Məhkəmə qərarları › İş №2(041)-1669/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1669/2024

25.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1669/2024 25.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respubliaksı Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilməsi, qanunsuz hesablanmış cərimənin silinməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən barəmdə qanunsuz tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 1555,20 manat məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə hazırda Kürdəmir rayonunun Carlı kəndində yerləşən evində yaşayır. Yaşadığı ünvanda qanuni şəkildə təbii qazdan istifadə edir. İstifadə etdiyi təbii qazın dəyərini hər ay bildirişə əsasən “Azəriqaz” İstehsalat Birliyinin hesabına ödəyir. O, öz ailə üzvləri ilə birlikdə uzun müddət öz evində deyil Rusiya Federasiyasında yaşamışdır. X5 Sahəsinin işçiləri yaşadığı evə gələrək istifadə etdiyi qaz sayğacını əvəzləmə ilə əlaqədar dəyişdirib əvəzində yeni qaz sayğacı quraşdırmışlar. Həmin vaxt qazdan istifadə qaydalarının pozulması və ya təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı heç bir pozuntu aşkar etməmişlər. xx.xx.2024-cü il tarixdə cavabdeh təşkilatın əməkdaşları tərəfindən ona bildiriş-xəbərdarlıq veriləndə onun təbii qazdan istifadəyə görə borcunun 1564,62 manat olduğunu görmüş və artıq borcun hesablanma səbəbini öyrənmək üçün Kürdəmir Qaz İdarəsinə müraciət etmişdir. X3 əvvəl istifadə etdiyi qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzilməklə daxili qulaqcıqlarında əzik cızıq izləri aşkar edildiyinə görə barəsində xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt tərtib edildiyini və həmin akta əsasən 1555,20 manat məbləğində əlavə borc hesablandığını bildirmişlər. İstifadə etdiyi qaz sayğacı küçədə quraşdırılmaqla heç bir qoruyucu şkafla təmin olunmamış, bundan başqa əraziyə xidmət göstərən nəzarətçi hər ayda 2 dəfədən az olmayaraq qaz sayğacına baxış keçirmiş və istifadə etdiyi qaz sayğacında hər hansı bir nasazlığın olması barədə ona heç bir xəbərdarlıq etməmişdir. Həmçinin istifadə etdiyi qaz sayğacı cavabdehin əməkdaşları tərəfindən açılıb götürülərkən onlar qaz sayğacında hər hansı bir nöqasanın olmasını bildirməmişlər və həmin sayğaca baxış keçiriləcəyi barədə ona heç bir məlumat verməmişlər. O, cavabdeh təşkilatın əməkdaşları tərəfindən barəsində tərtib edilən xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktla razı deyil və hesab edir ki, həmin akt üzrə ona hesablanmış 1555,20 manat məbləğində borc hesabından silinməlidir. Ona görə də cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən barəmdə qanunsuz tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 1555,20 manat məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə lazımi qaydada məlumat verilmiş o, məhkəməyə gəlməyərək ərizə göndərib iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndən iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə ərizəsində göstərmişdir ki, “Azəriqaz” X2 RQİİ-nin Kürdəmir XS-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus olan yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açaraq götürmüşlər. Bununla bağlı akt tərtib edilmişdir. Mənzildən açılmış Elster 4 markalı 10573352 nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş akta əsasən sayğac Sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi, sayğacın istismara yararsız olması müəyyən edilimişdir. Həmin akta əsasən İddiaçı yaşadığı mənzildə istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair 17.032023-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “Azəriqaz” İB-nin Ağsu RQİİ-yə göndərilmişdir. Həmin akta əsasən Ağsu RQİİ-nin istehlakçılara satılan qaza nəzarət şöbəsində xx.xx.2023-cü il tarixdə itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək İddiaçı adına olan Kürdəmir XS-nin abonent bazasındakı **********002230 nömrəli abonent koduna 12960 küb metr-1555,20 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. İddiaçı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli Qazdan istifadə qaydaları haqqında Qərarın 6.5-ci bəndinə əsasən təbii qazdan qanunsuz istifadə halları aşkar edildikdə, qaz paylayıcısı abonentə qazın verilişini dərhal dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Ona görə də İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi, akt əsasında hesablanmış 1555,20 manat cərimənin silinməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı evinə gedən qaz xəttinin üzərinə quraşdırılmış Elster tipli, G-4 markalı qaz sayğacı növbəti dövlət yoxlamasına göndərilməsi üçün dəyişdirilərək əvəzində yeni qaz sayğacı quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli təsdiq edilmiş aktdan görünür ki, istehlakçı İddiaçı yaşadığı yaşayış evində “Azəriqaz” X2 RQİİ-nin Kürdəmir XS-nin işçiləri tərəfindən xx.xx.2023-cü il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyddə “sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Sayğac istismara yararsızdır” qeyd edilmişdir. Qeyd edilən akt “Azəriqaz” X2 RQİİ-nin Kürdəmir XS-nin əməkdaşları tərəfindən imzalanmışdır. İstehlakçı İddiaçı adı aktda qeyd olunsa da, akt imza edilməsi üçün ona təqdim edilməmişdir. İş materiallarına əlavə edimlmiş “Azəriqaz” İB-nin X6 İstismarı İdarəsinin rəisinin təsdiq etdiyi xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surəti ilə müəyyən edilir ki, İddiaçı fərdi yaşayış evində Kürdəmir Xidmət Sahəsinin görəcəyi işlər barədə tələblərdə itirilmiş qazın bərpası üzrə qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 6 kub metr/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və cəmi 12960 kub.metr üzrə hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, habelə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ailə üzvləri ilə birlikdə hazırda Kürdəmir rayonunun Carlı kəndində yerləşən evində yaşayır. Yaşadığı ünvanda qanuni şəkildə təbii qazdan istifadə edir. İstifadə etdiyi təbii qazın dəyərini hər ay bildirişə əsasən “Azəriqaz” İstehsalat Birliyinin hesabına ödəyir. O, öz ailə üzvləri ilə birlikdə uzun müddət öz evində deyil Rusiya Federasiyasında yaşamışdır. X5 Sahəsinin işçiləri yaşadığı evə gələrək istifadə etdiyi qaz sayğacını əvəzləmə ilə əlaqədar dəyişdirib əvəzində yeni qaz sayğacı quraşdırmışlar. Həmin vaxt qazdan istifadə qaydalarının pozulması və ya təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı heç bir pozuntu aşkar etməmişlər. xx.xx.2024-cü il tarixdə cavabdeh təşkilatın əməkdaşları tərəfindən ona bildiriş-xəbərdarlıq veriləndə onun təbii qazdan istifadəyə görə borcunun 1564,62 manat olduğunu görmüş və artıq borcun hesablanma səbəbini öyrənmək üçün Kürdəmir Qaz İdarəsinə müraciət etmişdir. X3 əvvəl istifadə etdiyi qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzilməklə daxili qulaqcıqlarında əzik cızıq izləri aşkar edildiyinə görə barəsində xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt tərtib edildiyini və həmin akta əsasən 1555,20 manat məbləğində əlavə borc hesablandığını bildirmişlər. İstifadə etdiyi qaz sayğacı küçədə quraşdırılmaqla heç bir qoruyucu şkafla təmin olunmamış, bundan başqa əraziyə xidmət göstərən nəzarətçi hər ayda 2 dəfədən az olmayaraq qaz sayğacına baxış keçirmiş və istifadə etdiyi qaz sayğacında hər hansı bir nasazlığın olması barədə ona heç bir xəbərdarlıq etməmişdir. Həmçinin istifadə etdiyi qaz sayğacı cavabdehin əməkdaşları tərəfindən açılıb götürülərkən onlar qaz sayğacında hər hansı bir nöqasanın olmasını bildirməmişlər və həmin sayğaca baxış keçirilməsi üçün sayğacın labaratoriyaya göndəriləcəyi ona izah edilməmişdir. O, cavabdeh təşkilatın əməkdaşları tərəfindən barəsində tərtib edilən xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktla razı deyil və hesab edir ki, həmin akt üzrə ona hesablanmış 1555,20 manat məbləğində borc hesabından silinməlidir. Cavabdehin nümayəndəsi qaz işlədicilərinin hesabat müddətini 90 gün qəbul etməklə İddiaçı 12960 kub metr qaz itgisinə yol verməsi və onun itirilmiş təbii qaza görə borcunun olması, həmçinin cavabdeh qurum tərəfindən qaz sayğacı çıxarılarkən belə hər hansı bir qoruyucu qutuya qoyulması, hal şahidlərinin iştirakı ilə möhürlənməsi, qaz sayğacının labotoriyaya göndərilməsi və istehlakçının orada iştirakının təmin edilməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Həmçinin məhkəmə qeyd etməyi zərur hesab edir ki, İddiaçı istifadə etdiyi qaz sayğacı əvəzləmə ilə əlaqədar dəyişdirilərkən həmin vaxt qaz sayğacına hər hansı bir müdaxilənin olması müəyyən edilmədiyi halda, sonradan Qaz İsitsmar sahəsinin işçiləri tərəfindən iddiaçının həmin qaz sayğacına müdaxilə etməsi düzgün qeyd edilməmişdir. Bu da istehlakçının qanuni mənafeyinin müdafiəsinə ziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. “İstehlakçıların hüquqlarının müdafıəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İşin hallarından göründüyü kimi, qaz sayğacının istehlakçı təqsiri üzündən zədələnməsi müəyyən olunmamaqla, istehlakçı tərəfindən onun təşəbbüsü ilə sayğıcın texniki baxışdan keçirilməsi tələb edilməmişdir. Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu ödəməkdən azad edildiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə müvafiq olaraq 30 manat dövlət rüsumu cavabdeh “Azəriqaz” İsehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə cavabdeh “Azəriqaz” İsehsalat Birliyinin əməkdaşları tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt etibarsız hesab edilməli və həmin akt əsasında hesablanmış 1555,20 manat borc məbləği onun hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh “Azəriqaz” İsehsalat Birliyinin əməkdaşları tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt etibarsız hesab edilsin və həmin akt əsasında hesablanmış 1555,20 manat borc məbləği onun hesabından silinsin. Cavabdeh İsehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar