona məlum olub ki, Qaz idarəsinin işçiləri onun iştirakı olmadan ******* nömrəli xx.xx.2024-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib ediblər. xx.xx.2024 nömrəli akt və akta əsasən hesablanan 3110.40 manat məbləğ tamamilə qanunsuzdur. Etibarsız hesab edilməlidir. Onuda qeyd edtməliyəm ki, qaz sayğacımız küçədə olub heç bir qoruma vasitəsi ilə təmin edilməyib. Qaz sayğacı açılarkəndə ona qaz sayğacının laborotoriyaya göndərilməsi izah edilməyib, qaz sayğacı açılarkən isə heç bir qoruyucu vasitəsi olmayıb. Hal şahidləri öz işçiləri olmuşdur. Maraqlı olan ancaq cavabdeh qurumun işçiləri orada iştirak ediblər. O, aktlarla razı deyil. Həmin aktlar qanunsuz tərtib edilib. Vətəndaşlıq hüquqları kobud şəkildə pozulmuşdur. Saxtakarlıq isə budur ki, əgər o, qaz sayğacına müdaxilə edibsədə yalnız sayğac açılana qədər edib. Yazılmış aktın geriyə qüvvəsi var əvvələ qüvvəsi ola bilməz. Deməli cavabdeh qurumun özünün Qaz haqqında qanunlardan xəbərləri yoxdur. Yuxarıda qeyd etdiyi detallar aktların qanunsuz olmasını, etibarsız hesab edilməsinə əsas verir. Hesablanan cərimə məbləği 2 ay saxlanılmaqla qalan məbləğ onun hesabımdan silinməlidir. O, məhkəməyə ərizə təqdim edərək ona hesablanan cərimə məbləğinin 2 ay hissəsini qəbul etdiyini bildirib. Ona görə də cavabdeh “Azəriqaz“ İstehsalat Birliyinin barəsində tərtib etdiyi xx.xx.2024-cü il tarixli, ******* saylı aktın qismən etibarsız hesab edilməsi akt əsasında hesablanmış 3110,40 manat cərimənin 2 ay hissəsi saxlanılmaqla qalan cərimə məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək göstərdi ki, “Azəriqaz” X4 RQİİ-nin ünvan 2 ünvanında yaşayan İddiaçı yaşayış evinə quraşdırılmış qaz sayğacına xx.xx.2024-cü il tarixdə baxış keçirilərkən İddiaçı istifadəsində olan qaz sayğacından kənar qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan istifadə etdiyi müəyyən edilmişdir. Əməkdaşlar tərəfindən İddiaçı iştirakı ilə xx.xx.2024-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş İddiaçı həmin akta imza etmişdir. Qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 6 kub metr, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Ağsu RQİİ-nin xx.xx.2024-cü il tarixli, ******* saylı Dəymiş ziyanın bərpasına dair tələbnaməsi ilə 25920 kub metr (və ya 3110,40 manat) həcmində müəyyən edilmişdir. Ona görə də İddiaçı cavabdeh “Azəriqaz“ İstehsalat Birliyinin barəsində tərtib etdiyi xx.xx.2024cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, akt əsasında hesablanmış 3110,40 manat cərimənin silinməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli, ******* nömrəli təsdiq edilmiş aktdan görünür ki, İddiaçı yaşadığı yaşayış evində “Azəriqaz” X3 RQİİ-nin Kürdəmir XS-nin işçiləri tərəfindən xx.xx.2024-cü il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyddə “abonent mənzilində sayğacdan kənar qazdan qeyri-qanuni əlavə xətt qoşaraq istifadə etdiyi tərəfimizdən aşkar olundu” qeyd olunmuşdur. Qeyd edilən akt “Azəriqaz” X3 RQİİ-nin Kürdəmir XS-nin əməkdaşları tərəfindən və istehlakçının özü tərəfindən imzalanmışdır. İş materiallarında olan “Azəriqaz” İB-nin X6 İstismarı İdarəsinin rəisinin təsdiq etdiyi xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surəti ilə müəyyən edilir ki, İddiaçı yaşadığı fərdi yaşayış evində Kürdəmir Xidmət Sahəsinin görəcəyi işlər barədə tələblərdə itirilmiş qazın bərpası üzrə qaz işlədicilərinin nominal saatlıq qaz sərfi 6 kub metr, orta gunluk iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və cəmi 25920 kub metr üzrə hesablanmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı adına qeyd edilmiş **********00041 nömrəli Abonentin saldosundan görünür ki, 2024-cü il ərzində İddiaçı təbii qazdan istifadəyə görə borcunun 3110,40 manat olduğu göstərilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, habelə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ailə üzvləri ilə o, ailə üzvləri ilə birlikdə Kürdəmir şəhəri, A.Şakir küçəsi 29a ünvanında yaşayır. Hər ay istifadə etdiyi qazın dəyərini vaxtlı-vaxtında ödəyib. Heç bir vaxt qaza borcu olmayıb. Qaz idarəsindən gələrək bildiriblər ki, qaz sayğacınızın vaxtı bitib yeni qaz sayğacı qoyulacaq. Oda etiraz etməyib. Onlar qaz sayğacını qoyulduğu yerdən çıxararaq çıxıb getdilər. Sonradan qaza baxan nəzarətçi ona bildiriş verəndə qaza borcunun olduğunu görüb. Maraqlananda ona deyiblər ki, qaz sayğacınıza görə cərimələnmisiniz. Guya o, sayğacdan kənar qeyri-qanuni əlavə xəttdən istifadə istifadə olunub. O,nə qədər onlara izah eləməyə çalışsa ki, qaz sayğacına müdaxilə olunmayıb onlar onunla razılaşmayıb. Qaz sayğacına dair o cümlədən borca dair bütün sənədlərini çox get gəldən sonra əldə edib. Ona məlum olub ki, Qaz idarəsinin işçiləri onun iştirakı olmadan ******* nömrəli xx.xx.2024-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib ediblər. xx.xx.2024 nömrəli akt və akta əsasən hesablanan 3110.40 manat məbləğ tamamilə qanunsuzdur. Etibarsız hesab edilməlidir. Onuda qeyd edtməliyəm ki, qaz sayğacımız küçədə olub heç bir qoruma vasitəsi ilə təmin edilməyib. Qaz sayğacı açılarkəndə ona qaz sayğacının laborotoriyaya göndərilməsi izah edilməyib, qaz sayğacı açılarkən isə heç bir qoruyucu vasitəsi olmayıb. Hal şahidləri öz işçiləri olmuşdur. Maraqlı olan ancaq cavabdeh qurumun işçiləri orada iştirak ediblər. O, aktlarla razı deyil. Həmin aktlar qanunsuz tərtib edilib. Vətəndaşlıq hüquqları kobud şəkildə pozulmuşdur. Saxtakarlıq isə budur ki, əgər o, qaz sayğacına müdaxilə edibsədə yalnız sayğac açılana qədər edib. Yazılmış aktın geriyə qüvvəsi var əvvələ qüvvəsi ola bilməz. Deməli cavabdeh qurumun özünün Qaz haqqında qanunlardan xəbərləri yoxdur. Yuxarıda qeyd etdiyi detallar aktların qanunsuz olmasını, etibarsız hesab edilməsinə əsas verir. Hesablanan cərimə məbləği 2 ay saxlanılmaqla qalan məbləğ onun hesabımdan silinməlidir. O, məhkəməyə ərizə təqdim edərək ona hesablanan cərimə məbləğinin 2 ay hissəsini qəbul etdiyini bildirib. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh “Azəriqaz” İB-nin əməkdaşları iddiaçının istifadə etdiyi qazın dəyərini 360 gün müddətində və sutkanın 12 saatı ərzində yararlanmasını nəzərə alıb hesabat aparmaqla 25920 kub metr həcmində qaz itkisi müəyyən edilməsi iddiaçının maddi vəziyyətini ağırlaşdırmaqla, istehlakçı kimi onun hüquqlarını pozur. “Qazdan istifadə Qaydaları”nın 6.5-2-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qırıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozunqtu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentinə münasibətdə sutkanın 12 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Məhkəmə hesab edir ki, İddiaçı təbii qazdan qeyri qanuni istifadə etsə də, cavabdeh “Azəriqaz“ İB tərəfindən itirilmiş təbii qazın bərpası üçün iddiaçının istifadə etdiyi qaz işlədicilərinin nominal saatlıq qaz sərfinin 6 kub metr/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün müəyyən edilməsi iddiaçının maddi vəziyyətini ağırlaşdırdığına görə itirilmiş təbii qazın bərpası üçün hesabat müddəti ümumilikdə 2 ay (60 gün) qəbul edilməlidir. Belə olan halda iddiaçının istifadə etdiyi qaz işlədicilərinin maksimal qaz sərfinə görə hesabat müddəti 6 x 12 x 90 = 3680 metr hesablanmaqa, 3110,40 : 0,12 x 3 = 259 manat x 3 = 770,60 manat; 3110,40 – 770,60 = 2339,40 manat müəyyən edilməklə həmin məbləğ iddiaçının hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. “İstehlakçıların hüquqlarının müdafıəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İşin hallarından göründüyü kimi, qaz sayğacının istehlakçı təqsiri üzündən zədələnməsi müəyyən olunmamaqla, istehlakçı tərəfindən onun təşəbbüsü ilə sayğıcın texniki baxışdan keçirilməsi tələb edilməmişdir. Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia tələbinin təmin edilmiş hissəsinə münasib olaraq 20 manat dövlət rüsumu cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən, iddia tələbi qismən təmin edildiyinə görə 10 manat dövlət rüsumu iddiaçı X2 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə cavabdeh “Azəriqaz” İsehsalat Birliyinin əməkdaşları tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt üzrə hesabat müddəti 2 ay (60 gün) qəbul edilməli və akt əsasında hesablanmış 2339,9 manat məbləğində borc İddiaçı adına qeyd edilmiş abonent hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “Azəriqaz” İsehsalat Birliyinin əməkdaşları tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 0402757nömrəli akt üzrə hesabat müddəti 2 ay (60 gün) qəbul edilsin. Həmin akt əsasında hesablanmış 2339,40 manat məbləğində borc İddiaçı adına qeyd edilmiş abonent hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı 10 (on) manat, cavabdeh “Azərqaz” İstehsalat Birliyindən 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar