Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-162/2024 15.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon Məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı 700 manat borcun silinməsi tələbinə dair mülki işə Kürdəmir rayonu, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh barəsində tərtib etdiyi aktlar üzrə hesablanmış 700 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı qeyd olunan iş üzrə Kürdəmir rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(041)1143/2020 saylı qətnaməsi mövcuddur. Hazırki vəziyyətdə qiyabi qətnamənin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirib hazırki işin baxılmamış saxlanılmasını xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəməyə gəlməmiş və mülki işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı 700 manat borcun silinməsi tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanması barədə İddiaçı ərizəsi qəbul edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı 700 manat borcun silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan qərardad tərəflərə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətinə qərardadı çıxaran məhkəməyə şikayət verə bilər. Hakim: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-162/2024
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-162/2024
15.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver